Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-294/2025 04.03.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Həbibov Elnar Elman oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “KİA RİO” markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə 6020.94 (altı min iyirmi manat doxsan dörd qəpik) AZN pulun və iddianın qaldırılması üçün ödənilmiş 80.21 (səksən manat iyirmi bir qəpik) AZN dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışa (forma 4) əsasən, xx.xx.2020-ci il tarixdə Cavabdeh tərəfindən idarə olunan "VAZ 21074" markalı, **-GP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "KİA RİO” markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. İş materiallarına əlavə edilmiş **********3 nömrəli sığorta müqaviləsindən çıxarışdan və 088249 saylı sığorta aktından görünür ki, “KİA RİO” markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hadisə baş verən zaman İddiaçı Sığorta Şirkəti ASC-də xx.xx.2019-cu ildən 17.-8.2020-ci ilə qədər müddətdə, avtomobilin sığorta dəyəri 23000 AZN olmaqla könüllü sığorta müqaviləsi (kasko sığorta) əsasında sığortalı olmuşdur. İş materiallarına əlavə edilmiş “Avtoservis 357” Avtomobillərin Texniki Xidmət Mərkəzinin təqdim etdiyi xx.xx.2020-ci il tarixli qüsur aktına uyğun olaraq sığortalanmış “KİA RİO” markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ümumilikdə 7683.30 AZN (yeddi min altı yüz səksən üç manat otuz qəpik) ziyan dəymişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli, 1169 saylı ödəniş tapşırığından aydın olur ki, İddiaçı Sığorta Şirkəti ASC sığortalanmış “KİA RİO” markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə nəqliyyat vasitəsinin mülkiyyətçisi, habelə könüllü sığorta müqaviləsi üzrə sığortalı olan "xxxx" MMC-nin hesabına 100 AZN azadolma məbləği çıxılmaqla 7583 AZN (yeddi min beş yüz səksən üç manat) sığorta ödənişi ödəmişdir. Hadisə baş verən tarixdə cavabdehin mülki məsuliyyətini sığortalamış olan "xxxx" ASC-yə subroqasiya qaydasında iddiaçı tərəfindən ödənilmiş məbləğin geri qaytarılması ilə bağlı müraciət olunmuşdur. xx.xx.2021-ci il tarixli "xxxx" ASC tərəfindən onlara ünvanlanan məktuba əsasən, hadisə zamanı başqa əmlaklara da zərər dəydiyi və sığorta məbləği 5000 AZN olduğu üçün tərəflərdən mütənasib qaydada ödəniş olunmuş və iddaçıya məbləğin 1562.06 (min beş yüz altımış iki manat altı qəpik) hissəsi geri qaytarılmışdır. Lakin geri qalan 6020.94 AZN (altı min iyirmi manat doxsan dörd qəpik) hissə cavabdehin özü tərəfindən geri qaytarılmamışdır. İş materiallarına əlavə edilmiş İXP seriyalı ******* saylı, xx.xx.2020-ci il tarixli Protokola və TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən, Cavabdeh xx.xx.2020-ci il tarixdə baş verən yol-nəqliyyat hadisəsinə görə təqsirli bilinərək, İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinmişdir. Həmçinin, məhkəməyə təqdim olunan, tərəflərin polis orqanına verdiyi izahatlardan, forma 4 arayışından da aydın olur ki, sığorta hadisəsi məhz cavabdehin təqsirli hərəkətləri nəticəsində baş vermişdir. Beləliklə zərərçəkən sığortalı nəqliyyat vasitəsinə görə sığorta ödənişi tam həcmdə ödənildiyindən İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı Mülki Məcəllənin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ yaranmışdır. Tərəflərindən sözügedən şəxsə yazılı müraciət (pretenziya) göndərilməsinə baxmayaraq, ödəniş edilməmişdir. Hesab edirlər ki, 6020.94 AZN (altı min iyirmi manat doxsan dörd qəpik) pul Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, işlərin çoxluğu və uzaq məsafə səbəbindən məhkəmə iclasının iştirakı olmadan keçirilməsini,iddia tələbini müdafiə etdiyini, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh iddia tələbini qəbul etməyərək, məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddia tələbi ilə razı deyil. İddia ərizəsindən məlum olur ki, yol-nəqliyyat hadisəsi xx.xx.2020-ci il tarixdə baş vermişdir. İndiyə kimi ziyanla bağlı İddiaçı Sığorta Şirkəti ASC tərəfindən pulun tələb edilməsi əsasları məlum deyil, bu vaxtadək pul ondan tələb edilməyib, yol nəqliyyat hadisəsi də onun təqsirindən baş verməyib. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə işin faktiki hallarını araşdıraraq, cavabdehin izahatına, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş **********3 nömrəli avtonəqliyyat vasitəsinin sığorta şəhadətnaməsindən və həmin şəhadətnamənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədən görünür ki, “KİA RİO” markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hadisə baş verən zaman İddiaçı Sığorta Şirkəti ASC-də xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilə qədər müddətdə avtomobilin sığorta dəyəri 23000 AZN olmaqla könüllü sığorta müqaviləsi (kasko sığorta) əsasında sığortalı olmuşdur. İş materiallarına əlavə edilmiş 088249 saylı sığorta aktından görünür ki, 03 iyun 2020-ci il tarixdə "VAZ 21074" markalı, **-GP-*** dövlət qeydiyyat nişanlı avtomobil “KİA RİO” markalı, **- HN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş, zərərlə bağlı maddi ziyanın məbləği 7683.30 AZN müəyyən edilmiş, azadolma məbləği çıxılmaqla 7583.30 AZN məbləğində pul faydalanan şəxs X2 ödənilmişdir. İş materiallarına əlavə edilmiş “Avtoservis 357” Avtomobillərə Texniki Xidmət Mərkəzinin təqdim etdiyi xx.xx.2020-ci il tarixli qüsur aktından görünür ki, “KİA RİO” markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəyən zərər ümumilikdə 7683.30 AZN (yeddi min altı yüz səksən üç manat otuz qəpik) məbləğində dəyərləndirilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli, 1169 saylı ödəniş tapşırığından aydın olur ki, Atəşgah” Sığorta Şirkəti ASC “KİA RİO” markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə faydalanan şəxs X1 hesabına 100 AZN azadolma məbləği çıxılmaqla 7583 AZN (yeddi min beş yüz səksən üç manat) sığorta ödənişi ödəmişdir. İş materiallarına əlavə edilmiş İXP seriyalı ******* saylı, xx.xx.2020-ci il tarixli Protokola və TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən, Cavabdeh xx.xx.2020-ci il tarixdə baş verən yol-nəqliyyat hadisəsinə görə İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinmişdir. İş materiallarında olan, Astara rayon Polis Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 135-11482-1220 nömrəli Arayışdan görünür ki, 03 iyun 2020-ci il tarixdə "VAZ 21074" markalı, **- GP-*** dövlət qeydiyyat nişanlı avtomobil “KİA RİO” markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş, toqquşma nəticəsində “KİA RİO” markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü zərərçəkmiş qismində tanınmış, VAZ 21074" markalı, **- GP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh olmuş isə təqsirli şəxs kimi tanınmışdır. İş materiallarında olan, 20 sentyabr 2024-cü il tarixli Pretenziya məktubundan görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən ödənilmiş dəymiş ziyanın geri qaytarılması üçün Cavabdeh müraciət edilmiş, dəymiş ziyanın ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, məhkəməyə müraciət edilməsi üçün 80.21 manat məbləğində rüsum ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişi vermiş sığortaçının subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Beləliklə, məhkəmə iclasında işin faktiki halları ilə müəyyən olundu ki, 03 iyun 2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh mülkiyyətində olan "VAZ 21074" markalı, **-GP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Astara rayonu ərazisində yol-nəqliyyat hadisəsi törətmiş, “KİA RİO” markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Cavabdeh tərəfindən avtomobilə vurulmuş maddi ziyan 7683.30 manat məbləğində müəyyən edilmiş, azadolma məbləği çıxılmaqla 7583.30 AZN məbləğində pul İddiaçı Sığorta Şirkəti ASC tərəfindən faydalanan şəxs X2 ödənilmişdir. Hadisə baş verən tarixdə cavabdehin mülki məsuliyyətini sığortalamış olan "xxxx" ASC-yə Subroqasiya qaydasında iddiaçı tərəfindən ödənilmiş məbləğin geri qaytarılması ilə bağlı müraciət olunmuşdur. xx.xx.2021-ci il tarixli "xxxx" ASC tərəfindən onlara ünvanlanan məktuba əsasən, hadisə zamanı başqa əmlaklara da zərər dəydiyi və sığorta məbləği 5000 AZN olduğu üçün tərəflərindən mütənasib qaydada ödəniş olunduğu bildirilmiş və iddaçıya məbləğin 1562.06 (min beş yüz altımış iki manat altı qəpik) hissəsi geri qaytarılmışdır. Qeyd edilən müddəaların mənasından da görünür ki, subroqasiya hüququ zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı irəli sürülən tələbdir. Bu hüququn yaranması üçün zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsi isə əsas şərtdir. İş materialları ilə iddiaçının subroqasiya hüququnun yaranması müəyyən edilir. Belə ki, iddiaçı tərəfindən avtonəqliyyat vasitələrinin könüllü sığortası növü üzrə sığortalanmış “KİA RİO” markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sığorta müqaviləsi qüvvədə olduğu vaxt sığorta hadisəsi baş vermiş və sığortalanmış avtomobil cavabdehin mülkiyyətində olan avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozması nəticəsində zədələnmişdir. İddiaçı tərəfindən könüllü sığorta müqaviləsi üzrə sığortalanmış avtomobilə görə hesablanan zərərin məbləği könüllü sığorta müqaviləsi üzrə faydalanan şəxsin hesabına köçürülmüşdür. Bu səbəbdən, məhkəmə hesab edir ki, avtonəqliyyat vasitələrinin könüllü sığortası növü üzrə zədələnmiş avtomobilin sahibinə dəymiş zərər iddiaçı tərəfindən aradan qaldırıldığından, göstərilən əmlaka (avtomobilə) zərər vurulması ilə əlaqədar əmələ gəlmiş subroqasiya hüququ da iddiaçıya keçmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh vurulmuş maddi zərərin əvəzini ödəməlidir. İddia müddətinin keçməsi ilə bağlı cavabdehin tələbinə münasibətdə isə məhkəmə qeyd edir ki, sığorta mübahisələrinə dair işlərdə tələblər müqavilə öhdəliyindən irəli gəlirsə (müqavilə şərtləri ikə bağlıdırsa) 3 illik iddia müddəti, subroqasiya qaydasında pul tələbi ilə bağlı olduqda isə 10 illik iddia müddəti tətbiq edilir. Hazırki iş üzrə mübahisənin predmeti müqavilə öhdəliyinin icrasından irəli gələn tələb deyil də, deliktdən irəli gələn tələb olduğundan 10 illik ümumi iddia müddəti tətbiq edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 80.21 (səksən manat iyirmi bir qəpik) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə dövlət rüsumunun tutulması hissəsinə qiymət verərək hesab edir ki, 80.21 (səksən manat iyirmi bir qəpik) manat dövlət rüsumu da Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh vurulmuş zərərə görə 6020.94 AZN (altı min iyirmi manat doxsan dörd qəpik) manat sığorta ödənişi məbləğin və 80.21 (səksən manat iyirmi bir qəpik) manat dövlət rüsumunun alınaraq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh vurulmuş zərərə görə 6020.94 AZN (altı min iyirmi manat doxsan dörd qəpik) manat sığorta ödənişi məbləği və dövlət rüsumu olaraq ödənilmiş 80.21 (səksən manat iyirmi bir qəpik) manat pul vəsaiti alınaraq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəfiqə Meybullayeva
Məhkəmə qərarları › İş №e-2(018)-294/2025
Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-294/2025
04.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver