Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-358/2025 01.04.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi ilə, İddiaçı1 Cavabdehe qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı1 Cavabdehe qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək 20 avqust 2017-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay əmək haqqının və digər gəlirlərinin ¼ hissəsi miqdarında alimentin və 60 (altmış) manat mediasiya xərcinin tutularaq İddiaçı1 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı1 iddianın dəyişdirilməsi barədə məhkəməyə ərizə verərək 20 avqust 2017-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh Zahid oğlundan 18 dekabr 2024-cü il tarixdən hesablanmaqla hər ay əmək haqqının və digər gəlirlərinin ¼ hissəsi miqdarında alimentin və 60 (altmış) manat mediasiya xərcinin tutularaq İddiaçı1 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbyacan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. İddiaçı1 iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Türk vətəndaşı olan Cavabdeh ilə 2015-ci ildən qeyri-rəsmi nikahda yaşamış, birlikdə yaşadıqları müddətdə onların bir övladı-20 avqust 2017-ci il təvəllüdlü X4 doğulmuşdur. Atalığın müəyyən edilməsi haqqında 16 mart 2018-ci il tarixli şəhadətnaməyə əsasən, Cavabdeh 20 avqust 2017-ci il təvəllüdlü X2 atası hesab edilmiş, bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 44 nömrə ilə qeyd edilmişdir. İddiaçı və cavabdeh uzun müddətdir ki, ayrı yaşayırlar. Cavabdeh ilk öncə uşağın saxlanılmasında iddiaçıya köməklik göstərsə də, son bir neçə aydır ki, uşağın saxlanılmasında iştirak etmir, uşağa maddi və mənəvi cəhətdən dəstək göstərmir. Cavabdeh RAMBNT LTD şirkətində işləməklə əmək müqaviləsi üzrə 950 manat əmək haqqı almaqdadır. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəfindən ilk öncə mediatora müraciət edilmiş, lakin tərəflər arasında barışığın əldə olunması mümkün olmamış, cavabdeh mediasiya sessiyasında iştirak etməmiş, nəticədə mediator tərəfindən “mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı 21 yanvar 2025-ci il tarixli arayış təqdim edilmişdir. Bu səbəbdən də iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək Bakı şəhərində olduğundan 01 aprel 2025-ci il tarixə saat 14:25-ə təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməyəcəyini göstərərək məhkəmə baxışı iclasının iştirakı olmadan keçirərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasının xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.1 və 185.4-cü maddələrinə uyğun olaraq işə İddiaçı1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə uyğun olaraq işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş "xxxx" MMC-tərəfindən İddiaçı1 Qazımamedovanın vəkili X3 ünvanlanmış xx.xx.2025-ci il tarixli 01/25 nömrəli məktubda göstərilmişdir ki, "RAM BNT LTD” MMC-də sahə rəisi vəzifəsində işləyən Cavabdeh əmək müqaviləsi üzrə əmək haqqısı 950 manatdır.Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən sosial ödənişlər çıxdıqdan sonra 845 manat təşkil edir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Şəki 1 saylı Mediasiya Təşkilatının xx.xx.2025-ci tarixli MŞŞ/MT018/2025-02201 nömrəli İlkin Mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı1 ilkin mediasiya sessiyasında iştirak etmişdir və 60 manat mediasiya xərcini təktərəfli qaydada ödəmişdir. Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 16 mart 2018-ci il tarixdə verilmiş AZ-İ seriyalı 340604 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh 20 avqust 2017-ci ildə vətəndaş İddiaçı1 doğulmuş X1 atası hesab edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 16 mart 2018-ci il tarixdə verilmiş AZ-İV seriyalı 090867 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2017-ci ildə Balakən rayonunda anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçı1 qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 30 yanvar 2025-ci il tarixli 2(019)- 3/2025 nömrəli qərardadından görünür ki,ərizənin təmin edilməsi, Balakən Rayon Məhkəməsinin icraatında olan İddiaçı1 Cavabdeh qarşı aliment tələbinə dair e-2(019)- 358/2025 nömrəli mülki işə mahiyyəti üzrə baxılıb qurtaranadək 20 avqust 2017-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay aylıq əmək haqqının ¼ hissəsi miqdarında aliment alınıb İddiaçı1 verilməsi, qərardadın dərhal icra edilməsi qət edilmişdir. Məhkəmə işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, İddiaçı1 2015-ci ildə rəsmi nikah bağlamadan Cavabdehlə evlənmişdir. Tərəflərin birgə yaşadıqları dövrdə- 20 avqust 2017-ci ildə X4 adında bir uşaqları olmuşdur. Uşaq anasının himayəsindədir. Cavabdeh uşağın saxlanması üçün İddiaçı1 maddi köməklik göstərmir. Ona görə də İddiaçı1 hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 76.1.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcədə aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri- müntəzəm dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa , yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 100.1-100.3-cü maddələrinə əsasən aliment almaq hüququ olan şəxs, aliment ödənilməsi barədə saziş üzrə əvvəllər ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir.Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. “Uşaq hüquqları haqqında “Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda iddanın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. Məhkəmə işin hallarını, maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, 20 avqust 2017-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay əmək haqqının və digər gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutularaq İddiaçı1 ödənilməlidir. Alimentin tutulmasının ərizənin verildiyi vaxtdan deyil, 18 dekabr 2024-cü il tarixdən hesablanması barədə iddiaçının tələbi isə təmin edilməməlidir. Belə ki, iddiaçı cavabdehə bildiriş, təklif göndərdiyini, bunun 18 dekabr 2024-cü il tarixli göndərilmə qəbzi ilə təsdiq olunduğunu göstərərək alimentin həmin tarixdən tutulmasını xahiş etmişdir. İddiaçı cavabdehə bildiriş, təklif göndərdiyini göstərsə də ərizəsinə hər hansı təklif, bildirişi əlavə etməmişdir. Eyni zamanda 18 dekabr 2024-cü il tarixli göndərilmə qəbzi ilə göndərilən sənədlərin cavabdeh tərəfindən alınmasına dair sübut məhkəməyə təqdim olunmamışdır. Həmçinin Şəki 1 saylı Mediasiya Təşkilatının xx.xx.2025-ci tarixli MŞŞ/MT018/2025-02201 nömrəli İlkin Mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı mediasiya üçün 08 yanvar 2025-ci il tarixdə müraciət etmiş, tərəflərə göndərilən bildiriş tərəflərə 14 yanvar 2025-ci il tarixdə çatmışdır. Ailə Məcəlləsinin 100.3-cü maddəsinin məzmunundan göründüyü kimi məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Hazırkı işdə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər görməsi, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması təsdiq olunmadığından məhkəmə hesab edir ki, alimentin tutulması ərizənin verildiyi 28 yanvar 2025-ci il tarixdən başlanmalı və müvəqqəti təminat tədbiri olaraq tutulmuş məbləğlər nəzərə alınmalıdır. Azərbaycan Respublikası MPM-nin 234.2 və 234.2.1-ci maddələrinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Qeyd edilən maddənin tələbinə uyğun olaraq aliment dərhal icra olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia alimentin məbləğinə aid hissədə təmin olunduğu üçün Cavabdeh 60 manat mediasiya xərci alınıb İddiaçı1 ödənilməlidir. İddiaçı hazırki iddia ilə bağlı dövlət rüsumunu ödəməkdən azad olunduğu üçün Cavabdeh 45.35 manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumü ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmuyu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, tərəflərin birgə yaşayışından olan uşağın anasının yanında yaşamasını, tərəflər arasında alimentin ödənməsi ilə bağlı saziş olmamasını,cavabdehin azyaşlı uşağının saxlanmasına maddi köməklik göstərməməsini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli; 28 yanvar 2025-ci il tarixdən başlayaraq (müvəqqəti təminat tədbiri olaraq ödənilmiş məbləğlər nəzərə alınmaqla) yetkinlik yaşına çatmayan, 20 avqust 2017-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh qazancının (bütün növ gəlirlərinin) ¼ hissəsi miqdarında aliment tutulub İddiaçı1 ödənilməli; İddiaçı1 ödədiyi 60 manat mediasiya xərci Cavabdeh alınıb İddiaçı1 verilməli; iddia tələbi qalan hissədə təmin edilməməli; Cavabdeh 45.35 manat dövlət rüsumu tutulub dövlət büdcəsinə ödənməli; qətnamə alimentin tutulmasına aid hissədə dərhal icra edilməlidir. . Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220,234.2.1 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 28 yanvar 2025-ci il tarixdən başlayaraq (müvəqqəti təminat tədbiri olaraq ödənilmiş məbləğlər nəzərə alınmaqla) yetkinlik yaşına çatmayan, 20 avqust 2017-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh qazancının (bütün növ gəlirlərinin) ¼ hissəsi miqdarında aliment tutulub İddiaçı1 ödənilsin; İddiaçı1 ödədiyi 60 manat mediasiya xərci Cavabdeh alınıb İddiaçı1 verilsin; iddia tələbi qalan hissədə təmin edilməsin; Cavabdeh 45.35 manat dövlət rüsumu tutulub dövlət büdcəsinə ödənsin; qətnamə alimentin tutulmasına aid hissədə dərhal icra edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-358/2025
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-358/2025
01.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver