Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-447/2025 04.03.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X12 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2013-ci il təvəllüdlü X9, xx.xx.2021-cü il təvəllüdlü X7 və xx.xx.2022-ci il təvəllüdlü X8 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmasından ötrü hər ay hər bir uşağa görə 235 (iki yüz otuz beş) manat, üç uşağa görə cəmi 705 (yeddi yüz beş) manat məbləğində alimentin və ödənilmiş mediasiya xərcinin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə İddiaçı məhkəməyə elektron ərizə ilə müraciət edərək, uşaqlardan X6 yüngül əqli gerilik, nitq və davranış pozuntusu, X1 nitq inkişafının spesfik pozuntusu və X2 nitq inkişafının spesfik pozuntusu kimi xəstəliklərin olduğunu, müalicələrin və lazımi dərmanları almaqda çox cətinlik çəkdiyini bildirmişdir. Odur ki, iştirakı olmadan işə baxılması, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, Cavabdeh ilə el adəti qaydasında ailə qurmuş, nikahılarını xx.xx.2013-ci ildə rəsmiləşdirmişlər. Birgə nikahlarından üç nəfər, xx.xx.2013-ci il təvəllüdlü X9, xx.xx.2021-ci il təvəllüdlü X7 və xx.xx.2022-ci il təvəllüdlü X8 adlı uşaqları olmuşdur. Sonradan cavabdeh onu arvadı kimi saymadığından və xasiyyətləri düz gəlmədiyindən ayrılmışlar. Cavabdehlə ayrıldıqdan sonra üç nəfər uşaqlar onun himayəsində qalmışdır. O, tək başına üç nəfər yetkinlik yaşına çatmayan uşaqları böyüdür və buna görə çətinliklər çəkir. Uşaqların gündəlik tələbatını qarşılamağa kömək etmək ata kimi cavabdehin də borcudur. Cavabdeh əmək qabiliyyətli olmaqla aylıq yaxşı gəlir əldə edir. Cavabdeh mediasiya prosesinə gəlmədəyindən onunla aralarında olan mübahisəni həll etmək mümkün olmamış, ona ilkin mediasiya sesiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Odur ki, iş üzrə Cavabdeh üç nəfər xx.xx.2013-ci il təvəllüdlü X9 və xx.xx.2021-cü il təvəllüdlü X7 və xx.xx.2022-ci il təvəllüdlü X8 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmasından ötrü hər ay hər bir uşağa görə 235 manat, üç uşağa görə cəmi 705 manat məbləğində alimentin cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edirəm. Cavabdehlə birgə nikahlarından anadan olmuş üç nəfər xx.xx.2013-ci il təvəllüdlü X9 və xx.xx.2021-cü il təvəllüdlü X7 və xx.xx.2022-ci il təvəllüdlü X8 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmasından ötrü hər ay hər bir uşağa görə 235 manat, üç uşağa görə cəmi 705 manat məbləğində alimentin və mediasiyada ödədiyi dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iş üzrə Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirdi ki, əmək haqqının əlli faizi həcmində yəni- hər uşağa görə 200 (iki yüz) manat olmaqla, cəmi 600 (altı yüz) manat məbləğində aliment ödəməyə razıdır. Odur ki, iddianın qismən təmin edilməsini xahiş etdi. Məhkəmə Cavabdeh dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İ 831555 seriya və nömrəli nikah şəhadətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə X3 arasında xx.xx.2013-cü il tarixdə nikah bağlanmış, 22 nömrə ilə qeydə alınmış və arvada Dadaşova soyadı verilmişdir. İş materiallarında olan AZ-İV 800325 seriya və nömrəli doğum şəhadətnaməsinin surətindən görünür ki, X8 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası- Cavabdeh, anası- İddiaçı qeyd edilmişdir. İş materiallarında olan AZ-İV 521978 seriya və nömrəli doğum şəhadətnaməsinin surətindən görünür ki, X7 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası- Cavabdeh, anası- İddiaçı qeyd edilmişdir. İş materiallarında olan AZ-İV 327499 seriya və nömrəli doğum şəhadətnaməsinin surətindən görünür ki, X10 xx.xx.2013-cü il tarixdə Astara şəhərində anadan olmuş, atası- Cavabdeh, anası- İddiaçı qeyd edilmişdir. İş materialına əlavə edilmiş MŞL-01770 saylı “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh isə iştirak etməmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı mediasiya prosesində iştirak etmək üçün 60 (altmış) manat dövlət rüsumu ödəmişdir. Ailə Məcəlləsinin 75-ci maddəsinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Məhkəmə bu müddəadakı “özlərinin qabiliyyəti çərçivəsində” ifadəsini vurğulayaraq qeyd edir ki, cavabdeh əmək qabiliyyətlidir, aliment verə biləcək səviyyədə qazanc əldə etmək imkanına malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə 15 yanvar 2025-ci il tarixdə təqdim edilmişdir. Qeyd edilənləri nəzərə alınaraq, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 15 yanvar 2025-ci il tarixdən başlayaraq, xx.xx.2013-cü il təvəllüdlü X10, xx.xx.2021-ci il təvəllüdlü X7 və xx.xx.2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentin alınması haqqındakı qətnamələr dərhal icra olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 15 yanvar 2025-ci il tarixdən başlayaraq, xx.xx.2013-cü il təvəllüdlü X10, xx.xx.2021-ci il təvəllüdlü X7 və xx.xx.2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment alınıb İddiaçı verilsin. Qətnamə dərhal icraya yönəldilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(018)-447/2025
Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-447/2025
04.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver