Məhkəmə qərarları › İş №e-2(019)-367/2022

Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-367/2022

05.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-367/2022 05.03.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, İddiaçı Cavabdeh qarşı nikahın pozulması, alimentin miqdarının artırılması və yaşayış yerinin müəyyən edilməsi tələbinə dair iddia ərizəsini və və ona əlavə edilmiş sənədləri araşdıraraq, müəyyən etdim: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə 19 aprel 2011-ci il tarixdə bağladıqları nikahın pozulması, Balakən Rayon Məhkəməsinin 07.10.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 125.00 manat məbləğində alimentin miqdarının artırılaraq hər bir uşaq üçün (Dibirova Zəhra və X2 övladlarına) 175 manat məbləğində, cəmi ümumilikdə 350.00 manat məbləğində müəyyən edilməsi və 2011-ci ildən 2019-cu ilədək iki övladı ilə birgə yaşadığı və qeydiyyatda olduğu cavabdehə məxsus yaşayış binasının bir hissəsinin yaşayış yeri kimi müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Hazırki ərizənin məhkəmə icraatının mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, ərizənin Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət olunmamışdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Azərbaycan Respublikası MPM-nin 149.2.2-ci maddəsinə əsasən ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb, həmin Məcəllənin 149.2.5ci maddəsinə əsasən ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 150.0.2-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsi haqqında iddia ərizəsinə əlavə edilməlidir. Lakin hazırki ərizədə cavabdehin telefon nömrəsi, o cümlədən mobil telefon nömrəsi və elektron poçt ünvanı göstərilməmiş, iddiaçının uşaqları ilə birlikdə yaşayış yeri kimi müəyyən etməsini xahiş etdiyi yaşayış evinin Cavabdeh xüsusi mülkiyyətində olmasını və daşınmaz əmlakın dövlət reyestrində hər hansı hüquqla cavabdehin adına qeydə alınmasını göstərməmiş və bu qeydiyyatı təsdiq edən sənədi (daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və s.) iddia ərizəsinə əlavə etməmiş, həmçinin qeyd etdiyi Balakən Rayon Məhkəməsinin 07.10.2020-ci il tarixli qətnaməsi ilə alimentin miqdarı müəyyən olunduqdan sonra bu alimentin artırılması üçün qanunda (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsində) nəzərdə tutulmuş əsasların; cavabdehin ailə və ya maddi vəziyyətində dəyişikliyin olmasını göstərməmiş, bu tələbinin əsası kimi istinad etdiyi halı-cavabdehin ailə və ya maddi vəziyyətində dəyişikliyin olmasını təsdiq edən hər hansı sübutu, həmçinin Balakən Rayon Məhkəməsinin 07.10.2020-ci il tarixli qətnaməsini iddia ərizəsinə əlavə etməmişdir. Bununla da iddia ərizəsinin Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməmişdir. Qeyd olunanlar da hazırki ərizənin qaytarılması üçün əsasdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə və Azərbaycan Respublikası MPM-nin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Ona görə də hesab edirəm ki, İddiaçı Cavabdeh qarşı nikahın pozulması, alimentin miqdarının artırılması və yaşayış yerinin müəyyən edilməsi tələbinə dair iddia ərizəsi və və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və İddiaçı ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-152, 263-264 və 266- 268-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İddiaçı Cavabdeh qarşı nikahın pozulması, alimentin miqdarının artırılması və yaşayış yerinin müəyyən edilməsi tələbinə dair iddia ərizəsi və və ona əlavə edilmiş sənədlər geri qaytarılsın; İddiaçı ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan onun surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar