Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-360/2022 25.08.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 katibliyi, tərcüməçi X3, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı nikahın pozulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdehlə aralarında olan xx.xx.2015-ci il tarixdə Rusiya Federasiyası Perm vilayəti Dobryansk bələdiyyə rayon Administrasiyasının VVAQ şöbəsində 67 sayla rəsmiləşdirdikləri nikahın pozulması və xx.xx.2015-ci ildə doğulmuş oğlu- X5 baxılıb saxlanması üçün Cavabdeh hər ay 193 manat miqdarında alimentin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə məhkəməyə ərizə verib birgə nikahdan olan uşağı- X5 atası Cavabdeh yanında qalması barədə cavabdehlə razılığa gəldiklərini, 150 manat aliment ödəməyə razı olmasını göstərərək Cavabdehlə aralarında olan nikahın pozulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddiasını müdafiə edərək izahatında göstərdi ki, o, Cavabdeh ilə xx.xx.2014-cü ildə qeyri-rəsmi nikahla evlənmişdir. Nikahlarını xx.xx.2015-ci il tarixdə Rusiya Federasiyası Perm vilayəti Dobryansk bələdiyyə rayon Administrasiyası VVAQ şöbəsində 67 sayla rəsmiləşdirmişlər. Cavabdehlə birgə nikahlarından xx.xx.2015-ci ildə X7 adında bir uşaqları olmuşdur. O, Cavabdehlə evləndikdən sonra, çıxıb Rusiya Federasiyasına getmişlər və orada Perm vilayətində yaşamışlar. Nikahlarını da orada rəsmiləşdirmişlər. Birgə nikahlarından olan uşaq da orada doğulmuşdur. Cavabdehlə xasiyyətləri uyğun gəlmədiyinə görə, həm də tamamilə fikir ayrılıqları olduğundan yola getməmişlər. Buna görə də ailə daxili mübahisələri olmuşdur. 3 ildən çoxdur ki, cavabdehdən ayrılmış və Balakən rayon Talalar kəndində yaşayan valideynlərinin evinə gəlmişdir. Bütün bunlara görə ayrılmaq qərarına gəlmişdir. Gələcəkdə cavabdehlə ailə münasibətlərinin bərpa olunub yenidən barışmaları qeyri-mümkündür. Cavabdehlə ayrılmaq fikri qətidir. Buna görə də nikahın pozulması üçün Balakən Rayon Məhkəməsinə müraciət etməli olmuşdur. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada X4 iştirak edilmişdir. Bu barədə MŞİH-15172 nömrəli, xx.xx.2022-ci il tarixli arayışı vardır. Məhkəmə tərəfindən işə baxılaraq barışıq üçün onlara üç ay vaxt verilmiş, lakin həmin müddət ərzində cavabdehlə barışmamışdır. Cavabdehlə birgə nikahlarından olan uşaq onun himayəsində olmuş, lakin bir aydan çoxdur ki, cavabdehin yanındadır. O.bundan sonra da birgə nikahlarından olan uşağın atasının yanında qalmasını istəyir. Bununla bağlı cavabdehlə razılaşmışlar. O, hazırda heç yerdə işləmir. Buna baxmayaraq 150 manat aliment təyin edilməsinə razıdır.Gələcəkdə işləyib alimenti ödəyəcəkdir. Qeyd edilənləri nəzərə alaraq iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul edərək izahatında göstərdi ki, İddiaçı ilə xx.xx.2014-cü ildə qeyri-rəsmi nikahla evlənmişdir. Nikahlarını xx.xx.2015-ci il tarixdə Rusiya Federasiyası Perm vilayəti Dobryansk bələdiyyə rayon Administrasiyası VVAQ şöbəsində 67 sayla rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2015-ci ildə X7 adında bir uşaqları olmuşdur. Onlar evləndikdən sonra Rusiya Federasiyasında yaşamışlar. 2018-ci ildə iddiaçı ondan ayrılıb atası evinə getmiş, uşaq isə onun yanında qalmışdır. Təxminən beş ay əvvəl iddiaçı uşağı götürüb saxlamış, lakin 20 iyun 2022-ci ildə yenidən uşağı gətirib onlara vermişdir. Hazırda da uşaq onun yanındadır.O. nikahın pozulmasına razıdır. Birgə nikahılarından olan uşağın bundan sonra da öz yanında qalmasını istəyir. Onun iddiaçının verəcəyi alimentə ehtiyacı yoxdur. Lakin iddiaçı yazdığı ərizədə ondan aliment tələb etdiyinə görə o da aliment təyin edilməsini tələb edir. Qeyd etdikləri nəzərə alınmaqla iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsii xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Perm diyarı, Dobryansk bələdiyyə rayon administrasiyasının VVAQ şöbəsi tərəfindən 15 aprel 2015-ci il tarixdə verilmiş İ-BQ seriyalı 874385 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2015-ci il tarixdə 67 nömrə ilə nikah bağlanmış, nikah bağlanandan sonra arvad Abdullayeva soyadında qalmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Perm diyarı Dobryansk bələdiyyə rayon Administrasiyasının VVAQ şöbəsi tərəfindən 03 avqust 2015-ci tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2015-ci il tarixdə anadan olmuş, atası Cavabdeh, anası İddiaçı göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş X4 iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli MŞİH-15172 nömrəli arayışdan görünür ki, İddiaçı X4 iştirak etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İcra Hakimiyyəti Başçısının Tülü kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən Balakən Rayon Məhkəməsinə ünvanlanmış 09 avqust 2022-ci il tarixdə verilmiş 70 nömrəli məktubdan görünür ki, X7 qonşuların deməsinə görə 2018-ci ilin iyun ayının 15-dən 2022-ci ilin fevral ayının 4-nə qədər, 2022-ci ilin iyun ayının 20-dən bu günə qədər babası X1 evində atası Cavabdeh Aftandil oğlu ilə birlikdə yaşayır. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, İddiaçı Cavabdeh ilə xx.xx.2014-cü ildə qeyri-rəsmi nikahla evlənmiş, nikahlarını xx.xx.2015-ci ildə Rusiya Federasiyası Perm vilayəti Dobryansk bələdiyyə rayon Adiministrasiyası VVAQ şöbəsində 67 nömrə ilə rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2015-ci ildə isə X7 adında bir uşaqları olmuşdur. Tərəflər xasiyyətlərinin uyğun gəlməməsi səbəbindən ayrılmışlar və üç ildən çoxdur ki, ayrı yaşayırlar. Tərəflərin birgə nikahından olan uşaq hazırda cavabdehin himayəsindədir. Tərəflər uşağın bundan sonra da atasının yanında qalmasına razılaşmışlar. Tərəflərə barışıq üçün üç ay vaxt verilsə də onlar barışmamışlar. İddiaçı nikahın pozulmasını təkidlə tələb edir. Məhkəmə iclasında həmçinin müəyyən edildi ki, tərəflər arasında uşaqların saxlanması ilə bağlı saziş yoxdur. İddiaçı uşağın saxlanması üçün cavabdehə maddi yardım göstərmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.2-ci maddəsinin tələbinə görə tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün üç ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasına təkid etdikdə nikah pozulur. Azərbaycan Respublikası Aliə Məcəlləsinin 22.2, 22.2.1 və 22.2.2-ci maddələrinə əsasən nikah məhkəmə qaydasında pozularkən ərlə-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya valideynlərdən birinin marağına toxunduqda məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını müəyyən etməli, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Həmin Məcəllənin 60.4-cü maddəsinə görə valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1 və 76.1.1-ci maddələrinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcədə aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri- müntəzəm dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa , yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Uşaq hüquqları haqqında “Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, tərəflərə barışıq üçün üç ay vaxt verilməsinə baxmayaraq barışmamalarını, iddiaçının nikahın pozulmasını təkidlə tələb etməsini, tərəflərin birgə nikahından olan uşağın, ərizə verilən vaxt anasının yanında yaşasa da, hazırda atasının yanında yaşamasını, tərəflərin uşağın bundan sonra da atasının yanında yaşaması ilə bağlı razılığa gəlmələrini, cavabdehin hazırkı məhkəmə iclasında aliment tələb etdiyini bildirməsini, tərəflər arasında alimentin ödənməsi ilə bağlı saziş olmamasını, iddiaçının uşağın saxlanmasına maddi köməklik göstərməməsini, tərəflərin maddi və ailə vəziyyətlərini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixdə Rusiya Federasiyası Perm vilayəti Dobryansk bələdiyyə rayon Administrasiyası VVAQ şöbəsində 67 nömrə ilə qeydə alınmış nikah pozulmalı, onların birgə nikahından olan uşaq -xx.xx.2015-ci ildə anadan olmuş X7 atası Cavabdeh Afdandil oğlunun yanında saxlanmalı, cavabdehin aliment tələb etməyə başladığı- 25 avqust 2022-ci il tarixdən başlayaraq xx.xx.2015-ci ildə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı hər ay 150 (bir yüz əlli ) manat sabit pul məbləğində aliment tutulub Cavabdeh verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən İddiaçı dövlət rüsumu üçün ödədiyi 50 manat məhkəmə xərci Cavabdeh alınıb İddiaçı verilməlidir. Tərəflərə nikahın pozulması haqqında şəhadətnamə verilərkən İddiaçı 15 (on beş) manat dövlət rüsumu alınmalı, Cavabdeh həmin dövlət rüsumunu ödəməkdən azad edilməlidir. Tərəflərə izah olunmalıdır ki, nikah pozulduqdan sonra ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən 3 illik iddia müddəti tətbiq olunur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 234.2.1 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixdə Rusiya Federasiyası Perm vilayəti Dobryansk bələdiyyə rayon Administrasiyası VVAQ şöbəsində 67 nömrə ilə qeydə alınmış nikah pozulsun. Onların birgə nikahından olan uşaq -xx.xx.2015-ci ildə anadan olmuş X7 atası Cavabdeh yanında saxlansın. 25 avqust 2022-ci il tarixdən başlayaraq xx.xx.2015-ci ildə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutulub Cavabdeh verilsin. İddiaçı tərəfindən dövlət rüsumu olaraq ödənmiş 50 manat məhkəmə xərci Cavabdeh alınıb İddiaçı verilsin. Tərəflərə nikahın pozulması haqqında şəhadətnamə verilərkən İddiaçı 15 (on beş) manat dövlət rüsumu alınsın, Cavabdeh həmin dövlət rüsumunu ödəməkdən azad edilsin. Qətnamə alimentin tutulmasına aid hissədə dərhal icra edilsin. Tərəflərə izah olunur ki, nikah pozulduqdan sonra ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən 3 illik iddia müddəti tətbiq olunur. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-360/2022
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-360/2022
25.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver