Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-1826/2024 20.12.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh lizinq obyekti olan “Khazar SD minik” markalı, **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa olunması üçün tələb olunan 236 manat, inzibati xəta haqqında protokollara görə ödənilmiş 1132 manat məbləğində pulun və ödənilmiş 33,68 manat dövlət rüsumunun alınaraq İddiaçı MMC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 24 dekabr 2022-ci il tarixli, MAS-5611 saylı “Daxili lizinq” müqaviləsi üzrə öhdəlikləri icra etmədiyi üçün borcluya qarşı lizinq obyektinin qaytarılması və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Ağcabədi Rayon Məhkəməsinə müraciət edilmiş, Ağcabədi Rayon Məhkəməsinin 22 fevral 2024-cü il tarixli, e-2(017)-145/2024 saylı qətnaməsi ilə İddiaçı MMC-nin iddası qismən təmin edilərək lizinq obyekti olan “Khazar SD” minik markalı, **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi İddiaçı MMC-yə qaytarılması və cavabdehdən ümumilikdə 1849.05 manat məbləğində pul və 100.40 manat dövlət rüsumunun tutulması qət edilmişdir. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar SD” minik markalı, 77-AJ763 dövlət qeydiyyat nişanlı avtomobil 05 iyul 2024-cü il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 236 manat məbləğində maddi ziyanın dəydiyi müəyyən olunmuşdur. Həmçinin lizinq obyetkti olan avtomobil cavabdehin istifadəsində olan müddət ərzində inzibati xəta ilə əlaqədar sürücü AR DİN DYP tərəfindən inzibati qaydada cərimələnmişdir. X6 tərəfindən qeydə alınmış protokollar aşağıdakılardan ibarətdir: 1. EQ 19667441 saylı protokola görə 480 manat; 2. İXP ******* saylı protokola görə 300 manat;
3. EQ 13831600 saylı protokola görə 16 manat; 4. EQ 13831601 saylı protokola görə 16 manat; 5. EQ 15706737 saylı protokola görə 80 manat; 6. EQ 14175214 saylı protokola görə 16 manat; 7. EQ 16077570 saylı protokola görə 16 manat; 8. EQ 18433498 saylı protokola görə 16 manat; 9. EQ 14338942 saylı protokola görə 16 manat; 10. EQ 14363803 saylı protokola görə 16 manat; 11. EQ 14845349 saylı protokola görə 64 manat;
12. EQ 18433494 saylı protokola görə 16 manat; 13. EQ 18501100 saylı protokola görə 80 manat, ümumilikdə 1132 manat məbləğində pul vəsaiti İddiaçı MMC tərəfindən ödənilmişdir. Ona görə də Cavabdeh lizinq obyekti olan “Khazar SD minik” markalı, **-AJ- *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa olunması üçün tələb olunan 236 manat, inzibati xəta haqqında protokollara görə ödənilmiş 1132 manat məbləğində pulun və ödənilmiş 33,68 manat dövlət rüsumunun alınaraq İddiaçı MMC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan 24 dekabr 2022-ci il tarixli MAS-5611 saylı daxili lizinq müqaviləsinə əsasən lizinqə verilmiş, İddiaçı MMC-yə məxsus «Khazar SD” minik markalı, **-AJ-*** qeydiyyat nişanlı avtomobil 24 dekabr 2022-ci il tarixdə X2 müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. İşdə olan 05 oktyabr 2022-ci il tarixli MAS-5185 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsindən görünür ki, bu müqavilə X3, Cavabdeh və İddiaçı MMC arasında bağlanmış və 24 dekabr 2022-ci il tarixli MAS-5611 saylı daxili lizinq müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh öz üzərinə götürmüşdür. İşdə olan Ağcabədi rayon Məhkəməsinin 22 fevral 2024-cü il tarixli e-2(017)- 145/2024 saylı qətnaməsindən görünür ki, qismən təmin edilmiş və lizinq obyekti olan “Khazar SD” minik markalı, **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi İddiaçı MMC-yə qaytarılması və cavabdehdən ümumilikdə 1849.05 manat məbləğində pul və 100.40 manat dövlət rüsumunun tutulması qət edilmişdir. İşdə olan 05 iyul 2024-cü il tarixli aktdan görünür ki, “Khazar SD” minik markalı, **- AJ-*** qeydiyyat nişanlı avtomobil 05 iyul 2024-cü il tarixdə İddiaçı MMC-yə təhvil verilmişdir. İşdə olan servis arayışından görünür ki, İddiaçı MMC-yə məxsus “Khazar SD” minik markalı, **-AJ-*** qeydiyyat nişanlı avtomobilə 236 manat ziyan dəymişdir. İşdə olan ödəniş qəbzlərindən görünür ki, İddiaçı MMC tərəfindən AR DİN DYP tərəfindən yazılmış EQ 19667441 saylı protokola görə 480 manat; İXP ******* saylı protokola görə 300 manat; EQ 13831600 saylı protokola görə 16 manat; EQ 13831601 saylı protokola görə 16 manat; EQ 15706737 saylı protokola görə 80 manat; EQ 14175214 saylı protokola görə 16 manat; EQ 16077570 saylı protokola görə 16 manat; EQ 18433498 saylı protokola görə 16 manat; EQ 14338942 saylı protokola görə 16 manat; EQ 14363803 saylı protokola görə 16 manat; EQ 14845349 saylı protokola görə 64 manat; EQ 18433494 saylı protokola görə 16 manat; EQ 18501100 saylı protokola görə 80 manat, ümumilikdə 1132 manat məbləğində pul inzibati xəta haqqında protokollara görə ödənmişdir. Beləliklə, iş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 24 dekabr 2022-ci il tarixli, MAS-5611 saylı “Daxili lizinq” müqaviləsi üzrə öhdəlikləri icra etmədiyi üçün borcluya qarşı lizinq obyektinin qaytarılması və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Ağcabədi Rayon Məhkəməsinə müraciət edilmişdir. Ağcabədi Rayon Məhkəməsinin 22 fevral 2024-cü il tarixli, e-2(017)-145/2024 saylı qətnaməsi ilə İddiaçı MMC-nin iddası qismən təmin edilərək lizinq obyekti olan “Khazar SD” minik markalı, **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi İddiaçı MMC-yə qaytarılması və cavabdehdən ümumilikdə 1849.05 manat məbləğində pul və 100.40 manat dövlət rüsumunun tutulması qət edilmişdir. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar SD” minik markalı, 77- AJ763 dövlət qeydiyyat nişanlı avtomobil 05 iyul 2024-cü il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 236 manat məbləğində maddi ziyanın dəydiyi müəyyən olunmuşdur. Həmçinin lizinq obyetkti olan avtomobil cavabdehin istifadəsində olan müddət ərzində inzibati xəta ilə əlaqədar sürücü AR DİN DYP tərəfindən inzibati qaydada cərimələnmiş və həmin protokollara görə İddiaçı MMC tərəfindən ümumilikdə 1132 manat məbləğində pul vəsaiti ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Konstitusiyası ilə qorunur, digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1096-cı maddəsi mülki hüquq pozuntusunu (delikt) hüquqla və qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl (hərəkət və ya hərəkətsizlik) kimi səciyyələndirir. Bu qanun normalarının mənasından görünür ki, delikt məsuliyyətinin yaranması üçün şəxsin əməlində deliktin (mülki hüquq pozuntusunun) aşağıdakı elementlərdən ibarət tərkibi yaranmalıdır: 1). Zərər vurulmalıdır. 2). Zərər şəxsin hüquqa zidd hərəkətləri nəticəsində vurulmalıdır. 3).Göstərilən zərərlə şəxsin hüquqa zidd hərəkətləri arasında səbəbli əlaqə olmalıdır. 4). Şəxsin zərərin vurulmasında təqsiri olmalıdır. Həmin Məcəllənin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək, Cavabdeh “Khazar SD minik” markalı, **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa olunması üçün tələb olunan 236 manat, inzibati xəta haqqında protokollara görə ödənilmiş 1132 manat, cəmi 1368 manat pul alınaraq İddiaçı MMC-yə ödənilməlidir. İşdə olan 05 sentyabr 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən 33,68 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, ödənilmiş 33,68 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qətetdi:
İddia təmin edilsin. Cavabdeh “Khazar SD minik” markalı, **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa olunması üçün tələb olunan 236 manat, inzibati xəta haqqında protokollara görə ödənilmiş 1132 manat, ödənilmiş 33,68 manat dövlət rüsumu, cəmi 1401 (bir min dörd yüz bir) manat 68 (altmış səkkiz) qəpik alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsiənə apellyasiya şikayəti verilə bilər.
Hakim: Rəşad Nuriyev