Məhkəmə qərarları › İş №e-2(019)-269/2022

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-269/2022

30.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-269/2022 30.03.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh ilə birgə nikahlarından 08.03.2009-cu ildə anadan olmuş X1 və 13.08.2010-cu ildə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 200 manat, cəmi 400 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə baxışı iclasında iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək 08.03.2009-cu ildə anadan olmuş X1 və 13.08.2010-cu ildə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 160 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərdi ki, o, 22 aprel 2008-ci ildə nikahlarını Balakən Rayon Qeydiyyat Şöbəsində 76 nömrə ilə rəsmiləşdirməklə Cavabdeh ilə evlənmişdir. Birgə nikahlarından 08.03.2009-cu ildə X4 və 13.08.2010-cu ildə X7 adında iki uşaqları doğulmuşdur. Evləndikdən sonra cavabdehlə bir müddət mehriban yaşamış, sonra isə aralarında ailə münasibətləri zəminində mübahisələr baş vermiş, cavabdehlə xasiyyətləri uyğun gəlməmişdir. Belə ki, cavabdeh mütəmadi olaraq spirtli içki içir, onu söyür və döyürdü. Bu səbəbdən 2021-ci ilin may ayında cavabdehdən ayrılmış və həmin vaxtdan iki uşaqla birlikdə atasının evində yaşayır. 2021ci ilin sentyabr ayında məhkəməyə müraciət edərək nikahın pozulması və aliment təyin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 2(019)-982/2021 nömrəli 12 oktyabr 2021-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə aralarında bağlanmış 22 aprel 2008-ci il tarixdə Balakən rayon Qeydiyyat Şöbəsində 76 nömrə ilə qeydə alınmış nikah pozulmuş, birgə nikahlarından 08.03.2009-cu ildə doğulmuş X4 və 13.08.2010-cu ildə doğulmuş X7 onun yanında saxlanılmışlar. Məhkəmə alimentə aid hissədə işi baxılmamış saxlamışdır. Buna səbəb mediasiyada barışıq sazişinin olması göstərilmişdir. Lakin cavabdeh mediasıya sazişinə riayət etməmişdir.Eyni zamanda o,mediasiyada bağlanmış barışıq sazişində göstərilən aliment məbləğinin az olduğunu hesab etdiyindən yenidən mediatora müraciət etmişdir. Mediasiya prosesində cavabdeh gəlməmiş, heç bir razılıq ifadə etməmişdir. Bu barədə MŞA-13613 nömrəli 31.01.2022-ci il tarixli arayış verilmişdir.Ayrı yaşamalarına baxmayaraq cavabdeh uşaqların dolanışığı ilə maraqlanmamışdır. Uşaqların gündəlik tələbatı kifayət qədər xərc tələb edir. O,heç bir yerdə işləmir,uşaqların baxılmasında valideynləri köməklik edir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh Rusiya Federasiyasında rəngsaz işləməklə kifayət qədər qazanc əldə edir. Eyni zamanda cavabdehin ailə təsərrüfatında mal-qara, fındıq bağı və əkin sahələri vardır. Uşaqların baxılması üçün hər ay hər uşaq üçün 160 manat cəmi 320 manat aliment ödəmək iqtidarındadır.Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin185.5-ci maddəsinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan Balakən rayon Qeydiyyat şöbəsi tərəfindən 22 aprel 2008-ci il tarixdə verilmiş AZ-İ seriyalı 388898 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 22 aprel 2008-ci il tarixdə nikah bağlanmış, nikah Balakən rayon Qeydiyyat Şöbəsində 76 nömrə ilə qeydə alınmış, nikah bağlanandan sonra arvada Piriyeva soyadı verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Mahamalar kənd icra nümayəndəliyi tərəfindən 23 iyun 2009-cu il tarixdə verilmiş AZ-İİ seriyalı 277444 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 08 mart 2009-cu ildə anadan olmuş, atası Cavabdeh, anası X8 qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 18 iyun 2011-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 682881 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 13 avqust 2010-cu ildə anadan olmuş, atası Cavabdeh, anası X8 qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 31.01.2022-ci il tarixli MŞA-13613 nömrəli arayışdan görünür ki, İddiaçı Ənvər qızı qızı ilkin mediasiya sessiyasında iştirak etmişdir və 50 manat mediasiya xərcini ödəmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli 2(019)-982/2021 nömrəli qətnamənin surətindən görünür ki, həmin qətnamə ilə iddiaçı X8 ilə Cavabdeh arasında bağlanmış 22 aprel 2008-ci il tarixdə Balakən rayon Qeydiyyat Şöbəsində 76 nömrə ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahlarından 08.03.2009-cu ildə doğulmuş X1 və 13.08.2010-cu ildə doğulmuş X3 anası X5 yanında saxlanması qət edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, İddiaçı 22 aprel 2008-ci ildə nikahlarını Balakən rayon Qeydiyyat Şöbəsində 76 nömrə ilə rəsmiləşdirməklə Cavabdeh ilə evlənmişdir. Tərəflərin birgə nikahlarından 08.03.2009-cu ildə doğulmuş X4 və 13.08.2010-cu ildə doğulmuş X7 adında iki uşaqları vardır.Tərəflər xasiyyətlərinin uyğun gəlməməsi səbəbindən ayrılmışlar və Balakən Rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli 2(019)-982/2021 nömrəli qətnaməsi ilə iddiaçı X8 ilə Cavabdeh arasında bağlanmış 22 aprel 2008-ci il tarixdə Balakən rayon Qeydiyyat Şöbəsində 76 nömrə ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahlarından 08.03.2009-cu ildə doğulmuş X1 və 13.08.2010-cu ildə doğulmuş X3 anası X5 yanında saxlanması qət edilmişdir.Cavabdeh uşaqların saxlanması üçün iddiaçı X6 maddi köməklik göstərmir. Ona görə də X8 hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcədə aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri- müntəzəm dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa , yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Uşaq hüquqları haqqında “Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda iddanın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, tərəflərin birgə nikahından olan uşaqların anasının yanında yaşamalarını, tərəflər arasında alimentin ödənməsi ilə bağlı saziş olmamasını,cavabdehin azyaşlı uşaqların saxlanmasına maddi köməklik göstərməməsini, tərəflərin maddi və ailə vəziyyətlərini, iddiaçının alimenti sabit pul məbləği ilə tələb etməsini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, ərizənin verildiyi 01 fevral 2022ci il tarixdən başlayaraq 08.03.2009-cu ildə doğulmuş X1 və 13.08.2010-cu ildə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin olunduğu və iddiaçı hazırki iddia ilə bağlı dövlət rüsumunu ödəməkdən azad olunduğu üçün, Cavabdeh 58,40 manat dövlət rüsumu tutulub, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “X11” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumü ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmuyu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220,234.2.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 01 fevral 2022-ci il tarixdən başlayaraq 08.03.2009-cu ildə doğulmuş X1 və 13.08.2010-cu ildə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilsin. Cavabdeh 58,40 manat dövlət rüsumu xərci alınıb dövlət büdcəsinə ödənsin . Qətnamə alimentin tutulmasına aid hissədə dərhal icra edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar