Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-192/2025 21.04.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, İddiaçı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs-Balakən Rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh X6 qarşı cavabdehin razılığı olmadan uşağın Azərbaycan Respublikasının hüdudlarından kənara çıxmasına icazə verilməsi tələbinə dair mülki işə Balakən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh X6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək , iddiaçı X2 29 aprel 2019-cu ildə anadan olmuş X3 atası Cavabdeh razılığı olmadan Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılmasına icazə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması mərhələsində iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək oğlu-29 aprel 2019-cu ildə anadan olmuş X3 atası Cavabdeh razılığı olmadan Azərbaycan Respublikası hüdudlarından kənara çıxmasına icazə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, nikahlarını xx.xx.2018-ci il tarixdə 10 sayla Balakən rayon Şambul kənd İcra Nümayəndəliyində rəsmiləşdirməklə Balakən rayon Şambul kənd sakini Cavabdeh ilə evlənmişdir. Birgə nikahlarından xx.xx.2019-cu il tarixdə X5 adlı bir uşaqları doğulmuşdur. Qeyd etmək istəyir ki, 2022-ci ilin mart ayından Xəlildən ayrılmışdır.Balakən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(019)- 208/2024 saylı qətnaməsi ilə Cavabdehla aralarında bağlanmış rəsmi nikah pozulmuşdur. O, halhazırda atası evində yaşayır. Oğlu -X5 də onun himayəsində yaşayır. Məhkəməyə bildirir ki, onun valideynləri və yaxın qohumları uzun müddətli olaraq Rusiyanın Mahaçqala və digər şəhərlərində yaşayırlar.O, Məhəmmədi də özü ilə birlikdə apararaq gəzinti, müayinə və müalicə məqsədi ilə yaxın qohumlarının da yaşadığı Rusiya Federasiyasının müxtəlif şəhərlərinə getmək istəyir . Lakin Cavabdeh oğlu Məhəmmədin ölkədən çıxarılması üçün ona notarial qaydada təsdiqlənmiş etibarnamə vermir. Xəlil özü də işləmək məqsədi ilə uzun müddətli olaraq Rusiya Federasiyasının Mahaçqala şəhərində yaşayır. Xəlil uşağın təlim tərbiyəsi, sağlamlığı və müalicəsi ilə maraqlanmır.O,etibarnamə vermədiyindən Məhəmmədi Azərbaycan Respublikası hüdudlarından kənara çıxara bilmir. Buna görə də Məhkəməyə müraciət etməli olmuşdur. Uşağın valideynin razılığı olmadan ölkə hüdudlarından kənara aparılması ilə bağlı Mediasiyaya müraciət etmiş, Mediasiya prosesində cavabdeh iştirak etməmişdir. Bu barədə Mediasiya arayışı verilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə bildirişi sifarişli xəbərnaməli poçt göndərişi ilə göndərilmiş, lakin o yaşadığı ünvanda olmadığından poçt göndərişi geri qaytarılmışdır. Məhkəmə bildirişi ona təqdim edilməsi üçün Balakən Rayon İcra Hakimiyyəti Şambul kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə göndərilmişdir.İcra Nümayəndəliyinin 33 nömrəli 09 aprel 2025-ci il tarixli məktubunda göstərilmişdir ki, Cavabdeh hal-hazırda Rusiya Federasiyasında yaşadığı üçün məhkəmə bildirişinin ona verilməsi mümkün olmamışdır. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə görə cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Balakən Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi Nümayəndə göstərdi ki, Balakən Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının 24 yanvar 2025-ci il tarixli rəyini müdafiə edir. Komissiya azyaşlı X3 anasının himayəsində olduğunu və onun gələcək mənafeyini nəzərə alaraq atası Cavabdeh razılığı olmadan anası İddiaçı ilə Azərbaycan Respublikasından kənara çıxmasına icazə verilməsini məqsədəuyğun hesab edir. Qeyd etdikləri nəzərə alınmaqla qanuni qətnamə qəbul edilməsini xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İcra Hakimiyyəti Şambul kənd icra nümayəndəliyi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş AZ-T seriyalı 041434 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X4 arasında xx.xx.2018-ci ildə 10 nömrə ilə nikah bağlanmış, nikah bağlanandan sonra arvada Qaralova soyadı verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş AZ-İ seriyalı 492557 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki,Cavabdeh ilə İddiaçı arasında olan nikah Balakən Rayon Məhkəməsinin 2(019)-208/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur.Nikaha xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Mahaçqala şəhər, şəhər dairəsi adminstrasiyasının VVAQ İdarəsi 90500001 tərəfindən 01 iyun 2019-cu il tarixdə verilmiş İV-BD seriyalı 836738 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 29 aprel 2019-cu ildə anadan olmuş, atası X9, anası İddiaçı qeyd edilmişdir . İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə iddianın qismən təmin edilməsi, iddiaçı Qaralova (Çitiyeva) Patimat İdris qızı ilə Cavabdeh arasında 10 sentyabr 2018-ci il tarixdə Balakən rayon Şambul kənd icra nümayəndəliyində 10 nömrə ilə qeydə alınmış nikahın pozulması; nikah pozularkən tərəflərin birgə nikahından xx.xx.2019-cu il tarixdə doğulmuş X3 anası Qaralova (Çitiyeva) Patimat İdris qızının yanında saxlanılması; ərizənin verildiyi 18 dekabr 2023-cü il tarixdən başlayaraq xx.xx.2019-cu il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment alınaraq iddiaçı Qaralova (Çitiyeva) Patimat İdris qızına verilməsi; iddianın qalan hissədə təmin edilməməsi; hazırki qətnamənin alimentin alınması hissəsində dərhal icra olunması; Cavabdeh 100 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı Qaralova (Çitiyeva) Patimat İdris qızına ödənilməsi qət edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Şəki 1 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş MŞŞ/MT001/2023-02935 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki,İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmişdir, 50 manat mediasiya xərcini təktərəfli şəkildə ödəmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının 24 yanvar 2025-ci il tarixli rəyindən görünür ki,komissiya azyaşlı X3 anasının himayəsində olduğunu və onun gələcək mənafeyini nəzərə alaraq atası Cavabdeh razılığı olmadan anası İddiaçı ilə Azərbaycan Respublikasından kənara çıxmasına icazə verilməsini məqsədəuyğun hesab edir. Qeyd etdikləri nəzərə alınmaqla qanuni qətnamə qəbul edilməsini xahiş edir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli 75600 nömrəli qəbzdən görünür ki, İddiaçı 50 manat dövlət rüsumu xərcini ödəmişdir. Məhkəmə iddiaçının və üçüncü şəxsin nümayəndəsinin izahatlarını dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh nikahlarını xx.xx.2018-ci il tarixdə 10 nömrə ilə Balakən rayon İcra Hakimiyyəti Şambul kənd icra nümayəndəliyində rəsmiləşdirməklə evlənmişlər. Birgə nikahlarından-xx.xx.2019-cu il tarixdə X5 adında bir uşaqları olmuşdur. Tərəflər arasında olan nikah Balakən Rayon Məhkəməsinin 01 mart 2024-cü il tarixli, e-2(019)-208/2024 saylı qətnaməsi ilə pozulmuş, nikah pozulduqdan sonra xx.xx.2019-cu ildə anadan olmuş X3 anası X1 yanında saxlanması qət edilmişdir.Cavabdeh uşağın ölkə sərhədlərindən kənara çıxmasına razılıq vermədiyindən iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, BMT-nin 12 noyabr 1989-cu il tarixli “Uşaq hüquqları haqqında Konvensiyası” nın 3-cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görür. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir (maddə 17, hissə İ, İİ). Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur (maddə 34, hissə İV). Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər (maddə 28 hissə İİİ), Azərbaycan Respublikası vətəndaşlarının hər zaman maneəsiz öz ölkəsinə qayıtmaq hüququ vardır (Maddə 28 hissə İV). Azərbaycan Respublikası Ailə Məcəlləsinin vəzifələrindən biri kimi uşaqların mənafeyinin hərtərəfli müdafiəsi və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsi müəyyən edilmişdir (maddə 3.0.4.). Uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları əvəz edən şəxslər), bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda isə müvafiq icra hakimiyyəti orqanı və məhkəmə tərəfindən həyata keçirilir (maddə 51.2). Dövlət valideynlərin bu hüquq və vəzifələrinə qanunda nəzərdə tutulmuş qaydada yalnız uşağın mənafeyi tələb etdiyi hallarda müdaxilə edə bilər (maddə 58.6). Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir (maddə 60.4). “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, Konstitusiyaya uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar (maddə 4). Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır (maddə 5). Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Valideynlərin uşaqlar barəsində hüquq və vəzifələrinin həyata keçirilməsinə dövlət orqanlarının qarışmasına yalnız qanunla nəzərdə tutulmuş hallarda və uşağın maraqları naminə yol verilə bilər (maddə 19). Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinin 1-ci bəndinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Həmin Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Bu Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Həmin Konvensiyanın 4-cü bəndinə əsasən isə iştirakçı dövlətlər istər iştirakçı dövlətin daxilində, istərsə də xaricdə valideynlər və ya uşaq üçün maliyyə məsuliyyəti daşıyan digər şəxslər tərəfindən uşağın saxlanmasının bərpa olunmasını təmin etmək üçün bütün lazımi tədbirləri görürlər. Avropa Şurasının “Uşaq hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsində təsbit edilmişdir ki, uşaq barəsində bütün tədbirlərdə onun mənafeləri tam həcmdə nəzərə alınmalıdır. Bu Konvensiyasının 9-cu maddəsinə görə, uşaq valideynlərindən ayrılmamaq hüququna malikdir, bunun uşağın ən yaxşı mənafeləri naminə labüd olması və məhkəmə prosesi ilə baş verməsi istisna təşkil edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin pesedent hüququna əsasən, uşaqlarla bağlı bütün qərarlar qəbul edilərkən ilk növbədə onların üstün maraqlarının nəzərə alınması ideyasının dəstəklənməsi istiqamətində geniş konsensus (o cümlədən beynəlxalq miqyasda) mövcuddur (Noylinger və Şuruk İsveçrəyə qarşı [BP], § 135; X Latviyaya qarşı [BP], § 96). Uşağın üstün maraqları, xarakterindən və ciddilik dərəcəsindən asılı olaraq, valideynlərin maraqlarından üstün tutulur. Bununla belə, valideynlərin maraqları, xüsusən onların uşaqla mütəmadi təmasda olmaq hüququ işdəki müxtəlif maraqlar balanslaşdırılarkən nəzərə alınmalı olan amildir (Şahin Almaniyaya qarşı [BP], § 66, Noylinger və Şuruk İsveçrəyə qarşı [BP], § 134). Uşağın ailəsi ilə əlaqələrinin onun üçün münasib hesab edilmədiyi hallar istisna olmaqla, uşağın maraqları onun ailəsi ilə əlaqələrinin qorunub saxlanmasını tələb edir. Beləliklə, məhkəmələr tərəfindən uşaqların ölkədən getməsinə icazənin verilməsi ilə əlaqədar valideynlər arasında mübahisələrə baxılarkən, uşağın təhsil, peşə hazırlığı, tibbi xidmət, sağlamlığının bərpası, əmək fəaliyyətinə hazırlıq sahəsində xidmətlərdən səmərəli istifadə etməsini və istirahət vasitələrindən bəhrələnməsini təmin etmək məqsədi ilə bütövlükdə uşağın sosial həyata mümkün qədər daha yaxşı cəlb edilməsi, uşağın mədəni və mənəvi inkişafı da daxil olmaqla, şəxsiyyətinin formalaşması naminə hər bir halda üstün mənafeyi nəzərə alınmalıdır. Vətəndaşların ölkədən getmək və ölkəyə gəlmək qaydaları Miqrasiya Məcəlləsinin müddəaları ilə tənzimlənir. Belə ki, Miqrasiya Məcəlləsinin 9.1 və 9.2-ci maddələrinə əsasən, Azərbaycan Respublikasının vətəndaşı dövlət sərhədinin buraxılış məntəqələrindən keçərək, sərbəst surətdə ölkədən getmək və ölkəyə gəlmək hüququna malikdir. Vətəndaş ölkədən getmək və ölkəyə gəlmək hüququndan məhrum edilə bilməz. Vətəndaşın ölkədən getmək hüququnun məhdudlaşdırılmasının mümkünlüyü isə dəqiq dairəsi göstərilən Məcəllənin 9.3-9.5–ci maddələrində əks olunan halların mövcudluğu ilə əlaqələndirilmişdir. Yetkinlik yaşına çatmayan vətəndaşlar isə Miqrasiya Məcəlləsində xüsusi subyekt kimi tanınmaqla,onların ölkədən getməsinin həmin Məcəllənin 11-ci maddəsi ilə tənzimlənən ayrıca qaydası nəzərdə tutulmuşdur. Məcəllənin 11.1-ci maddəsinə əsasən, 11.2-ci maddədə nəzərdə tutulmuş hallar istisna olmaqla, yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynləri, övladlığa götürəni, himayəçisi və ya qəyyumu ilə gedə bilərlər. 11.2-ci maddədə isə göstərilir ki, yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Yetkinlik yaşına çatmayan vətəndaş ölkədən tək getdikdə isə valideynlərinin, valideyn himayəsindən məhrum olduqda isə onu övladlığa götürən şəxsin, himayəçisinin və ya qəyyumunun notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Göründüyü kimi, qanunverici Miqrasiya Məcəlləsinin 11.2-ci maddəsində yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən valideynlərinin biri ilə və ya tək getməsi qaydasının nizamlayarkən onların valideynləri ilə birlikdə və ya ayrı yaşaması faktını nəzərə almadan, universal şərt kimi notariat qaydasında təsdiq edilmiş razılığın olmasını müəyyənləşdirmişdir. Həmin şəxslərdən birinin razılığının olmadığı halda isə, yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi yalnız məhkəmənin qərarı əsasında mümkün hesab edilir. Uşaqların ölkədən getməsinə icazənin verilməsi ilə əlaqədar valideynlər arasında yaranan mübahisələr üzrə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il 13 nömrəli Qərarının 7.18-ci maddəsində göstərilmişdir ki, bu iddialar üzrə sübutetmə yükü ilə bağlı qeyd edilməlidir ki, uşağın himayəsinə verildiyi iddiaçı valideyn, ölkədən kənara getməsinin uşağın mənafeyinə uyğunluğunu sübut etmək vəzifəsi daşımır. Çünki, əksi sübut edilənədək qanuni qüvvəsini almış məhkəmə qərarı ilə uşağın himayəsinə verilmiş (və yaxud mübahisəsiz qaydada faktiki himayədə olduğu hallarda) valideynin yanında olmasının onun mənafeyinə uyğunluğu prezumpsiyası qəbul olunur. Digər tərəfdən uşağın həmin valideynlə müxtəlif məqsədlər üçün (istirahətinin təşkili, dünya görüşünün artırılması, keyfiyyətli tibbi xidmətdən istifadə etməsi, təhsil alması və digər) ölkə ərazisindən kənara getməsi Konstitusiyada nəzərdə tutulmuş azadlıq hüquqununun (maddə 28, İİİ hissə) həyata keçirilməsidir. Bu hüquq uşağın üstün mənafeyini qorumaq məqsədilə, özü də mütənasib şəkildə məhdudlaşdırıla bilər. Ona görə də, uşağın xarici ölkəyə aparılmasına etiraz edən valideyn səfərin uşağın mənafeyinə, o cümlədən tərbiyə və təhsilinə, psixi sağlamlığına, əxlaqi inkşafına uyğun olmadığını sübuta yetirməlidir. Qərarın 7.19-cu maddəsində izah olunmuşdur ki, uşağın himayəsində olduğu valideynlə xarici ölkəyə çıxarılmasına etiraz edən tərəf belə səfərin uşağın mənafeyinə, o cümlədən tərbiyə və təhsilinə, fiziki və psixi sağlamlığına, əxlaqi inkşafına uyğun olmadığını sübut etdiyi təqdirdə iddianın təmin olunmasından imtina edilə bilər. Məhkəmə işin hallarını,Cavabdeh uşağın xarici ölkəyə getməsinə razılıq verməkdən imtina etməsini,öz fikirlərini heç bir mötəbər sübutla əsaslandırmamasını,atanın uşağın ölkədən getməsinə razılıq verməməsinin uşağın mənafeyinə uyğun olmamasını, əksinə onun hüquqlarının pozulmasına səbəb olmasını, uşağın müvəqqəti olaraq ölkədən getməsinə mane olan halın aşkar edilməməsini, Qəyyumluq və Himayə Komissiyasının rəyini nəzərə alaraq bu nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən İddiaçı mediasiya xərci olaraq ödədiyi 50 manat,dövlət rüsumu olaraq ödədiyi 50 manat,cəmi 100 manat məhkəmə xərci Cavabdeh tutulub İddiaçı ödənilməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh birgə nikahından 29 aprel 2019-cu il tarixdə anadan olmuş X3 anası İddiaçı ilə yetkinlik yaşına çatanadək atası Cavabdeh məlumat verməklə, atası Cavabdeh razılığı olmadan Azərbaycan Respublikasının hüdudlarından kənara çıxmasına icazə verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233.1, 357-362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh birgə nikahından 29 aprel 2019-cu il tarixdə anadan olmuş X3 anası İddiaçı ilə yetkinlik yaşına çatanadək atası Cavabdeh məlumat verməklə, atası Cavabdeh razılığı olmadan Azərbaycan Respublikasının hüdudlarından kənara çıxmasına icazə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirməklə Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-192/2025
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-192/2025
21.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver