Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-128/2023 20.07.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 katibliyi, İddiaçı,onun nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh, onun nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh, İddiaçı mülkiyyətində olan Balakən şəhəri, S.Gözəlov küçəsində (bazar ərazisi) yerləşən, ümumi sahəsi 57 kv/m olan qeyri-yaşayış binasından 36 (otuz altı) ay müddətində istifadə, sahiblik və sərəncam verə bilməməsi nəticəsində əldən çıxmış faydanın (dəymiş ziyanın) əvəzi olan 21.600 (iyirmi bir min altı yüz) manat pulun və iddianın qaldırılması üçün ödənilmiş 154,8 (bir yüz əlli dörd manat səksən qəpik) manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, İddiaçı mülkiyyətində olan Balakən şəhəri, S.Gözəlov küçəsində (bazar ərazisi) yerləşən ümumi sahəsi 57 kv/m olan qeyri-yaşayış binasının Cavabdeh tərəfindən sökülmüş, uzunluğu 9,40 metr (doqquz metr qırx santimetr) eni 35 (otuz beş) santimetr olan kərpiçdən (bağlayıcı və suvaq kimi qum-sement qarışığı) istifadə edilərək inşa edilmiş sağ yan divarın cavabdehin hesabına bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, onun mülkiyyətində Balakən şəhəri, S.Gözəlov küçəsində (bazar ərazisi) ümumi sahəsi 57 kv/m olan qeyri-yaşayış binası və qanuni istifadəsində 0,0073 ha torpaq sahəsi vardır. Qeyd olunan əmlaklar üzərində onun mülkiyyət hüququ 31 yanvar 2012-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq MA seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”la rəsmiləşdirilmişdir. İş üzrə Cavabdeh onun mülkiyyətində olan Balakən şəhəri, S.Gözəlov küçəsində (bazar ərazisi) yerləşən ümumi sahəsi 57 kv/m olan qeyri-yaşayış binasını və qanuni istifadəsində 0,0073 ha torpaq sahəsini zəbt etmişdir. Odur ki, o, Cavabdeh qarşı mülkiyyətində olan Balakən şəhəri, S.Gözəlov küçəsində (bazar ərazisi) yerləşən ümumi sahəsi 57 kv/m olan qeyriyaşayış binasından çıxarılması tələbinə dair iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət etmişdir. Balakən Rayon Məhkəməsinin 31 may 2020-ci il tarixli, 2(019)-234/2020 iş nömrəli qətnaməsi ilə iddia təmin edilmiş və Cavabdeh İddiaçı mülkiyyətində olan Balakən şəhəri, S.Gözəlov küçəsində (bazar ərazisi) yerləşən, ümumi sahəsi 57 kv/m olan qeyri-yaşayış binasından çıxarılması qət edilmişdir. İş üzrə Cavabdeh Azərbaycan Respublikası Balakən Rayon Məhkəməsinin 31 may 2020-ci il tarixli, 2(019)-234/2020 iş nömrəli qətnaməsindən apelyasiya şikayəti, daha sonra isə apellyasiya instansiya məhkəməsinin qərarından kassasiya şikayəti verməsinə baxmayaraq, sonuncunun şikayətləri təmin olunmamışdır. Hazırda, iş üzrə Cavabdeh görüntü xatirinə İddiaçı mülkiyyətində olan Balakən şəhəri, S.Gözəlov küçəsində (bazar ərazisi) yerləşən ümumi sahəsi 57 kv-m olan qeyri-yaşayış binasından çıxdığını bəyan etsə də, faktiki olaraq İddiaçı mülkiyyət hüququnu pozmaqda davam edir. Belə ki, iş üzrə Cavabdeh İddiaçı mülkiyyətində olan Balakən şəhəri, S.Gözəlov küçəsində (bazar ərazisi) yerləşən qeyriyaşayış binasının ön tərəfinə konstruksiya qurtaşdırmaqla (qapı qoymaqla) iddiaçının ora daxil olmasının qarşısını almışdır.Balakən şəhəri, S.Gözəlov küçəsində (bazar ərazisi) yerləşən, ümumi sahəsi 57 kv/m olan qeyri-yaşayış binasını zəbt etmiş və nəticədə iddaçını aylıq ortalama əldə edə biləcəyi 600-700 manat gəlirdən məhrum etmişdir. Bu isə onu deməyə əsas verir ki, iddiaçıya ümumilikdə 21.600 (iyirmi bir min altı yüz) manat (600 manat x 36 ay) ziyan dəymişdir. Bununla yanaşı, Cavabdeh onun mülkiyyətində olan Balakən şəhəri, S.Gözəlov küçəsində (bazar ərazisi) yerləşən ümumi sahəsi 57 kv/m olan qeyri-yaşayış binasının sağ arakəsmə divarını sökmüş və qeyri-yaşayış binasının sahəsini istifadəsində olan qonşu qeyri-yaşayış binasına daxil etmişdir. O, hesab edir ki, qeyriyaşayış binasının arakəsmə divarı cavabdeh tərəfindən bərpa edilməlidir. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə1 iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasının xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək göstərdi ki, İddiaçı onun keçmiş qaynanasıdır. İddiaçının iddia tələbi əsassızdır. Belə ki, iddiaçı tərəfindən mübahisələndirilən qeyri-yaşayış binası (mağaza) onun tərəfindən hərrac yolu ilə 20.000 manata alınaraq, İddiaçı adına sənədləşdirilmişdir. Bunu Balakən rayon İcra şöbəsinin keçmiş icraçısı X5 Azərbaycan Respublikası CM-nin 228.1 və 296.1-ci maddələri ilə məhkum edilməsinə dair xx.xx.2021-ci il tarixli 1(019)-4/2021 nömrəli hökmündə İddiaçı şahid qismində vermiş olduğu ifadəsində etiraf edib, həmin mağazanı onunla şərik almasını təsdiq etmişdir. Həmin mağazanın divarları olmamış, orada taxtadan olan arakəsmələr olmuş, onlar köhnə olduğundan özbaşına tökülmüşdür. Daş və kərpicdən orada divar olmamışdır. Divarın daş yaxud kərpicdən olması barədə sübutu iddiaçı məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa Mərkəzi Kolxoz bazarında yerləşən mağazaların aylıq icarə haqqı 200-250 manat təşkil edir. O, hərrac yolu ilə İddiaçı adına alınmış RX seriyalı çıxarışın ləğv edilməsi və hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə çəkişməsi hələ də davam etdiyi halda belə bir iddia ilə iddiaçı X6 məhkəməyə müraciət etməsi absurddur. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 Cavabdeh izahatına uyğun eyni məzmunlu izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(019)-607/2022 nömrəli qətnaməsindən görünür ki, həmin qətnamə ilə İddiaçı iddiasının təmin olunması, Cavabdeh, İddiaçı mülkiyyətində olan Balakən şəhəri, S.Gözəlov küçəsində yerləşən ümumi sahəsi 57 kv.m olan qeyri-yaşayış binasından və binanın yerləşdiyi 0,0073 ha torpaq sahəsindən iddiaçının istifadə və sahiblik etməsinə qarşı yönəlmiş-əmlakın giriş hissəsinə quraşdırdığı konstruksiya vasitəsi ilə əmlaka daxil olmağa qoymamaqla müşayiət olunan qərəzli hərəkətlərinə son qoyulması, ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)1528/2021 nömrəli qərarının surətindən görünür ki, həmin qərarla Cavabdeh kassasiya şikayəti təmin edilməmiş,Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1578/2020 nömrəli,25 sentyabr 2020ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq sahibkar X9 tərəfindən 21 aprel 2022-ci il tarixdə verilmiş arayışdan görünür ki, İddiaçı mülkiyyətində olan Balakən şəhəri, S.Gözəlov küçəsində (bazar ərazisi) yerləşən,torpaq sahəsi 73 kv.m, ümumi sahəsi 57 kv/m olan qeyri-yaşayış binasının ortalama aylıq kirayə haqqı 600 (altı yüz) -700 (yeddi yüz) manat aralığındadır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Zaqatala Ərazi İdarəsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş MA seriyalı ******* nömrəli Çıxarışdan görünür ki, Balakən şəhəri S.Gözəlov küçəsi (bazar ərazisi) 0.0073 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 57 kv/m olan qeyri –yaşayış binası (mağaza) İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 63 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələlələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Zaqatala Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş Çıxarışdan görünür ki, Balakən şəhəri, S.Gözəlov küçəsi 0.00994 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 84.10 kv.m olan qeyri-yaşayış binası (mağaza) Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 24 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən 22 iyun 2021-ci il tarixdə verilmiş qeyri-yaşayış binasının Texniki pasportundan görünür ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası Cavabdeh adınadır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş “X11 Mərkəzi” MMC tərəfindən verilmiş Daşınmaz Əmlakın Qiymətləndirilməsi barədə xx.xx.2022-ci il tarixli Hesabatdan görünür ki, həmin hesabat Balakən şəhəri, S.Gözəlov küçəsi bazar ərazisində yerləşən 57 kv/m sahədən ibarət qeyri-yaşayış sahəsinin bazar dəyəri və aylıq icarə haqqının nə qədər təşkil etməsi ilə bağlı tərtib edilmiş, Balakən şəhəri, S.Gözəlov küçəsi bazar ərazisində yerləşən faktiki olaraq 73 kv/m sahədən ibarət qeyri-yaşayış sahəsinin bazar dəyəri və aylıq icarə haqqının dəyəri -bazar dəyəri 83.500 (səksən üç min beş yüz manat) AZN, aylıq icarə haqqı isə 600 (altı yüz) manat təşkil edir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2021-ci il tarixdə X4 adına verilmiş Sertifikatdan görünür ki, X8 Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin “Daşınmaz əmlakın qiymətləndirilməsi sahəsində mütəxəssislərin sertifikatlaşdırılması sistemi haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq ixtisaslaşma imtahanını müvəffəqiyyətlə vermişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş sahibkar X9 tərəfindən 16 noyabr 2022-ci il tarixdə Balakən rayon Vəkil Bürosunun vəkili Nümayəndə2 ünvanlanmış 58 nömrəli məktubda göstərilmişdir ki,”şifahi sorğunuza cavab olaraq bildiririk ki, Balakən şəhəri S.Gözəlov küçəsində (bazar ərazisində) yerləşən 0.57 kv.m sahəsi olan qeyriyaşayış binası mağazasının icarə haqqı 200-250 manat civarındadır”. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən Balakən Rayon Vəkil Bürosunun vəkili Nümayəndə2 ünvanlanmış 16 noyabr 2022-ci il tarixli məktubda göstərilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət Sizin sorğunuza cavab olaraq bildirir ki, Balakən şəhəri, S.Gözəlov küçəsində –bazar ərazisində yerləşən 0,57 kv.m sahəsi olan qeyri-yaşayış binası-mağazanın aylıq icarə haqqı 200-250 manat civarındadır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli Aktdan görünür ki, Balakən Rayon Məhkəməsinin 2(019)-234/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Cavabdeh seriya №MA02895 saylı Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışla İddiaçı xüsusi mülkiyyətində olan Balakən şəhəri, Balakən bazarı ərazisində olan ümumi sahəsi 57 kv/m olan birmərtəbəli qeyri-yaşayış binası-mağazadan çıxarılmışdır. Cavabdeh 10 manat dövlət rüsumu tutularaq İddiaçı ödənildi. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli icraata xitam verilməsi haqqında qərardan görünür ki, həmin qərarla Balakən Rayon Məhkəməsinin 2(019)-234/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə xitam verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası Mərkəzi tərəfindən 08 iyun 2023-cü il tarixdə verilmiş 10/864 nömrəli ekspert rəyindən görünür ki,mülki işin materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən mübahisə predmeti olan qeyri-yaşayış sahəsinə dair tərtib edilmiş texniki pasport sənədlərindən görünür ki, qeyd olunan qeyri-yaşayış binasının girişə nisbətdə sağ hissəsində ümumi uzunluğu 9.40 metr olan divar mövcuddur. Lakin tədqiq olunan ünvanda baxış zamanı qeyd olunan divarının faktiki olaraq mövcud olmadığı söküldüyü müəyyən olunur. Tikililərin hansı tarixdə sökülməsinin müəyyən edilməsinə dair metodika olmadığından tədqiq olunan divarın nə vaxt sökülməsinin müəyyən edilməsi üzrə tədiqat aparılmadı. Məhkəmə iddiaçının,onun nümayəndəsi və vəkilinin, cavabdehin, onun nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, işdə olan sübutları tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Cavabdeh İddiaçı keçmiş kürəkənidir. İddiaçı mülkiyyətində Balakən şəhəri, S.Gözəlov küçəsində (bazar ərazisi) ümumi sahəsi 57 kv/m olan qeyri-yaşayış binası və qanuni istifadəsində 0,0073 ha torpaq sahəsi vardır. Həmin qeyri- yaşayış (mağaza ) binasının sağ tərəfində, həmin mağazaya bitişik Cavabdeh mülkiyyətində olan 0.00994 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 84.10 kv.m olan qeyri-yaşayış (mağaza) binası vardır. Cavabdeh İddiaçı mülkiyyətində Balakən şəhəri, S.Gözəlov küçəsində (bazar ərazisi) ümumi sahəsi 57 kv/m olan qeyri-yaşayış binası və qanuni istifadəsində 0,0073 ha torpaq sahəsinin də özünə məxsus olduğunu iddia edərək 2019-cu ilin noyabr ayından 2022-ci ilin dekabr ayına kimi İddiaçı öz mülkiyyətində olan torpaq sahəsindən və qeyri yaşayış binasından istifadə etməsinə imkan verməmişdir.Cavabdeh həmçinin iddiaçının mülkiyyətində olan sözügedən qeyri–yaşayış (mağaza) binasının uzunluğu 9,40 metr (doqquz metr qırx santimetr), eni 35 (otuz beş) santimetr olan kərpiçdən (bağlayıcı və suvaq kimi qum-sement qarışığı) istifadə edilərək inşa edilmiş sağ yan divarını sökmüşdür. Cavabdeh sökdüyü divarı bərpa etmədiyindən və vurduğu zərəri ödəmədiyindən iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə işin faktiki hallarını müəyyən edərkən iddiaçının, onun nümayəndəsi və vəkilin ifadələrinə,Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(019)-607/2022 nömrəli qətnaməsinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)1528/2021 nömrəli qərarına, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Zaqatala Ərazi İdarəsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş MA seriyalı ******* nömrəli Çıxarışa, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Zaqatala Ərazi İdarəsi tərəfindən xx.xx.2021ci il tarixdə verilmiş Çıxarışa, Balakən Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli Aktına, Balakən Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli icraata xitam verilməsi haqqında qərarına və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 08 iyun 2023-cü il tarixli, 10/864 nömrəli ekspert rəyinə əsaslanmış, həmin ifadələr, rəylər və sənədlər inandırıcı, məntiqli olduqları, ziddiyyət təşkil etmədikləri, əksinə, bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul etmişdir. Məhkəmə həmçinin icarə haqqının məbləği ilə bağlı “X11 Mərkəzi” MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Hesabatı mötəbər sübut kimi qəbul etmiş, sahibkar X9 tərəfindən verilmiş 55 nömrəli xx.xx.2021-ci il tarixli və 58 nömrəli 16 noyabr 2022-ci il tarixli sənədləri və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin rəhbəri Kamran Qarayevin verdiyi 16 noyabr 2022-ci il tarixli sənədi isə sübut kimi qəbul etmir. Belə ki, iş materiallarından görünür ki, “X11 Mərkəzi” MMC qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq hüququna malik cəmiyyətdir və rəy vermiş mütəxəssis X8 Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin “Daşınmaz əmlakın qiymətləndirilməsi sahəsində mütəxəssislərin sertifikatlaşdırılması sistemi haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq ixtisaslaşma imtahanını müvəffəqiyyətlə vermiş, sertifikat almışdır. Odur ki, məhkəmə “X11 Mərkəzi” MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Hesabatı mötəbər sübut hesab etmişdir. X1 və AK GROUP məhdud Məsuliyyətli cəmiyyətin rəhbəri Kamran Qarayevin icarə haqqının məbləği ilə bağlı rəy vermək səlahiyyətlərinin olub-olmaması isə məlum deyildir. Eyni zamanda Azər Səmədov eyni obyektin icarə haqqı ilə bağlı birbirindən kəskin fərqlənən “rəylər” vermişdir. Odur ki, məhkəmə həmin sənədləri sübut kimi qəbul etməmişdir. Sözügedən qeyri-yaşayış (mağaza)binasının ona məxsus olması, həmin bunanın sağ tərəfinin taxtadan olması, özü tərəfindən sökülməməsi barədə cavabdehin etirazları ilə bağlı məhkəmə qeyd edir ki, işdə olan məhkəmə qətnamələri ilə müəyyən edilmişdir ki, Balakən şəhəri, S.Gözəlov küçəsində (bazar ərazisi) ümumi sahəsi 57 kv/m olan qeyriyaşayış binası İddiaçı mülkiyyətindədir. Eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Bundan başqa qeyri yaşayış binasının texniki pasportundan görünür ki, İddiaçı mülkiyyətində Balakən şəhəri, S.Gözəlov küçəsində (bazar ərazisi) ümumi sahəsi 57 kv/m olan qeyri-yaşayış binasının bütün divarları kərpicdən inşa edilmişdir. Qeyd edilənlərə və maddi hüquq normalarının tələblərinə əsasən cavabdehlərin etirazını məhkəmə əsaslı hesab etmir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin zərərin əvəzinin ödənilməsini müəyyən edən 21-ci maddəsinə görə hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə işin hallarını, Balakən şəhəri, S.Gözəlov küçəsində (bazar ərazisi) ümumi sahəsi 57 kv/m olan qeyri-yaşayış binasının İddiaçı mülkiyyətində olmasını, üç il ərzində Cavabdeh onu öz mülkiyyətində olan qeyri-yaşayış (mağaza) binasından istifadə etməsinə imkan verməməsini, sözügedən mağaza üçün aylıq icarə haqqının 600 manat olmasını, Cavabdeh həmin mağaza binasının sağ divarını sökməsini, tələb olunmasına baxmayaraq vurulmuş ziyanı ödəməməsini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh, İddiaçı mülkiyyətində olan Balakən şəhəri, S.Gözəlov küçəsində (bazar ərazisi) yerləşən, ümumi sahəsi 57 kv/m olan qeyri-yaşayış binasından 36 (otuz altı) ay müddətində istifadə, sahiblik və sərəncam verə bilməməsi nəticəsində əldən çıxmış faydanın (dəymiş ziyanın) əvəzi olan 21.600 (iyirmi bir min altı yüz) manat tutularaq İddiaçı ödənilməlidir. İddiaçı mülkiyyətində olan Balakən şəhəri, S.Gözəlov küçəsində (bazar ərazisi) yerləşən ümumi sahəsi 57 kv/m olan qeyri-yaşayış binasının Cavabdeh tərəfindən sökülmüş, uzunluğu 9,40 metr (doqquz metr qırx santimetr) eni 35 (otuz beş) santimetr olan kərpiçdən (bağlayıcı və suvaq kimi qum-sement qarışığı) istifadə edilərək inşa edilmiş sağ yan divarı Cavabdeh hesabına bərpa edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən 154.8 manat dövlət rüsumu xərci Cavabdeh alınıb İddiaçı verilməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək yekun olaraq bu nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh, İddiaçı mülkiyyətində olan Balakən şəhəri, S.Gözəlov küçəsində (bazar ərazisi) yerləşən, ümumi sahəsi 57 kv/m olan qeyri-yaşayış binasından 36 (otuz altı) ay müddətində istifadə, sahiblik və sərəncam verə bilməməsi nəticəsində əldən çıxmış faydanın (dəymiş ziyanın) əvəzi olan 21.600 (iyirmi bir min altı yüz) manat və iddianın qaldırılması üçün ödənilmiş 154,8 (bir yüz əlli dörd manat səksən qəpik) manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməlidir. İddiaçı mülkiyyətində olan Balakən şəhəri, S.Gözəlov küçəsində (bazar ərazisi) yerləşən ümumi sahəsi 57 kv/m olan qeyri-yaşayış binasının Cavabdeh tərəfindən sökülmüş, uzunluğu 9,40 metr (doqquz metr qırx santimetr), eni 35 (otuz beş) santimetr olan kərpiçdən (bağlayıcı və suvaq kimi qumsement qarışığı) istifadə edilərək inşa edilmiş sağ yan divarı Cavabdeh hesabına bərpa edilməlidir. 50 manat ekspertiza xərci Cavabdeh tutulub dövlət büdcəsinə Az.MEM VÖEN **********, hesab AZ34CTRE********************; X3, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesaba ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i : İddia təmin edilsin. Cavabdeh, İddiaçı mülkiyyətində olan Balakən şəhəri, S.Gözəlov küçəsində (bazar ərazisi) yerləşən, ümumi sahəsi 57 kv/m olan qeyri-yaşayış binasından 36 (otuz altı) ay müddətində istifadə, sahiblik və sərəncam verə bilməməsi nəticəsində əldən çıxmış faydanın (dəymiş ziyanın) əvəzi olan 21.600 (iyirmi bir min altı yüz) manat və iddianın qaldırılması üçün ödənilmiş 154,8 (bir yüz əlli dörd manat səksən qəpik) manat dövlət rüsumu xərci tutularaq İddiaçı ödənilsin. İddiaçı mülkiyyətində olan Balakən şəhəri, S.Gözəlov küçəsində (bazar ərazisi) yerləşən, ümumi sahəsi 57 kv/m olan qeyri-yaşayış binasının Cavabdeh tərəfindən sökülmüş, uzunluğu 9,40 metr (doqquz metr qırx santimetr) eni 35 (otuz beş) santimetr olan kərpiçdən (bağlayıcı və suvaq kimi qumsement qarışığı) istifadə edilərək inşa edilmiş sağ yan divarı Cavabdeh hesabına bərpa edilsin. 50 manat ekspertiza xərci Cavabdeh tutulub dövlət büdcəsinə Az.MEM VÖEN **********, hesab AZ34CTRE********************; X3, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesaba ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən H.Q.Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-128/2023
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-128/2023
20.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver