Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-17/2025 30.04.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, Dibirova Leyla Rəfail qızının katibliyi ilə , İddiaçı Cavabdeh qarşı “ dəymiş zərərin ödənilməsi” tələbi barədə işə Balakən Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 ona vurmuş olduğu maddi zərərin əvəzi olaraq 15 630 (on beş min altı yüz otuz ) manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, 2013-cü ildə cavabdehlərdən Balakən rayon Mahamalar kənd ərazisində yerləşən, onlara məxsus JN 949 kod 40108018 saylı Torpaga mülkiyyət hüququna dair Dövlət AKT-na əsasən 1,08 ha torpaq sahəsini nəğd pula almışdır.Ancaq aldıgı torpaq sahəsini imkanı olan zaman onun adına rəsmiləşdirilməsinə heç bir narazıçılıq olmayacagına razılaşmışlar.Həmin torpaq sahəsi çöl ərazisində istifadə üçün yararsız olduğunu görüb gələcəkdə bol məhsul götürmək məqsədilə həmin ərazidə torpağın yaxşılaşdırılması münbitləşdirilməklə fındıq ağaclarının əkilməsi üçün xeyli iş görməli olmuş və həmin torpaq sahəsi 2022-ci ilin sonuna qədər onun istifadəsində olmaqla bu müddət ərzində həmin torpağa xeyli miqdarda vəsait xərcləmişdir.2022-ci ildə eşitmişdir ki, iş üzrə cavabdeh və onun ailə üzvləri onun həmin torpaq sahəsindən çıxarılması barədə Balakən Rayon Məhkəməsində iddia qaldırmaq istəyirlər.Bununla bağlı cavabdehlə görüşüb onunla bu barədə söhbət etmək istəsə də heç bir nəticəsi olmamış, bu barədə onunla görüşməyi də baş tutmamışdır. Cavabdeh ona qarşı iddia qaldırmış, Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(019)-49/2022 saylı qərarı ilə iddia təmin edilərək o, həmin torpaq sahəsindən çıxarılmış,ancaq onun həmin torpaq sahəsinə çəkdiyi xərcləri cavabdeh ödəmək fikrində deyil. Onun həmin torpaq sahəsinə çəkdiyi xərc 15 630 manat təşkil edir. İddiaçı öldüyündən Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(019)- 185/2023 nömrəli qərardadına əsasən İddiaçı Cavabdeh qarşı maddi ziyan tələbinə dair e- 2(019)-185/2023 nömrəli mülki işin məhkəmə baxışına hazırlığın icraatı ölmüş İddiaçı hüquq varisi müəyyən edilənədək dаyаndırılmışdır. Balakən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(019)-17/2025 nömrəli qərardadına əsasən mülki iş üzrə icraat təzələnmiş, mərhum İddiaçı vərəsələri olaraq X3 və X5 hüquqi varis qismində işə cəlb olunmuşlar. Tərəflər məhkəmə hazırlıq iclasının yeri və vaxtı barədə məlumatlandırılsalar da, məhkəmə iclasında iştirak etməmişlər, iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə hazırlıq iclasının keçirilməsini mümkün hesab etmişdir. İddiaçı vərəsəsi X5 məhkəməyə ərizə göndərərək iddiaçı-babası İddiaçı xx.xx.2023cü il tarixdə vəfat etdiyini,onların cavabdehə qarşı heç bir tələblərinin olmadığını göstərərək 2(019)-17/2025 nömrəli işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddiaçının iddiadan imtinası qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona vurmuş olduğu maddi zərərin əvəzi olaraq 15 630 (on beş min altı yüz otuz ) manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı vərəsəsi X5 məhkəməyə ərizə göndərərək cavabdehə qarşı heç bir tələblərinin olmadığını göstərərək 2(019)-17/2025 nömrəli işin icraatına xitam verilməsini xahiş etmişdir. Mülki Prosessual Məcəllənin: 261.0 və 261.0.4-cü maddələrinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. 52.1-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, iddiaçının iddiadan imtinası qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin: 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. 114.1 və 114.1.4-cü maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı vərəsəsi X2 iddiadan imtinası qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iş üzrə icraata xitam verilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 137.00 manat qərardad qanuni qüvvəsini aldıqdan sonra İddiaçı vərəsəsi X4 qaytarılsın. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10(on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-17/2025
Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-17/2025
30.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver