Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-312/2024 01.04.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 katibliyi, İddiaçı, onun nümayəndəsi-vəkili Nümayəndə1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh azyaşlı- 8 dekabr 2023-cü ildə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi baxılıb saxlanılması üçün hər ay onun qazancının ¼ hissəsi olaraq 250 manat pulun ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı və onun nümayəndəsi-vəkili Nümayəndə1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı Cavabdeh ilə birgə nikahlarından 08 dekabr 2023-cü ildə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi baxılıb saxlanılması üçün Cavabdeh hər ay üçün əmək haqqı və digər qazancından və gəlirlərindən ¼ hissə tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Ərizə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 21 fevral 2023-cü ildə rəsmi nikahla Bakı şəhəri Lökbatan qəsəbəsi, ev 47-də yaşayan, Bakı şəhəri Nəsimi rayonu Salatın Əsgərova küçəsi ev 35-də qeydiyyatda olan Cavabdeh ərə getmişdir. X3 Asan Xidmət Mərkəzi Qeydiyyat Şöbəsində rəsmiləşdirmişlər. Təxminən 6 ay yaşadıqdan sonra Kərəm onunla mübahisə etmiş, qızıllarını da əlindən alıb, onu anasının evinə yola salmışdır. Onlar mübahisə edəndə o, artıq 5 aylıq hamilə olmuşdur. Balakən Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli 2(019)-879/2023 nömrəli qətnaməsi ilə onunla Cavabdeh arasında Balakən rayon Qeydiyyat Şöbəsində 21 fevral 2023-cü ildə 73 nömrə ilə qeydə alınmış nikahın pozulması barədə qətnamə qəbul edilmişdir. 2023-cü il dekabr ayının 14də X7 adlı övladları doğulmuşdur. Cavabdeh azyaşlı uşağı -X6 heç bir maddi yardımı göstərmir. Odur ki, 14 dekabr 2023-cü ildə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay onun qazancının (gəlirinin) ¼ hissəsinin ona ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyində çalışır. Onun aylıq əmək haqqı 1000 (min) manat təşkil edir. O, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə sorğu ilə müraciət etmiş, lakin, hələ onun əmək haqqı barəsində arayış ona təqdim olunmamışdır. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi-vəkili Nümayəndə1 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər . Cavabdeh və onun nümayəndəsi- vəkili Nümayəndə2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Cavabdeh məhkəməyə iddia ərizəsinə qarşı etiraz göndərərək iddia tələbi üzrə alimentin sabit pul məbləğində 193 manat müəyyən edilməsini xahiş etmişdir.Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5 və 185.6-cı maddələrinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, aliment məbləği onun əmək haqqının ¼ hissəsi-kimi 250 manat deyil, 1/3 hissəsinin (333 manatın) yarısı kimi (166,5 manat) müəyyən edilməlidr. Belə ki, cavabdehin əvvəlki nikahından da bir övladı var, xx.xx.2021-ci il təvəllüdlü X1 üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-2856/2022 saylı qətnaməsilə Cavabdeh 193 manat aliment ödəməsi qət edilmişdir. Belə olan halda, yəni Cavabdeh bir uşağı deyil, iki uşağı olduğundan ondan Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə görə bir uşağa 1/4 hissədə deyil, Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə əsasən iki uşağa görə 1/3 hissədə aliment tutulub hər iki uşağa ödənilməlidir. Yəni iki uşağa görə aliment 333 manat hesablanmaqla həmin 333 manat aliment iki yerə bölünməlidir, hər uşağa 166,5 manat müəyyən edilməlidir. Bundan başqa, cavabdehin maddi vəziyyətinin diqqətə layiq digər halları nəzərə alınmalıdır. Cavabdeh hər ay 580 manat kredit ödəyir. Cavabdeh Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbçisidir, kursantdır, hərbi təhsilini davam etdirir. Cavabdeh 44 günlük Vətən Müharibəsi iştirakçısıdır. Aliment elə müəyyən edilməlidir ki, cavabdehin hər iki övladının mənafeləri bərabər təmin edilsin, cavabdehin özünün kredit borcları, kursant olması, təhsil alması, onun maddi vəziyyətinin diqqətə layiq halları nəzərə alınmalıdır. Beləliklə, iddiaçının iddia tələbinin dəlilləri və tələbin özü əsassızdır. Hesab edir ki, cavabdehin iki övladı olduğundan iddiaçıya 166,5 manat aliment müəyyən edilməli olduğu halda, digər uşağa görə sabit pul məbləğində 193 manat aliment müəyyən edildiyindən, uşaqların bərabərliyi prinsipini əsas tutub cavabdeh sabit pul məbləğində 193 manat aliment ödəyə bilər.Odur ki, hazırki iddia tələbi üzrə alimentin sabit pul məbləğində 193 manat müəyyən edilməsini xahiş edir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Regional “Asan xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi tərəfindən 03 iyul 2023-cü il tarixdə verilmiş 204 nömrəli arayışdan görünür ki, Cavabdeh və İddiaçı arasında nikah haqqında 21 fevral 2023-cü il tarixdə 73 nömrəli akt qeydi tərtib olunmuş, nikah bağlanandan sonra arvada Abbasova soyadı verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən Regional “Asan xidmət” mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən 14 dekabr 2023-cü il tarixdə verilmiş AZ-İV seriyalı 947878 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2023-cü il tarixdə anadan olmuş, atası Cavabdeh , anası X8 göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş İlkin Mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli MŞŞ/MT001/2023-03233 nömrəli arayışdan görünür ki, İddiaçı nümayəndəsi Nümayəndə1 ilkin mediasiya sessiyasında iştirak etmiş və 50 manat mediasiya xərcini və 10 manat poçt və kargüzarlıq xərcini ödəmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli e-2(019)-879/2023 nömrəli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında Balakən regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsində 21 fevral 2023-cü il tarixdə 73 nömrə ilə qeydə alınmış nikahın pozulması qət edilmişdlir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyası Balakən rayon vəkil bürosuna ünvanlanmış 19 fevral 2024-cü il tarixli 3-25-14/2-823 nömrəli məktubunda göstərilmişdir ki, “Sizin 30 yanvar 2024-cü il tarixli 05/2024 nömrəli məktubunuza cavab olaraq bildirilir ki,Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş idarəsində aparılan “Şəxsi heyətin elektron məlumat sistemi”nə əsasən kapitan Cavabdeh hazırda hərbi İdarəetmə İnstitutunda həqiqi hərbi xidmət keçir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(006)-2856/2022 nömrəli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə iddia tələbinin təmin edilməsi, tərəflərin birgə nikahlarından anadan olmuş 09 aprel 2021-ci il təvəllüdlü X5 anası Elbova Xəzəngülün yanında qalması, Cavabdeh 10 may 2022-ci il tarixdən başlayaraq 09 aprel 2021-ci il təvvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Elbova Xəzəngülə verilməsi qət edilmişdir. Məhkəmə iddiaçının və onun nümayəndəsi- vəkilinin izahatlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, İddiaçı Cavabdeh ilə X3 “Asan xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsində 21 fevral 2023-cü il tarixdə 73 nömrə ilə rəsmiləşdirməklə evlənmişlər. Tərəflərin birgə nikahlarından 08 dekabr 2023-cü il tarixdə X7 adında bir uşaqları olmuşdur. Uşaq anasının himayəsindədir.Tərəflərin arasında olan nikah Balakən Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Cavabdeh uşağın saxlanması üçün İddiaçı maddi köməklik göstərmir. Ona görə də iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1 və 76.1.1-ci maddələrinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1(bir) uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2024-cü ildə uşaqlar üçün yaşayış minimumu 235 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin ediliməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. BMT-nin “Uşaq Hüquqları Bəyannaməsi”nin 2 saylı prinsipinə əsasən uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. BMT-nin “Uşaq Hüquqları Bəyannaməsi” nin 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalarından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o, eləcə də anası, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Uşağın lazımi qidalanma, mənzil, əyləncə və tibbi xidmət hüququ olmalıdır. Avropa Konvensiyasının 7 sayıl Protokolunun 5-ci maddəsinə görə ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatını ödəmək vəzifəsindən azad etmir. Həmin qərarda Konstitusiya Məhkəməsi belə nəticəyə gəlmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu qərarın birinci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi”). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum olanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda iddanın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. Məhkəmə işin hallarını,tərəflərin birgə nikahından olan azyaşlı uşağın anasının yanında yaşamasını, tərəflər arasında alimentin ödənməsi ilə bağlı saziş olmamasını, iddiaçının uşağın saxlanmasına maddi köməklik göstərməməsini, tərəflərin maddi və ailə vəziyyətlərini, maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, ərizənin verildiyi -31 yanvar 2024-cü il tarixdən başlayaraq, Cavabdeh ilə İddiaçı birgə nikahından 08 dekabr 2023-cü ildə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında aliment tutularaq İddiaçı verilməlidir. Cavabdehin əvvəlki nikahından da bir övladının olması, həmin uşağın -xx.xx.2021-ci il təvəllüdlü X1 üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)- 2856/2022 saylı qətnaməsilə Cavabdeh 193 manat aliment ödəməsinin qət edilməsi, belə olan halda Cavabdeh bir uşağa görə 1/4 hissədə deyil,iki uşağa görə 1/3 hissədə aliment tutulmalı olması barədə cavabdehin etirazı ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.Hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.Eyni zamanda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1-ci maddəsinin məzmunundan göründüyü kimi həmin maddədə alimentin ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi, 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi, 3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulması müəyyən edilmişdir. Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən isə Ailə Məcəlləsinin 76.1-ci maddəsi ilə müəyyən edilmiş payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Hazırkı işdə İddiaçı Cavabdeh ilə birgə nikahından doğulmuş bir uşağın saxlanması üçün iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Odur ki, Cavabdeh tutulacaq alimentin miqdarı da bir uşağa görə müəyyən edilməlidir. Cavabdehin digər nikahından olan uşağına aliment ödəməsi isə diqqətəlayiq olan hal kimi nəzərə alına bilər. Məhkəmə uşaqlar üçün yaşayış minimumunun hazırda 235 manat müəyyən edilməsini, iddiaçının işləməməsini, cavabdehin maddi vəziyyətini nəzərə alaraq Ailə Məcəlləsinin 76.1-ci maddəsi ilə müəyyən edilmiş payın miqdarının azaldılmasını əsaslı hesab etmir. Məhkəmə onu da diqqətə çatdırır ki, iş materiallarından görünür ki, cavabdehin əvvəlki nikahından olan uşağı-xx.xx.2021-ci il təvəllüdlü X1 üçün sabit pul məbləğində alimentin tutulması tələbinə dair iddia ərizəsi ilə 2022-ci ildə məhkəməyə müraciət olunmuşdur. Həmin vaxt uşaqlar üçün yaşayış minimumu 193 manat olmuşdur. Bu əsasa görə də Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-2856/2022 saylı qətnaməsilə iddia tələbi təmin edilmiş, xx.xx.2021-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanmaslı üçün Cavabdeh 193 manat aliment tutulması qət edilmişdir. Hazırda isə uşaqlar üçün yaşayış minimumu 235 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən İddiaçı ödədiyi 60 (altmış) manat mediasiya xərci Cavabdeh alınıb İddiaçı ödənilməlidir. İddiaçı hazırki iddia ilə bağlı dövlət rüsumunu ödəməkdən azad olunduğu üçün Cavabdeh 50 manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumü ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmuyu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 31 yanvar 2024-cü il tarixdən başlayaraq 08 dekabr 2023-cü ildə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında aliment tutularaq cavabdeh İddiaçı ödənilməlidir. Cavabdeh 60 (altmış) manat mediasiya xərci alınıb İddiaçı, 50 manat dövlət rüsumu alınıb dövlət büdcəsinə ödənilməlidir. Qətnamə alimentin tutulmasına aid hissədə dərhal icra edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220,234.2.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. 31 yanvar 2024-cü il tarixdən başlayaraq, Cavabdeh ilə İddiaçı birgə nikahından 08 dekabr 2023-cü ildə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında aliment tutularaq İddiaçı verilsin. 60 (altmış) manat mediasiya xərci Cavabdeh alınıb İddiaçı ödənilsin. Cavabdeh 50 manat dövlət rüsumu alınıb dövlət büdcəsinə ödənilsin. Qətnamə alimentin tutulmasına aid hissədə dərhal icra edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-312/2024
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-312/2024
01.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver