Məhkəmə qərarları › İş №e-2(017)-1402/2024

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-1402/2024

26.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-1402/2024 26.07.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, İddiaçı Cavabdeh qarşı borcun tutulması barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh inzibati xəta haqqında protokollara görə iddiaçı tərəfindən ödənilmiş 512 manat məbləğində pulun və ödənilmiş 30.40 manat dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə lizinq alan Cavabdeh arasında bağlanmış 15 oktyabr 2020-ci il tarixli MAS-2896 saylı “Daxili lizinq” müqaviləsinə əsasən “Khazar LX” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı onun müvəqqəti istifadə və sahibliyinə verilmişdir. “Daxili lizinq müqaviləsi” və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Bununla əlaqədar olaraq İddiaçı MMC iddia ərizəsi ilə Ağcabədi rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli 2(017)- 1626/2022 saylı qətnaməsi ilə İddiaçı MMC-nin iddası qismən təmin edilərək cavabdehdən ümumilikdə 1837.88 manat borcun tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Lizinq obyekti olan “Khazar LX” minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehin müvəqqəti sahiblik və istifadəsində olduğu müddət ərzində inzibati xəta ilə əlaqədar sürücü Bakı Nəqliyyat Agentliyi tərəfindən inzibati qaydada cərimələnmişdir. Bu faktı elektron portaldan alınmış çıxarış təsdiq edir. Bakı Nəqliyyat Agentliyi tərəfindən yazılmış xx.xx.2020-ci il tarixli BNA ******* saylı protokola görə 64 manat, xx.xx.2020-ci il tarixli BNA ******* saylı protokola görə 32 manat, xx.xx.2020-ci il tarixli BNA ******* saylı protokola görə 32 manat, xx.xx.2020-ci il tarixli BNA ******* saylı protokola görə 32 manat, xx.xx.2020-ci il tarixli BNA ******* saylı protokola görə 32 manat, xx.xx.2020-ci il tarixli BNA ******* saylı protokola görə 32 manat, xx.xx.2020-ci il tarixli BNA ******* saylı protokola görə 32 manat, xx.xx.2020-ci il tarixli BNA ******* saylı protokola görə 32 manat, xx.xx.2020-ci il tarixli BNA ******* saylı protokola görə 32 manat, xx.xx.2021-ci il tarixli BNA ******* saylı protokola görə 32 manat, xx.xx.2021-ci il tarixli BNA ******* saylı protokola görə 32 manat, xx.xx.2021-ci il tarixli BNA ******* saylı protokola görə 32 manat, xx.xx.2021-ci il tarixli BNA ******* saylı protokola görə 32 manat, xx.xx.2021-ci il tarixli BNA ******* saylı protokola görə 32 manat, xx.xx.2022-ci il tarixli BNA ******* saylı protokola görə 32 manat, ümumilikdə 512 manat məbləğində pul vəsaiti İddiaçı MMC tərəfindən ödənilmişdir. Ona görə də, Cavabdeh ödənilməmiş 512 manat pulun və 30,40 manat ödənilmiş dövlət rüsumunun alınıb İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 15 oktyabr 2020-ci il tarixli, MAS-2896 saylı “Daxili lizinq” müqaviləsindən görünür ki, “Khazar LX” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh müvəqqəti istifadə və sahibliyinə verilmişdir. İşdə olan Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Khazar LX” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı MMC-nin mülkiyyətindədir. İşdə olan Ağcabədi rayon Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli, 2(017)- 1626/2022 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş və Cavabdeh 15 oktyabr 2020-ci il tarixli MAS-2896 nömrəli daxili lizinq müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 11 iyul 2022-ci il tarixə 601.50 manat gecikdirilmiş əsas borc, 189.55 manat gecikdirilmiş mükafat, 30 manat dəbbə pulu, 975.50 manat dəymiş zərər və ödənilmiş 41.33 manat dövlət rüsumu, cəmi 1837 (bir min səkkiz yüz otuz yeddi) manat 88 (səksən səkkiz) qəpik alınaraq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. İşdə olan ödəniş qəbzlərindən görünür ki, İddiaçı MMC tərəfindən Bakı Nəqliyyat Agentliyi tərəfindən yazılmış xx.xx.2020-ci il tarixli BNA ******* saylı protokola görə 64 manat, xx.xx.2020-ci il tarixli BNA ******* saylı protokola görə 32 manat, xx.xx.2020-ci il tarixli BNA ******* saylı protokola görə 32 manat, xx.xx.2020-ci il tarixli BNA ******* saylı protokola görə 32 manat, xx.xx.2020-ci il tarixli BNA ******* saylı protokola görə 32 manat, xx.xx.2020-ci il tarixli BNA ******* saylı protokola görə 32 manat, xx.xx.2020-ci il tarixli BNA ******* saylı protokola görə 32 manat, xx.xx.2020-ci il tarixli BNA ******* saylı protokola görə 32 manat, xx.xx.2020-ci il tarixli BNA ******* saylı protokola görə 32 manat, xx.xx.2021-ci il tarixli BNA ******* saylı protokola görə 32 manat, xx.xx.2021-ci il tarixli BNA ******* saylı protokola görə 32 manat, xx.xx.2021-ci il tarixli BNA ******* saylı protokola görə 32 manat, xx.xx.2021-ci il tarixli BNA ******* saylı protokola görə 32 manat, xx.xx.2021-ci il tarixli BNA ******* saylı protokola görə 32 manat, xx.xx.2022-ci il tarixli BNA ******* saylı protokola görə 32 manat, ümumilikdə 512 manat məbləğində pul inzibati xəta haqqında protokollara görə ödənmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, “X1” Azərbaycan Respublikasının Qanununun 85-ci maddəsinin görəyol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində icra edilməməsinə görə nəqliyyat vasitəsinin saxlanılması barədə məhkəmə və ya müvafiq icra hakimiyyəti orqanının qərarı olduqda yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən əməkdaş nəqliyyat vasitəsini idarə edən şəxslərdən nəqliyyat vasitəsini dayandırmağı tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən “zərərin əvəzinin ödənilməsini tələb etmək hüquqna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın”. Həmin məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən“Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir)”. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən “Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.1-ci maddəsinə əsasən“Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir”. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən “Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur”. İş materialları araşdırılarkən müəyyən olundu ki, İddiaçı MMC ilə lizinq alan Cavabdeh arasında bağlanmış 15 oktyabr 2020-ci il tarixli MAS-2896 saylı “Daxili lizinq” müqaviləsinə əsasən “Khazar LX” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı onun müvəqqəti istifadə və sahibliyinə verilmişdir. “Daxili lizinq müqaviləsi” və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Bununla əlaqədar olaraq İddiaçı MMC iddia ərizəsi ilə Ağcabədi rayon Məhkəməsinə müraciət etmiş və məhkəməsinin 30 noyabr 2022-ci il tarixli 2(017)- 1626/2022 saylı qətnaməsi ilə İddiaçı MMC-nin iddası qismən təmin edilərək cavabdehdən ümumilikdə 1837.88 manat borcun tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Lizinq obyekti olan “Khazar LX” minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehin müvəqqəti sahiblik və istifadəsində olduğu müddət ərzində inzibati xəta ilə əlaqədar sürücü Bakı Nəqliyyat Agentliyi tərəfindən inzibati qaydada cərimələnmişdir. Bu faktı elektron portaldan alınmış çıxarış təsdiq edir. Bakı Nəqliyyat Agentliyi tərəfindən yazılmış xx.xx.2020-ci il tarixli BNA ******* saylı protokola görə 64 manat, xx.xx.2020-ci il tarixli BNA ******* saylı protokola görə 32 manat, xx.xx.2020-ci il tarixli BNA ******* saylı protokola görə 32 manat, xx.xx.2020-ci il tarixli BNA ******* saylı protokola görə 32 manat, xx.xx.2020-ci il tarixli BNA ******* saylı protokola görə 32 manat, xx.xx.2020-ci il tarixli BNA ******* saylı protokola görə 32 manat, xx.xx.2020-ci il tarixli BNA ******* saylı protokola görə 32 manat, xx.xx.2020-ci il tarixli BNA ******* saylı protokola görə 32 manat, xx.xx.2020-ci il tarixli BNA ******* saylı protokola görə 32 manat, xx.xx.2021-ci il tarixli BNA ******* saylı protokola görə 32 manat, xx.xx.2021-ci il tarixli BNA ******* saylı protokola görə 32 manat, xx.xx.2021-ci il tarixli BNA ******* saylı protokola görə 32 manat, xx.xx.2021-ci il tarixli BNA ******* saylı protokola görə 32 manat, xx.xx.2021-ci il tarixli BNA ******* saylı protokola görə 32 manat, xx.xx.2022-ci il tarixli BNA ******* saylı protokola görə 32 manat, ümumilikdə 512 manat məbləğində pul vəsaiti İddiaçı MMC tərəfindən ödənilmişdir. Ona görə də, Cavabdeh ödənilməmiş 512 manat pulun tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 512 manat pul alınaraq İddiaçınə ödənilməlidir. İşdə olan 12 iyun 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, ödənilmiş 30,40 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 512 manat pul və ödənilmiş 30,40 manat dövlət rüsumu, cəmi 542 (beş yüz qırx iki) manat 40 (qırx) qəpik pul alınaraq İddiaçınə ödənilsin. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar