Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-1062/2024 09.12.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi,İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh uşaqları- xx.xx.2018-ci il tarixdə doğulmuş X1 və xx.xx.2020-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi baxılıb saxlanılmaları ücün hər ay hər bir uşaq üçün sabit pul məbləğində 250( iki yüz əlli) manat aliment alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, nikahlarını 27 yanvar 2017-ci il tarixdə 02 sayla Balakən rayon Meşəşambul kənd İcra Nümayəndəliyində rəsmiləşdirməklə Balakən rayonu Meşəşambul kənd sakini Cavabdeh ilə evlənmişdir. Birgə yaşadıqları dövrdə 2 uşaqları-xx.xx.2018-ci il tarixdə X4 və xx.xx.2020-ci il tarixdə X5 doğulmuşdurlar.Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(019)- 575/2023 nömrəli qətnaməsi ilə onunla Cavabdeh arasında bağlanmış rəsmi nikah pozulmuş və uşaqların onun himayəsində saxlanılması barədə qərar qəbul edilmişdir.Nikahın pozulması barədə qətnamə qəbul edilərkən o,Cavabdeh uşaqlarının baxılıb saxlanılması üçün aliment tələb etməmişdir. Belə ki, Hacı uşaqların baxılıb saxlanılmasında ona köməklik edəcəyini bildirmişdir. Qeyd etmək istəyir ki,iki ildən çox müddətdir ki,cavabdehdən ayrı yaşayır.Uşaqları da onun himayəsində yaşayırlar. Onlara təkbaşına baxır. Hacı uşaqların baxılmasında ona heç bir köməklik göstərmir. Uşaqlara təkbaşına baxmaq onun üçün çox çətindir. Buna görə uşaqların baxılıb saxlanılması üçün Hacıdan aliment tələb edir. Hacı fərdi işlərlə məşğul olur. Müəyyən qazancı var.Uşaqların baxılması üçün müəyyən məbləğdə aliment ödəmək inkanı var. Hacının rəsmi iş yeri olmadığından ondan sabit pul məbləğində aliment tələb edir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun eyni məzmunlu izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən etiraf edərək izahatında göstərdi ki, o, 27 yanvar 2017- ci ildə nikahlarını rəsmiləşdirməklə İddiaçı ilə evlənmişdir. Birgə nikahlarından 30 yanvar 2018-ci ildə Ruqiyyət, 05 avqust 2020-ci ildə isə Patimat adında iki uşaqları olmuşdur. Aralarında baş vermiş narazılıqla əlaqədar iddiaçıdan ayrılmışdır. İddiaçı ilə aralarında olan nikah Balakən Rayon Məhkəməsinin qətnaməsinə əsasən pozulmuşdur.Uşaqlar hazırda iddiaçının himayəsindədirlər. Onun iddiaçının tələb etdiyi miqdarda aliment ödəmək imkanı yoxdur. Belə ki, hazırda heç yerdə işləmir. İİİ qrup əlildir. Hər ay 150 manat təqaüd alır. Başqa qazancı yoxdur. O, aldığı 150 manat məbləğində aliment ödəyə bilər. Qeyd edilənləri nəzərə alıb iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Qeydiyyat Şöbəsi tərəfindən 03 oktyabr 2010-cu-ci il tarixdə verilmiş AZ-İ seriyalı 455425 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki,Cavabdeh ilə X3 nikahı Balakən Rayon Məhkəməsinin e-2(019)-575/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Nikaha xx.xx.2023-cü ildə tarixində xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 2023-cü ilin 09 ayının 19 günündə 72 nömrə ilə qeyd edilmişdlir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Qeydiyyat Şöbəsi tərəfindən 02 may 2023-cü il tarixdə verilmiş 05/69/225 nömrəli doğum haqqında arayışın surətindən görünür ki, X4 30 yanvar 2018-ci ildə Balakən rayonunda anadan olmuşdur.Atası Cavabdeh,anası X6 qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 02 may 2023-cü il tarixdə verilmiş 05/69/226 nömrəli doğum haqqında arayışın surətindən görünür ki, X5 05 avqust 2020-ci ildə Balakən rayonunda anadan olmuşdur. Atası Cavabdeh, anası X6 qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Şəki 1 saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü tarixli MŞŞ/MT018-2023-00718 nömrəli İlkin Mediasiya sessiyasına xitam verilməsi haqqında protokoldan görünür ki,tərəflər ilkin mediasiya sessiyasında iştirak etmişdir və 50 manat mediasiya xərcini X6 təktərfli qaydada ödəmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, iddiaçı X6 nikahlarını 27 yanvar 2017-ci il tarixdə Balakən rayon İcra Hakimiyyəti Meşəşambul kənd İcra Nümayəndəliyində 02 nömrə ilə qeydə aldırmaqla Cavabdeh ilə evlənmişdir. Tərəflərin birgə nikahlarından xx.xx.2018-ci il il tarixdə X4 və xx.xx.2020-ci il tarixdə X5 adında iki uşaqları olmuşdur. Tərəflərin arasında olan nikah Balakən Rayon Məhkəməsininin e-2(019)-575/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Uşaqlar anasının himayəsindədirlər. Cavabdeh uşaqların saxlanması üçün İddiaçı maddi köməklik göstərmir. Ona görə də İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcədə aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri- müntəzəm dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa , yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Uşaq hüquqları haqqında “Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda iddanın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, tərəflərin birgə yaşayışından olan uşaqların anasının yanında yaşamalarını, tərəflər arasında alimentin ödənməsi ilə bağlı saziş olmamasını,cavabdehin azyaşlı uşaqlarının saxlanmasına maddi köməklik göstərməməsini, İddiaçı cavabdehin qazancı barədə heç bir sübut təqdim etməməsini, iddiaçının alimenti sabit pul məbləği ilə tələb etməsini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, ərizənin verildiyi 15 oktyabr 2024-cü il tarixdən başlayaraq xx.xx.2018-ci il tarixdə doğulmuş X1 və xx.xx.2020-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 130 (bir yüz otuz) manat-cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin olunduğu və iddiaçı hazırki iddia ilə bağlı dövlət rüsumunu ödəməkdən azad olunduğu üçün, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq Cavabdeh 50 manat mediasiya xərcinin 26 manatı alınıb İddiaçı ödənilməli, məhkəmə xərcinin qalan 24 manatı İddiaçı özünə aid edilməlidir. Cavabdeh 51,20 manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “X8” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumü ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmuyu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220,234.2.1 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 15 oktyabr 2024-cü il tarixdən başlayaraq xx.xx.2018-ci il tarixdə doğulmuş X1 və xx.xx.2020-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 130 (bir yüz otuz) manat-cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 50 mediasiya xərcinin 26 manatı alınıb İddiaçı ödənsin. Məhkəmə xərcinin qalan 24 manatı İddiaçı özünə aid edilsin. Cavabdeh 51,20 manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənsin . Qətnamə alimentin tutulmasına aid hissədə dərhal icra edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-1062/2024
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-1062/2024
09.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver