Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-29/2025 11.02.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Paşayev Babək Zahid oğlunun katibliyi, İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi, order üzrə vəkili Ağcabədi rayon Vəkil Bürosunun vəkili Nümayəndə, Cavabdeh ştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 8000 manat borc pulun, ödənilmiş 100 manat dövlət rüsumunun və hüquqi yardıma görə ödənilmiş 500 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, Ağcabədi rayonunun Poladlı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan iş üzrə Cavabdeh 30 yanvar 2024-cü il tarixdə 6 aya qaytarmaq şərti ilə 8.000 (səkkiz min) manat məbləğində borc pul vermişdir. Cavabdehi babası Kərimin vasitəsilə tanıyır. Cavabdeh ondan 8.000 (səkkiz min) manat məbləğində borc pul alması barədə şəxsən özü qəbz yazaraq imzası ilə təsdiq edib ona vermişdir. Cavabdeh tərəfindən ondan alınmış 8.000 (səkkiz min) manat məbləğində borc puldan bu günədək ona heç bir məbləğdə pul qaytarılmamışdır. Dəfələrlə cavabdehə aldığı borc pulu qaytarması barədə müraciət etmiş, lakin müraciətlərinin heç bir nəticəsi olmamışdır. Cavabdeh ekspertiza təyin etdirmiş, yenə də qəbzin onun tərəfindən yazılması ekspert rəyi ilə təsdiq olunmuşdur. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməklə Cavabdeh xeyrinə 8.000 (səkkiz min) manat məbləğində pulun, ödənilmiş 100 manat dövlət rüsumunun və hüquqi yardıma görə ödənilmiş 500 manat pulun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədi və izahat verərək göstərdi ki, o, İddiaçı tanımır və ona heç bir məbləğdə borcu yoxdur. O, Qadirin babası Kərimdən 4000 manat faizə pul almış və həmin pulu faizi ilə birlikdə qaytarmışdır. Hazırda onun Aqilə borcu yoxdur. Qəbzdəki 8.000 (səkkiz min) manat məbləğində tərəfindən borc alınmasına dair yazılan imza ona məxsus deyil və ekspertin rəyi ilə razı deyildir. Ona görə də iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X1 izahat verərək göstərdi ki, İddiaçı onun doğma oğludur. Cavabdeh atası Kərimin vasitəsilə tanıyır. X2 əlaqə saxlayaraq yaxın tanışı olan Cavabdeh borc pul lazım olduğunu demişdir. Oğlu Aqil babasının xahişini nəzərə alaraq 30 yanvar 2024-cü il tarixdə cavabdehə 8000 manat pulu borc olaraq vermişdir. Həmin vaxt cavabdeh onların yaşadığı evə gəlmiş, puluda evdə sayıb vermişlər. Cavabdeh borcu qaytaracağına söz versədə müxtəlif bəhanələr gətirərərk borcu qaytarmaqdan yayınmışdır. İşdə olan 8000 manat borcun alınmasına dair qəbz cavabdeh tərəfindən yazılmış və imzalanmışdır. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, Cavabdeh İddiaçı 8.000 (səkkiz min) manat məbləğində pul borcu vardır. İş materiallarından görünür ki, cavabdehin şifahi vəsatəti üzrə borc pul almasına dair qəbzin onun tərəfindən icra oluknub- olunmamasına dair Ağcabədi rayon Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli, 2(017)-1631/2024 saylı qərardadı ilə iş üzrə məhkəmə - xəttşünaslıq ekspertizası təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 06 dekabr 2024-cü il tarixli, 16-16/2-4/1758 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş mülki işin 4-cü vərəqəsində olan Cavabdeh adından olan 8000 manata dair borc qəbzinin mətni və həmin qəbzin sonunda Cavabdeh yazısının qarşısındakı imza– Cavabdeh tərəfindən icra olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı tərəfindən 30 yanvar 2024-cü ildə Cavabdeh 8.000 (səkkiz min) manat məbləğində borc pul verilmiş, Cavabdeh öz xətti ilə bu barədə qəbz yazmış və həmin borc puldan cavabdeh tərəfindən iddiaçıya heç bir məbləğdə pul qaytarılmamışdır. Məhkəmə – imza və xəttşünaslıq ekspertizasının rəyinə əsasən 8000 manat borcun alınmasına dair qəbz Cavabdeh tərəfindən yazılaraq icra olunmuşdur. Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsində göstərilir ki, müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-cı maddəsində göstərilir ki, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 103.1-ci maddəsində göstərilir ki, ekspertin rəyi bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 217.4-cü maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təsdiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia qaldırılmasına görə iddiaçının ödədiyi 100 manat dövlət rüsumu iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Cavabdeh ekspertiza tədqiqatının dəyəri olan 110 manat məbləğində pul tutulmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək belə bir nəticəyə gəlir ki, İddiaçı tərəfindən Cavabdeh 8.000 (səkkiz min) manat məbləğində borc pul verilmiş, lakin verilən borc pul sonuncu tərəfindən iddiaçıya ödənilməmişdir. Cavabdeh borclu olduğu pulun qaytarılması ilə bağlı üzərinə götürdüyü öhdəliyi pozmaqla onu icra etməmişdir. Qeyd olunanlara əsasən də məhkəmə İddiaçı iddia tələbinin qismən təmin olunması qənaətinə gəldi. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 8000 (səkkiz min) manat məbləğində borc pul və ödənilmiş 100 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh ekspertiza tədqiqatının dəyəri olan 110 manat məbləğində pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (VÖEN **********, hesab AZ41NABZ********************) İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №e-2(017)-29/2025
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-29/2025
11.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver