Məhkəmə qərarları › İş №e-2(019)-159/2023

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-159/2023

06.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-159/2023 06.01.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi-vəkili Nümayəndə1 və Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, 2022-ci ilin fevral ayından hesablanmaqla 12 iyul 2009-cu il təvəllüdlü X16 və 17 iyun 2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 193 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında bağlanmış nikah Azərbaycan Respublikası Balakən Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli 2 (019)-284/2021 nömrəli qətnaməsinə əsasən pozulmuşdur. Həmin qətnaməyə əsasən tərəflərin birgə nikahından doğulmuş 12 iyul 2009-cu il təvəllüdlü X16 və 17 iyun 2016-cı il təvəllüdlü X2 İnarə Aslan qızının yanında saxlanılmışdır. Həmçinin qeyd olunan qətnaməyə əsasən hər uşaq üçün 130 manat pulun hər ay uşaqlar yetkinlik yaşına çatanadək iş üzrə Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Daha sonradan Cavabdeh ilə İddiaçı arasında münasibətlər normallaşdığı üçün sonuncu aliment tələbindən imtina etmiş və buna görə də Balakən rayon İcra və Probasiya Şöbəsində icraata xitam verilmişdir. İddiaçı hazırki ərizə ilə məhkəməyə müraciət etməsinin səbəbi 12 iyul 2009-cu il təvəllüdlü X16 və 17 iyun 2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 193 manat sabit pul məbləğində alimentin tutularaq özünə ödənilməsi barədə qətnamə qəbul edilməsi istəyidir. İddiçı İddiaçı 2022-ci ilin fevral ayından 12 iyul 2009-cu il təvəllüdlü X16 və 17 iyun 2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh aliment ödənilməsini tələb etsə də, sonuncu bundan əsassız olaraq imtina etmişdir. İşin bu halını mediatorun arayışında da müəyyən etmək mümkündür. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, həmçinin Cavabdeh ilə 2021-ci ilin mart ayından barışaraq 2021-ci ilin dekabr ayının sonlarına qədər bir yerdə yaşadıqlarını, bundan sonra cavabdehdən ayrıldığını, uşaq bağçasında işləyərək aylıq 450 manat əmək haqqı aldığını bildirərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Nümayəndə1 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə2 iddianın qismən-hər ay hər uşağa görə əvvəlki kimi 130 manat aliment təyin edilməsinə razı olduqlarını, həmçinin Cavabdeh və ona ilkin mediasiya sessiyasında iştirak etmək üçün heç bir məlumatın verilmədiyini, iddiaçı ilə cavabdehin münasibətlərinin yaxşı olduğunu, lakin iddiaçının ciddi səbəblər olmadan onların evindən getdiyini, tərəflərin yenə də barışacaqlarını bildirərək, iddianın qismən-hər uşağa görə hər ay 130 manat alimentin təyin olunması hissəsində təmin edilməsinə etiraz etmədiklərini, bundan artıq aliment məbləğinin təyin edilməsinin cavabdeh üçün ağır məhrumiyyətlər yaradacağını, belə ki, cavabdehin heç bir yerdə işləmədiyini, əmək haqqı, pensiya və müavinət almadığını, daşınmaz və daşınar əmlaklarının olmadığını, yalnız cüzi ödənişə günəmuzd işlərlə məşğul olduğunu bildirmişdir. İş materiallarında olan Balakən rayon Qazma kənd icra nümayəndəliyi tərəfindən 14 sentyabr 2009-cu il tarixdə verilmiş AZ-İİ 319687 nömrəli və 06 may 2021-ci il tarixdə verilmiş AZ-T 165337 nömrəli doğum haqqında şəhadətnamələrdən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2009-cu il tarixdə X16 və xx.xx.2016-cı il tarixdə X15 doğulmuşdur. İş materiallarına əlavə olunmuş Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2 (019)-284/2021 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Dovudova (Saramanova) İnarə Aslan qızı ilə Cavabdeh arasında bağlanmış və 04 oktyabr 2008-cı ildə Balakən rayon Qeydiyyat Şöbəsində 182 nömrə ilə qeydə alınmış nikah pozulmuş, nikah pozularkən tərəflərin birgə nikahından 12 iyul 2009-cu ildə doğulmuş X16 və 17 iyun 2016cı ildə doğulmuş X15 anaları X8 yanında saxlanılmış, ərizənin verildiyi 21 yanvar 2021-ci il tarixdən başlayaraq 12 iyul 2009-cu ildə doğulmuş X9 və 17 iyun 2016-cı ildə doğulmuş X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay hər bir uşaq üçün 130 (yüz otuz) manat olmaqla, hər ay cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində alimentin tutulub, iddiaçı X13 ödənilməsi qət edilmişdir. İş materiallarında olan Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 18 yanvar 2022-ci il tarixdə verilmiş AZ-İ 391788 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X17 arasında nikah Balakən Rayon Məhkəməsinin 2 (019)- 284/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən pozulmuş və bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 2022-ci ilin 01 ayının 18 günündə 07 № ilə qeyd edilmiş, nikah pozulduqdan sonra qadına Saramanova soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 8(019)-28/2021 nömrəli qərardadından görünür ki, tələbkar X8 ərizəsi təyin edilmiş, Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2 (019)-284/2021 saylı icra vərəqəsi üzrə tələbkar X8 borclu Cavabdeh qarşı aliment tələbindən imtinası qəbul edilmişdir. İş materiallarına əlavə olunmuş Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X10 11 mart 2022-ci il tarixli icraata xitam verilməsi haqqında qərarından görünür ki, tələbkar X17 ilə borclu Cavabdeh arasında barışıq sazişişin təqdim edilməsi (X8 tələbdən imtinası, Balakən Rayon Məhkəməsinin 8 (019)-28/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı) nəzərə alınaraq Balakən Rayon Məhkəməsinin 2 (019)-284/2021 nömrəli xx.xx.2021-ci il tarixli icra sənədinə xitam verilmişdir. İş materiallarına əlavə olunmuş Balakən rayonu Qazma kənd soveti tərəfindən 23 oktyabr 1981-ci il tarixdə verilmiş Vİİ-JQ 440518 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Cavabdeh xx.xx.1981-ci il tarixdə doğulmuş, atası qrafasında X4, anası qrafasında Nümayəndə2 yazılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli MŞİH-14171 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, bu arayış X5 İddiaçı tərəfindən təsvir edildiyi kimi alimentin təyini, birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi, birgə nikah dövründə götürülmüş bank kredlitinin bölünməsi mübahisəsi üzrə xx.xx.2022-ci il tarixində, 09:00 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmədiyini/iştirak etməkdən yazılı şəkildə imtina etdiyini təsdiq etmək üçün verilir. X11 ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə 5 (beş) gün əvvəlcədən poçt məktubu vasitəsilə məlumatlandırılmışdır. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etdi və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 AZN məbləğində mediasiya xərci ödədi. Məhkəmə iddiaçının, onün nümayəndəsi-vəkilinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh İzbullha oğlunun birgə nikahından xx.xx.2009-cu il tarixdə X16 və xx.xx.2016-cı il tarixdə X15 doğulmuş, Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2 (019)-284/2021 nömrəli qətnaməsi ilə Dovudova (Saramanova) İnarə Aslan qızı ilə Cavabdeh arasında bağlanmış və 04 oktyabr 2008-cı ildə Balakən rayon Qeydiyyat Şöbəsində 182 nömrə ilə qeydə alınmış nikah pozulmuş, nikah pozularkən tərəflərin birgə nikahından 12 iyul 2009-cu ildə doğulmuş X16 və 17 iyun 2016-cı ildə doğulmuş X15 anaları X8 yanında saxlanılmış, ərizənin verildiyi 21 yanvar 2021-ci il tarixdən başlayaraq 12 iyul 2009-cu ildə doğulmuş X9 və 17 iyun 2016-cı ildə doğulmuş X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay hər bir uşaq üçün 130 (yüz otuz) manat olmaqla, hər ay cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində alimentin tutulub, iddiaçı X13 ödənilməsi qət edilmişdir. Cavabdeh ilə X17 arasında nikah Balakən Rayon Məhkəməsinin 2(019)-284/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən pozulmuş və bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 2022-ci ilin 01 ayının 18 günündə 07 № ilə qeyd edilmiş, nikah pozulduqdan sonra qadına Saramanova soyadı verilmişdir. Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 8(019)-28/2021 nömrəli qərardadı ilə tələbkar X8 ərizəsi təmin edilərək, Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(019)-284/2021 saylı icra vərəqəsi üzrə tələbkar X8 borclu Cavabdeh qarşı aliment tələbindən imtinası qəbul edilmiş, Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X10 11 mart 2022-ci il tarixli icraata xitam verilməsi haqqında qərarı ilə tələbkar X17 ilə borclu Cavabdeh arasında barışıq sazişinin təqdim edilməsi (X8 tələbdən imtinası, Balakən Rayon Məhkəməsinin 8(019)-28/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı) nəzərə alınaraq Balakən Rayon Məhkəməsinin 2 (019)- 284/2021 nömrəli xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. İş üzrə İddiaçı Cavabdeh ilə 2021-ci ilin mart ayından 2021-ci ilin dekabr ayının sonlarına qədər bir yerdə yaşadıqlarını və ona görə də aliment tələbindən imtina etdiyini bildirmişdir. Mediasya Şurası tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli MŞİH-14171 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışda göstərilir ki, X1 İnarə Aslan qızı tərəfindən təsvir edildiyi kimi alimentin təyini, birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi, birgə nikah dövründə götürülmüş bank kredlitinin bölünməsi mübahisəsi üzrə xx.xx.2022-ci il tarixində, 09:00 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmiş, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 AZN məbləğində mediasiya xərci ödəmişdir. İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2022-ci ilin fevral ayından hesablanmaqla cavabdehlə birgə nikahdan doğulmuş uşaqların saxlanması üçün hər ay hər uşağa görə 193 manat sabit pul məbləğində alimentin təyin edilməsini tələb edir. Məhkəmə iclasında həmçinin müəyyən olunmuşdur ki, tərəflər arasında yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün aliment ödənilməsi barədə heç bir yazılı və şifahi saziş bağlanmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.2-ci maddəsinə əsasən uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.3-cü maddəsinə əsasən valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri- müntəzəm dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2022-ci ildə uşaqlar üçün yaşayış minimumu 193 manat məbləğində müəyyən edilmişdir. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2023-cü ildə uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. BMT-nin 20 noyabr 1989-cu il tarixli «Uşaq hüquqları haqqında» Konvensiyasının 3cü maddəsində göstərilir ki, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan bütün şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. «Uşaq hüquqları haqqında» Konvensiyanın 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «Uşaq hüquqları haqqında» Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. «Uşaq hüquqları haqqında» Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin ediliməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. BMT-nin «Uşaq Hüquqları Bəyannaməsi» nin 2 saylı prinsipinə əsasən uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. BMT-nin «Uşaq Hüquqları Bəyannaməsi» nin 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalarından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o, eləcə də anası, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Uşağın lazımi qidalanma, mənzil, əyləncə və tibbi xidmət hüququ olmalıdır. İnsan Hüquqlarının və X12 Haqqında Konvensiyanın 7 sayıl Protokolunun 5-ci maddəsinə görə ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosail, hüquqi və digər tədbirləri görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair» 05 oktyabr 2012-ci il tarixli qərarında müəyyən etdiyi hüquqi mövqeyə görə uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inktişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarında göstərilir ki,nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatını ödəmək vəzifəsindən azad etmir. Həmin qərarda Konstitusiya Məhkəməsi belə nəticəyə gəlmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu qərarın birinci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi”). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum olanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə, iş materialları ilə cavabdehin aylıq qazancının (gəlirinin) müəyyən olunmadığını nəzərə alaraq hesab edir ki, tərəflərin nikah münasibətlərindən doğulmuş uşaqların mənafeyi nəzərə alınmaqla, onların əvvəlki təminat səviyyəsinin maksimal saxlanması üçün aliment sabit pul məbləğində müəyyən olunmalıdır. Məhkəmə aliment məbləğini müəyyən edərkən həmçinin hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə uşaqları saxlamaq hər iki valideynin borcudur və valideynlərdən birinin üzərinə qoyulan aliment öhdəliyi onun üçün ağır maddi məhrumiyyətlər yaratmamalıdır. Uşaqların və onların himayəsində yaşadığı valideynin mənafeyi ilə aliment tutulan valideynin maddi imkanları və mənafeyi arasında ədalətli tarazlığa riayət olunmalıdır. Alimentin təyini məsələsində tərəflərin mənafeyi arasında ədalətli tarazlıq prinsipini təmin edərkən məhkəmə qeyd edir ki, iş materiallarına əsasən cavabdehin işləməsi, aylıq hər hansı qazanca malik olması, pensiya, sosial müavinət və təaüd alması, yəni tələb yönəldilə biləcək hər hansı pul vəsaitinə və əmlaka malik olması müəyyən olunmur. İddiaçı tərəf də bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Lakin cavabdehin işləməməsi və aylıq qazanca malik olmaması onu uşaqları saxlamaq vəzifəsindən azad etmir. Bu xüsusda məhkəmə nəzərə çatdırır ki, mahiyyət etibarı ilə valideynlərlə uşaqların münasibətlərində aliment institutunun mövcudluğunun qanunverici tərəfindən tanınması ilk növbədə və birmənalı olaraq uşaqların mənafelərinin qorunmasına yönəlmişdir. Qanun normasının mənasına görə heç bir yerdə işləməmək, az gəlir əldə etmək, yaxud digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Göstərilən hallar ancaq alimentin miqdarının müəyyən edilməsində nəzərə alına bilər. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq, öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Alimentin məbləği ilə bağlı məhkəmə onu da bildirir ki, iş materiallarına əsasən iddiaçı uşaq bağçasında işləməklə aydı 450 manat əmək haqqı alır. Alimentin təyini məsələsində bu fakt, həmçinin uşaqların məişət və digər qayğılarının çəkilməsində iddiaçının üzərinə daha çox ağırlığın düşməsi, həmçinin aliment ödənişinin cavabdeh üçün ağır maddi məhrumiyyətlər yaratmaması halları önə çəkilməlidir. Bu xüsusatlar nəzərə alınmaqla iddianın tam şəkildə təmin edilməsinin tərəflərin mənafeləri arasında ədalətli tarazlıq prinsipini pozmaqla cavabdeh üçün ağır maddi məhrumiyyətlər yaradacağı şübhəsizdir. Lakin məhkəmə onu da bildirir ki, cavabdehin nümayəndəsinin təklifi nəzərə alınmaqla məhkəmənin 15 mart 2021-ci il tarixli qətnaməsində göstərildiyi kimi hər uşağa hər ay 130 manat alimentin təyin edilməsi də uşaqların tələbatının maksimal saxlanması zərurətinə cavab verməməklə iddiaçının marağını əhəmiyyətli dərəcədə pozacaqdır. Belə ki, uşaqlar böyükcə onların tələbatı da artır. Sözügedən qətnamə çıxarılan xx.xx.2021-ci il tarixdə uşaqlar üçün yaşayış minimumunun ölkə üzrə 175 manat olduğu təqdirdə, ərizə ilə müraciət olunan 31 oktyabr 2022-ci ildə uşaqlar üçün yaşayış minimumu 193 manat, 2023-cü ildə isə 220 manat təşkil etmişdir ki, bu da uşaqların əvvəlki təminat səviyyəsinin maksimal saxlanması zərurətinin təmin edilməsindən irəli gəlir. Ona görə də hazırki halda hər uşağa 130 manat alimentin təyin edilməsi uşaqların əvvəlki təminat səviyyəsinin maksimal saxlanması zərurətinə cavab verməyəcəkdir. Digər tərəfdən ümumməlum fakt olaraq müəyyən edilir ki, Balakən Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli qətnaməsi çıxarıldıqdan sonra hazırki vaxtadək gündəlik tələbat malları, sənaye malları və ərzaq məhsullarının qiyməti davamlı olaraq artmışdır. Məhz həm də bunun nəticəsi olaraq dövlət tərəfindən yaşayış minimumu, o cümlədən yaşayış minimumu məbləği artırılmışdır. Bu müddət ərzində uşaqların məişət qayğılarının çəkilməsində və artan tələbatının təmin edilməsində əsas ağırlıq iddiaçının üzərinə düşmüşdür. Bu konteksdə məhkəmə nəzərə çatdırır ki, uşaqlar üçün yaşayış minimumu məbləğinin artırılması şübhəsiz ki, uşaqların artan tələbatının təmin edilməsi üçün lazımi şəraitin yaradılması ilə birbaşa bağlıdır. Belə ki, bütün sahələr üzrə uşaqların üstün maraqlarının təmin edilməsi Azərbaycan dövlətinin prioritet siyasətidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair» 05 oktyabr 2012-ci il tarixli qərarında göstərildiyi kimi, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda uşaqların öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Göstərilənlərin konteksində məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbi, həmçinin cavabdehin uşaqların artan tələbatları konteksində onları əvvəlki təminat səviyyəsində saxlamaq vəzifəsi daşıması ilə bağlı hal, uşaqlara qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşaqların himayəsində olduğu valideynin-iddiaçının üzərinə düşməsi, həmçinin iddiaçının aylıq 450 manat əmək haqqına malik olması, cavabdehin isə aylıq hər hansı qazancının müəyyən edilməməsi əsas tutulmaqla uşaqların saxlanması üçün elə bir aliment məbləği təyin olunmalıdır ki, həmin məbləğ uşaqların əvvvəkli təminat səviyyəsinin maksimal saxlanması üçün şəraiti təmin etsin və həmçinin tərəflərin mənafeləri arasında ədalətli tarazlıq yaratsın. Ona görə də məhkəmə hesab edir ki, tərəflərin birgə nikah münasibətlərindən 12 iyul 2009-cu il tarixdə doğulmuş Cavabdeh Sənan oğlu və 17 iyun 2016-cı il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 160 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi uşaqların saxlanmasının iddiaçı və cavabdehin vəzifəsi olması zəminində onların mənafeləri, həmçinin uşaqların mənafeyi ilə cavabdehin mənafeyi arasında ədalətli tarazlığa səbəb olacaqdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hər ay hər uşağa görə 193 manat aliment tələbi hissəsində iddia qismən-hər ay hər uşağa görə 160 manat hissədə təmin edilməli, alimentin hər ay hər uşağa görə 160 manatdan artıq tələb hissəsində isə təmin edilməməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iddia alimentin 2022-ci ilin fevral ayından hesablanması tələbi hissəsində təmin edilməməlidir. Belə ki, iddiaçı bu tələbi uşaqların saxlanması üçün cavabdehdən aliment ödənilməsini tələb etməsi, lakin cavabdehin bundan imtina etməsi, işin bu halının mediatorun arayışı ilə müəyyən edilməsi ilə əsaslandırır və bunun hüquqi əsası kimi Ailə Məcəlləsinin 100.3-cü maddəsinə istinad edir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Qanun normasının tələbindən görünür ki, həmin maddənin tətbiqi üçün bir sıra şərtlərin;iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənək tədbirlər görməsi, lakin alimenti ödəməli olan şəxsin onun verməkdən boyun qaçırması və nəticədə alimentin alınmaması halların müəyyən olunması zəruridir. İş materiallarından görünür ki, Balakən Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahından doğulmuş uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün aliment təyin olunmuş, lakin iddiaçı bu aliment tələbindən imtina etmiş və Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə tələbkarın (hazırki halda iddiaçının) Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2 (019)-284/2021 saylı icra vərəqəsi üzrə Cavabdeh qarşı aliment tələbindən imtinası qəbul edilmiş və bu əsasla Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun 11 mart 2022-ci il tarixli qərarı ilə Balakən Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli 2 (019)-284/2021 nömrəli icra sənədinə xitam verilmişdir. Həmçinin iddiaçının bildirdiyinə görə o, cavabdehlə 2021-ci ilin mart ayından 2021-ci ilin dekabr ayının sonlarına qədər bir yerdə yaşamış, ailələrini bərpa etmişlər. Göründüyü kimi, əvvəla iddiaçının aliment ödənilməsinin hesablanmasını tələb etdiyi 2022-ci ilin fevral ayında hələ Balakən Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli 2 (019)-284/2021 nömrəli icra sənədi qüvvədə olmuş və alimentin tutulması həmin icra sənədinin predmetinə daxil olmuşdur. Bu icra sənədi üzrə icraata yalnız 11 mart 2022-ci il tarixdə xitam verilmiş və həmin qərarda tərəflərə bu qərardan 10 gün müddətində şikayət vermək hüququ qeyd edilmişdir. Lakin iddiaçının bildirdiyinə görə o, 2021-ci ilin dekabr ayında cavabdehdən ayrıldıqdan sonra icra məmurunun həmin 11 mart 2022-ci il tarixli qərarının ləğvi üçün məhkəməyə müraciət etməmiş, alimentin ödənilməsi üçün müvafiq tədbirlər görməmişdir. Halbuki iddiaçının ilkin mediasiya sessiyasının keçirilməsi üçün mediatora müraciət etdiyi və ilkin mediasiya sessiyasının keçirilməsindən imtina edilməsi haqqında arayış verilən xx.xx.2022-ci il tarixdə hələ Balakən Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli 2 (019)-284/2021 nömrəli icra sənədi üzrə icraata xitam verilməmişdi və həmin icra sənədi alimentin tutulması üçün əsas sayılırdı. Digər tərəfdən xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış Ailə Məcəlləsinin 100.3-cü maddəsində göstərilən şərtlərin sübutu kimi qəbul edilə bilməz. Belə ki, əvvəla işdə aliment tələbi ilə bağlı ilkin mediasiya sessiyasında iştirak etmək üçün poçt vasitəsilə ilkin mediasiya sessiyasının tarixi və yeri barədə Cavabdeh məktubun verilməsi, onun tərəfindən həmin məktubun qəbul edilməsi və bu sessiyaya gəlməkdən imtina etməsini təsdiq edən heç bir sübut mövcud deyildir. Cavabdehin nümayəndəsi məhkəmədə verdiyi izahatında belə bir məktub (bildirişin) Cavabdeh və ona gəlmədiyini və onların belə bir bildirişi almadığını bildirmişdir. İş üzrə iddiaçı tərəfindən də bunun əksini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Onu da qeyd etmək lazımdır ki, heç xx.xx.2022-ci il tarixli ilkin mediasiya snessiyasında iştirak edilməməsi barədə arayışda cavabdehin soyadı düzgün yazılmamışdır. Belə ki, iş materiallarına əsasən cavabdehin soyadı Dovudov olduğu halda həmin arayışda bu soyad Davudov kimi yazılmışdır. Bundan başqa xx.xx.2022-ci il tarixli arayışda cavabdehdən tutulmalı olan alimentin məbləği, onun hansı vaxtda ödənilməsi göstərilməmişdir, həmçinin həmin arayış verilən vaxt cavabdehdən aliment tutulması ilə bağlı Balakən Rayon Məhkəməsinin 15 mart 2021ci il tarixli 2 (019)-284/2021 nömrəli icra sənədi qüvvədə olmuşdur. Həmçinin işdə Cavabdeh aliment ödənişinin tələb olunması və cavabdehin bu alimenti ödəməkdən boyun qaçırmasını təsdiq edən heç bir sübut yoxdur və iddiaçı tərəf də belə sübutları məhkəməyə təqdim etməmişdir. Göstərilnlərin konteksində qeyd olunmalıdır ki, iddiaçı 2021-ci ilin dekabr ayında cavabdehdən ayrıldığını bildirdiyi halda, həmin vaxtdan Balakən Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli 2 (019)-284/2021 nömrəli icra sənədi üzrə aliment tələb etməmiş, alimentin ödənilib-ödənilməməsi ilə maraqlanmamış, Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə 11 mart 2022-ci ilin tarixli qərarından şikayət verməmiş, məhkəməyə müraciət edənək alimentin ödənilməsi üçün tədbirlər görməmişdir. Həmçinin iddiaçı xx.xx.2022-ci il tarixdə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verildikdən sonra aliment ödənilməsi üçün məhkəməyə müraciət etməmiş, aliment tələbi ilə bağlı məhkəməyə bundan 8 ay 22 gün sonra, yəni xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikaı Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən də aliment almaq hüququ olan şəxs bu hüququ öz iradəsi ilə həyata keçirməmişdirsə, bunun mənfi nəticələri onun üzərinə düşür. Göstərilənlərin konteksində məhkəmə hesab edir ki, iddiaçı aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər görməmiş, həmçinin alimenti ödəməli olan şəxsin-cavabdehin onu verməkdən boyun qaçırması və məhz bunun nəticəsində alimentin alınmaması halları müəyyən edilməmişdir. Belə olan halda həmin vaxtda alimentin alınmaması barədə mənfi nəticələr riski iddiaçının üzərinə düşür. Ona görə də hazırki məsələ ilə bağlı iddiaçının tələbi və ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli mediator arayışı alimentin tutulmasının 2022-ci ilin fevral ayından hesablanması üçün faktoloji hal kimi qəbul oluna bilməz, həmçinin alimentin tutulması barədə Ailə Məcəlləsinin 100.3-cü maddəsi hazırki işdə tətbiq edilə bilməz. Məhkəmə belə nəticəyə gəlir ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla hazırki işdə alimentin tutulması iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən alimentin alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat+1000 manatdan yuxarı olan iddianın qiymətinin 1 faizi dövlət rüsumu tutulur. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə-iddiaçılar dövlət rüsumunu ödəməkdən azad edilirlər. Qanun normasının tələbindən görünür ki, alimentin alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Hazırki alimentlə bağlı iddia tələbi üzrə iddianın qiyməti bir il ödəmənin məcmusu olaraq 4632 manat təşkil edir ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən də buna görə ödənilməli olan dövlət rüsumu 66,32 manat olmalıdır. Qanuna görə də iddiaçı bu rüsumu ödəməkdən azad olunmuşdur. İş materiallarından görünür ki, iddiaçı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Qanunvericiliyin tələbinə əsasən də ödənilmiş mediasiya xərci dövlət rüsumuna hesablanır. İddianın hər ay hər uşağa görə 160 manat, iki uşağa görə 320 manat aliment məbləği hissəsində təmin olunması nəticəsinə gəlinmişdir ki, bunun da bir il ərzində ödəmə məcmuyu 3840 manat təşkil edir. Həmin 3840 manat məbləğin də dövlət rüsumu 58,40 manat edir. Qanuna görə dövlət rüsumu iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq tutulduğundan, onda iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq cavabdehdən 50 manat dövlət rüsumu tutularaq iddiaçıya və 8,40 manat dövlət rüsumu tutularaq Azərbaycan Repsublikasının Dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normaları əsasında müvafiq qiymət verərək, uşaqların analarının yanında yaşamasını, tərəflər arasında alimentin ödənilməsi ilə bağlı saziş olmamasını, cavabdehin uşaqların saxlanmasına maddi kömək göstərməməsini, tərəflərin maddi və ailə vəziyyətlərini nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin edilməli, ərizənin verildiyi 31 oktyabr 2022-ci il tarixdən başlayaraq tərəflərin birgə nikahından xx.xx.2009-cu ildə doğulmuş X9 və xx.xx.2016-cı ildə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər bir uşaq üçün 160 (bir yüz altmış) manat olmaqla hər ay cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Həmçinin Cavabdeh 50 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı və 8,40 manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, hazırki qətnamə dərhal icra olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 234.2.1 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia qismən təmin edilsin. Ərizənin verildiyi 31 oktyabr 2022-ci il tarixdən başlayaraq tərəflərin birgə nikahından xx.xx.2009-cu ildə doğulmuş X9 və xx.xx.2016-cı ildə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər bir uşaq üçün 160 (bir yüz altmış) manat olmaqla hər ay cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin; iddia qalan hissədə təmin edilməsin; Cavabdeh 50 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilsin; Cavabdeh 8,40 manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar