Məhkəmə qərarları › İş №e-2(019)-184/2023

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-184/2023

16.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-184/2023 16.01.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə birgə nikahdan xx.xx.2009-cu ildə anadan olmuş X2 və xx.xx.2010cu ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 200 manat, cəmi 400 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddiasını müdafiə edərək, onunla əsaslandırmışdır ki, o, 15 noyabr 2009-cu ildə Cavabdeh ilə qeyri-rəsmi nikahla evlənmişdir. Nikahlarını 12 fevral 2009-cu il tarixdə Balakən rayon Qazma kənd İcra nümayəndəliyində 02 nömrə ilə rəsmiləşdirmişlər. Birgə nikahdan xx.xx.2009-cu ildə X5 və xx.xx.2010-cu ildə X3 adında iki uşaqları doğulmuşdur. Evləndikdən sonra cavabdehlə bir müddət mehriban yaşamış, sonra isə aralarında ailə münasibətləri zəminində mübahisələri baş vermişdir. Cavabdehlə xasiyyətləri uyğun gəlməmişdir. Belə ki, cavabdeh mütəmadi olaraq spirtli içki içir, eyni zamanda narkotik vasitələrdən istifadə edir. Bu hal onların ailə münasibətlərinə, birgə nikahdan olan uşaqların psixoloji vəziyyətlərinə, təhsil və tərbiyələrinə təsir etmişdir. Hazırda iki uşaqla birlikdə atasınıın evində yaşayır. Cavabdehlə birlikdə yaşamaları qeyrimümkündür. Alimentin təyin edilməsi tələbi ilə mediatora müraciət etmişdir. Mediasiya prosesinə cavabdeh gəlməmiş, heç bir razılıq ifadə etməmişdir. Bu barədə arayış və protokol verilmişdir. Ayrı yaşamalarına baxmayaraq, cavabdeh uşaqların dolanışığı ilə maraqlanmamışdır. Uşaqların gündəlik tələbatı kifayət qədər xərc tələb edir. O, heç bir yerdə işləmir. Uşaqların baxılmasında valideynləri köməklik edir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh Bakı şəhərində ticarətlə məşğul olmaqla kifayət qədər qazanc əldə edir. Eyni zamanda cavabdehin ailə təsərrüfatında fındıq bağı və əkin sahələri vardır. Cavabdeh uşaqlara baxılması üçün hər ay hər uşaq üçün 200 manat, cəmi 400 manat aliment ödəmək iqtidarındadır. Daha öncə də aliment tələbi ilə müraciət etmiş, həmin vaxt uşaqların atasız böyüməməsi və ailələrinin bərpa edilməsi üçün cavabdehlə barışmış, iddianın geri qaytarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 2(019)-437/2022 nömrəli qərardadına əsasən iddiası geri qaytarılmışdır. Cavabdeh verdiyi vədlərə əməl etmədiyinə, ona qarşı zorakı hərəkətlər, fiziki təsir (döymə) etdiyinə, əyyaş vəziyyətdə evə gələrək uşaqların psixoloji durumuna təsir etdiyinə görə hal-hazırda ondan ayrılmışdır, uşaqlarla birlikdə atasının evində yaşayır. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianın qismən-hər ay hər uşağa görə 130 manat aliment təyin edilməsinə razı olduğunu bildirərək, iddianın qismən-hər uşağa görə hər ay 130 manat alimentin təyin olunması hissəsində təmin edilməsinə etiraz etmədiyini, bundan artıq aliment məbləğinin təyin edilməsinin onun üçün ağır məhrumiyyətlər yaradacağını, belə ki, onun heç bir yerdə işləmədiyini, əmək haqqı, pensiya və müavinət almadığını, daşınmaz və daşınar əmlaklarının, torpaq sahəsinin, mal-qarasının, bağının və əkin sahəsinin olmadığını, həmçinin Bakı şəhərində ticarətlə məşğul olmadığını, bunun yalan olduğunu, günəmuzd iş olduğu təqdirdə cüzi ödənişə günəmuzd işlərdə fəhləlik etdiyini və aylıq 200-300 manat arası pul qazandığını bildirmiş, aliment təyinatı zamanı onun da tələbatının nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan Balakən rayonu Qazma kənd icra nümayəndəliyi tərəfindən 12 fevral 2009-cu il tarixdə verilmiş AZ-İ seriyalı 460070 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X6 arasında nikah Balakən rayonu Qazma kənd icra nümayəndəliyində 12 fevral 2009-cu il tarixdə 02 nömrə ilə nikah qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada Süleymanova soyadı verilmişdir. İş materiallarında olan Balakən rayon Qazma kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 15 yanvar 2010-cu il tarixdə verilmiş AZ-İİ 378157 nömrəli və 18 fevral 2011-ci il tarixdə verilmiş AZ-İİ 590109 nömrəli doğum haqqında şəhadətnamələrdən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2009-cu il tarixdə X5 və xx.xx.2010-cu il tarixdə X3 doğulmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli MŞİH-15952 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, bu arayış Cavabdeh İddiaçı tərəfindən təsvir edildiyi kimi nikahın pozulması, alimentin təyini, uşaqların himayəsi, cehiz tələbi, birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi mübahisəsi üzrə xx.xx.2022-ci il tarixində, 12.00 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmədiyini/iştirak etməkdən yazılı şəkildə imtina etdiyini təsdiq etmək üçün verilir. Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə 5 (beş) gün əvvəlcədən poçt məktubu vasitəsilə məlumatlandırılmışdır. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etdi və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 AZN məbləğində mediasiya xərci ödədi. İş materiallarında olan mediasiya prosesinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli MŞİH-15952 nömrəli protokoldan görünür ki, İddiaçı iştirakı ilə nikahın pozulması, alimentin təyini, uşaqların himayəsi, cehiz tələbi, birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi mübahisəsi üzrə xx.xx.2022-ci il tarixdə ilkin mediasiya prosesi həyata keçirilmiş, mediatorun təşəbbüsü ilə mediasiya prosesinə xitam verilmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, İddiaçı 15 noyabr 2009-cu ildə Cavabdeh ilə ailə quraraq ər-arvad münasibətlərinə daxil olmuş, onların nikahı 12 fevral 2009-cu il tarixdə Balakən rayon Qazma kənd İcra nümayəndəliyində 02 nömrə ilə qeydə alınmışdır. Tərəflərin birgə nikahından xx.xx.2009cu il tarixdə X5 və xx.xx.2010-cu il tarixdə X3 adında iki uşaqları doğulmuşdur. Evləndikdən sonra tərəflər bir müddət mehriban yaşamış, sonra isə aralarında ailə münasibətləri zəminində mübahisələr baş vermişdir. Bu mübahisələr mütəmadi olaraq davam etmiş, nəticədə iddiaçı uşaqları ilə birlikdə cavabdehdən ayrılaraq atası evinə getmişdir. Artıq bir neçə aydır ki, tərəflər bir-birindən ayrı yaşayırlar. Tərəflərin birgə nikahından doğulmuş uşaqlar iddiaçının yanında və himayəsində yaşayırlar. Cavabdeh birgə nikahdan doğulmuş uşaqları saxlamır, onların saxlanması üçüın iddiaçıya maddi yardım göstərmir. İddiaçı o cümlədən hazırki aliment tələbi ilə əlaqədar mediasiya prosesinin həyata keçirilməsi üçün mediatora müraciət etmişdir. Mediasya Şurası tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli MŞİH-15952 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışda göstərilir ki, Süleymanov Cavabdeh Vəsilə İsa qızı tərəfindən təsvir edildiyi kimi nikahın pozulması, alimentin təyini, uşaqların himayəsi, cehiz tələbi, birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi mübahisəsi üzrə xx.xx.2022-ci il tarixində, 12:00 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmiş, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 AZN məbləğində mediasiya xərci ödəmişdir. İddiaçı iştirakı ilə nikahın pozulması, alimentin təyini, uşaqların himayəsi, cehiz tələbi, birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi mübahisəsi üzrə xx.xx.2022-ci il tarixdə ilkin mediasiya prosesi həyata keçirilməklə mediatorun təşəbbüsü ilə mediasiya prosesinə xitam verilmişdir. İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahdan doğulmuş uşaqların saxlanması üçün hər ay hər uşağa görə 200 manat olmqala hər ay cəmi 400 manat sabit pul məbləğində alimentin təyin edilməsini tələb edir. Məhkəmə iclasında həmçinin müəyyən olunmuşdur ki, tərəflər arasında yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün aliment ödənilməsi barədə heç bir yazılı və şifahi saziş bağlanmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.2-ci maddəsinə əsasən uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.3-cü maddəsinə əsasən valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri- müntəzəm dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2022-ci ildə uşaqlar üçün yaşayış minimumu 193 manat məbləğində müəyyən edilmişdir. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2023-cü ildə uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. BMT-nin 20 noyabr 1989-cu il tarixli «Uşaq hüquqları haqqında» Konvensiyasının 3cü maddəsində göstərilir ki, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan bütün şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. «Uşaq hüquqları haqqında» Konvensiyanın 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «Uşaq hüquqları haqqında» Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. «Uşaq hüquqları haqqında» Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin ediliməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. BMT-nin «Uşaq Hüquqları Bəyannaməsi» nin 2 saylı prinsipinə əsasən uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. BMT-nin «Uşaq Hüquqları Bəyannaməsi» nin 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalarından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o, eləcə də anası, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Uşağın lazımi qidalanma, mənzil, əyləncə və tibbi xidmət hüququ olmalıdır. İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 7 sayıl Protokolunun 5-ci maddəsinə görə ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosail, hüquqi və digər tədbirləri görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarında göstərilir ki,nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatını ödəmək vəzifəsindən azad etmir. Həmin qərarda Konstitusiya Məhkəməsi belə nəticəyə gəlmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu qərarın birinci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi”). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum olanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə, iş materialları ilə cavabdehin aylıq qazancının (gəlirinin) müəyyən olunmadığını nəzərə alaraq hesab edir ki, tərəflərin nikah münasibətlərindən doğulmuş uşaqların mənafeyi nəzərə alınmaqla, onların əvvəlki təminat səviyyəsinin maksimal saxlanması üçün aliment sabit pul məbləğində müəyyən olunmalıdır. Məhkəmə aliment məbləğini müəyyən edərkən həmçinin hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə uşaqları saxlamaq hər iki valideynin borcudur və valideynlərdən birinin üzərinə qoyulan aliment öhdəliyi onun üçün ağır maddi məhrumiyyətlər yaratmamalıdır. Uşaqların və onların himayəsində yaşadığı valideynin mənafeyi ilə aliment tutulan valideynin maddi imkanları və mənafeyi arasında ədalətli tarazlığa riayət olunmalıdır. Alimentin təyini məsələsində tərəflərin mənafeyi arasında ədalətli tarazlıq prinsipini təmin edərkən məhkəmə qeyd edir ki, iş materiallarına əsasən cavabdehin işləməsi, aylıq hər hansı qazanca malik olması, pensiya, sosial müavinət və təaüd alması, yəni tələb yönəldilə biləcək hər hansı pul vəsaitinə və əmlaka malik olması müəyyən olunmur. İddiaçı tərəf də bunun əksini, yəni hər uşağa hər ay 200 manat olmaqla hər ay cəmi 400 manat alimentin təyin olunmasına dair iddia tələbinin əsaslandırıldığı hallar kimi cavabdehin Bakı şəhərində ticarətlə məşğul olması, kifayət qədər qazanc əldə etməsi, cavabdehin fındıq bağının və əkin sahəsinin olması və oradan qazanc əldə etiməsini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki qanuna görə (MPM-nin 77.1-ci maddəsi) bu vəzifə iddiaçının üzərindlə düşür. Lakin məhkəmə onu da nəzərə çatdırır ki, cavabdehin işləməməsi, iş materialları ilə aylıq qazancının və tələb yönəldilə biləcək daşınar və daşınmaz əmlaklarının müəyyən olunmaması onu uşaqları saxlamaq vəzifəsindən azad etmir. Belə ki, yuxarıda sadalanan qanun normalarının tələbinə əsasən mahiyyət etibarı ilə valideynlərlə uşaqların münasibətlərində aliment institutunun mövcudluğunun qanunverici tərəfindən tanınması ilk növbədə və birmənalı olaraq uşaqların mənafelərinin qorunmasına yönəlmişdir. Qanun normasının mənasına görə heç bir yerdə işləməmək, az gəlir əldə etmək, yaxud digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Göstərilən hallar ancaq alimentin miqdarının müəyyən edilməsində nəzərə alına bilər. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq, öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Bu xüsusda məhkəmə onu da qeyd edir ki, cavabdehin təklifi nəzərə alınmaqla hər uşağa hər ay 130 manat alimentin təyin edilməsi uşaqların tələbatının maksimal saxlanması zərurətinə cavab verməməklə iddiaçının marağını əhəmiyyətli dərəcədə pozacaqdır. Belə ki, uşaqlar böyükcə onların tələbatı da artır. Hazırki ərizə ilə müraciət olunan 17 noyabr 2022-ci ildə uşaqlar üçün yaşayış minimumu 193 manat, 2023-cü ildə isə 220 manat təşkil etmişdir ki, bu da uşaqların əvvəlki təminat səviyyəsinin maksimal saxlanması zərurətinin təmin edilməsindən irəli gəlir. Ona görə də hazırki halda hər uşağa hər ay 130 manat alimentin təyin edilməsi uşaqların əvvəlki təminat səviyyəsinin maksimal saxlanması zərurətinə, onların artan maddi və mənəvi tələbatlarına cavab verməyəcəkdir. Belə ki, ümumməlum fakt olaraq müəyyən edilir ki, gündəlik tələbat malları, sənaye malları və ərzaq məhsullarının qiymətinin davamlı olaraq artması konteksində insanların, o cümlədən uşaqların rifahı üçün dövlət tərəfindən yaşayış minimumu məbləği artırılmışdır. Uşaqlar üçün yaşayış minimumu məbləğinin artırılması şübhəsiz ki, uşaqların artan tələbatının təmin edilməsi üçün lazımi şəraitin yaradılması ilə birbaşa bağlıdır. Belə ki, bütün sahələr üzrə uşaqların üstün maraqlarının təmin edilməsi Azərbaycan dövlətinin prioritet siyasətidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair» 05 oktyabr 2012-ci il tarixli qərarında göstərildiyi kimi, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda uşaqların öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Məhkəmə onu da nəzərə alır ki, iddiaçı cavabdehin Bakı şəhərində ticarətlə məşğul olması və yaxşı qazanc əldə etməsi, həmçinin cavabdehin fındıq bağı və əkin sahəsinin olması və qazanc əldə etməsi ilə bağlı mötəbər sübutları məhkəməyə təqdim etməməklə tələb etdiyi aliment məbləği hissəsində iddia tələbinin əsaslılığını sübut edə bilməmişdir. Həmçinin iş materialları ilə cavabdehin Bakı şəhərində ticarətlə məşğul olması, onun fındıq bağının və əkin sahəsinin olması, tələb yönəldilə biləcək daşınar və daşınmaz əmlakının olması, eyni zamanda cavabdehin aylıq qazanca malik olması müəyyən edilməmişdir. Cavabdeh məhkəməyə verdiyi izahatında fəhlə kimi günəmuzd işlər olduqda bu işlərlə məşğul olduğunu, ayda 200-300 arası pul qazandığını və başqa heç bir qazanc və gəlirinin olmadığını bildirmişdir. Belə olduğu təqdirdə şübhəsizdir ki, hər ay hər uşağa görə 200 manat olmaqla hər ay cəmi 400 manat alimentin təyin edilməsi cavabdeh üçün ağır məhrumiyyətlər yaratmış olardı və heç də haqq-ədalət prinsipinə xidmət etməzdi. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İ hissəsinə əsasən haqqədalət bərabər mənafelərə bərabər münasibəti ehtiva edir. Valideynlərin uşaqların saxlanması vəzifəsinin həyata keçirilməsində birgə iştirakı onların mənafeləri arasında ədalətli tarazlıq prinsipinin gözlənilməsini tələb edir. Lakin bu zaman alimentin məbləğinin təyin edilməsi məsələsində uşaqlara qulluq göstərilməsində, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsində əsas ağırlığın iddiaçının üzərinə düşməsi halı da nəzərə alınmalıdır. Göstərilənlərin konteksində məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbi, həmçinin cavabdehin uşaqları əvvəlki təminat səviyyəsində saxlamaq vəzifəsi daşıması ilə bağlı hal, uşaqlara qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsində əsas ağırlığın uşaqların himayəsində olduğu valideynin-iddiaçının üzərinə düşməsi, həmçinin iddiaçının işləməməsi, cavabdehin isə günəmuzd işlərlə məşğul olması və müəyyən qazanc əldə etməsi (cavabdehin bildirdiyinə görə ayda 200-300 manat arası qazanc əldə edir) əsas tutulmaqla uşaqların saxlanması üçün elə bir aliment məbləği təyin olunmalıdır ki, həmin məbləğ uşaqların əvvvəkli təminat səviyyəsinin maksimal saxlanması üçün şəraiti təmin etsin və həmçinin tərəflərin mənafeləri arasında ədalətli tarazlıq yaratsın. Ona görə də məhkəmə hesab edir ki, tərəflərin birgə nikah münasibətlərindən xx.xx.2009-cu il tarixdə doğulmuş X2 və xx.xx.2010-cu il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 160 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi uşaqların saxlanmasının iddiaçı və cavabdehin vəzifəsi olması zəminində onların mənafeləri, həmçinin uşaqların mənafeyi ilə cavabdehin mənafeyi arasında ədalətli tarazlığa səbəb olacaqdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hər ay hər uşağa görə 200 manat aliment tələbi hissəsində iddia qismən-hər ay hər uşağa görə 160 manat hissədə təmin edilməli, alimentin hər ay hər uşağa görə 160 manatdan artıq tələb hissəsində isə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia 1.000 manatdan 10.000-dək olduqda 30 manat+1.000-dan yuxarı olan iddia qiymətinin 1 % məbləğində dövlət rüsumu ödənilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad edilirlər. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normaları əsasında müvafiq qiymət verərək, uşaqların analarının yanında yaşamasını, tərəflər arasında alimentin ödənilməsi ilə bağlı saziş olmamasını, cavabdehin uşaqların saxlanmasına maddi köməklik göstərməməsini, tərəflərin maddi və ailə vəziyyətlərini nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin edilməli, ərizənin verildiyi 17 noyabr 2022-ci il tarixdən başlayaraq tərəflərin birgə nikahından xx.xx.2009-cu ildə doğulmuş X2 və xx.xx.2010-cu ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər bir uşaq üçün 160 (bir yüz altmış) manat olmaqla hər ay cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment alınaraq, İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, Cavabdeh iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 50 manat ödənilmiş dövlət rüsumu tutularaq, İddiaçı və 8,40 manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda hazırki qətnamə dərhal icra olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 234.2.1 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia qismən təmin edilsin. Ərizənin verildiyi 17 noyabr 2022-ci il tarixdən başlayaraq tərəflərin birgə nikahından xx.xx.2009-cu ildə doğulmuş X2 və xx.xx.2010-cu ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər bir uşaq üçün 160 (bir yüz altmış) manat olmaqla hər ay cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment alınaraq, İddiaçı verilsin; iddia qalan hissədə təmin edilməsin; Cavabdeh 50 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin; Cavabdeh 8,40 manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar