Məhkəmə qərarları › İş №e-2(019)-120/2024

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-120/2024

18.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-120/2024 18.01.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi-vəkili Nümayəndə1 və Cavabdeh nümayəndəsi-vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə birgə nikah dövründə anadan olmuş xx.xx.2009-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 220 manat alimentin alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh ilə nikahlarını xx.xx.2008-ci il tarixdə Balakən rayon Qeydiyyat Şöbəsində rəsmi qaydada qeyd etdirməklə ailə həyatı qurmuşlar. Cavabdeh ilə xasiyyətlərinin uyğun gəlməməsi səbəbindən Balakən Rayon Məhkəməsinin e-2(019)-343/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən Sabirova (Motuxova) Kəmalə Kamil qızı ilə İddiaçı arasında 19 yanvar 2008-ci il tarixdə Balakən rayon VVADQ Şöbəsində 09 nömrə ilə qeydə alınmış nikah pozulmuş, nikah pozularkən birgə nikahdan xx.xx.2009-cu il tarixdə doğulmuş X6 atası İddiaçı yanında və xx.xx.2011-ci il tarixdə doğulmuş X4 anası Sabirova (Motuxova) Kəmalə Kamil qızının yanında saxlanılması, ərizənin verildiyi 02 fevral 2023-cü il tarixdən başlayaraq xx.xx.2011-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment alınaraq iddiaçı Sabirova (Motuxova) Kəmalə Kamil qızına verilməsi, iddianın qalan hissədə təmin olunmaması, alimentin alınması hissəsində hazırki qətnamənin dərhal icra olunması qərara alınmışdır. Balakən Rayon Məhkəməsinin 2(019)343/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən onun himayəsində saxlanılan xx.xx.2009-cu il tarixdə doğulmuş X2 üçün cavabdeh heç bir maddi yardım göstərmir. Azyaşlı uşağı ilə maraqlanmır. Bunun üçün onun himayəsində saxlanılan xx.xx.2009-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 220 manat alimentin alınaraq ona ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Nümayəndə1 iddianı müdafiə edərək, iddiaçının izahatına uyğun eyni məzmunlu izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi-vəkili Nümayəndə2 iddianı qəbul etməyərək iddianın əsassız olduğunu bildirərək rədd edilməsini xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 31 avqust 2022-ci il tarixdə verilmiş AZ-T 211609 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2009-cu il tarixdə X9 doğulmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən Rayon Məhkəməsinin e- 2(019)-343/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, iddiaçı Sabirova (Motuxova) Kəmalə Kamil qızı ilə cavabdeh İddiaçı arasında 19 yanvar 2008-ci il tarixdə Balakən rayon VVADQ Şöbəsində 09 nömrə ilə qeydə alınmış nikahın pozulması, nikah pozularkən tərəflərin birgə nikahından xx.xx.2009cu il tarixdə doğulmuş X6 atası İddiaçı yanında və xx.xx.2011-ci il tarixdə doğulmuş X4 anası Sabirova (Motuxova) Kəmalə Kamil qızının yanında saxlanılması, ərizənin verildiyi 02 fevral 2023-cü il tarixdən başlayaraq xx.xx.2011-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh İddiaçı hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində alimentin alınaraq iddiaçı Sabirova (Motuxova) Kəmalə Kamil qızına verilməsi qət edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, aliment, birgə nikahdan əldə olunmuş əmlak bölgüsü və pul tələbi ilə əlaqədar xx.xx.2023-cü il tarixdə mediasiya prosesi həyata keçirilmişdir. İddiaçı-Nümayəndə1 ilkin Mediasiya sessiyasinda iştirak etmiş, Cavabdeh ilkin Mediasiya sessiyasinda iştirak etmədiyi üçün heç bir məlumat əldə edilmədi. İddiaçı tərəfindən 50 AZN İMS xərci təktərəfli şəkildə ödənildi. Məhkəmə iddiaçının, onun nümayəndəsi-vəkilinin və cavabdehin nümayəndəsivəkilinin izahatlarını dinləyib, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakı əsaslara görə iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, İddiaçı ilə X11 arasında nikah Balakən rayon VVADQ Şöbəsində 19 yanvar 2008-ci il tarixdə 09 nömrə ilə qeyd edilmiş, tərəflərin birgə nikahından xx.xx.2009-cu il tarixdə X9 və 11 may 2011-ci il tarixdə X7 doğulmuşlar. Balakən Rayon Məhkəməsinin e-2(019)- 343/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, iddiaçı Sabirova (Motuxova) Kəmalə Kamil qızı ilə cavabdeh İddiaçı arasında 19 yanvar 2008-ci il tarixdə Balakən rayon VVADQ Şöbəsində 09 nömrə ilə qeydə alınmış nikahın pozulması, nikah pozularkən tərəflərin birgə nikahından xx.xx.2009-cu il tarixdə doğulmuş X6 atası İddiaçı yanında və xx.xx.2011-ci il tarixdə doğulmuş X4 anası Sabirova (Motuxova) Kəmalə Kamil qızının yanında saxlanılması, ərizənin verildiyi 02 fevral 2023cü il tarixdən başlayaraq xx.xx.2011-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh İddiaçı hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində alimentin alınaraq iddiaçı Sabirova (Motuxova) Kəmalə Kamil qızına verilməsi qət edilmişdir. xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, aliment, birgə nikahdan əldə olunmuş əmlak bölgüsü və pul tələbi ilə əlaqədar xx.xx.2023-cü il tarixdə mediasiya prosesi həyata keçirilmiş, İddiaçı- Nümayəndə1 ilkin Mediasiya sessiyasinda iştirak etmiş, Cavabdeh ilkin Mediasiya sessiyasinda iştirak etməmişdir. İddiaçı tərəfindən mediasiya sessiyası ilə bağlı 50 manat mediasiya xərci ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.2-ci maddəsinə əsasən uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.3-cü maddəsinə əsasən valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri- müntəzəm dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin e-2(019)-343/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə tərəflər arasında nikah pozularkən tərəflərin birgə nikahından xx.xx.2009-cu il tarixdə doğulmuş X6 atası İddiaçı yanında və xx.xx.2011-ci il tarixdə doğulmuş X4 anası Sabirova (Motuxova) Kəmalə Kamil qızının yanında saxlanılması, ərizənin verildiyi 02 fevral 2023-cü il tarixdən başlayaraq xx.xx.2011-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh İddiaçı hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində alimentin alınaraq iddiaçı Sabirova (Motuxova) Kəmalə Kamil qızına verilməsi qət edilmiş, lakin X2 üçün aliment tutulması barədə qərar qəbul edilməmişdir. Belə ki, Balakən Rayon Məhkəməsinin e-2(019)- 343/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə işin faktoloji halı olaraq müəyyən edilmişdir ki, həmin iş üzrə cavabdeh İddiaçı X4 yetkinlik yaşına çatanadək saxlanması üçün ondan hər ay 150 manat sabit pul məbləğində alimentin tutularaq Sabirova (Motuxova) Kəmalə Kamil qızına verilməsinə razı olduğunu bildirmiş, lakin onun himayəsində saxlanmış X2 üçün Sabirova (Motuxova) Kəmalə Kamil qızından aliment tələb etmədiyini bildirmişdir. Qanunvericiliyin tələbinə əsasən (Ailə Məcəlləsinin 75.2-ci maddəsi) uşaqları saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Ailə Məcəlləsinin 75.4-cü maddəsinin məzmununa görə də valideyn uşağını saxlamadıqda uşağın saxlanması üçün vəsait məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən alimentin miqdarı o cümlədən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla müəyyən edilir. Balakən Rayon Məhkəməsinin e-2(019)-343/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə də işin faktoloji hallarına hüquqi qiymət verilməklə qanunvericiliyin tələbinə əsasən İddiaçı X1 görə ondan həmin uşağın saxlanması üçün hər ay 150 manat sabit pul məbləğində alimentin tutulub Sabirova (Motuxova) Kəmalə Kamil qızına ödənilməsi qət edilmiş, digər uşağı X3 və bu səbəbdən alimentdən imtina etdiyi üçün Cavabdeh (Motuxovadan) onun xeyrinə alimentin tutulması qət edilməmişdir. Faktiki olaraq müəyyən aylıq qazanca (gəlirə) malik olan İddiaçı uşağı Məmmədvəli Sabirovun saxlanması üçün hər ay 150 manat alimentin tutulması qərara alınmış, lakin aylıq hər hansı qazanca (gəlirə) malik olması və ödəniş qabiliyyəti olması müəyyən olunmayan, bununla da çətin maddi və ailə vəziyyəti nəzərə alınan Sabirova (Motuxova) Kəmalə Kamil qızından İbrahim Sabirovun saxlanması üçün alimentin tutulması qət edilməmişdir. Bu da tamamilə işin faktoloji hallarına və qanunvericiliyn tələblərinə uyğun olmuşdur. Hazırki iddia tələbi ilə bağlı məhkəmə həmçinin qeyd edir ki, iş materiallarına əsasən cavabdeh Sabirova (Motuxova) Kəmalə Kamil qızının işləməsi, aylıq hər hansı qazanca malik olması, pensiya, sosial müavinət və təaüd alması, yəni tələb yönəldilə biləcək hər hansı pul vəsaitinə və əmlaka malik olması müəyyən olunmur. İddiaçı tərəf də bunun əksini, yəni cavabdehin işləməsi, aylıq hər hansı qazanca malik olması, pensiya, sosial müavinət və təaüd alması, yəni tələb yönəldilə biləcək hər hansı pul vəsaitinə və əmlaka malik olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Hazırki iş üzrə iddiaçının himayəsində olan uşağın saxlanması üçün cavabdehdən alimentin tələb edilməsi işin faktoloji hallarına və hüquqi əsaslarına uyğun deyildir. Göstərilənlər iddia tələbinin tamamilə əsassız olmasını göstərir. Məhkəmə, iş materiallarını araşdırıb, iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan yuxarıda göstərilən qanun normalarına əsasən hüquqi qiymət verərək, hesab edir ki, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallada iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar