Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-395/2022 11.08.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı nikahın pozulması və aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh ilə 09 oktyabr 2004-cü il tarixdə Balakən rayon Püştətala kənd inzibati ərazi Dairəsi üzrə icra nümayəndəliyində 10 nömrə ilə bağlanmış nikah qeydinin pozulması, birgə nikahlarından xx.xx.2005-ci il tarixdə anadan olmuş X3, xx.xx.2007-ci il tarixdə anadan olmuş X1 və xx.xx.2014-cü il tarixdə anadan olmuş X5 onun yanında saxlanmalarını müəyyən etməklə, həmin uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 150 manat, cəmi -450 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, o, Cavabdeh ilə 22 sentyabr 2004-cü ildə qeyri- rəsmi nikahla evlənmişdir. Nikahlarını 09 oktyabr 2004cü il tarixdə Balakən rayon Püştətala kənd inzibati ərazi Dairəsi üzrə icra nümayəndəliyində 10 nömrə ilə rəsmiləşdirmişlər. Cavabdehlə birgə nikahlarından xx.xx.2005-ci il tarixdə X8, xx.xx.2007-ci il tarixdə X6 və xx.xx.2014-cü il tarixdə X9 doğulmuşlar. Evləndikləri ilk vaxtlarda Cavabdeh ilə ailə münasibətləri normal olmuş, mehriban ailə kimi yaşamışlar. Sonralar aralarında ailə münasibətləri zəminində mübahisələr yaranmağa başlamışdır. 2015-ci ildən bu hal daha da dözülməz hal almış, cavabdeh gündəlik olaraq spirtli içkilər qəbul etməyə başlamış, ona və uşaqlara, eyni zamanda öz ata və anasına fiziki xəsarətlər yetirməyə başlamışdır. O,dəfələrlə uşaqları da götürərək atasının evinə getməyə məcbur olmuşdur. Cavabdeh 2018-ci ildə Qazaxıstan Respublikasına getmişdir. Cavabdeh orda olduğu müddətdə onunla və uşaqlarla maraqlanmamışdır. Cavabdehlə hal-hazırda ailə münasibətləri formal xarakter daşıyır. Buna görə də hesab edir ki, aralarında olan nikah qeydi məhkəmə qərarına əsasən pozulmalıdır. Bu onun qəti fikridir. Başqa çıxış yolu görmür. Birgə nikahlarından olan uşaqlar faktiki olaraq onun himayəsindədirlər. Eyni zamanda uzun müddətdir ki, ayrı yaşamalarına baxmayaraq cavabdeh uşaqların dolanışığı ilə maraqlanmamışdır. Uşaqların gündəlik tələbatı kifayət qədər xərc tələb edir. Onun hər hansı rəsmi iş yeri yoxdur. Nikahın pozulması və aliment məbləğinin müəyyən olunması ilə bağlı mediatora müraciət etmiş, mediasiya prosesinə Cavabdeh gəlməmiş, heç bir razılıq ifadə etməmişdir. Bu barədə MSİH-14045 nömrəli arayış almışdır. O, hal-hazırda heç bir yerdə işləmir. Rəsmi əmək haqqısı yoxdur. Cavabdeh Qazaxıstan Respublikasında diş həkimi işləməklə kifayət qədər qazanc əldə edir. Uşaqların baxılması üçün hər ay hər uşaq üçün 150 manat alimenti ödəyə bilər. Məhkəmə tərəfindən barışıq üçün onlara üç ay vaxt verilmiş, lakin həmin müddət ərzində onlar barışmamışlar. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin185.5-ci maddəsinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən Rayon İcra Hakimiyyəti Püştətala kənd icra nümayəndəliyi tərəfindən xx.xx.2022-ci tarixdə verilmiş AZ-T seriyalı 042815 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki Cavabdeh ilə X7 arasında xx.xx.2004-cü il tarixdə 10 nömrə ilə nikah bağlanmış, nikah bağlanandan sonra arvada Gondolova soyadı verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən Rayon İcra Hakimiyyəti Püştətala kənd icra nümayəndəliyi tərəfindən 18 noyabr 2005-ci il tarixdə verilmiş AZ-İ seriyalı 687654 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 29 oktyabr 2005-ci il tarixdə anadan olmuş, atası Cavabdeh, anası İddiaçı göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən Rayon İcra Hakimiyyəti Püştətala kənd icra nümayəndəliyi tərəfindən 02 fevral 2007-ci il tarixdə verilmiş AZ-İ seriyalı 888882 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 12 yanvar 2007-ci il tarixdə anadan olmuş, atası Cavabdeh, anası İddiaçı göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən Rayon İcra Hakimiyyəti Püştətala kənd icra nümayəndəliyi tərəfindən 13 mart 2014-cü il tarixdə verilmiş AZ-İİİ seriyalı 254508 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 26 fevral 2014-cü il tarixdə anadan olmuş, atası Cavabdeh, anası İddiaçı göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş X4 iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli MŞİH-14045 nömrəli arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və 50 manat mediasiya xərcini ödəmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, İddiaçı Cavabdeh ilə 22 sentyabr 2004-cu ildə qeyri-rəsmi nikahla evlənmiş, nikahlarını 09 oktyabr 2004-cü ildə Balakən Rayon İcra Hakimiyyəti Püştətala kənd icra nümayəndəliyində 10 nömrə ilə rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2005-ci il tarixdə X8, xx.xx.2007-ci il tarixdə X6 və xx.xx.2014-cü il tarixdə X9 adında üç uşaqları olmuşdur. Hazırda uşaqların hər üçü iddiaçının himayəsindədirlər. Aralarında baş vermiş narazılıqlara görə tərəflər ayrı yaşayırlar. Tərəflərə məhkəmə tərəfindən barışıq üçün üç ay vaxt verilsə də onlar barışmamışlar. İddiaçı nikahın pozulmasını təkidlə tələb edir. Məhkəmə iclasında həmçinin müəyyən edildi ki, tərəflər arasında uşaqların saxlanması ilə bağlı saziş yoxdur. Cavabdeh uşaqlarının saxlanması üçün iddiaçıya maddi yardım göstərmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.2-ci maddəsinin tələbinə görə tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün üç ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasına təkid etdikdə nikah pozulur. Azərbaycan Respublikası Aliə Məcəlləsinin 22.2, 22.2.1 və 22.2.2-ci maddələrinə əsasən nikah məhkəmə qaydasında pozularkən ərlə-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya valideynlərdən birinin marağına toxunduqda məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını müəyyən etməli, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Həmin Məcəllənin 60.4-cü maddəsinə görə valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1 və 76.1.1-ci maddələrinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcədə aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri- müntəzəm dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa , yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Uşaq hüquqları haqqında “Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, tərəflərə barışıq üçün üç ay vaxt verilməsinə baxmayaraq barışmamalarını, iddiaçının nikahın pozulmasını təkidlə tələb etməsini, uşaqların anasının yanında yaşamalarını, tərəflər arasında alimentin ödənməsi ilə bağlı saziş olmamasını, cavabdehin uşaqların saxlanmasına maddi köməklik göstərməməsini, tərəflərin maddi və ailə vəziyyətlərini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 09 oktyabr 2004-cü il tarixdə Balakən rayon Püştətala kənd inzibati ərazi dairəsində 10 nömrə ilə qeydə alınmış nikah pozulmalı, onların birgə nikahdan olan uşaqları-xx.xx.2005-ci il tarixdə doğulmuş X8, xx.xx.2007-ci il tarixdə doğulmuş X6 və xx.xx.2014-cü il tarixdə doğulmuş X9 anaları İddiaçı yanında saxlanmalıdırlar. Ərizənin verildiyi vaxtdan-09 mart 2022-ci il tarixdən başlayaraq xx.xx.2005-ci il tarixdə doğulmuş X3, xx.xx.2007-ci il tarixdə doğulmuş X1 və xx.xx.2014cü il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər bir uşaq üçün 150(bir yüz əlli ) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı dövlət rüsumu olaraq ödədiyi 50 manat Cavabdeh alınıb İddiaçı verilməlidir. Tərəflərə nikahın pozulması haqqında şəhadətnamə verilərkən İddiaçı 15 (on beş) manat dövlət rüsumu alınmalı, Cavabdeh həmin dövlət rüsumunu ödəməkdən azad edilməlidir. Tərəflərə izah olunmalıdır ki, nikah pozulduqdan sonra ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən 3 illik iddia müddəti tətbiq olunur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 234.2.1 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 09 oktyabr 2004-cü il tarixdə Balakən Rayon İcra Hakimiyyəti Püştətala kənd inzibati ərazi dairəsində 10 nömrə ilə qeydə alınmış nikah pozulsun. Onların birgə nikahından olan uşaqları-xx.xx.2005-ci il tarixdə doğulmuş X8, xx.xx.2007-ci il tarixdə doğulmuş X6 və xx.xx.2014-cü il tarixdə doğulmuş X9 anaları İddiaçı yanında saxlansınlar. 09 mart 2022-ci il tarixdən başlayaraq xx.xx.2005-ci il tarixdə doğulmuş X3, xx.xx.2007-ci il tarixdə doğulmuş X1 və xx.xx.2014-cü il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər bir uşaq üçün 150 ( bir yüz əlli ) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. Ödənmiş 50 manat dövlət rüsumu xərci Cavabdeh alınıb İddiaçı verilsin. Tərəflərə nikahın pozulması haqqında şəhadətnamə verilərkən İddiaçı 15 (on beş) manat dövlət rüsumu alınsın, Cavabdeh həmin dövlət rüsumunu ödəməkdən azad edilsin. Qətnamə alimentin tutulmasına aid hissədə dərhal icra edilsin. Tərəflərə izah olunur ki, nikah pozulduqdan sonra ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən 3 illik iddia müddəti tətbiq olunur. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-395/2022
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-395/2022
11.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver