Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-779/2024 09.04.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, İddiaçı Cavabdeh qarşı borcun tutulması barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı əmlakına (maddi qiymətlilərə) görə cavabdeh tərəfindən ödənilməmiş 4762 manat pulun, mediasiya xərci üçün ödənilmiş 60 manatın və 8 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 31 may 2022-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh İddiaçındə satıcı-kassir vəzifəsinə qəbul edilmiş və həmin tarixdə İddiaçı ilə Cavabdeh arasında tam maddi məsuluyyət haqqında müqavilə də imzalanmışdır. 26 avqust 2022-ci il tarixdə Cavabdeh “OBA Market» Məhdud Məsuliyyətli Cəmiyyətində administrator vəzifəsinə keçirilmiş və həmin tarixdə İddiaçı ilə Cavabdeh arasında tam maddi məsuluyyət haqqında müqavilə imzalanmışdır. İddiaçı 31 mart 2023-cü il tarixli əmrinə əsasən Cavabdeh tutduğu vəzifədən azad edilmişdir. Cavabdeh İddiaçı mağazasında işlədiyi zaman aparılmış xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixlərində İddiaçı OBA Bayıl 7 mağazaında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, xx.xx.2023-cü il tarixli “İnventarizasiya Nəticələrinə” dair akta əsasən ziyanın məbləği 2185,12 manat, xx.xx.2023-cü il tarixli “İnventarizasiya Nəticələrinə” dair akta əsasən ziyanın məbləği 3097,34 manat iddiaçıya ziyan vurması müəyyən olunmuş və aparılmış olması müəyyən edilmişdir. Ümumi məbləğin bir hissəsi cavabdehin şirkətdən alacağı vəsaitlə qarşılanmış və cavabdehin yekun qalıq borcu 4762 manat təşkil edir Bundan sonra borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilməsinə və bildirişlər göndərilməsinə baxmayaraq cavabdeh borcunu ödəməkdən yayınmışdır. Ona görə də, Cavabdeh ödənilməmiş 4762 manat pulun, mediasiya xərci üçün ödənilmiş 60 manatın və 8 manat ödənilmiş dövlət rüsumunun alınıb İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 31 may 2022-ci il tarixli əmək müqaviləsindən və 31 may 2022-ci il tarixli 244 saylı əmrin çıxarışından görünür ki, Cavabdeh 31 may 2022-ci il tarixdə İddiaçındə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuşdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş 26 avqust 2022-ci il tarixli “X1 haqqında” müqavilədən görünür ki, bu müqavilə öhdəliyində olan mallar üzərində məsuliyyət daşıması ilə əlaqədar Cavabdeh ilə İddiaçı arasında bağlanmışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş 26 avqust 2022-ci il tarixli 422 saylı əmrin çıxarışından və 26 avqust 2022-ci il tarixli əmək müqaviləsinə əlavədən görünür ki, Cavabdeh İddiaçı Satış şöbəsində 26 avqust 2022-ci il tarixdən “administrator” vəzifəsinə keçirilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 02 oktyabr 2020-ci il tarixli “X1 haqqında” müqavilədən görünür ki, bu müqavilə öhdəliyində olan mallar üzərində məsuliyyət daşıması ilə əlaqədar Cavabdeh ilə İddiaçı arasında bağlanmışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş 31 mart 2023-cü il tarixli 71x saylı əmrin çıxarışından və 31 mart 2023-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 31 may 2022-ci il tarixli müqaviləyə xitam verilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş xx.xx.2023-cü il tarixli “İnventarizasiya Nəticələrinə” dair akta və xx.xx.2023-cü il tarixli “İnventarizasiya Nəticələrinə” dair akta əsasən xx.xx.2023-cü il tarixli “İnventarizasiya Nəticələrinə” dair akta əsasən ziyanın məbləği 2185,12 manat, xx.xx.2023-cü il tarixli “İnventarizasiya Nəticələrinə” dair akta əsasən ziyanın məbləği 3097,34 manat iddiaçıya ziyan vurması müəyyən olunmuş və aparılmış olması müəyyən edilmişdir. Ümumi məbləğin bir hissəsi cavabdehin şirkətdən alacağı vəsaitlə qarşılanmış və cavabdehin yekun qalıq borcu 4762 manat təşkil edir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3 və 882-ci maddələrinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinin həmin Məcəllənin 203-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 iyul 2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə və 199-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3-cü maddəsinin tələbinə uyğun olaraq, işçinin işəgötürənə vurduğu ziyana dair mülki hüquqi əqdin, o cümlədən borcun etirafı haqqında mücərrəd müqavilənin bağlanılması istisna edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 194-cü maddəsinə əsasən, ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmədiyindən, işəgötürən həmin Məcəllənin 203-cü maddəsi və 205ci maddəsinin 2-ci hissəsi ilə nəzərdə tutulmuş qaydada ziyanın ödənilməsinə dair iddia ilə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 199-cu maddəsinin “a” bəndinə əsasən işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X1 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 200-cü maddəsinin 1-ci bəndinə əsasən istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların X1 daşıması barədə yazılı müqavilə bağlaya bilər. Həmin Məcəllənin 203-cü maddəsinin 1-ci bəndinə əsasən işəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. Həmin Məcəllənin 203-cü maddəsinin 2-ci bəndinə əsasən araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir. Həmin Məcəllənin 205-ci maddəsinin 2-ci bəndinə əsasən əgər ziyan işçi tərəfindən X1 daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. İş materialları araşdırılarkən müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 31 may 2022-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh İddiaçındə satıcı-kassir vəzifəsinə qəbul edilmiş və həmin tarixdə İddiaçı ilə Cavabdeh arasında tam maddi məsuluyyət haqqında müqavilə də imzalanmışdır. 26 avqust 2022-ci il tarixdə Cavabdeh “OBA Market» Məhdud Məsuliyyətli Cəmiyyətində administrator vəzifəsinə keçirilmiş və həmin tarixdə İddiaçı ilə Cavabdeh arasında tam maddi məsuluyyət haqqında müqavilə imzalanmışdır. İddiaçı 31 mart 2023-cü il tarixli əmrinə əsasən Cavabdeh tutduğu vəzifədən azad edilmişdir. Cavabdeh İddiaçı mağazasında işlədiyi zaman aparılmış xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixlərində İddiaçı OBA Bayıl 7 mağazaında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, xx.xx.2023-cü il tarixli “İnventarizasiya Nəticələrinə” dair akta əsasən ziyanın məbləği 2185,12 manat, xx.xx.2023-cü il tarixli “İnventarizasiya Nəticələrinə” dair akta əsasən ziyanın məbləği 3097,34 manat iddiaçıya ziyan vurması müəyyən olunmuş və aparılmış olması müəyyən edilmişdir. Ümumi məbləğin bir hissəsi cavabdehin şirkətdən alacağı vəsaitlə qarşılanmış və cavabdehin yekun qalıq borcu 4762 manat təşkil edir Bundan sonra borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilməsinə və bildirişlər göndərilməsinə baxmayaraq cavabdeh borcunu ödəməkdən yayınmışdır. Ona görə də Cavabdeh ödənilməmiş 4762 manat pulun tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh ödənilməmiş 4762 manat pul alınaraq İddiaçınə ödənilməlidir. İşdə olan 05 fevral 2024-cü il tarixli ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı tərəfindən 60 manat mediassiya xərci ödənilmişdir. İşdə olan 23 fevral 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 8 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, ödənilmiş 8 manat dövlət rüsumu və 60 manat mediasiya xərci cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 4762 manat pul, mediasiya xərci üçün ödənilmiş 60 manat və ödənilmiş 8 manat dövlət rüsumu, cəmi 4830 (dörd min səkkiz yüz otuz) manat pul alınaraq İddiaçınə ödənilsin. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №e-2(017)-779/2024
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-779/2024
09.04.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver