Məhkəmə qərarları › İş №e-2(019)-1085/2025

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-1085/2025

20.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-1085/2025 20.10.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X11 qızının katibliyi, İddiaçı nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair mülki işə Balakən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək Balakən Rayon Məhkəməsinin 10 dekabr 2020-ci il tarixli 2(019)-987/2020 saylı qətnaməsinə əsasən təyin edilmiş və Balakən Rayon Məhkəməsinin 17 aprel 2025-ci il tarixli 8(019)-28/2025 saylı qərardadına əsasən indeksasiya olunmuş 06 iyul 2016-cı ildə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sonrakı illər üzrə artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,48 misli həddində alimentin məbləği azaldılmaqla minimum əmək haqqının 0,3 misli həddində müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh ilə xx.xx.2015-ci il tarixdə qeyri-rəsmi nikahla evlənmişdir. Nikahlarını xx.xx.2016-cı ildə Balakən rayon Qullar kənd İnzibati Ərazi Dairəsində 08 sayla rəsmiləşdirmişlər. Cavabdehlə birgə nikahlarından 06 iyul 2016-cı ildə X10 adında bir uşaqları olmuşdur. Balakən Rayon Məhkəməsinin 10 dekabr 2020-ci il tarixli 2(019)-987/2020 saylı qətnaməsinə əsasən iddiaçı X8 ilə cavabdeh İddiaçı arasında bağlanmış Balakən rayon Qullar kənd İnzibati Ərazi Dairəsində 17 iyun 2016-ci il tarixdə 08 nömrə ilə qeydə alınmış nikahın pozulması, nikah pozularkən tərəflərin birgə nikahından 06 iyul 2016-cı ildə doğulmuş X4 anası X3 yanında saxlanılması, ərizənin verildiyi 02 noyabr 2020-ci il tarixdən başlayaraq 06 iyul 2016-cı ildə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh İddiaçı hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment alınaraq, iddiaçı X5 verilməsi qət edilmişdir. Alimenti ödəmək üçün maddi imkanı olmadığına görə işləmək məqəsdi ilə Rusiya Federasiyasına getmişdir. X1 adında şəxslə ailə qurmuşdur. Onunla nikahlarını xx.xx.2024-cü il tarixdə Sverdlovsk vilayətinin vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı idarəsinin Tavdinski rayonunun VVAQ şöbəsində ********************4 nömrə ilə rəsmiləşdirmişlər. Onunla olan nikahlarından xx.xx.2025-ci il tarixdə Melisa adında qızları olmuşdur. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək Balakən Rayon Məhkəməsinin 10 dekabr 2020-ci il tarixli 2(019)- 987/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin 0.62 misli həddində indeksasiya olunmasını xahiş etmiş, Balakən Rayon Məhkəməsinin 17 aprel 2025-ci il tarixli 8(019)-28/2025 saylı qərardadı ilə Balakən Rayon Məhkəməsinin 10 dekabr 2020-ci il tarixli 2(019)- 987/2020 saylı qətnaməsinə əsasən 06 iyul 2016-cı ildə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün borclu İddiaçı tələbkar Cavabdeh xeyrinə tutulan alimentin miqdarı xx.xx.2025-ci il tarixdən başlayaraq sonrakı illər üzrə artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.48 misli həddində indeksasiya olunması qərara alınmışdır. Göründüyü kimi hazırda 192 manat aliment müəyyən edilmişdir və bu məbləğdə alimenti ödəmək üçün onun maddi imkanı yetərli deyil. Bundan əlavə ailə vəziyyətində dəyişiklik olmuş, yeni ailə həyatı qurmuş və bu izdivacdan bir övladı olmuşdur. Əvvəlki icra sənədi ilə ödənilməmiş aliment borcları qalmaqdadır. Alimentin bu məbləğdə indeksasiya olunması (artırılması) onun üçün ağır maddi məhrumiyyətlərə səbəb olacaqdır ki, bu da onun əsassız olaraq cinayət məsuliyyətinə səbəb olacaqdır. Özü də heç bir yerdə işləmir, cavabdehin isə ondan üstün maddi vəziyyəti vardır. Cavabdeh 06 iyul 2016-cı ildə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən olunmuş aliment məbləğinin azaldılması məqsədi ilə ilkin mediasiya sessiyasında iştirak etməsi üçün Mediatora müraciət etsə də, o mediasiya sessiyasında iştirak etməmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Nümayəndə iddianı müdafiə edərək iddia ərizəsinini məzmununa uyğun eyni məzmunlu izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş,gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Rusiya Fedarasiyası,Sverdlovsk vilayətinin vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı idarəsinin Tavdinski (Tavdinskiy) rayonunun VVAQ şöbəsi 96600059 tərəfindən 22 mart 2024-cü il tarixdə verilmiş İİİ-Aİ seriyalı 745358 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ilə X2 arasında 22 mart 2024-cü ildə nikah bağlanmış, bu barədə 2024cü ilin mart ayının 22-si günündə ********************4 nömrə ilə nikahın bağlanması haqqında akt qeydi aparılmış, nikah bağlanandan sonra arvada Dibirova soadı verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Rusiya Fedarasiyası,Sverdlovsk vilayətinin vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı idarəsinin Tavdinski (Tavdinskiy) rayonunun VVAQ şöbəsi 96600059 tərəfindən 17 fevral 2025-ci il tarixdə verilmiş Vİ-Aİ seriyalı 649354 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X7 11 fevral 2025-ci ildə doğulmuş, ata qrafasında İddiaçı, ana qrafasında isə X2 yazılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Balakən 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli MŞB/MT-056-00035 nömrəli ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə arayışdan görünür ki,İddiaçı nümayəndəsivəkili Nümayəndə ilkin mediasiya sessiyasında iştirak etmiş, 60 manat İMS xərci İddiaçı tərəfindən təktərəfli qaydada ödənilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(019)-987/2020 saylı qətnaməsindən görünür ki, iddianın qismən təmin edilməsi,iddiaçı X8 ilə cavabdeh İddiaçı arasında bağlanmış Balakən rayon Qullar kənd İnzibati Ərazi Dairəsində 17 iyun 2016-ci il tarixdə 08 nömrə ilə qeydə alınmış nikahın pozulması; nikah pozularkən tərəflərin birgə nikahından 06 iyul 2016-cı ildə doğulmuş X4 anası X3 yanında saxlanılması; ərizənin verildiyi 02 noyabr 2020-ci il tarixdən başlayaraq 06 iyul 2016-cı ildə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh İddiaçı hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment alınaraq, iddiaçı X5 verilməsi; iddianın qalan hissədə təmin edilməməsi; hazırki qətnamənin alimentin alınması hissəsində dərhal icra olunması; cavabdeh İddiaçı 20 manat məbləğində dövlət rüsumunun tutularaq, iddiaçı X5 və 10 manat dövlət rüsumunun tutularaq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Balakən Rayon Məhkəməsinini 17 aprel 2025-ci il tarixli 8(019)-28/2025 nömrəli qərardadından görünür ki, ərizənin qismən təmin edilməsi;Balakən Rayon Məhkəməsinin 2(019)-987/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2016-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün borclu İddiaçı tələbkar Əliqayeva (Göylərova) Aytac Elşad qızının xeyrinə tutulan alimentin miqdarının 09 aprel 2025-ci il tarixdən başlayaraq sonrakı illər üzrə artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,48 misli həddində indeksasiya olunması qərara alınmışdır. Məhkəmə iddiaçının namayəndəsi-vəkilinin izahatını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia rədd edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, İddiaçı cavabdeh X8 ilə 19 sentyabr 2015-ci ildə qeyri-rəsmi nikahla evlənmiş, nikahlarını isə 17 iyun 2016-ci ildə Balakən rayon Balakən rayon Qullar kənd İnzibati Ərazi Dairəsində 08 sayla rəsmiləşdirmişlər. Tərəflərin birgə nikahından 06 iyul 2016-cı ildə X10 adında uşaqları doğulmuş,uşaq hazırda cavabdehin himayəsində yaşayır. Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(019)-987/2020 nömrəli qətnaməsinə əsasən iddianın qismən təmin edilməsi, iddiaçı X8 ilə cavabdeh İddiaçı arasında bağlanmış Balakən rayon Qullar kənd İnzibati Ərazi Dairəsində 17 iyun 2016-ci il tarixdə 08 nömrə ilə qeydə alınmış nikahın pozulması; nikah pozularkən tərəflərin birgə nikahından 06 iyul 2016-cı ildə doğulmuş X4 anası X3 yanında saxlanılması; ərizənin verildiyi 02 noyabr 2020-ci il tarixdən başlayaraq 06 iyul 2016-cı ildə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh İddiaçı hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment alınaraq, iddiaçı X5 verilməsi; iddianın qalan hissədə təmin edilməməsi; hazırki qətnamənin alimentin alınması hissəsində dərhal icra olunmas; cavabdeh İddiaçı 20 manat məbləğində dövlət rüsumunun tutularaq, iddiaçı X5 və 10 manat dövlət rüsumunun tutularaq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.Həmçinin Balakən Rayon Məhkəməsinin 2(019)-987/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadına əsasən ərizənin qismən təmin edilməsi; Balakən Rayon Məhkəməsinin 2(019)-987/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2016-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün borclu İddiaçı tələbkar Əliqayeva (Göylərova) Aytac Elşad qızının xeyrinə tutulan alimentin miqdarının 09 aprel 2025-ci il tarixdən başlayaraq sonrakı illər üzrə artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,48 misli həddində indeksasiya olunması qərara alınmışdır.İddiaçı Balakən Rayon Məhkəməsinin 17 aprel 2025-ci il tarixli 8(019)-28/2025 nömrəli qərardadı ilə müəyyən edilmiş alimentin miqdarının çox olmasını göstərməklə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə aşağıdakı hüquq tətbiq olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyası: 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsi; Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcədə aliment verməyə borclu olan valideyn qazancı (gəliri) qeyri müntəzəm dəyişən olarsa,ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda,məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında “Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8- 2/2016 №- li, 28 mart 2016-cı il tarixli Qərarı: 8.2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. 8.3-cü bəndində göstərilmişdir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. 8.7-ci bəndində izah olunmuşdur ki, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. 8.13-cü bəndində izah olunmuşdur ki, alimentin miqdarının dəyişdirilməsi barədə qətnamə qəbul edilərkən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydaya əməl edilməli olduğu nəzərə alınmalıdır. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırkı işin məhkəmə tərəfindən müəyyən olunmuş faktiki hallarından görünür ki, İddiaçı Balakən Rayon Məhkəməsinin 2(019)-987/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadına əsasən Balakən Rayon Məhkəməsinin 2(019)-987/2020 nömrəli, xx.xx.2020ci il tarixli qətnaməsinə əsasən xx.xx.2016-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün borclu İddiaçı tələbkar Əliqayeva (Göylərova) Aytac Elşad qızının xeyrinə tutulan alimentin miqdarının 09 aprel 2025-ci il tarixdən başlayaraq sonrakı illər üzrə artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,48 misli həddində indeksasiya olunmasını, bu müddətdə yeni ailə qurmasını, bu nikahdan bir övladının olmasını, əvvəlki icra sənədi ilə ödənilməmiş aliment borclarının qalmasını, alimentin bu məbləğdə indeksasiya olunmasının (artırılması) onun üçün ağır maddi məhrumiyyətlərə səbəb olacağını, özünün işləməməsini, cavabdehin ondan üstün maddi vəziyyəti olmasını əsas gətirərək alimentin miqdarının azaldılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Ailə Məcəlləsinin 60.1 və 60.2-ci, Azərbaycan Respublikası “Uşaq hüquqları haqqında” Qanunun 5-ci, “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının 9-cu maddələrinə əsasən işin həllində ilk növbədə uşaqların maraqlarının daha yaxşı təmin edilməsinə diqqət yetirilməlidir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir.Hər bir halda başlanğıc prinsipin uşağın üstün mənafeyi olduğu unudulmamalıdır. Uşaqların “üstün maraqları” konsepsiyası Uşaq hüquqları haqqında Bəyannamənin 2-ci maddəsindən, Uşaq hüquqları haqqında Konvensiyanın 3-cü maddəsinin birinci bəndindən irəli gəlir. 2008-ci ildə BMT-nin Qaçqınlar və Ailə Komissarlığı tərəfindən qəbul edilmiş “Uşaq mənafelərinin daha yaxşı təmin edilməsi Qaydaları”nda göstərilir ki, “üstün maraqlar” termini uşağın rifahını izah edir. Belə rifah yaşı, yetkinlik səviyyəsi, valideynin olub-olmaması, uşağın ətraf mühiti və təcrübəsi kimi fərdi hallarla müəyyən edilir”. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 №- li, 28 mart 2016-cı il tarixli Qərarında izah edilmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Qərarda həmçinin izah olunmuşdur ki, aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Göründüyü kimi iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi halların heç biri təyin edilmiş alimentin miqdarının azaldılması üçün əsas deyildir. Əksinə xx.xx.2016-ci il tarixdə anadan olmuş X4 2020-ci ildə 4 yaşı olmuş, hazırda isə 9 yaşı vardır. O, böyümüşdür, məktəbə gedir, tələbatı artmışdır. Bu isə cavabdehin madi vəziyyətini ağırlaşdırır. Bundan başqa məhkəmə izah edir ki, alimentin indeksasiyası alimentin artırılması deyildir, təyin olunmuş alimentin məbləğinin mövcud vəziyyətə uyğunlaşdırılmasıdır. İndeksasiya əsasında müəyyən olunmuş alimentin hazırkı miqdarı isə hətta 2025-ci il üçün ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş 246 manat məbləğində yaşayış minimumundan da aşağıdır. Belə olan halda da alimentin miqdarının azaldılması uşağın üstün mənafeyinə uyğun olmamaqla yuxarıda qeyd edilən qanunvericilik aktlarının tələblərinin kobud pozuntusu ilə nəticələnə bilər. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək bu nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğundan rədd olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddiası əsassız olduğundan rədd olunsun. Məhkəmə xərcləri İddiaçı özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Balakən Rayon Məhkəməsinə göndərilməklə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar