Məhkəmə qərarları › İş №e-2(019)-173/2024

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-173/2024

15.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-173/2024 15.01.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X4 katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh ilə birgə nikahlarından 30 iyul 2013-cü il tarixdə anadan olmuş X1 və 02 dekabr 2015-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 220 manat, cəmi 440 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərdi ki, o, 2012-ci ilin iyul ayının 8-də Cavabdeh ilə qeyri-rəsmi nikahla evlənmiş,nikahlarını 28 avqust 2013-cü ildə Balakən rayon Qeydiyyat Şöbəsində 191 nömrə ilə rəsmiləşdirmişlər.Birgə nikahlarından 30 iyul 2013-cü il tarixdə X5 və 02 dekabr 2015-ci il tarixdə X7 adında iki uşaqları doğulmuşdur. Evləndikdən sonra cavabdehlə bir müddət mehriban yaşamış, sonra isə aralarında ailə münasibətləri zəminində mübahisələr baş vermişdir. Cavabdehlə xasiyyətləri uyğun gəlməmişdir. Cavabdeh Rusiya Federasiyasında başqa qadınla evlənmişdir. Ona görə də ailə münasibətləri tamamilə bitmişdir. Nikahın pozulması və alimentin təyin edilməsi ilə mediatora müraciət etmişdir. Mediasiya prosesində cavabdeh gəlməmiş, heç bir razılıq ifadə etməmişdir. Bu barədə arayış verilmişdir. Ayrı yaşamalarına baxmayaraq cavabdeh uşaqların dolanışığı ilə maraqlanmamışdır. Uşaqların gündəlik tələbatı kifayət qədər xərc tələb edir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. O, ”Oba” marketdə işləyir, 400 manat əmək haqqı alır.Onun qazancı özünün və uşaqların tələbatlarını ödəmir. Cavabdeh isə Rusiya Federasiyasında işləməklə kifayət qədər qazanc əldə edir. O, uşaqların baxılması üçün 440 manat aliment ödəmək iqtidarındadır. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, məhkəməyə gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 26 oktyabr 2023-cü il tarixdə verilmiş AZ-T seriyalı 049916 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X2 arasında xx.xx.2013-cü il tarixdə Balakən Rayon Qeydiyyat Şöbəsində 191 nömrə ilə nikah bağlanmış, nikah bağlanandan sonra arvada Hacıyeva soyadı verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 27 avqust 2013-cü il tarixdə verilmiş AZ-İİİ seriyalı 143761 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 30 iyul 2013-cü il tarixdə anadan olmuş, atası Cavabdeh, anası isə İddiaçı göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 17 dekabr 2015-ci il tarixdə verilmiş AZ-İİİ seriyalı 656458 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki,X7 02 dekabr 2015-ci il tarixdə anadan olmuş, atası Cavabdeh, anası isə İddiaçı göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Şəki 1 X9 tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş MŞŞ/MT001/2023-02806 nömrəli X6 iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı X6 iştirak etmiş və 50 manat mediasiya xərci,10 manat poçt və kargüzarlıq xərci ödəmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh 08 iyul 2012-ci ildə qeyri-rəsmi nikahla evlənmiş, nikahlarını 28 avqust 2013-cü ildə Balakən Rayon Qeydiyyat Şöbəsində 191 nömrə ilə rəsimiləşdirmişlər.Tərəflərin birgə nikahlarından 30 iyul 2013-cü il tarixdə X5 və 02 dekabr 2015-ci il tarixdə X7 adında iki uşaqları doğulmuşlar. Uşaqlar İddiaçı himayəsindədirlər.Cavabdeh uşaqların saxlanması üçün iddiaçıya maddi köməklik göstərmir. Ona görə də iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcədə aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri- müntəzəm dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa , yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Uşaq hüquqları haqqında “Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda iddanın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, tərəflərin birgə yaşayışından olan uşaqların anasının yanında yaşamasını, tərəflər arasında alimentin ödənməsi ilə bağlı saziş olmamasını, cavabdehin uşaqların saxlanmasına maddi köməklik göstərməməsini, tərəflərin maddi və ailə vəziyyətlərini, iddiaçının ”Oba” marketdə işləməklə 400 manat əmək haqqı almasını, onun cavabdehin qazancı barədə heç bir sübut təqdim etməməsini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, ərizənin verildiyi 30 noyabr 2023-cü il tarixdən başlayaraq İddiaçı ilə Cavabdeh birgə nikahlarından 30 iyul 2013-cü il tarixdə anadan olmuş X1 və 02 dekabr 2015-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilməli,iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən İddiaçı ödədiyi 60 (altmış) manat mediasiya xərcinin 38,40 (otuz səkkiz manat qırx qəpik) manatı Cavabdeh alınıb İddiaçı verilməli, mediasiya xərcinin qalan 21,60 (iyirmi bir manat altmış qəpik) manatı İddiaçı özünə aid edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İş materiallarından görünür ki, hazırki iddianın qaldırılması üçün İddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğuna görə, dövlət rüsumu ödəməmişdir. İddia qismən təmin edildiyi üçün məhkəmə hesab edir ki,Cavabdeh 53,60 manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220,234.2.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 30 noyabr 2023-cü il tarixdən başlayaraq 30 iyul 2013-cü il tarixdə anadan olmuş X1 və 02 dekabr 2015-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı ödədiyi 60 (altmış) manat mediasiya xərcinin 38,40 (otuz səkkiz manat qırx qəpik) manatı Cavabdeh alınıb İddiaçı verilsin, mediasiya xərcinin qalan 21,60 (iyirmi bir manat altmış qəpik) manatı İddiaçı özünə aid edilsin. Cavabdeh 53,60 manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamə alimentin alınmasına aid hissədə dərhal icra edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar