Məhkəmə qərarları › İş №e-2(018)-249/2025

Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-249/2025

24.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-249/2025 24.01.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Həbibov Elnar Elman oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X7 27 noyabr 2024-cü il tarixində iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət edərək, idddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2021-ci il təvəllüdlü X11 və xx.xx.2023-cü il təvəllüdlü X8 hər birinə ödəniləcək alimentin hər ay 235 (iki yüz otuz beş) manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat, o cümlədən cavabdehin digər qazancından iki uşağa görə 3/2 məbləğində alimentin tutulması və mediasiya prosesinə dair ödənilmiş 61 manat pulun Cavabdeh tutularaq ona ödənilməsinə dair iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı X7 iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə xx.xx.2020-ci il tarixdə ASAN 3 Xidmət Mərkəzində qeydiyyatdan keçməklə rəsmmi nikaha girmişlər. Birgə nikahdan xx.xx.2021-ci il təvəllüdlü X11 və xx.xx.2023-cü il təvəllüdlü X10 anadan olmuşlar. Hazırda cavabdehdən faktiki olaraq ayrılmış iki azyaşlı övladları ilə valideynlərinin himayəsi altında yaşayır. Oğlanlarından Aminin 3, Muradın 1 yaşı var. Ölkədə yetkinlik yaşına çatmayanlaar üçün yaşayış minimumu hər uşaq üçün 235 manat müəyyən edilmişdir. Cavabdeh övladdları ilə ümumiyyətlə maraqlanmır. Onların saxlanılmasında ona maddi dəstək göstərmir. Uşaqlarının bütün qayğısını, ehtiyacını tamami ilə o çəkir. İşsiz olduğuna görə bu xərclərin çəkilməsi valideynlərinin üzərinə düşür. Böyüdükcə uşaqların ehtiyaclarının da artaması labüd haldır. Cavabdeh uşaqlara heç bir diqqət və qayğı göstərmir. Uşaqların tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq onun üzərinə düşür ki, bu da çox çətindir. Buna görə də aliment tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmənin 15 yanvar 20225-ci il tarixli iclasında iştirak etmiş iddiaçı X7 məhkəməyə ərizə ilə müraciət edərək, himayəsində iki azyaşlı uşağı olduğunu, uşağları ilə Bakı şəhərində yaaşadığını, bu səbəbdən məhkəmə iclaslarına gəlməkdə çətinlik çəkdiyini bildirərək, 24 yanvar 2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddiaa tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X3 iddia tələbini qismən qəbul edərək izahatında göstərdi ki, Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.

1. AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X1 rayonu, Qrumba kəndində qeydiyyatdadır.

2. 3 saylı Bakı “ASAN” Xidmət Mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 12 noyabr 2020-ci il tarixli Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, iddiaçı X7 ilə cavabdeh X3 arasında 3 saylı Bakı “ASAN” Xidmət Mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən bağlanmış 12 noyabr 2020-ci il tarixli 2356 saylı nikah qeydi vardır.

3. 1 saylı Bakı “ASAN” Xidmət Mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 21 dekabr 2021-ci il tarixli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2021-ci ildə X11 adlı uşağı anadan olmuşdur.

4. 1 saylı Bakı “ASAN” Xidmət Mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 02 noyabr 2023-ci il tarixli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2023-ci ildə X10 adlı uşağı anadan olmuşdur.

5. “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” ayarışdan görünür ki, 16 oktyabr 2024-cü il tarixində, saat 09:50-də keçirilməli olan ilkin mediasiya sessiyasında X7 iştirak etmişdir. X7 61 (altımış bir) manat məbləğində mediasiyaya dair xərci ödəmişdir Beləliklə, məhkəmə baxış iclasında iş materiallarına əsasən müəyyən olundu ki, tərəflərin iki uşaqları var. Hal-hazırda azyaşlılar iddiaçının yanında qalır. İddiaçı həmin uşağların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 235 (iki yüz otuz beş) manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment tələb edir. Məhkəmə hesab edir ki, cavabdehin aylıq stabil gəliri olmadığı üçün ondan iddiaçının xeyrinə sabit pul məbləğində aliment tutulmalıdır. Aliment tələb üzrə tətbiq edilən maddi hüquq normaları:

1. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.

2. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə müvafiq olaraq ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

3. “Uşaq hüquqları haqqında” Birləşmiş Millətlər Təşkilatının 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin.

4. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı ücün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi ücün əsas məsuliyyəti valideynlər daşıyırlar.

5. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar.

6. Qeyd olunan Məcəllənin 75.4-cü maddəsinin tələbinə görə isə valideynlər uşaqların saxlanmasından imtina etdikdə həmin vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Cavabdeh uşaqları saxlamadığından uşaqların saxlanmaları üçün ondan aliment tutulmalıdır.

7. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

8. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə uşağın saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini onun diqqətəlayiq mənafeyi kimi nəzərə alır və qeyd edir ki, alimentin miqdarının hər ay 180 manat məbləğində müəyyən edilməsi qanunvericiliyin tələbinə uyğundur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Məhkəmə hesab edir ki, tərəflərin maddi vəziyyəti, diqqətəlayiq maraqları, Azərbaycan Respublikası üzrə uşaqlar üçün yaşayış minimumunun məbləği nəzərə alınmaqla uşağın mənafeyinə cavabdehdən hər ay hər uşağa 235 (iki yüz otuz beş) manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat məbləğində alimentin tutulması hazırki işin faktiki hallarına və sadalanan hüquq normalarının tələblərinə uyğun olmaqla əsaslı və ədalətlidir. Əks halda, hazırki işdə xeyrinə aliment tutulan uşağların maraqları əhəmiyyətli dərəcədə pozulmuş olar. Məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin aliment öhdəlikləri ilə bağlı normalarında bilavasitə “Yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununa istinad olunmasa da, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində deyilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ vardır. Uşağın minimum dolanacaq xərcləri isə “Yaşayış minumumu haqqında” Qanunla müəyyən edilmişdir. Bu baxımdan yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün aliment tutularkən həmin qanunun tələbləri nəzərə alınmalıdır. İş materiallarından müəyyən olundu ki, 16 oktyabr 2024-cü il tarixində, saat 09:50-də keçirilməli olan ilkin mediasiya sessiyasında X7 iştirak etmişdir. X7 61 (altımış bir) manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Ona görə də, 61 (altımış bir) manat məbləğində olan mediasiyaya dair xərcini cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçı aliment tutulması üçün 17 sentyabr 2024-cü il tarixində məhkəməyə müraciət etdiyindən aliment həmin tarixdən başlayaraq tutulmalıdır. İddiaçı aliment tələbinə görə dövlət rüsumunu ödəməkdən azaddır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası qanununun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddianın cavabdehdən hər ay hər uşağa 235 (iki yüz otuz beş) manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat miqdarında tutulması ilə bağlı hissəsi təmin olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə məyyən edilir. Məhkəmə qətnaməsi ilə hər ay hər uşağa 235 (iki yüz otuz beş) manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat məbləğində alimentin tutulması nəzərə alınmaqla bir il ərzində ödəmələrin məcmusu 5640 manat təşkil edir. Göründüyü kimi, aliment tələbi barədə iddianın qiyməti iddianın təmin edilmiş hissəsinə münasib olaraq da 1000 manatdan çoxdur. “Dövlət rüsumu haqqında” Qanunun 8.2.1-ci maddəsinə görə belə halda ödənilməsi müəyyən olunmuş rüsumun məbləği 76,40 manat təşkil edir. Odur ki, həmin məbləğ cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

1. İddiaçı X4 cavabdeh X2 qarşı “aliment tələbinə” dair iddiası qismən təmin edilsin.

2. xx.xx.2024-cü il tarixindən başlayaraq xx.xx.2021-ci il təvəllüdlü X11 və xx.xx.2023-cü il təvəllüdlü X8 X12 saxlanılması üçün hər birinə görə Cavabdeh X4 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,9 misli həddində sabit pul məbləğində aliment tutulsun.

3. İddia qalan hissədə təmin olunmasın.

4. İddiaçı X7 aliment tələbi barədə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunu ödəməkdən azad olunduğundan həmin iddia ərizəsinin verilməsinə görə ödənilməsi müəyyən edilmiş 66,20 (yetmiş altı manat, qırx qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin.

5. İddiaçı tərəfindən ödənilən 61 (altımış bir) manat məbləğində olan mediasiya xərci Cavabdeh alınıb iddiaçı X5 ödənilsin.

6. Qətnamə dərhal icra edilsin.

7. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Şəfiqə Meybullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar