Məhkəmə qərarları › İş №e-2(019)-1132/2025

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-1132/2025

03.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-1132/2025 03.11.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X16 qızının katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Balakən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı Cavabdeh ilə birgə nikahlarından 13 mart 2013-cü il tarixdə anadan olmuş X2, 28 avqust 2019-cu il tarixdə anadan olmuş X3 və 28 avqust 2019-cu il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində alimentin Cavabdeh alınaraq ona verilməsi barədə iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2012-ci ildə qeyri rəsmi nikahla evlənmişdir. Evliliklərindən 13 mart 2013-cü il tarixdə X7, 28 avqust 2019-cu il tarixdə X8 və 28 avqust 2019-cu il tarixdə X10 adlı üç uşaqları anadan olmuşdur. Rəsmi nikahları olmadığından uşaqlara atalığın müəyyən edilməsi haqqında şəhadətnamələr verilmişdir. Evləndikdən sonra cavabdehlə mehriban yaşamış, sonralar aralarında mübahisələr olmuş və 2015-ci il tarixdə cavabdehdən ayrılmışdır. Balakən Rayon Məhkəməsinin 2(019)-1592/2015 nömrəli, xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən birgə nikahlarından 13 mart 2013-cü il tarixdə doğulmuş X2 baxılması üçün hər ay 65 manat alimentin Cavabdeh tutularaq ona verilməsi qət edilmişdir.2018-ci ildə cavabdehlə yenidən barışaraq bir yerdə yaşamışlar, bundan sonra 2019-cu il tarixdə əkiz uşaqları anadan olmuşdur.2021-ci ildə o,aliment tələbindən imtina etmişdir.Balakən Rayon Məhkəməsinin 8(019)-27/2021 nömrəli, 22 aprel 2021-ci il tarixli qərardadına əsasən aliment tələbindən imtinası qəbul edilmişdir. Bundan sonra 2022-ci ildə cavabdehdən yenidən ayrılmışlar. Cavabdeh həmin vaxtdan bu günə kimi uşaqlarla maraqlanmamış, uşaqların baxılmasına köməklik etməmişdir. Uşaqların gündəlik tələbatı kifayət qədər xərc tələb edir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Alimentin təyin edilməsi tələbi ilə, mediatora müraciət etmişdir. Mediasiya prosesində cavabdeh iştirak etməmiş, heç bir razılıq ifadə etməmişdir. Bu barədə mediasiya arayışı verilmişdir. Mediasiyada 60 manat rüsum ödəmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi.O, əlavə olaraq göstərdi ki,o, aşbaz işləyir, aylıq qazancı 840 manat təşkil edir. Cavabdeh da fərdi əməklə məşğul olur, qazancı çoxdur. Lakin cavabdehin qazancı barədə heç bir sübut təqdim edə bilmir. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə uyğun olaraq işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon qeydiyyat şöbəsi tərəfindən 04 oktyabr 2013-cü il tarixdə verilmiş AZ-İ seriyalı 234027 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki,Cavabdeh 13 mart 2013-cü ildə vətəndaş İddiaçı doğulmuş X4 atası hesab edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon qeydiyyat şöbəsi tərəfindən 04 oktyabr 2013-cü il tarixdə verilmiş AZ-İİİ seriyalı 175350 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 13 mart 2013-cü ildə anadan olmuş, atası Cavabdeh, anası İddiaçı Haçı qızı qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon qeydiyyat şöbəsi tərəfindən 28 sentyabr 2019-cu il tarixdə verilmiş AZ-İ seriyalı 369233 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki,Cavabdeh 28 avqust 2019-cu ildə vətəndaş İddiaçı doğulmuş X9 atası hesab edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon qeydiyyat şöbəsi tərəfindən 28 sentyabr 2019-cu il tarixdə verilmiş AZ-İV seriyalı 847167 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2019-cu ildə anadan olmuş, atası Cavabdeh, anası İddiaçı Haçı qızı qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon qeydiyyat şöbəsi tərəfindən 28 sentyabr 2019-cu il tarixdə verilmiş AZ-İ seriyalı 369234 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki,Cavabdeh 28 avqust 2019-cu ildə vətəndaş İddiaçı doğulmuş X5 atası hesab edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon qeydiyyat şöbəsi tərəfindən 28 sentyabr 2019-cu il tarixdə verilmiş AZ-İV seriyalı 847168 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2019-cu ildə anadan olmuş, atası Cavabdeh, anası İddiaçı Haçı qızı qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 8(019)-27/2021 nömrəli qərardadının surətindən görünür ki, tələbkar İddiaçı ərizəsinin təmin edilməsi,Balakən Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli , 2(019)-1592/2021 saylı icra vərəqəsi üzrə tələbkar İddiaçı borclu Cavabdeh qarşı aliment tələbindən imtinasının qəbul edilməsi qərara alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən 1 saylı Mediasiya Təşkilatının xx.xx.2025-ci tarixli MSB/MT056-00039 nömrəli İlkin Mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmişdir və 60 manat mediasiya xərcini İddiaçı təktərəfli qaydada ödəmişdir. Məhkəmə İddiaçı izahatını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında işin faktiki halları araşdırılarkən müəyyən edildi ki, İddiaçı Cavabdeh ilə 2012-ci ildə qeyri-rəsmi nikahla evlənmişlər.Faktiki nikahlarından 13 mart 2013-cü ildə X7, 28 avqust 2019-cu ildə X8 və 28 avqust 2019-cu ildə X10 adında üç uşaqları doğulmuşdur.Uşaqlar hazırda iddiaçının himayəsindədirlər.Tərəflər 2022-ci ildə ayrılmışlar və həmin vaxtdan ayrı yaşayırlar. Cavabdeh uşaqların saxlanması üçün İddiaçı maddi köməklik göstərmir. Ona görə də İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında həmçinin müəyyən olundu ki, tərəflər arasında alimentin ödənməsi ilə bağlı saziş yoxdur, iddiaçı aşbaz işləyir, aylıq qazancı 840 manat təşkil edir. Cavabdehin qazancı barədə isə heç bir sübut təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasındakı mübahisəyə aşağıdakı hüquq tətbiq olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyası: 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsi 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcədə aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri- müntəzəm dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa , yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 100.1-100.3-cü maddələrinə əsasən aliment almaq hüququ olan şəxs, aliment ödənilməsi barədə saziş üzrə əvvəllər ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir.Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. “Uşaq hüquqları haqqında “Azərbaycan Respublikası Qanunu: 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarı: 8.4-1 yarımbəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 76.1-ci maddəsinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinin tələbinə görə bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3-cü maddəsinin tələbinə görə qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinin tələbinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 82.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda iddanın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 234.2 və 234.2.1-ci maddələrinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, tərəflərin faktiki nikahlarından olan azyaşlı uşaqların iddiaçının yanında yaşamalarını, tərəflər arasında alimentin ödənməsi ilə bağlı saziş olmamasını,cavabdehin azyaşlı uşaqlarının saxlanmasına maddi köməklik göstərməməsini, tərəflərin maddi və ailə vəziyyətini, iddiaçının aşbaz işləməklə hər ay 840 manat əmək haqqı almasını, cavabdehin qazancı barədə heç bir sübut təqdim olunmamasını, 2025-ci il üçün minimum əmək haqqının 400 manat müəyyən edilməsini, normativ hüquqi aktların tələblərini, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun hüquqi mövqeyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli,ərizənin verildiyi 09 sentyabr 2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan,13 mart 2013-cü il tarixdə anadan olmuş X2, 28 avqust 2019-cu il tarixdə anadan olmuş X3 və 28 avqust 2019-cu ildə anadan olmuş X1 üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı illər üzrə artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,38 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. İddia tələbi qalan hissədə təmin edilməməlidir. İddiaçı tərəfindən ödənmiş 60 manat mediasiya xərci Cavabdeh alınıb İddiaçı ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumünu ödəməkdən azad olunduğundan Cavabdeh 74,72 manat dövlət rüsumu alınıb dövlət büdcəsinə ödənməlidir. Qətnamə alimentin tutulmasına aid hissədə dərhal icra edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220,234.2.1 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 09 sentyabr 2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan,13 mart 2013-cü il tarixdə anadan olmuş X2, 28 avqust 2019-cu il tarixdə anadan olmuş X3 və 28 avqust 2019-cu ildə anadan olmuş X1 üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı illər üzrə artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,38 misli həddində sabit pul məbləğində aliment tutulsun; iddia tələbi qalan hissədə təmin edilməsin;60 manat mediasiya xərci Cavabdeh alınıb İddiaçı ödənilsin; Cavabdeh 74,72 manat dövlət rüsumu alınıb dövlət büdcəsinə ödənilsin;qətnamə alimentin tutulmasına aid hissədə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirməklə Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən H.Q.Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar