Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-1301/2025 09.02.2026 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X27 qızının katibliyi, İddiaçı1, onun və İddiaçı2 nümayəndəsi-vəkili Nümayəndə, Cavabdeh2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ziyan tələbinə dair mülki işə Balakən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 15390 (on beş min üç yüz doxsan) manat məbləğində pulun və 136 manat dövlət rüsumunun alınıb iddiaçılara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddialarını onunla əsaslandırmışdırlar ki, mərhum ataları X3 və mərhum X20 26 yanvar 1957-ci il tarixdə rəsmi nikah bağlamışlar, onların nikahı Balakən rayon Qeydiyyat Şöbəsində 11 nömrə ilə qeydə alınmışdır. X20 İddiaçı2 övladlığa götürmüşdür. X3 29 oktyabr 2006-cı il tarixdə, X24 isə xx.xx.2016-cı il tarixdə ölmüşdür. Balakən Rayon Aqrar İslahat Komissiyasının 04 fevral 1998-ci il tarixli 02 saylı qərarı ilə Omarov Məmmədrəsul (Mahamarasul) Abdulməcid oğluna, X19 və İddiaçı2 0.63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin 0.35 ha hissəsi İddiaçı1 yaşadığı torpaq sahəsinə bitişik ərazidən, 0.28 ha hissəsi isə çöl sahəsindən verilmişdir. 0.63 ha pay torpaq sahəsinə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsi tərəfindən JN- 238 KOD 40113018 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı hazırlanmışdır. X3 və X14 vəfatından sonra Balakən rayonu Talalar kəndində yerləşən torpaq sahələri miras qalmışdır. Həmin torpaq sahələri ayrı-ayrı hissələrdən ibarət olmaqla hər birinin ayrı-ayrı hüquq müəyyənedici sənədləri vardır. Həmin torpaq sahəsinin 2/3 hissəsi mərhumlara düşən paydır. Yerdə qalan 1/3 hissəsi İddiaçı2 xüsusi mülkiyyətidir. Balakən Rayon Məhkəməsinin 16 sentyabr 2016-cı il tarixli 2(019)-1553/2016 nömrəli qətnaməsinə əsasən 29 oktyabr 2006-cı ildə ölmüş Omarov Məmmədrəsul (Mahamarasul) Abdulməcid oğlunun Balakən rayonunun Talalar kəndində yerləşən, onun, X16 və İddiaçı2 ümumi birgə mülkiyyətində olan 0.6275 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindəki payı, mirası qəbul etmiş vərəsələr İddiaçı1 və Cavabdeh1 arasında payları bərabər olmaqla bölünməsi və hər birinə 1/2 hissə vərəsəlik hüququ üzrə payların müəyyən edilməsi, 09 yanvar 2016cı ildə ölmüş X16 Balakən rayonunun Talalar kəndində yerləşən, Omarov Məmmədrəsul (Mahamarasul) Abdulməcid oğlu və İddiaçı2 ilə ümumi birgə mülkiyyətdə olan 0.6275 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindəki payının mirası qəbul edən vərəsələr İddiaçı1, Cavabdeh1 və İddiaçı2 arasında bölünməsi, Səfiyə Omarovanın 0.6275 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindəki payının 12/14 hissəsinə Cavabdeh1, 1/14 hissəsinə İddiaçı1 və 1/14 hissəsinə İddiaçı2 vərəsəlik hüququ üzrə paylarının müəyyən edilməsi qət edilmişdir. Bundan sonra Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(019)- 1/2022 saylı qətnaməsi iləBalakən rayonu Talalar kəndində yerləşən 0.63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə və 0.12 ha həyətyanı torpaq sahəsinə dair mərhum X15 qalmış miras əmlaklardan mirası qəbul etmiş vərəsələrin-İddiaçı1, İddiaçı2 və Cavabdeh1 paylarının müəyyən edilməsi, Omarov Məmmədrəsul (Mahamarasul) Abdulməcid oğlunun, X16 və İddiaçı2 Məmmədrəsul (Yaqub) qızının adına mülkiyyət hüquqları qeydə alınmış 0.63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X16 mirasını təşkil edən 1\3 hissəsindan İddiaçı2 1/3 hissə miras payı, İddiaçı1 1/3 hissə miras payı və Cavabdeh1 1/3 hissə miras payının müəyyən edilməsi, Omarov Məmmədrəsul (Mahamarasul) Abdulməcid oğlunun, X16 və İddiaçı2 Məmmədrəsul (Yaqub) qızının adına mülkiyyət hüquqları qeydə alınmış 0.63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 8/18 hissə İddiaçı2, 5/18 hissə İddiaçı1 və 5/18 hissə Cavabdeh1 paylarının müəyyən edilməsi, X16 və İddiaçı2 adına mülkiyyət hüquqları qeydə alınmış 0.12 ha həyətyanı torpaq sahəsinin X16 mirasını təşkil edən 1/2 hissəsindan İddiaçı2 1/3 hissə miras payı, İddiaçı1 1/3 hissə miras payı və Cavabdeh1 1/3 hissə miras payının müəyyən edilməsi, X16 və İddiaçı2 adına mülkiyyət hüquqları qeydə alınmış 0.12 ha həyətyanı torpaq sahəsindən 4/6 hissə İddiaçı2, 1/6 hissə İddiaçı1 və 1/6 hissə Cavabdeh1 paylarının müəyyən edilməsi, 0.12 ha həyətyanı torpaq sahəsi ilə bağlı reyestr nömrəsi **********38- 10301 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın qismən- torpaq sahəsinə dair hissədə ləğv edilməsi, 0.2014 ha torpaq sahəsi ilə bağlı reyestr nömrəsi **********79 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, 0.1424 ha torpaq sahəsi ilə bağlı reyestr nömrəsi **********78 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və 0.2819 ha torpaq sahəsi ilə bağlı reyestr nömrəsi **********04 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır. Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(019)-1/2022 saylı qətnaməsinə əsasən iddiaçılar paylarına uyğun daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar almışlar. Belə ki, Balakən rayonu Talalar kəndində ünvanında yerləşən 0.2014 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 5/18 hissəsinə İddiaçı1, 8/18 hissəsinə İddiaçı2, 5/18 hissəsi Cavabdeh1 adına reyestr nömrəsi **********79, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, 0.1424 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 5/18 hissəsinə İddiaçı1, 8/18 hissəsinə İddiaçı2, 5/18 hissəsi Cavabdeh1 adına reyestr nömrəsi **********78, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışlar. 2016-cı il tarixdən hazırki vaxtadək Cavabdeh1 və Umarova X11 rayonu Talalar kəndində ünvanında yerləşən 0.2014 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 13/18 hissəsinə, 0.1424 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 13/18 hissəsinə, 0.2801 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.2018 ha hissəsinə İddiaçı1, 0.1253 ha hissəsindən istifadə etməyə imkan vermir. Belə ki, 24.5 sot torpaq sahəsindən il ərzində 3 ton qarğıdalı məhsulu götürmək olar. 1 kq qarğıdalı məhsulunun orta bazar qiyməti 30 qəpikdir. 9 ildir ki, cavabdehlər maneçilik törətdiklərinə görə iddiaçılar torpaq sahəsindən istifadə edə bilmirlər. 3 ton qarğıdalı otuz qəpikdən hesablansa ildə 900 manat gəlir götürmək olar. Həmin məbləğ 9 ilə vurulsa 8100 manat edir. Eyni zamanda 0.20 ha kənd təsərrüfatı təyinatlı çöl sahəsindən cavabdehlər 9 ildir ki, iddiaçıları istifadə etməyə imkan vermirlər.20 sot torpaq sahəsindən il ərzində 2700 kq qarğıdalı məhsulu götürmək olar. 1 kq qarğıdalı məhsulunun orta bazar qiyməti 30 qəpikdir. 9 ildir ki, cavabdehlər maneçilik törətdiklərinə görə iddiaçılar torpaq sahəsindən istifadə edə bilmirlər. 2700 kq qarğıdalı otuz qəpikdən hesablananda ildə 810 manat gəlir götürmək olar. Həmin məbləğ 9 ilə vurulsa 7290 manat edir. Beləliklə 24.5 sot kənddaxili sahədən və 0.20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 9 il ərzində 15390 manat dəyərində gəlir əldə etmək olardı ki, iddiaçılar buna görə də əldən çıxmış fayda olaraq 15390 manat pulun cavabdehlərdən alınıb onlara verilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı1 iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə şıxarılmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı1 və İddiaçı2 nümayəndəsi-vəkili Nümayəndə iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh X17 iddianı etiraf etməyərək izahatında göstərdi ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 ona və X6 qarşı "ziyanın ödənilməsi tələbinə dair" iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsində qeyd etdiyi maddi ziyanla bağlı xüsusatlar yalandır. Belə ki, iddia ərizəsində göstərilmişdir ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 04 fevral 1998-ci il tarixli 02 saylı qərarı ilə Omarov Məmmədrəsul (Mahamarasul) Abdulməcid oğluna, X19 və İddiaçı2 0.63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin 0.35 ha hissəsi İddiaçı1 yaşadığı torpaq sahəsinə bitişik ərazidən, 0.28 ha hissəsi isə çöl sahəsindən verilmişdir. Halbuki, qeyd olunan 0,35 ha torpaq sahəsi ona məxsus torpaq sahəsi ilə sərhəd ərazidə yerləşir və həmin ərazidə İddiaçı1 məxsus torpaq sahəsi yoxdur. O və iş üzrə digər cavabdeh olan Cavabdeh1 heç vaxt iddiaçılar İddiaçı1 və İddiaçı2 qeyd etdikləri torpaq sahəsinə daxil olmalarına, həmin torpaq sahələrindən istifadə etməyə və s. maneçilik yaratmamışlar. İddiaçılar heç vaxt qeyd olunan torpaq sahələrində nə isə əkin-biçin işləri aparmaq istəməmişdirlər. Əgər iddiaçıların iddia etdiyi kimi 9(doqquz) ildir onlara həmin torpaq sahələrindən istifadə etməyə qoymamışdırlarsa, onda nəyə görə keçən bu müddət ərzində 1 dəfə də olsa hansısa dövlət qurumuna və yaxud məhkəməyə müraciət etməmişdirlər. İddiaçıların hazırki tələblə məhkəməyə müraciət etməsinin səbəbi, Hümbət Omarovun onlara qarşı qaldırmış olduğu anasından miras qalmış fərdi yaşayış evinə köçürülməsi ilə bağlıdır. İddiaçılar bu yolla onları cəzalandırmaq istəyir ki, Hümbət Omarov anasının evindən pay tələb etməsin. İddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında qanunla müəyyən olunmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzürlü səbəb olmadan təkrarən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə uyğun olaraq işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Balakən rayonu Talalar kəndi ərazisində yerləşən 0.1424 ha kənd təsərrüfatı təyinatlı torpaqlar 5/18 hissə İddiaçı1,8/18 hissə İddiaçı2 və 5/18 hissə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 45 nömrəli reyestr kitabının 82 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş A seriyalı 890572 nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Balakən rayonu Talalar kəndində yerləşən 0.1424 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı1 adınadır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Balakən rayonu Talalar kəndi ərazisində yerləşən 0.2014 ha kənd təsərrüfatı təyinatlı torpaqlar 5/18 hissə İddiaçı1,8/18 hissə İddiaçı2 və 5/18 hissə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 45 nömrəli reyestr kitabının 80 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş A seriyalı 890573 nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Balakən rayonu Talalar kəndində yerləşən 0.2014 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı1 adınadır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Balakən rayonu Talalar kəndi ərazisində yerləşən 0.2801 ha kənd təsərrüfatı təyinatlı torpaqlar 0.0765 hissə İddiaçı1,0.1253 hissə İddiaçı2 və 0.0783 hissə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 45 nömrəli reyestr kitabının 81 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş A seriyalı 888355 nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Balakən rayonu Talalar kəndində yerləşən 0.2801 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı1 adınadır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Balakən rayonu Talalar kəndi ərazisində yerləşən 0.25 ha yaşayış məntəqələrinin torpaqları 8/98 hissə X2,8/98 hissə İddiaçı1, 1/98 hissə İddiaçı2 və 81/98 hissə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 71 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(019)-1/2022 nömrəli qətnaməsinin surətindən görünür ki, iddianın təmin edilməsi, Balakən rayonu Talalar kəndində yerləşən 0.63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə və 0.12 ha həyətyanı torpaq sahəsinə dair mərhum X15 qalmış miras əmlaklardan mirası qəbul etmiş vərəsələrin-İddiaçı1,İddiaçı2 və Cavabdeh1 paylarının müəyyən edilməsi, Omarov Məmmədrəsul (Mahamarasul) Abdulməcid oğlunun, X16 və İddiaçı2 Məmmədrəsul (Yaqub) qızının adına mülkiyyət hüquqları qeydə alınmış 0.63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X16 mirasını təşkil edən 1/3 hissəsindan İddiaçı2 1/3 hissə miras payı, İddiaçı1 1/3 hissə miras payı və Cavabdeh1 1/3 hissə miras payının müəyyən edilməsi , Omarov Məmmədrəsul (Mahamarasul) Abdulməcid oğlunun, X16 və İddiaçı2 Məmmədrəsul (Yaqub) qızının adına mülkiyyət hüquqları qeydə alınmış 0.63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 8/18 hissə İddiaçı2, 5/18 hissə İddiaçı1 və 5/18 hissə Cavabdeh1 paylarının müəyyən edilməsi, X16 və İddiaçı2 adına mülkiyyət hüquqları qeydə alınmış 0.12 ha həyətyanı torpaq sahəsinin X16 mirasını təşkil edən 1/2 hissəsindən İddiaçı2 1/3 hissə miras payı, İddiaçı1 1/3 hissə miras payı və Cavabdeh1 1/3 hissə miras payının müəyyən edilməsi, X16 və İddiaçı2 adına mülkiyyət hüquqları qeydə alınmış 0.12 ha həyətyanı torpaq sahəsindən 4/6 hissə İddiaçı2, 1/6 hissə İddiaçı1 və 1/6 hissə Cavabdeh1 paylarının müəyyən edilməsi,0.12 ha həyətyanı torpaq sahəsi ilə bağlı reyestr nömrəsi **********38-10301 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın qismən- torpaq sahəsinə dair hissədə ləğv edilməsi, 0.2014 ha torpaq sahəsi ilə bağlı reyestr nömrəsi **********79 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, 0.1424 ha torpaq sahəsi ilə bağlı reyestr nömrəsi **********78 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və 0.2819 ha torpaq sahəsi ilə bağlı reyestr nömrəsi **********04 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi qət edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş "xxxx" MMC-tərəfindən verilmiş 19 dekabr 2025-ci il tarixli UNİ/D-107-998/2025 nömrəli Bioloji Aktivlərin qiymətləndirilməsi barədə Mütəxəssis rəyində göstərilmişdir: -2016-2025-ci illərdə göstərilən torpaq sahələrindən orta hesabla 46,9 ton qarğıdalı məhsulu əldə edilə bilərdi və bu məhsulun ümumi bazar dəyəri təxminən 16 400,0 ( on altı min dörd yüz) manat təşkil edir. -2016-2025-ci illərdə İddiaçı1 və İddiaçı2 payına düşən torpaq sahələrindən orta hesabla 33,9 ton qarğıdalı məhsulu əldə edilə bilərdi və həmin məhsulun ümumi dəyəri təxminən 11 890,0 ( on bir min səkkiz yüz doxsan) manat təşkil edir. Qiymətləndirmə işi Əmlakın Qiymətləndirilməsi Standartları üzrə Beynəlxalq Komitənin və «Qiymətləndirinə fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən uyğun qiymətləndirmə metodlarından istifadə edilməklə əmlakın faktiki vəziyyətinə və bazar konyukturasma uyğun olaraq aparılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin 16 sentyabr 2016-cı il tarixli 2(019)-1553/2016-cı il tarixli qətnaməsinini sirətindən görünür ki, iddianın qismən təmın edilməsi, 29 oktyabr 2006-cı ildə ölmüş X1 Balakən rayonunun Talalar kəndində yerləşən, onun, X16 və İddiaçı2 ümumi birgə mülkiyyətində olan 0.6275 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindəki payı qanun üzrə vərəsəlik hüququ ilə mirası qəbuıl etmiş vərəsələr İddiaçı1 Məmmədrəsul oğlu və X10 arasında payları bərabər olmaqla bölünməsi və hər birinə vərəsəlik hüququ üzrə 1/2 hissə paylarının müəyyən edilməsi,09 yanvar 2016-cı ildə ölmüş X16 Balakən rayonunun Talalar kəndində yerləşən, X4 və İddiaçı2 ilə ümumi birgə mülkiyyətdə olan 0.6275 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindəki və İddiaçı2 ilə ümumi birgə mülkiyyətində olan 0 12 hektar həyətyanı torpaq sahəsindəki payı mirası qəbul edən vərəsələr İddiaçı1 Məmmədrəsul oğlu, X10 və İddiaçı2 arasında bölünməsi, Cəfiyyə Omrovanın 0.6275 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən və 0.12 ha həyətyanı torpaq sahəsindəki payının 12/14 hissəsinə X5,1/14 hissəsinə İddiaçı1 Məmmədrəsul oğlunun və 1/14 hissəsinə İddiaçı2 vərəsəlik hüququ üzrə paylarının müəyyən edilməsi,iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə İddiaçı1,onun və İddiaçı2 nümayəndəsi-vəkil Nümayəndə və cavabdeh X7 izahatlarını dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında işin faktiki halları araşdırılarkən müəyyən edilmişdir ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 04 fevral 1998-ci il tarixli 02 saylı qərarı ilə Balakən rayonu Talalar kəndi ünvanından Omarov Məmmədrəsul (Mahamarasul) Abdulməcid oğluna, X19 və İddiaçı2 0.63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Torpaq sahəsinə keçmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən JN- 238 KOD 40113018 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı hazırlanmışdır. X3 29 oktyabr 2006-cı il tarixdə, X24 isə xx.xx.2016-cı il tarixdə ölmüşdürlər. Həmin torpaq sahələrinin 1/3 hissəsi İddiaçı2 xüsusi mülkiyyətində olmuş, 2/3 hissəsi X2 və X16 xüsusi mülkiyyətində olmuş, onlar öldükdən sonra həmin hissə miras qalmışdır. Miras əmlaklar onları qəbul etmiş vərəsələr arasında bölüşdürülmüş və paylı mülkiyyət hüququ ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş reyestr nömrəsi **********78 olan, xx.xx.2023-cü il tarixdə verilmiş reyestr nömrəsi **********79, xx.xx.2023-cü il tarixdə verilmiş reyestr nömrəsi **********04 olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışlara əsasən Balakən rayonu Talalar kəndi ünvanında yerləşən 0.2014 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 5/18 hissədə İddiaçı1, 8/18 hissədə İddiaçı2 və 5/18 hissədə Cavabdeh1 , 0.2014 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 5/18 hissədə İddiaçı1, 8/18 hissədə İddiaçı2 və 5/18 hissədə Cavabdeh1 və 0.2801 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 0,0765 ha hissədə İddiaçı1, 0,1253 ha hissədə İddiaçı2 və 0,0783 ha hissədə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdehlər iddiaçıların həmin torpaq sahəsindən istifadə etmələrinə imkan vermədiklərindən,bununla da onlara maddi zərər vurduqlarından iddiaçılar hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə hesab edir ki, tərəflər arşındakı mübahisəyə aşağıdakı hüquq tətbiq olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyası: 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 215.4-cü maddəsinə əsasən hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. 215.5-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. 216-cı maddəsinə əsasən mülkiyyətçilər arasında razılaşma ilə ayrı qayda nəzərdə tutulmayıbsa, paylı mülkiyyətdə olan əşyanın istifadəsindən götürülən bəhər, məhsul və gəlir ümumi əmlakın tərkibinə daxil olur və paylı mülkiyyətin mülkiyyətçilərinin paylarına uyğun surətdə onlar arasında bölüşdürülür. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinin tələbinə görə bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3-cü maddəsinin tələbinə görə qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinin tələbinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 82.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəzərə alınmalıdır ki, iddia tələbi bilavasitə sübutetmə ilə bağlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların mövcud olub olmamasını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər hansı dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Hazırkı işin materiallarından görünür ki, iddiaçılar İddiaçı1 və X21 ilə cavabdeh Umarov X8 rayonu Talalar kəndi ünvanında yerləşən 0.2014 ha , 0.2014 ha və 0.2801 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin paylı mülkiyyətçiləridir. Torpaq sahələri Balakən rayon Aqrar İslahat Komissiyasının 04 fevral 1998-ci il tarixli 02 saylı qərarı ilə Omarov Məmmədrəsul (Mahamarasul) Abdulməcid oğluna, X19 və İddiaçı2 verildiyindən İddiaçı2 həmin torpaq sahələrində 1/3 hissə payı torpaq islahatı aparıldığı vaxtdan mövcud olmuşdur. Birgə mülkiyyətçilərdən X3 29 oktyabr 2006-cı il tarixdə, X24 isə xx.xx.2016-cı il tarixdə öldüklərindən torpaq sahələrinin onlara aid hissəsi miras qalmışdır. Onlara aid miras isə birinci növbəli vərəsələrdən İddiaçı1, X21 və Cavabdeh1 tərəfindən qəbul olunmuşdur. Mülki Məcəllənin həmin vaxt qüvvədə olmuş 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılırdı. Qanunvericiliyin bu tələbinə görə xx.xx.2016-cı il tarixdən iddiaçılar və cavabdeh Umarov X8 rayonu Talalar kəndi ünvanında yerləşən 0.2014 ha , 0.2014 ha və 0.2801 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin paylı mülkiyyətçiləridirlər. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş reyestr nömrəsi **********78, reyestr nömrəsi **********79 və reyestr nömrəsi **********04 olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışlara əsasən 0.2014 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 5/18 hissədə İddiaçı1, 8/18 hissədə İddiaçı2 və 5/18 hissədə Cavabdeh1 , 0.2014 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 5/18 hissədə İddiaçı1, 8/18 hissədə İddiaçı2 və 5/18 hissədə Cavabdeh1 və 0.2801 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 0,0765 ha hissədə İddiaçı1, 0,1253 ha hissədə İddiaçı2 və 0,0783 ha hissədə Cavabdeh1 mülkiyyətindədir. Mülki Məcəllənin 215.4-cü maddəsinin tələbinə əsasən iddiaçıların həmin torpaq sahəsindən öz paylarına uyğun istifadə hüquqları vardır. Cavabdehlər isə iddiaçıların həmin torpaq sahələrindən hal-hazıra kimi istifadə etmələrinə imkan vermirlər, bununla da iddiaçılara ziyan vururlar. Ona görə də iddiaçılar vurulmuş maddi ziyanın ödənməsi ilə bağlı məhkəməyə müraciət etmişlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur.İşdə olan qiymətləndirmə rəyi ilə müəyyən olunur ki, iddiaçılara dəyən zərərin miqdarı 11.890 manat təşkil edir. İddiaçı1 və İddiaçı2 qeyd etdikləri torpaq sahəsinə daxil olmalarına, həmin torpaq sahələrindən istifadə etməyə və s. maneçilik yaratmamaları barədə cavabdeh tərəfin etirazı ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi tərəflər arasındakı mübahisə 2015-ci ildən hal-hazıra kimi davam edir və hal-hazırda da cavabdehlər iddiaçıları həmin torpaq sahələrinə buraxmırlar. Odur ki, məhkəmə cavabdeh tərəfrin bu etirazını əsassız hesab edərək qəbul etməmişdir. Məhkəmə işin yuxarıda qeyd edilən hallarını, maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən-11.890 manata aid hissədə əsaslıdır və həmin məbləğ cavabdehlərdən alınıb iddiaçılara verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında izah olunmuşdur ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni; baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olduqda, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edildikdə, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olduqda əsaslı hesab olunur. İddia tələbi qismən təmin edildiyindən məhkəmə hesab edir ki, ödənmiş dövlət rüsumunun 125.67 manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınıb iddiaçılar İddiaçı1 və X18 ödənilməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 11.890 manat və ödənmiş dövlət rüsumuna görə 125.67 manat alınıb iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i : İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 Mahamarasil oğlundan və Cavabdeh2 11.890 (on bir min səkkiz yüz doxsan) manat və ödənmiş dövlət rüsumuna görə 125.67 (bir yüz iyirmi beş manat altmış yeddi qəpik) manat alınıb iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilsin. İddia tələbi qalan hissədə təmin edlilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirməklə Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən H.Q.Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-1301/2025
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-1301/2025
09.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver