Məhkəmə qərarları › İş №e-2(019)-133/2024

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-133/2024

25.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-133/2024 25.01.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı təyin edilmiş alimentin ödənilməsindən azad edilmə tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(019)-372/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş xx.xx.2014-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi baxılıb saxlanılması üçün təyin edilmiş 150 ( bir yüz əlli) manat sabit pul məbləğində alimentin Cavabdeh ödənilməsindən onun, yəni İddiaçı azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, nikahlarını 12 sentyabr 2011-ci il tarixdə 30 sayla Balakən rayon Mahamalar kənd İnzibati Ərazi Dairəsində rəsmiləşdirməklə Mahamalar kənd sakini Mamedova (Həsənova) Təranə Həsrət qızı ilə evlənmişlər. Birgə yaşadıqları dövrdə 2 uşaqları olub. 1.X6 - xx.xx.2012-ci il 2.X4 - xx.xx.2014-cü il tarixdə doğulmuşlar. 2022-ci ilin yanvar ayından Cavabdeh ayrılmışdır. Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(019)- 372/2022 saylı qətnaməsi ilə onunla aralarında bağlanmış rəsmi nikah pozulmuşdur. Nikah pozulduqdan sonra uşaqlarından qızları X6 onun himayəsində, oğulları X2 isə anası Təranənin himayəsində qalması və həmçinin oğulları Mustafanın yetkinlik yaşına çatana qədər baxılıb saxlanılması üçün hər ay ondan sabit pul məbləğində 150 manat alimentin tutularaq Mamedova (Həsənova) Təranə Həsrət qızına verilməsi qərara alınmışdır. O, Təranədən boşandıqdan sonra nikahlarını xx.xx.2022-ci il tarixdə 678 sayla Balakən regional “ASAN xidmət” mərkəzində rəsmiləşdirməklə Mamedova (Əliyeva) Elnarə Ramis qızı ilə evlənmişdir. Onunla birgə nikahdan xx.xx.2023-cü il tarixdə doğulmuş X7 adında bir oğlu var. Oğlu Musdafanın saxlanılması üçün məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimenti Təranəyə bir müddət ödəmişdir. Sonralar isə ailə və maddi vəziyyətində dəyişiklik olmuşdur. Təyin edilmiş alimenti az miqdarda hissə-hissə ödəmişdir. Hal-hazırda həyat yoldaşı və uşaqları ilə birlikdə Bakı şəhərində kirayədə yaşayır. Ailə vəziyyəti çətinləşib. Rəsmi iş yeri yoxdur. Həyat yoldaşı heç yerdə işləmir. Ailəsinin saxlanılmasında ona valideynləri köməklik göstərirlər. O, cavabdehlə birgə nikahdan olan qızı Mələyin baxılması, təhsil alması və fiziki sağlamlığı ilə məşğul olur. Təranə isə qızı Mələyin baxılmasında ona heç bir köməklik göstərmir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram göndərərək özünün Balakəndə qeydiyyatda olduğunu, Bakı şəhərində yaşadığını, uşağı xəstə olduğu üçün üzürlü səbəblərdən məhkəmədə iştirak edə bilmədiyini, İddiaçı iddiasının əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh Həmrət qızı arasında nikah 12 sentyabr 2011-ci il tarixdə Balakən rayon İcra Hakimiyyəti Mahamalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 30 nömrə ilə qeydə alınmış, nikah bağlandıqdan sonra arvada Mamedova soyadı verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Mahamalar kənd soveti tərəfindən verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx xxxxxx 1989cu il tarixdə anadan olmuş, atası X1, anası Nümayəndə yazılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 30 oktyabr 2012-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 984723 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X6 20 avqust 2012-ci il tarixdə anadan olmuş, atası İddiaçı, anası Cavabdeh yazılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 01 fevral 2022-ci il tarixdə verilmiş 05/69-89 nömrəli arayışdan görünür ki, X4 21 fevral 2014-cü il tarixdə anadan olmuş, atası İddiaçı, anası Cavabdeh yazılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(019)-372/2022 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında 12 sentyabr 2011-ci il tarixdə Balakən rayon Mahamalar kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyində 30 nömrə ilə qeydə alınmış nikahın pozulması, nikah pozularkən tərəflərin birgə nikahından xx.xx.2012-ci il tarixdə anadan olmuş X3 atası İddiaçı və 21 fevral 2014-cü il tarixdə anadan olmuş X2 anası Cavabdeh yanında saxlanılması, 21 fevral 2014-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh İddiaçı hər ay 150 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 17 noyabr 2022-ci il tarixdə verilmiş AZ-İ seriyalı 430928 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh arasında nikah ləğv edilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2022ci il tarixdə 82№ ilə qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, alimentin ləğv edilməsi ilə əlaqədar xx.xx.2023-cü il tarixdə mediasiya prosesi həyata keçirilmişdir. İddiaçı ilkin Mediasiya sessiyasinda iştirak etmiş, Cavabdeh ilkin Mediasiya sessiyasinda iştirak etməmişdir. İddiaçı 50 AZN İMS xərcini ödədi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında nikah 12 sentyabr 2011-ci il tarixdə 30 sayla Balakən rayon Mahamalar kənd İnzibati Ərazi Dairəsində qeyd edilmiş, tərəflərin birgə nikahından 20 avqust 2012-ci il tarixdə X6 və 21 fevral 2014-cü il tarixdə X4 adında uşaqları doğulmuşlar. Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(019)-372/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında 12 sentyabr 2011-ci il tarixdə Balakən rayon Mahamalar kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyində 30 nömrə ilə qeydə alınmış nikahın pozulması, nikah pozularkən tərəflərin birgə nikahından xx.xx.2012-ci il tarixdə anadan olmuş X3 atası İddiaçı və 21 fevral 2014-cü il tarixdə anadan olmuş X2 anası Cavabdeh yanında saxlanılması, 21 fevral 2014-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh İddiaçı hər ay 150 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Tərəflər arasında nikah Balakən rayon Qeydiyyat Şöbəsində ləğv edilmiş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 82№ ilə qeyd edilmişdir. Hazırki tələblə əlaqədar xx.xx.2023-cü il tarixdə mediasiya prosesi həyata keçirilmiş, İddiaçı ilkin Mediasiya sessiyasinda iştirak etmiş, Cavabdeh ilkin Mediasiya sessiyasinda iştirak etməmiş, İddiaçı 50 AZN İMS xərcini ödəmiş, bu barədə xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə nəzərə çatdırır ki, məhkəmə qaydasında alimenti ödəməkdən azad edilmənin əsaslarına aliment borcunun onu ödəməli olan şəxsin xəstəliyi və yaxud başqa üzrlü səbəblərdən əmələ gəlməsi və aliment ödəməli olan şəxsin ailə və maddi vəziyyətinin bu alimenti ödəməyə imkan verməməsi daxildir. Qanunun mənasına görə alimenti ödəməkdən azad edilmə üçün bu hallar birlikdə mövcud olmalıdır. Qanunvericilik bu halların müəyyən edilməsini məhkəmənin səlahiyyətlərinə aid etmişdir. Başqa sözlə, üzrlü səbəblər olduqda, məhkəmə alimenti ödəməkdən azad etməyə haqlıdır. Lakin bununla bağlı o hallar əsas kimi götürülə bilər ki, həmin halların mövcud olması aliment ödənilməsini qeyri-mümkün etsin. Məhkəmə üçün şübhə yoxdur ki, yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulduqda, onların mənafeyinə üstünlük verilməlidir. Bu xüsusda maraqlıdır ki, bir sıra ölkələrdə qanunvericilik qaydasında yetkinlik yaşına çatmayanlar üçün aliment üzrə borcların ödənilməsindən azad edilmə və bu borcların azaldılması qadağan olunmuşdur. Bu qadağa tərəflər arasında qarşılıqlı razılıq olduqda belə tətbiq olunur. Məsələn, Rusiya Federasiyası Ailə Məcəlləsinin 114-cü maddəsinə əsasən aliment yetkinlik yaşına çatmayan uşaqlar üçün tutulduqda, alimentlər üzrə borcların ödənilməsindən azad olunma və yaxud bu borcların azaldılması, hətta bu barədə tərəflər arasında qarşılıqlı razılıq olduqda da, qadağan olunur. Azərbaycan Respublikasının ailə qanunvericiliyində belə bir norma yoxdur. Əslində Ailə Məcəlləsində belə bir normanın olması ədalətli olardı. Belə ki, yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment onlara layiqli həyat şəraitinin təmin edilməsi və həyat səviyyələrinin mümkün qədər maksimal saxlanması üçün, yəni onların mənafeyi nəzərə alınmaqla tutulur. Uşaqların mənafeyi isə ailə münasibətlərində hər şeydən üstün tutulmalıdır. İşləməmək, az gəlir əldə etmək və sair hallar valideynləri uşaqları saxlamaq vəzifəsindən azad etməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsində alimenti ödəməkdən azad etmənin əsaslarını tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişikliklərin baş verməsi və tərəflərin diqqətəlayiq olan başqa maraqları təşkil edir. Qanun normasının mənasına görə tərəflərin ailə vəziyyətlərinin dəyişməsi dedikdə aliment ödəyən şəxsin himayəsində olan şəxslərin sayının artması və bunun onun maddi vəziyyətinə mənfi təsir etməsi başa düşülür. Həmçinin aliment ödəyən şəxsin vəziyyətinin dəyişməsinə o hallar da daxildir ki, onunla müqayisədə birinci növbədə aliment ödəməli olan şəxslər meydana çıxmış olsun. Tərəflərin maddi vəziyyətinin dəyişməsi dedikdə, onların maddi vəziyyətlərinin yaxşılaşması və ya pisləşməsi nəzərdə tutulur. Aliment ödəyən şəxsin gəliri azaldıqda, o alimentin miqdarının azaldılması haqqında məsələ qaldırır. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən məhkəmə tərəflərin həm də diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla alimentin miqdarını dəyişə və yaxud aliment ödəyən şəxsi onu ödəməkdən azad edə bilər. Bu zaman həmin halların daimi xarakter daşıyıb-daşımaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcudluğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ-hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin başqa halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası MPM (MPM-nin 77.1-ci maddəsi) sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır. Bu da qanunun tələbindən irəli gəlir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi bildirmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. BMT-nin «Uşaq Hüquqları Bəyannaməsi» nin 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalarından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o, eləcə də anası, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Uşağın lazımi qidalanma, mənzil, əyləncə və tibbi xidmət hüququ olmalıdır. Avropa Konvensiyasının 7 sayıl Protokolunun 5-ci maddəsinə görə ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Məhkəmə qeyd edir ki, mahiyyət etibarı ilə valideynlərlə uşaqların münasibətlərində aliment institutunun mövcudluğunun qanunverici tərəfindən tanınması ilk növbədə və birmənalı olaraq uşaqların mənafelərinin qorunmasına yönəlmişdir. Qanun normasının mənasına görə heç bir yerdə işləməmək, az gəlir əldə etmək, yaxud digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Göstərilən hallar ancaq alimentin miqdarının müəyyən edilməsində nəzərə alına bilər. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq, öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatını ödəmək vəzifəsindən azad etmir. Həmin qərarda Konstitusiya Məhkəməsi belə nəticəyə gəlmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu qərarın birinci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi”). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum olanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Göstərilən qanun normalarının tələbinə əsasən Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(019)-372/2022 saylı qətnaməsi ilə də 21 fevral 2014-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh İddiaçı hər ay 150 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Cavabdeh verilməsi qət edilmiş, bu zaman tərəflərin maddi vəziyyəti və işin diqqətəlayiq digər halları, tərəflərin mənafeləri arasında ədalətli tarazlıq prinsipi nəzərə alınmışdır. Aliment təyinatında həmçinin uşağın üstün mənafeyi, onun əvvəlki təminat səviyyəsinin maksimal saxlanması zərurəti, sağlamlığı və fiziki və mənəvi inkişafının təmin olunması xüsusilə önə çəkilmişdir. Hazırki halda İddiaçı təyin olunmuş həmin alimentdən azad olunması üçün heç bir faktoloji və hüquqi əsaslar, alimentin ödənilməməsinin onu ödəməli olan İddiaçı xəstəliyi və yaxud başqa üzrlü səbəblərdən əmələ gəlməsi və aliment ödəməli olan İddiaçı ailə və maddi vəziyyətinin bu alimenti ödəməyə imkan verməməsi, alimenti ödəməkdən azad edilmə üçün bu halların birlikdə mövcud olması və aliment ödənilməsini qeyri-mümkün etməsi müəyyən edilməmişdir. Yuxarıda istinad olunan qanun normalarının tələbinə görə İddiaçı 21 fevral 2014-cü il tarixdə anadan olmuş uşağı X2 yetkinlik yaşına çatana kimi saxlanılması vəzifəsini daşıyır. Onun aliment ödənilməsindən azad edilməsi uşağın üstün mənafeyinə və iddiaçının mənafeyinə zidd olmaqla və ədalətsiz olmaqla yolverilməzdir. İddiaçı aliment ödənilməsindən azad olunması barədə iddia tələbinin əsaslandırıldığı halları, aliment borcunun, alimentin ödənilməməsinin onu ödəməli olan İddiaçı xəstəliyi və yaxud başqa üzrlü səbəblərdən əmələ gəlməsi və aliment ödəməli olan İddiaçı ailə və maddi vəziyyətinin bu alimenti ödəməyə imkan verməməsi, alimenti ödəməkdən azad edilmə üçün bu halların birlikdə mövcud olması və aliment ödənilməsini qeyri-mümkün etməsini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, iddia tələbinin əsaslandırıldığı halları sübut edə bilməmişdir. Halbuki qanun normasının tələbinə görə (MPM-nin 77.1-ci maddəsi) bu vəzifə iddiaçının üzərinə düşür. Göstərilənlər iddia tələbinin tamamilə əsassız olmasını göstərir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan yuxarıda göstərilən qanun normalarına əsasən hüquqi qiymət verərək, hesab edir ki, İddiaçı Cavabdeh qarşı təyin edilmiş alimentin ödənilməsindən azad edilmə tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallada iddia tələblərindən kənara çıxa bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar