Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-2364/2023 01.12.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «subroqasiya qaydasında zərərin ödənilməsi» tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 230 manat zərər məbləğinin və 30,40 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, 10 yanvar 2022-ci il tarixdə Cavabdeh tərəfindən idarə olunan “Peugeot 405” markalı, **- PT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Toyota Auris” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsində İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətində sığorta edilmiş “Toyota Auris” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti dəymiş zərəri aradan qaldıraraq “Toyota Auris” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 230 manat sığorta ödənişi etmişdir. 10 yanvar 2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsində Cavabdeh təqsirli olduğu üçün İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. Ona görə də, Cavabdeh 230 manat vurulmuş zərərin və 30,40 manat dövlət rüsumunun tutularaq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin, cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan 04 may 2021-ci il tarixli sığorta şəhadətnaməsindən görünür ki, “Toyota Auris” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilə 230 manat ziyan dəymişdir. İş materiallarında olan 27 yanvar 2022-ci il tarixli sığorta aktından görünür ki, “Toyota Auris” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müddətə sığortalanmışdır. İş materiallarında olan 28 yanvar 2022-ci il tarixli ödəniş tap.ırığından görünür ki, 230 manat məbləğində pul İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən plastik karta köçürülmüşdür. İş materiallarında olan 13 yanvar 2021-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Vəliyev X1 Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətaları törətməkdə təqsirli bilinmişdir Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. İş materialları araşdırılarkən müəyyən olundu ki, 10 yanvar 2022-ci il tarixdə Cavabdeh tərəfindən idarə olunan “Peugeot 405” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Toyota Auris” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmiş, baş vermiş yol-nəqliyyat hadisəsində İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətində sığorta edilmiş “Toyota Auris” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti dəymiş zərəri aradan qaldıraraq “Toyota Auris” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 230 manat sığorta ödənişi etmişdir. 10 yanvar 2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsində Cavabdeh təqsirli olduğu üçün İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. Qeyd olunanlara görə məhkəmə hesab edir ki, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti Cavabdeh 230 manat zərər əvəzini tələb etməkdə haqlıdır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 230 manat vurulmuş zərər alınaraq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İşdə olan 16 iyun 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən 30,40 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30,40 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 230 manat vurulmuş zərər və 30,40 manat dövlət rüsumu, cəmi 260 (iki yüz altmış) manat 40 (qırx) qəpik alınaraq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №e-2(017)-2364/2023
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-2364/2023
01.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver