Məhkəmə qərarları › İş №e-2(017)-244/2024

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-244/2024

01.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-244/2024 01.04.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Paşayev Babək Zahid oğlunun katibliyi, İddiaçı, etibarnamə üzrə nümayəndəsi və order üzrə vəkili Ağcabədi rayon Vəkil Bürosunun vəkili Nümayəndə və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı etibarnamə üzrə nümayəndəsi, order üzrə vəkili Nümayəndə məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Cəfərov X1 şəhər sakinləri Cavabdeh1 və Cavabdeh2 31.000 ABŞ dolları məbləğində pulu borc olaraq vermişdir. Qeyd edilən hal məhkəmənin hazırlıq iclasında təqdim edəcəyi video çəkilişdə öz əksini tapmışdır. Belə ki, çəkilişdə çıxış edən Cavabdeh2 etiraf edir ki, iddiaçıya məxsus 31000 ABŞ dolları məbləğində pul onda və qardaşı Cavabdeh1 olmuş, həmin pulu şəxsi məqsədləri üçün istifadə etmişlər. İddiaçı cavabdehlərdən dəfələrlə pulu qaytarması barədə müraciət etmiş, lakin müraciətlərinin heç bir nəticəsi olmamışdır. Ona görə məhkəmədən iddia tələbinin təmin edilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı xeyrinə 31.000 ABŞ dolları məbləğində borcun və ödənilmiş 248.10 manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi, order üzrə vəkili Nümayəndə iddia tələbini müdafiə edib çıxışında göstərdi ki, Cəfərov X1 şəhər sakinləri Cavabdeh1 və Cavabdeh2 31.000 ABŞ dolları məbləğində pulu borc olaraq vermişdir. İddiaçı dəfələrlə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 borcun qaytarılmasını tələb etsə də hazırkı vaxtadək cavabdehlər tərəfindən heçbir ödəniş olunmamışdır. Ona görə də məhkəmədən iddia tələbinin təmin olunmaqla cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərk qaydada 31.000 ABŞ dolları məbləğində pulun və ödənilmiş 248.10 manat dövlət rüsumunun alınıb iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavbdeh Cavabdeh2 iddianı qəbul etdi və izahat verərək göstərdi ki, ehtiyacı olduğu üçün iddiaçıdan 31.000 ABŞ dolları məbləğində pulu borc aldığını, sonradan maddi çətinlikləri olduğu üçün borcunu qaytarmadığını, qardaşı Cavabdeh1 hazırda Azərbaycandan kənarda olduğunu, hazırda iddiaçı ilə öz aralarında razılığa gələrək özünə məxsus fərdi yaşayış evini satıb borcunu tam ödəyəcəni və iddianın tam təmin olunmasına etirzaı olmadığını bildirdi və bu barədə məhkəməyə ərizə təqdim etdi. Cavabdeh1 məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə bu halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarına əlavə edilmiş video çəkilişdən görünür ki, Cavabdeh2 İddiaçı 31.000 ABŞ dolları borcu olduğunu etiraf edir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçının nümayəndəsi və vəkili tərəfindən 248 manat 10 qəpik dövlət rüsumu ödənilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olundu ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ehtiyacları olduğu üçün 31.000 ABŞ dolları məbləğində borc pul almışlar. Cavabdehlər tərəfindən bu günədək iddiaçıya heç bir məbləğdə pul qaytarılmamışdır. Cavabdeh2 borcları olduğunu etiraf edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsində göstərilir ki, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsində göstərilir ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 442-ci maddəsində göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddianın irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamaə çıxarır. Həmin Məcəllənin 217.4-cü maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən iddia qaldırılmasına görə iddiaçının ödədiyi 248 manat 10 qəpik dövlət rüsumu iddiaçının xeyrinə cavabdehlərdən tutulmalıdır. Məhkəmə iş üzrə müəyyən olunmuş sübutlara hüquqi qiymət verərək belə bir nəticəyə gəlir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən İddiaçı götürdükləri puldan iddiaçıya heç bir məbləğdə ödəniş edilməmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 borclu olduqları pulun qaytarılması ilə bağlı üzərlərinə götürdükləri öhdəliyi pozmaqla onu icra etməmişlər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 31.000 (otuz bir min) ABŞ dolları məbləğində borc pul icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə və dövlət rusumuna görə ödənilmiş 248 manat 10 qəpik məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar