Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-226/2022 12.09.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı, Cavabdeh vəkili Nümayəndə və Balakən Rayon İcra Hakimiyyəti Başçısının yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi X5 iştirakı ilə İddiaçı Cavabdeh qarşı nikahın pozulması, uşağın yaşayış yerinin onun yanında müəyyən edilməsi və aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında olan xx.xx.2010-cu il tarixdə Balakən rayon Qeydiyyat Şöbəsində 120 sayla rəsmiləşdirdikləri nikahın pozulması, xx.xx.2010-cu ildə doğulmuş X8 və xx.xx.2013-cü ildə doğulmuş X9 yaşayış yerlərinin onun yanında müəyyən edilməsi, xx.xx.2010-cu ildə doğulmuş X8 və xx.xx.2013-cü ildə doğulmuş X9 baxılıb saxlanmaları üçün Cavabdeh sabit pul məbləğində hər ay hər bir uşaq üçün 196 (bir yüz doxsan altı) manat miqdarında aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh ilə aralarında olan xx.xx.2010-cu il tarixdə Balakən rayon Qeydiyyat Şöbəsində 120 sayla rəsmiləşdirdikləri nikahın pozulması, xx.xx.2010-cu ildə doğulmuş X8 və xx.xx.2013-cü ildə doğulmuş X9 yaşayış yerlərinin onun yanında müəyyən edilməsi, xx.xx.2010-cu ildə doğulmuş X8 və xx.xx.2013-cü ildə doğulmuş X9 baxılıb saxlanmaları üçün Cavabdeh sabit pul məbləğində hər ay hər bir uşaq üçün 193 (bir yüz doxsan üç) manat miqdarında aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçı məhkəmə iclasında iddiasını müdafiə edərək, onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2008-ci ildə qeyri-rəsmi nikahla evlənmişdir. Nikahlarını xx.xx.2010-cu il tarixdə Balakən rayon Qeydiyyat Şöbəsində 120 sayla rəsmiləşdirmişlər. Cavabdehlə birgə nikahdan xx.xx.2010-cu ildə X12, xx.xx.2013-cü ildə isə X14 adında iki uşaqları olmuşdur. O, Cavabdeh ilə evləndikdən sonra Balakən rayonunda və Bakı şəhərində yaşamışlar. Cavabdehlə xasiyyətləri uyğun gəlmir, tamamilə fikir ayrılıqları var, heç yola getmirlər. Buna görə də ailədaxili mübahisələri olur. 2 ildir ki, cavabdehlə ayrılmışlar. Uşaqlardan oğlu Nəriman cavabdeh tərəfindən ondan götürülüb öz anasına verilmişdir, uşağı ondan uzaqlaşdırmağa çalışır. X14 isə onun yanında yaşayır. Cavabdeh uşağın baxılmasında ona qətiyyən maddi köməklik etmir və ümumiyyətlə maraqlanmır. O, birgə yaşadıqları dövrdə suvaq ustası kimi fəaliyyətlə məşğul olur. Bundan başqa ailə üzvləri ilə birlikdə Şəki rayonu Şəki kəndində əkinçilik və maldarlıq təsərrüfatı ilə məşğul olur. Aylıq qazancı və gəliri kifayət qədərdir. Buna baxmayaraq heç bir tələbatları ilə maraqlanmır. Gələcəkdə cavabdehlə ailə münasibətlərinin bərpa olunub yenidən barışmaları qeyrimümkündür. Cavabdeh ilə ayrılmaq fikri qətidir. Buna görə də nikahın pozulması üçün Balakən Rayon Məhkəməsinə müraciət etməli olmuşdur. Cavabdeh ilə nikah pozulduğu təqdirdə xx.xx.2010-cu ildə doğulmuş X8 atası Cavabdeh yanında saxlanmasına, xx.xx.2013-cü ildə doğulmuş X9 yaşayış yerinin onun yanında müəyyən edilməsinə razıdır. X9 yetkinlik yaşına çatanadək baxılıb saxlanması üçün cavabdeh X6 aliment tələb etmir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak edilmişdir. Bu barədə arayışı vardır. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı məhkəməyə ərizə təqdim edərək Cavabdeh ilə aralarında olan xx.xx.2010-cu il tarixdə Balakən rayon Qeydiyyat Şöbəsində 120 sayla rəsmiləşdirdikləri nikah pozulduğu təqdirdə xx.xx.2010-cu ildə doğulmuş X8 atası Cavabdeh yanında saxlanmasına, xx.xx.2013-cü ildə doğulmuş X9 yaşayış yerinin onun yanında müəyyən edilməsinə razı olduğunu, X9 yetkinlik yaşına çatanadək baxılıb saxlanması üçün cavabdeh X6 aliment tələb etmədiyini bildirmişdir. Məhkəmə iclasında Cavabdeh vəkili Nümayəndə iddianı qismən qəbul edərək, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2010-cu il tarixdə Balakən rayon Qeydiyyat Şöbəsində 120 sayla rəsmiləşdirilmiş nikah pozulmasına razı olduğunu, nikah pozulduğu təqdirdə xx.xx.2010-cu ildə doğulmuş X8 atası Cavabdeh yanında saxlanmasına, xx.xx.2013-cü ildə doğulmuş X9 isə İddiaçı yanında saxlanmasına razı olduqlarını, cavabdehin xx.xx.2010-cu ildə doğulmuş X1 üçün İddiaçı aliment tələb etmədiyini bildirmişdir. Məhkəmə iclasında Balakən RİHB yanında Qəyyumluq və Himayə komissiyasının nümayəndəsi X10 təmsil etdiyi komissiyanın rəyini müdafiə edərək, izahatında göstərdi ki, xx.xx.2010-cu ildə anadan olmuş X8 hal-hazırda anası ilə yaşamadığını qeyd edir, eyni zamnada İddiaçı mənzil-məişət şəraitinin normal olduğunu, uşaqların gələcək mənafelərini nəzərə alaraq onların anaları İddiaçı himayəsində qalmalarını məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Məhkəmə iclasında qanuni nümayəndələri olan valideyni və Balakən Rayon İcra Hakimiyyəti Başçısının yanında Qəyyumluq və Himayə komissiyasının nümayəndəsinin iştirakı ilə tərəflərin birgə nikahından xx.xx.2010-cu il tarixdə doğulmuş X12 atasını çox istədiyini, atasının ona daha yaxşı baxdığını, anasının onunla maraqlanmadığını, anasının yanında qalmaq istəmədiyini, atası Cavabdeh yanında qalmaq istədiyini bildirmiş, xx.xx.2013-cü ildə doğulmuş X14 isə anası İddiaçı yanında qalmaq istədiyini bildirmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Qeydiyyat şöbəsi tərəfindən 10 iyun 2010-ci il tarixdə verilmiş AZ-İ seriyalı 575156 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X7 arasında nikah Balakən rayon Qeydiyyat şöbəsində 10 iyun 2010-cu il tarixdə 120 nömrə ilə nikah qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada Cəlilova soyadı verilmişdir İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 21 dekabr 2021-ci il tarixdə verilmiş xx/xx-1237 nömrəli arayışdan görünür ki, Cavabdeh ilə X7 arasında nikah Balakən rayon Qeydiyyat Şöbəsində 10 iyun 2010-cu il tarixdə 120 nömrə ilə nikah qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada Cəlilova soyadı verilmişdir İş materiallarında olan Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 10 iyun 2010-cu il tarixdə verilmiş AZ-İİ seriyalı 454622 nömrəli və Balakən rayon Mahamalar kənd inzibati ərazi dairəsi tərəfindən 19 iyul 2013-cu il tarixdə verilmiş AZ-İİ seriyalı 125458 nömrəli doğum haqqında şəhadətnamələrdən görünür ki, tərəflərin birgə nikahından 09 aprel 2010-cu X12 və 12 iyun 2013-cü il tarixdə X14 doğulmuşlar. İşə əlavə olunan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, komissiya xx.xx.2010-cu ildə anadan olmuş X8 hal- hazırda anası ilə yaşamadığını qeyd edir, eyni zamanda İddiaçı mənzil-məişət şəraitinin normal olduğunu, uşaqların gələcək mənafelərini nəzərə alaraq onların anaları İddiaçı himayəsində qalmalarını məqsədəuyğun hesab edir. İşə əlavə olunan və məhkəmə iclasında tədqiq edilmiş Şəki Şəhər İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, komissiya xx.xx.2010-cu il təvəllüdlü X8 ata-Cavabdeh, xx.xx.2013-cü il təvəllüdlü X9 isə ana-İddiaçı himayəsində qalmasını məqsədəuyğun hesab edir. İşdə olan xx.xx.2021-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, bu arayış Cavabdeh oğlunun İddiaçı tərəfindən təsvir edildiyi kimi nikahın pozulması mübahisəsi üzrə xx.xx.2021 tarixində 09.00 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmədiyini/iştirak etməkdən yazılı şəkildə imtina etdiyini təsdiq etmək üçün verilir. Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə 5 (beş) gün əvvəlcədən məktub vasitəsilə məlumatlandırılmışdır. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etdi və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci ödədi. İş materiallarına əlavə olunmuş məhkəmə-psixoloji ekspertizasının 16 avqust 2022-ci il tarixli, 11/257 saylı rəyindən görünür ki, hal-hazırda müayinə olunan Cavabdeh fərdipsixoloji xüsusiyyətlərində xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2013-cü il təvəllüdlü X9 emosional-iradi sferalarına neqativ təsir göstərə biləcək aqressivlik əlamətləri müəyyən olunmur. Boşanmadan sonra uşağın kimin himayəsinə verilməsinin məqsədəuyğun olmasının müəyyən olunması və həmin halın gələcəkdə uşağın psixi inkişafına və psixoloji vəziyyətinə necə təsir göstərəcəyinin proqnozlaşdırılması məhkəmə-psixoloji ekspertizasının səlahiyyətlərinə aid deyildir. Cavabdeh İddiaçı və azyaşlı X14 göstərilən tarixdə və saatda psixoloji müayinəyə təqdim olunmadıqlarından barələrində ekspert qarşısında qoyulmuş suallara cavab verilməmişdir. xx.xx.2010-cu il təvəllüdlü X8 halhazırda atası Cavabdeh bağlılığı (qarşılıqlı əlaqə zamanı müsbət emosiyalar keçirmək, vasitəsiz münasibət qurmaq arzusu, müntəzəm ünsiyətə can atmaq, əlaqələrin azalması ilə əlaqədar narahat olmaq) müəyyən olunmaqla anası İddiaçı bağlılığı üzə çıxmır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 16 avqust 2022-ci il tarixli, 11/257 saylı bildirişindən görünür ki, iş üzrə aparılmış məhkəmə-psixoloji ekspertizası tədqiqatının dəyəri 80 manat təşkil edir. İşdə olan xx.xx.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı hazırki iddianın qaldırılması üçün 50 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə, işdə iştirak edən şəxsləri, qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsini və tərəflərin birgə nikahından doğulmuş uşaqların fikrini dinləyib, işdəki sənədləri tədqiq edərək, hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ilə nikahlarını Balakən rayon Qeydiyyat Şöbəsində 10 iyun 2010-cu il tarixdə 120 nömrə ilə qeyd etdirməklə ailə qurmuşlar. Tərəflərin birgə nikahdan xx.xx.2010-cu ildə X12 və xx.xx.2013-cü ildə X14 adında iki uşaqları doğulmuşdur. Tərəflər aralarında olan narazılıqla və xasiyyətlərinin uyğun gəlməməsi ilə bağlı ayrılmışlar və hal-hazırda 2 ildən artıqdır ki, bir-birindən ayrı yaşayırlar. Ər-arvadın birgə yaşaması və ailənin saxlanması qeyri-mümkündür. Tərəflər arasında bağlanmış nikah formal xarakter daşıyır. İddiaçı təkidlə nikahın pozulmasını tələb edir. Tərəflərin birgə nikahından xx.xx.2013-cü il tarixdə doğulmuş X14 iddiaçının, xx.xx.2010-cu il tarixdə doğulmuş X12 cavabdehin yanında və himayəsində yaşayır. İddiaçı Cavabdeh ilə aralarında olan xx.xx.2010-cu il tarixdə Balakən rayon Qeydiyyat Şöbəsində 120 sayla rəsmiləşdirdikləri nikah pozulduğu təqdirdə xx.xx.2010-cu ildə doğulmuş X8 atası Cavabdeh yanında saxlanmasına, xx.xx.2013-cü ildə doğulmuş X9 yaşayış yerinin onun yanında müəyyən edilməsinə razı olduğunu, X9 yetkinlik yaşına çatanadək baxılıb saxlanması üçün Cavabdeh aliment tələb etmədiyini bildirmişdir. İddiaçı, qızı Nuray Cəlilovanın saxlanması üçün Cavabdeh və Cavabdeh, oğlu Nəriman Cəlilovun saxlanması üçün İddiaçı aliment tələb etmir. Hazırki tələblərlə bağlı mediasiya prosesi keçirilmiş, lakin cavabdeh mediasiya prosesində iştirak etmədiyinə görə barışıq əldə edilməmiş və mediasiya prosesinə xitam verilmişdir. Məhkəmə iclasında tərəflərin birgə nikahından xx.xx.2010-cu il tarixdə doğulmuş X12 atası Cavabdeh yanında, xx.xx.2013-cü ildə doğulmuş X14 isə anası İddiaçı yanında qalmaq istədiyini bildirmişlər. Balakən Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının xx.xx.2022-ci il tarixli rəyi ilə uşaqların anaları İddiaçı himayəsində qalmaları, Şəki Şəhər İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının xx.xx.2022-ci il tarixli rəyi ilə xx.xx.2010-cu il təvəllüdlü X8 atası-Cavabdeh, xx.xx.2013-cü il təvəllüdlü X9 isə anası-İddiaçı himayəsində qalması məqsədəuyğun hesab edilmişdir. İş üzrə keçirilmiş məhkəmə-psixoloji ekspertizasının 16 avqust 2022-ci il tarixli, 11/257 saylı rəyi ilə xx.xx.2010-cu il təvəllüdlü X8 hal-hazırda atası Cavabdeh bağlılığı (qarşılıqlı əlaqə zamanı müsbət emosiyalar keçirmək, vasitəsiz münasibət qurmaq arzusu, müntəzəm ünsiyətə can atmaq, əlaqələrin azalması ilə əlaqədar narahat olmaq) müəyyən olunmaqla anası İddiaçı bağlılığının üzə çıxmadığı müəyyən edilmişdir. İddiaçı hazırki iddianın qaldırılması üçnü 100 manat dövlət rüsumu ödəmişdir. İş üzrə ekspertiza xərci 80 manat təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 14.2-cü maddəsinə əsasən ərin (arvadın) və ya onların hər ikisinin ərizəsi əsasında, eləcə də məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) qəyyumunun ərizəsi əsasında nikaha xitam verilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 21.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Məhkəmə, işdəki sübutlara əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyünun müəyyən edildiyini və tərəflərin qarşılıqlı razılığını nəzərə alaraq, hesab edir ki, tərəflər arasında bağlanmış nikah pozulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.1 və 22.2.2-ci maddələrinə müvafiq olaraq bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqı və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. İşin faktiki hallarına, şərh olunan hüquq normalarına əsaslanaraq, iddiaçının və cavabdehin qarşılıqlı razılığını və uşaqların mənafeyini, xx.xx.2010-cu il təvəllüdlü X8 fikrini və xx.xx.2013-cü il təvəllüdlü X9 fikrini, Şəki Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayə Komissiyasının 26 aprel 2022-ci il tarixli 7/607 nömrəli rəyini və məhkəməpsixoloji ekspertizasının 16 avqust 2022-ci il tarixli, 11/257 saylı rəyini əsas götürərək, məhkəmə həmçinin hesab edir ki, nikah pozularkən tərəflərin birgə nikahından xx.xx.2010cu il tarixdə doğulmuş X12 atası Cavabdeh və xx.xx.2013-cü ildə doğulmuş X14 anası İddiaçı yanında saxlanılmalıdır. Ona görə də iddia xx.xx.2010-cu il təvəllüdlü X8 yaşayış yerinin iddiaçının yanında olmasının müəyyən edilməsi və hər iki uşağın saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə hər uşağa görə hər ay 193 manat aliment tutulması tələbi hissəsində təmin olunmamalıdır. Bu xüsusda məhkəmə uşaqların hər ikisinin iddiaçının yanında qalmasının məqsədəuyğunluğu barədə Balakən Rayon İcra Hakimiyyəti Başçısının Qəyyumluq və Himayə Komissiyasının 01 may 2022-ci il tarixli 06-677 nömrəli rəyini işin həlli nöqteyinəzərindən mötəbər sübut kimi qəbul etmir. Belə ki, həmin rəy verilərkən xx.xx.2010-cu il təvəllüdlü X8 uzun müddətdir ki, atasının yanında yaşaması, atasının yaşayış yeri üzrə məktəbə getməsi, orada dostlarının olması və atasının yaşayış yerini öz yaşayış yeri sayması, atasına çox bağlılığı, xx.xx.2013-cü il təvəllüdlü X9 isə anasının yanında yaşaması və anasına daha çox bağlı olması nəzərə alınmamış, heç X12 və X14 ilə söhbət belə aparılmamış, onların fikri soruşulmamış, hansı elmi-tədqiqat metodlarına və müşahidələrə əsaslanmaqla belə nəticəyə gəlinməsi əsaslandırılmamışdır. Ona görə həmin rəy işin həlli üçün əsas kimi qəbul oluna bilməz. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 №-li qərarının 7.1-ci bəndinə əsasən yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar; valideynlərdən birinin maddi-məişət şəraitinin digərinə nisbətdə üstün olması uşağın həmin valideynin yanında qalmasının təmin olunması üçün mütləq (həlledici) əsas ola bilməz; nikahın pozulması tələbinə dair işə baxılarkən yetkinlik yaşına çatmayan ümumi uşaqların hansı valideynin yanında qalmaları ilə bağlı mübahisə yaranarsa, eləcə də uşaqların kimin yanında qalması ilə bağlı ər-arvad arasında bağlanmış saziş uşaqların və ya tərəflərdən birinin marağını pozarsa məhkəmə iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq uşağın maraqlarının müdafiəsi üçün Ailə Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş qaydada qəyyumluq və himayə orqanını işdə iştirak etməyə cəlb etməlidir. Həmin orqan mübahisə ilə bağlı uşağın və ayrı yaşayan valideynlərin həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair əsaslandırılmış rəyini məhkəməyə təqdim etməyə borcludur. Zərurət olduqda, MPM-nin 97-ci maddəsinin tələbinə müvafiq olaraq məhkəməpsixoloji ekspertizası da təyin edilə bilər. Alınan rəylər məhkəmə üçün məcburi əhəmiyyətə malik deyil və onlar məhkəmə tərəfindən uşağın üstün mənafeyi əsas götürülməklə MPMnin 88-ci maddəsi ilə müəyyən edilmiş qaydada qiymətləndirilir; uşağın mənafeyinin tələb etdiyi bütün hallarda onun məhkəmə iclasında dinlənilmək hüququ təmin olunmalıdır. Uşaq hüquqları haqqında Konvensiyanın 12-ci və Ailə Məcəlləsinin 52-ci maddələrinin tələbinə müvafiq olaraq maraqlarına toxunulan istənilən məsələnin həlli zamanı uşaq öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Uşağın fikrinin obyektiv qiymətləndirilməsini təmin etmək üçün onun pedaqoqun, təhsil müəssisəsinin nümayəndəsinin (tərbiyəçinin), yaxud uşaq psixoloqunun və ya qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin iştirakı ilə dinlənilməsi məqsədə müvafiqdir. Maraqlarına zidd olan hallar istisna olmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır; məhkəmələrə izah edilsin ki, valideynlərdən hansının yanında qalması ilə bağlı uşağın fikri dinlənilərkən Ailə Məcəlləsinin 52-ci maddəsində qeyd edilən “10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır” ifadəsi uşağın bir valideyndən digərinə alınıb verilməsi üçün yeganə əsas deyildir. Məhkəmə 10 yaşına çatmış uşağın fikrini digər hallarla yanaşı məcmu halında qiymətləndirməli və uşağın üstün maraqlarını nəzərə almaqla mübahisəni həll etməlidir. Həmin qərarın 7.6-ci bəndinə əsasən məhkəmələrə tövsiyə olunmuşdur ki, nikahın pozulması zamanı yetkinlik yaşına çatmayan uşaqların kimin yanında qalması məsələsi həll olunarkən onların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafının və digər bacıqardaşları ilə artıq vərdiş etdikləri şəraitdə birlikdə yaşamalarının təmin olunması baxımından müstəsna hallar istisna olmaqla eyni valideynə verilmələri onların qanunla qorunan ən yaxşı mənafelərinə daha uyğundur; qətnamənin nəticə hissəsində uşağın kimin yanında qalması məsələsi həll edilərkən uşaq həmin valideynin yanında deyildirsə, onda gələcəkdə qətnamənin icrasında yaranacaq qeyri-müəyyənliyi aradan qaldırmaq, eləcə də yetkinlik yaşına çatmamışın hüquqlarının müdafiəsini təmin etmək üçün onun digər valideyndən alınıb yanında qalması müəyyən edilən valideynə verilməsi məsələsi də həll edilməlidir. İşdəki sübutlarla müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh ayrıldıqdan sonra tərəflərin birgə nikahından xx.xx.2010-cu ildə doğulmuş X12 Cavabdeh yanında, 12 iyun 2013-cü il tarixdə doğulmuş X14 İddiaçı yanında yaşayır. xx.xx.2010-cu ildə doğulmuş X12 məhkəmə-psixoloji ekspertizasında keçirilmiş psixoloji söhbət-müsahibədə 12 yaşı olduğunu, 7-cı sinifdə oxuduğunu, şəkil çəkməyi çox sevdiyini, bacısının ondan kiçik olduğunu, atası ilə Şəkidə yaşadığını, bacısının isə anası ilə Balakəndə yaşadığını, anasının 6 ildir bacısını da götürüb getdiyi üçün onu görmək istəmədiyini, onu atasının yanında qoyduğunu, aparmadığını, anasınını bir az əsəbi olduğunu, anasının ona ad günündə, bayramda ona zəng vurmadığını, atası ilə bir dəfə bacısını görməyə getdikdə anasıgilin bütün qohumları oraya yığaraq atasını döydüklərini. bacısını görə bilmədiklərini, anası ilə barışmaq istəmədiyini bildirmişdir. İş üzrə məhkəmə-psixoloji ekspertizası keçirilərkən və həmin ekspertizaya dair 16 avqust 2022-ci il tarixli rəy verilərkən elmi və hüquqi ədəbiyyatdan istifadə olunmuş, həmçinin xx.xx.2010-cu il təvəllüdlü N.Cəlilov Raven testi, Obraza görə hafizə, 10 söz, Süjetli şəkillər, «Hekayə fikirləş», Natamam cümlələr, Lüşer testi və «Ailə sosioqramı» metodikasından istifadə edilmiş, elmi-tədqiqat metodları və psixoloji test və müsahibələrlə müəyyən olunmuşdur ki, müayinə olunan N.Cəlilov psixi cəhətdən normal inkişaf etmişdir. Onun əqli inkişafı yaşına və onu əhatə edən sosial mikromühitə uyğundur. N.Cəlilov əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müəyyən olunmur (Obraza görə hafizə, 10 söz). N.Cəlilov yaşına və əqli inkişafına uyğun olaraq kifayət qədər lüğət ehtiyatına malik olmaqla, öz fikirlərini başqalarına çatdıra bilir (Süjetli şəkillər, “Hekayə fikirləş” metodikası). Lüşer testinin nəticələrinə əsasən N.Cəlilov düşünülməmiş qərarlar qəbul edərək, fəaliyyət istiqamətini birdən-birə dəyişərək problemlərdən qaçmaq istəyir, ona istədiklərinə çatmağa mane olacaqlarından qorxur. xx.xx.2010- cu il təvəllüdlü N.Cəlilov “Ailə sosioqramı” metodikasını yerinə yetirərkən atasını, bacısını və özünü təsvir edir. “Natamam cümlələr” metodikasını yerinə yetirərkən bildirir ki, “Mən həmişə istəmişəm ki, atam yanımda olsun”, “Mən uşaq olanda, atam məni parka aparırdı”, ana ilə bağlı cümlələri bitirmək istəmir. Ekspert tədqiqatının nəticələrinə əsasən xx.xx.2010-cu ildə təvəllüdlü X8 hal-hazırda atası Cavabdeh bağlılığı (qarşılıqlı əlaqə zamanı müsbət emosiyalar keçirmək, vasitəsiz münasibət qurmaq arzusu, müntəzəm ünsiyyətə can atmaq, əlaqələrin azalması ilə əlaqədar narahat olmaq) müəyyən olunmaqla, anası İddiaçı bağlılığı üzə çıxmır (“Ailə sosioqramı”, “Natamam cümlələr”). Eksperimental psixoloji müayinənin nəticələri göstərir ki, valideynləri arasındakı qarşılıqlı münasibətlərdə mövcud olan gərginlik xx.xx.2010-cu ildə təvəllüdlü X8 emosional-iradi sferasına sirayət etməklə, onda anası İddiaçı qarşı küskünlük müəyyən olunur (“Ailənin sosioqramı” və “Natamam cümlələr” metodikaları). 09 aprel 2010-cu il tarixdə doğulmuş X12 məhkəmədə fikri soruşulan zaman da valideynləri ayrıldıqları təqdirdə atası Cavabdehla qalmaq istədiyini bildirmişdir. Məhkəmə hesab edir ki, qeyd edilənlər 09 aprel 2010-cu il tarixdə doğulmuş X8 valideynləri ayrıldıqları təqdirdə atasının yanında qalmaq istəyi onun kənar psixoloji təsirdən uzaq öz iradə ifadəsinin nəticəsidir və məhkəmə-psixoloji ekspertizasının 16 avqust 2022-ci il tarixli rəyi, uşağın məhkəmədə söylədiyi fikri də bunu sübut edir. E.Xorvatiyaya qarşı işdə İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi uşaqların yaşayış yerinin müəyyənləşdirilməsi zamanı onların fikrinin və şəxsiyyətlərinin, həssas vəziyyətinin nəzərə alınması, onların yaxın ailə mühitində, sabit və təhlükəsiz mühitdə yaşaması zərurətinin təmin edilməsini İnsan Hüquqlarının və X11 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 8-ci maddəsi üzrə öhdəliklərin yerinə yetirilməsi üçün əsas saymışdır. İş materialları ilə həmçinin müəyyən olunur ki, Cavabdeh ağır xəstə deyildir, narkomaniyadan və alkoqolizmdən əziyyət çəkmir, uşaqlara qarşı amansız rəftar etməmiş, onlara qarşı psixi və fiziki zor tətbiq etməmişdir. Həmçinin o, valideynlik hüquqlarından suiistifadə etməmiş, valideynlik hüquqlarından məhrum edilməmiş və onun valideynlik hüquqları məhdudlaşdırılmamışdır. İşin qeyd olunan faktoloji halları və hüquqi əsasları nöqteyi-nəzərindən uşaqların üstün mənafeyi tələb edir ki, nikah pozulduğu təqdirdə 09 aprel 2010-cu ildə doğulmuş X12 atası Cavabdeh, 12 iyun 2013-cü ildə doğulmuş X14 anası İddiaçı yanında saxlanılsınlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcudluğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Azərbaycan Respublikası MPM-nin 78.1-1-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslər yazılı sübutları yalnız “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təqdim edirlər. Bununla belə bu qaydada təqdim olunmuş yazılı sübutun həqiqiliyi şübhə doğurarsa, məhkəmə həmin yazılı sübutun əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ-hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin başqa halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv,qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsinə əsasən yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası MPM (MPM-nin 77.1-ci maddəsi) sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır. Bu da qanunun tələbindən irəli gəlir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi bildirmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Məhkəmə qeyd edir ki, tərəflərin birgə nikahından doğulmuş X9 anası X4 yanında və X8 atası Cavabdeh Nərman oğlunun yanında saxlanması uşaqların mənafeyi, onların ailədaxili harmonik vəhdətli münasibətlər zəminində əqli və fiziki inkişafına lazımi şəraitin yaradılması zərurəti ilə bağlıdır. Belə ki, ailənin vəhdətinin qorunması və uşaqların mənafeyinin müdafiə edilməsi hamılıqla qəbul olunmuş demokratik dəyərlərdən biridir və Azərbaycan Respublikasının da tərəfdar çıxdığı bir sıra beynəlxalq normativ-hüquqi aktlarda öz əksini tapmışdır. İnsan Hüquqları Haqqında Ümumi Bəyənnamənin 16-cı maddəsinin 3-cü bəndi, Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın 23-cü maddəsinin 1-ci bəndi ailəni cəmiyyətin özəyi kimi xarakterizə edərək, onun cəmiyyət tərəfindən müdafiə edilməsi zərurətini ortaya qoyur. İnsan Hüquqlarının və X11 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 8-ci maddəsinin 1-ci bəndi hər kəsin öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququnun olmasını təsbit edir. Avropa Kovensiyasının 8-ci maddəsində və həmin maddə üzrə Avropa Məhkəməsinin prsedentlərində dövlətin o cümlədən ailə həyatına hörmət hüququnun təmin edilməsində pozitiv öhdəliklər daşıdığı xüsusi vurğulanmışdır. Məsələn, Marks Belçikaya qarşı işdə Avropa Məhkəməsi ailə həyatının toxunulmazlığı hüququnun həyata keçirilməsi yolunda maneələrin aradan qıldırılması barədə dövlətin öhdəlik daşıdığını qeyd etmişdir. Həmin işdə Avropa Məhkəməsi 8-ci maddə baxımından «ailə həyatı»nı ən azı yaxın qohumlar arasında münasibətlər kimi ehtiva etmişdir. Olsson İsveçə qarşı işdə (24 mart 1988-ci il) Avropa Məhkəməsi bildirdi ki, ailə üzvləri arasında azad və mütəmadi təmaslara maneələr yaradılırsa, onda bu maneələr ailə üzvləri arasında əlaqələrin qırılmasına şərait yaradaraq, ailənin sonradan birləşməsi perspektivinə zərbə vurur. Ailə üzvləri arasında harmonik münasibətlər ailənin mövcudluğunun əsas şərtlərindən biridir. Məhkəmə həmçinin hesab edir ki, İddiaçı xx.xx.2013-cü il tarixdə doğulmuş X2 üçün Cavabdeh aliment tələb etmədiyindən, həmçinin Cavabdeh xx.xx.2010-cu il tarixdə doğulmuş X1 üçün İddiaçı aliment tələb etmədiyi üçün həmin uşaqların saxlanması üçün hansı valideyndən hansı miqdarda aliment tutulması məsələsi hazırda həll olunmur və bu barədə qərar verilmir. Ancaq məhkəmə onu da nəzərə çatdırır ki, maraqlı şəxs həmin uşaqların saxlanması üçün aliment tələbi ilə bağlı ayrıca iddia ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına uyğun müvafiq qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında 10 iyun 2010-cu il tarixdə Balakən rayon Qeydiyyat Şöbəsində 120 nömrə ilə qeydə alınmış nikah pozulmalı, nikah pozularkən tərəflərin birgə nikahından xx.xx.2010-cu il tarixdə doğulmuş X12 atası Cavabdeh və xx.xx.2013-cü il tarixdə doğulmuş X14 anası İddiaçı yanında saxlanılmalı, iddia xx.xx.2010-cu il təvəllüdlü X8 yaşayış yerinin İddiaçı yanında olmasının müəyyən edilməsi və X8 və X9 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər uşağa görə hər ay 193 manat aliment tutulması tələbi hissəsində təmin olunmamalıdır. Həmçinin Cavabdeh ödənilmiş 100 manat məbləğində dövlət rüsumu tutularaq, İddiaçı ödənilməlidir. İş üzrə 80 manat ekspertiza xərcinin 40 manati Cavabdeh və 40 manati iddiaçı X3 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı X16 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Azərbaycan Respublikası MPM-nin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, tərəflərə nikah pozulduqdan sonra ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən 3 illik iddia müddətinin tətbiq olunması izah edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallada iddia tələblərindən kənara çıxa bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 10 iyun 2010-cu il tarixdə Balakən rayon Qeydiyyat Şöbəsində 120 nömrə ilə qeydə alınmış nikah pozulsun; nikah pozularkən tərəflərin birgə nikahından xx.xx.2010-cu il tarixdə doğulmuş X12 atası Cavabdeh və xx.xx.2013-cü il tarixdə doğulmuş X14 anası İddiaçı yanında saxlanılsın; iddia qalan hissədə təmin olunmasın; Cavabdeh ödənilmiş 100 manat məbləğində dövlət rüsumu tutularaq, İddiaçı ödənilsin; iş üzrə 80 manat ekspertiza xərcinin 40 manati Cavabdeh və 40 manati iddiaçı X3 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı X16 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Tərəflərə nikah pozulduqdan sonra ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən 3 illik iddia müddətinin tətbiq olunması izah edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №e-2(019)-226/2022
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-226/2022
12.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver