Məhkəmə qərarları › İş №e-2(017)-1992/2025

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-1992/2025

16.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-1992/2025 16.07.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsinin hakimi Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, Paşayev Şamxal Yəhya oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «subroqasiya qaydasında zərərin ödənilməsi» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Ağcabədi Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı «subroqasiya qaydasında zərərin ödənilməsi» barədə iddia verərək, Cavabdeh 2256,75 manat məbləğində vurulmuş zərərin, 0,40 qəpik komissiya haqqınının və 42,57 manat dövlət rüsumunun alınıb "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, xx.xx.2024-cü il tarixdə Cavabdeh idarə etdiyi “Hyundai Elantra” markalı, ** TG *** dövlət qeydiyyat nişanlı avtomobillə “BMW X4» markalı, ** HS *** dövlət qeydiyyat nişanlı, “Chevrolet Cruze” markalı, ** GP *** dövlət qeydiyyat nişanlı və “Lexus RX400” markalı, ** TG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq, xx.xx.2024-cü il tarixli, **********62 saylı avtomobillərin tam sığorta şəhadətnaməsinə əsasən sığortalanmış “Chevrolet Cruze” markalı, ** GP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 130700 saylı sığorta aktına uyğun olaraq xx.xx.2024-ci il tarixli ödəniş tapşığına əsasən 3820 AZN (üç min səkkiz yüz iyirmi manat) sığorta ödənişini könüllü sığortalı və zərərçəkən X1 ödəmişdir. "xxxx" ASC isə Cavabdeh icbari sığorta şirkəti olaraq subroqasiya qaydasında dəymiş zərərin 1563.25 AZN (bir min beş yüz altmış üç manat iyirmi beş qəpik) məbləğini ödəmişdir. İddiaçı Sığorta Şirkəti ASC tərəfindən həyata keçirilən sığorta ödənişinin qalan 2256.75 AZN (iki min iki yüz əlli altı manat yetmiş beş qəpik) hissəsi isə Cavabdeh tərəfindən ödənilməmiş qalmışdır. Ona görə də həmin məbləğin, habelə 42,57 manat ödənilmiş dövlət rüsumunun və 0,40 qəpik komissiya haqqınının alınıb onlara verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan 130700 nömrəli sığorta aktından görünür ki, yol-nəqliyyat hadisəsi nəticəsində X1 3820 manat zərər dəymişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “A” formatlı ödəniş tapşırığından görünür ki, 130700 nömrəli sığorta aktına əsasən köçürmə yolu ilə 3820 manat sığorta ödənişi ödənilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli pretenziyadan görünür ki, xx.xx.2024cü il tarixdə yol-nəqliyyat hadisəsinin baş verməsinə görə "xxxx" Açıq Səhmdar Cəmiyyəti dəymiş ziyana görə 3820 manat sığorta ödənişi etmişdir. "xxxx"xxxx"xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilən sığorta ödənişinin qalan hissəsini, 2256,75 manatının ödənilməsi barədə Cavabdeh xəbərdarlıq olunmuşdur. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 42,57 manat dövlət rüsumu və 0,40 qəpik komissiya haqqı ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, borc cavabdehdən alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 42,57 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2256,75 manat məbləğində pulun, 42,57 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 qəpik komissiya haqqınının tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən 01 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar