Məhkəmə qərarları › İş №e-2(017)-1367/2024

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-1367/2024

09.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-1367/2024 09.09.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Paşayev Babək Zahid oğlunun katibliyi, İddiaçı Asəf qızının və onun etibarnamə üzrə nümayəndəsi, order üzrə vəkili Ağcabədi rayon Vəkil Bürosunun Vəkili Vəkil iştirakları ilə, İddiaçı Asəf qızının Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə ilasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Asəf qızı məhkəməyə iddia ərizəsi ilə müraiət edərək, iddia ərizəsində göstərmişdir ki, Cavabdeh onun qonşusudur. Bir müddət əvvləl Cavabdeh təcili pula ehtiyacı olduğunu və ondan 11450 manat borc pul istəmiş, oda Cavabdeh 11450 manat pulu borc olaraq vermişdir. Daha sonra cavabdeh ona olan borcundan müxtəlif vaxtlarda hissə-hissə 5000 manat hissəsin qaytarmışdır. Hazırda cavabdehin ona 6450 manat borcu qalmışdır. Lakin müəyyən vaxt keçməsinə baxmayaraq, hazırkı vaxtadək vabadeh ona olan borcunu qaytarmamışdır. O, cavabdehdən borcun qaytarmasını tələb etsə də, cavabdeh müxtəlif bəhanələr gətirərək borcu qaytarmaqdan boyun qaçırmışdır. Bununla bağlı o, Ağcabədi rayon Polis şöbəsinə müraciət etmiş və cavabdeh polis şöbəsində izahat verərək borcunu etiraf etmişdir. Sonradan aidiyyatı üzrə məhkəməyə müraciət etmişdir. Ona görə məhkəmədən iddia tələbinin tam təmin edilməklə Cavabdeh xeyrinə 6450 manat məbləğində borc pulun, vəkil xərci 400 manat və ödənilmiş 88 manat 50 qəpik dövlət rüsumunun tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Asəf qızı iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın tam təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı Asəf qızının etibarnamə üzrə nümayəndəsi, order üzrə vəkili Ağcabədi rayon Vəkil Bürosunun Vəkili Vəkil iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın tam təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə bu halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarına əlavə edilmiş Ağcabədi Rayon Polis şöbəsi tərəfindən alınmış izahatın surətindən görünür ki, Cavabdeh iddiaçıdan 10300 manat pul almış, həmin puldan hazırda iddiaçıya 5300 manat borcu qalmasını etiraf etmişdir. İş materiallarına əlavə edilmiş 10 iyun 2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı Asəf qızı 88 manat 50 qəpik dövlət rüsumu keçirmişdir. İş materiallarına əlavə edilmiş 11 iyun 2024-cü il tarixli Müqavilədən görünür ki, İddiaçı Asəf qızı ilə Vəkil arasında hüquqi xidmətlə bağlı müqavilə bağlanmış və Aytəkin tərəfindən göstərilən xidmətlərin müqabilində nağd şəkildə 400 manat pul ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh İddiaçı Asəf qızından 10300 manat borc almış, həmin borcdan müxtəlif vaxtlarda ödənişlər etmiş, lakin borcu tam olaraq ödəməmişdir. Hazırda Cavabdeh İddiaçı 5300 manat borcu qalmış və bu barədə Cavabdeh Ağcabədi rayon Polis şöbəsində verdiyi izahatda etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsində göstərilir ki, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsində göstərilir ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 442-ci maddəsində göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təsdiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən iddia qaldırılmasına görə iddiaçının ödədiyi dövlət rüsumu iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı Asəf qızı tərəfindən Cavabdeh 10.300 manat məbləğində borc pul verilmiş, lakin cavabdeh tərəfindən həmin borc iddiaçıya tam ödənilməmişdir. Bununlada cavabdeh üzərinə götürdüyü öhdəliyi pozmaqla onu tam icra etməmişdir. Ona görə iddia qismən təmin olunaraq cavabdehdən 5300 manat məbləğdə pul tutularaq iddiaçıya ödənilməlidir. İddianın təmin olunmuş hissəsinə uyğun olaraq cavabdehdən 73 manat dövlət rüsumu tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Həmçinin iddiaçı tərəfindən hüquqi xidmətə görə ödənilmiş 400 manat pul cavabdehdən iddiaçının xeyirinə tutulmalıdır. Qeyd olunanlara əsasən məhkəmə İddiaçı Asəf qızının iddia tələbinin qismən təmin olunması qənaətinə gəldi. Yuxarıda göstərilənlərə əsasən və Azərbayan Respublikası MPM-nin 213-214, 216-220, 233-ü maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 5300 (beş min üç yüz) manat məbləğində borc pul, hüquqi xidmətə görə ödənilmiş 400 (dörd yüz) manat və ödənilmiş 73 (yetmiş üç) manat dövlət rüsumu tutularaq İddiaçı Asəf qızının xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar