Məhkəmə qərarları › İş №e-2(018)-1441/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-1441/2023

20.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-1441/2023 20.11.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi X2 iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Cavabdeh qarşı “subroqasiya qaydasında zərərin ödənilməsinə” kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətini nümayəndəsi Oqtay Şeydabəyov iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 710 (yeddi yüz on) manat məbləğində vurulmuş zərər və 34,40 (otuz dörd manat, qırx qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətininin hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində (bundan sonra - Şirkət) “Nəqliyyat vasitəsi liblərinin mülki məsuliyyətinin icbari sığortası" növü ilə sığortalanmış “Toyota Corolla" minik markalı, 90 CA477 dövlət qeydiyyat nişanlı avtomobil abdeh Cavabdeh tərəfindən idarə edilərkən yol nəqliyyat hadisəsi törədilmiş və nəticədə “Hyundai Elantra” minik markalı, ** SN *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. Qeyd edilən sığorta hadisəsi nəticəsində “Hyundai Elantra” minik markalı ** SN ***döviət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərər məbləği 710 idi yüz on) manat məbləğdə müəyyən edilmişdir. Şirkət, tərəfindən “Hyundai Elantra” minik markalı, ** SN *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 710 (yeddi yüz on) manat sığorta ödənişi həyata keçirilmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı Cavabdeh hadisə yerindən yayındığı üçün cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Mülki işə əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün dövlət büdcəsinə 34,40 (otuz dörd manat, qırx qəpik) manat məbləğində dövlət rüsumu ödəmişdir. “Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti müqaviləsinə dair” məlumatından görünür ki, «Toyota Carola» markalı, dövlət nömrə nişanlı avtomobil xx.xx.2020-cİ ildən xx.xx.2021ci ilədək Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində icbari sığorta növündə sığortalanmışdır. Sığorta aktından görünür ki, “Toyota Corolla" minik markalı, 90 CA477 dövlət nömrə nişanlı avtomobillə idarəetməni itirərək “Hyundai Elantra” minik markalı, ** SN *** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş və nəticədə “Hyundai Elantra” minik markalı, ** SN *** nömrə nişanlı avtomobilə 710 (yeddi yüz on) manat maddi ziyan vurmuşdur. TP ******* saylı inzibati xəta haqqında protokolundan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1, 327.6 və 332.1-ci maddələri ilə məsuliyyətə cəlb edilmişdir. xx.xx.2021-ci il tarxili ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən 710 (yeddi yüz on) manat məbləğində olan sığorta ödənişi X1 hesabına köçürülmüşdür. Azərbaycan Respublikası MM-in 926-cı maddəsinin 1 və və 2-ci hissələrinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Azərbaycan Respublikası MM-in 936-cı maddəsinin 1 və 2-ci hissələrinə müvafiq olaraq subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında zərərin ödənilməsinə dair onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası MM-in 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh 710 (yeddi yüz on) manat məbləğində vurulmuş zərər Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətininin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284- 6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya qismən və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 34,40 (otuz dörd manat, qırx qəpik) manat məbləğində olan dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, Qət etdi: İddia təmin edilsin. Cavabdeh 710 (yeddi yüz on) manat məbləğində vurulmuş zərər və dövlət rüsumu üçün ödənilmiş 34 (otuz dörd) manat 40 qəpik məbləğində pul vəsaiti alınıb iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin bank hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar