Məhkəmə qərarları › İş №e-2(019)-423/2024

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-423/2024

10.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-423/2024 10.09.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Dubuxova Ruqiyyat Mansur qızının hüquqi varisi-Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Doxolova X8 Ruqiyyat Mansur qızının hüquqi varisi-Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Dubuxova Ruqiyyat Mansur qızının hüquqi varisi-Cavabdeh onun kredit müqaviləsi üzrə zaminliklə əlaqədar ödədiyi 4018.59 manat pulun, çəkilmiş xərclərin və ödənilmiş 62 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Dubuxova Ruqiyyat Mansur qızı (hüquqi varisi Cavabdeh) 019R********** saylı kredit razılaşması (müqaviləsi) üzrə "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən (bundan sonra "xxxx" QSC) kredit götürən, o isə ona zamin olmuşdur. Balakən Rayon Məhkəməsinin 2(019)-11/2021 saylı, 06 dekabr 2021-ci il tarixli icra vərəqəsinə əsasən iddianın qismən təmin edilməsi, ölmüş cavabdeh Dubuxova Ruqiyyat Mansur qızının hüquqi varisi Cavabdeh, cavabdehlər X2, X1 və İddiaçı müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 019R********** saylı kredit razılaşması üzrə 10067.15 manat məbləğində kredit borcu, 399.89 manat məbləğində faiz borcu və 10 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 10477.04 manat məbləğində borcun və ödənilmiş 18.80 manat məbləğində dövlət rüsumunun tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Kredit müqaviləsi üzrə əsas borclu cavabdeh Dubuxova Ruqiyyat Mansur qızı (hüquqi varisi Cavabdeh) üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etməmiş və Balakən rayon İcra və Probasiya Şöbəsi tərəfindən 27 yanvar 2023-cü il tarixdə 188855/2021/46 saylı təkliflə həmin borc ödənilmədiyindən zamin olduğu üçün onun, yəni İddiaçı Balakən rayonu Qaravəlli kənd tam orta məaktəbində müəllimə işlədiyi üçün əmək haqqından tutulması üçün təklif göndərilmişdir. Təklifdə göstərilmişdir ki, aparılan icra tədbirləri nəticəsində məlum olmuşdur ki, borclu İddiaçı Balakən rayonu 5 saylı X6 maaş alır və icra sənədində göstərilən borc həmin gəlirə yönəldilə bilər. Odur ki, Balakən Rayon Məhkəməsinin 2(019)- 11/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu İddiaçı maaşından hər ay 20 faizin tutularaq "xxxx" QSC-nin xeyrinə ödənilməsinin təmin edilməsi təklif olunmuşdur. İddiaçı daha sonra iddia ərizəsində onun əmək haqqından 2022-ci il və 2023-cü il üzrə olmaqla ümumilikdə 4018.59 manat pulun tələbkar "xxxx" QSC-nin xeyrinə tutulmasını göstərmişdir. İddia ərizəsində həmçinin qeyd olunur ki, o, dəfələrlə cavabdehdən pulu tələb etsə də, heç bir nəticəsi olmamışdır. Bu səbəblərdən də məcbur olub bu iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuş və Azərbaycan Respublikasının Dövlət büdcəsinə qanunda nəzərdə tutulmuş məbləğdə dövlət rüsumu ödəmişdir Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edib, iddianın məzmununa uyğun izahat verimş və iddiasının təmin olunmasını xahiş etmişdir. Hazırki iş üzrə 13 iyun 2024-cü il və 19 avqust 2024-cü il tarixlərdə keçirilən məhkəmə hazırlıq iclaslarında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək, iddianın əsassız olduğunu göstərərək, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonrakı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azhərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarına əlavə olunmuş "xxxx" QSC ilə İddiaçı arasında bağlanmış 14 noyabr 2017-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, zamin İddiaçı "xxxx" QSC ilə Dubuxova Ruqiyyat Mansur qızı arasında bağlanmış 06 fevral 2014-cü il tarixli 19L000001693 saylı Kredit Xətti Müqaviləsi və həmçinin bu Kredit Xətti Müqaviləsinin ayrılmaz hissəsi olan Kredit Razılaşması üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə birgə məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarına əlavə olunmuş Balakən Rayon İcra Hakimiyyəti başçısının Katex kənd inzibati ərazi dairəsinin xx.xx.2024-cü il tarixli 796 saylı arayışından görünür ki, Cavabdeh həqiqətən Katex kənd sakinidir. İş materiallarına əlavə olunmuş Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(019)-11/2021 nömrəli qətnaməsindən görünür ki, məhkəmə təhqiqatı zamanı Dubuxova Ruqiyyat Mansur qızına "xxxx" QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli, 19L000001693 saylı kredit xətti müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 30000 (otuz min) ABŞ dolları məbləğində kredit xəttinin açılması, tərəflərin imzaladıqları xx.xx.2017-ci il tarixli 19L000001693S saylı sazişlə kredit xətti müqaviləsinə dəyişiklik edilərək, kredit xəttinin məbləğinin 80000 (səksən min) ABŞ dolları məbləğində müəyyən edilməsi, bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddətin ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunması, kredit xətti müqaviləsi üzrə Dubuxova Ruqiyyat Mansur qızının "xxxx" QSC ilə bağladığı xx.xx.2015-ci il tarixli 019R********** saylı kredit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 15500 (on beş min beş yüz) manat məbləğində kredit götürməsi, tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli 019R**********S saylı, xx.xx.2016-cı il tarixli 019R**********SA saylı, xx.xx.2016-cı il tarixli 019R**********SB saylı, xx.xx.2016- cı il tarixli 019R**********SC saylı, xx.xx.2017-ci il tarixli 019R**********SD saylı, xx.xx.2017-ci il tarixli 019R**********SE saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilməsi, kreditin son ödəmə müddətinin 14 yanvar 2019-cu il müəyyən edilməsi, Dubuxova Ruqiyyat Mansur qızının kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq, kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatması, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitlərini xx.xx.2018-ci il tarixdən banka qaytarmaması, Dubuxova Ruqiyyat Mansur qızının götürdüyü kredit borcundan 5054.37 manat ödəməsi, kredit xətti müqaviləsi üzrə Dubuxova Ruqiyyat Mansur qızının öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər X7, X5 və İddiaçı zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə birgə məsuliyyət götürməsi, məhkəmə tərəfindən mötəbər sübut sayılan məhkəmə-mühasibatlıq ekspertizasının 04 noyabr 2021-ci il tarixli, 9/6574 rəyi ilə cavabdeh tərəfin “AccessBank» QSC-yə olan borcunun 019R********** nömrəli xx.xx.2015ci il tarixli kredit razılışması üzrə xx.xx.2019-cu il tarixə əsas borc üzrə 10067.15 manat, faiz borcu üzrə 399.89 manat, xx.xx.2019-cu il tarixə əsas borc üzrə 10067.15 manat, faiz borcu üzrə 762.03 manat təşkil etdiyi, iş üzrə aparılmış məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyərinin 100,0 manat təşkil etdiyi, həmçinin iddiaçının maliyyə arayışı ilə cavabdeh tərəfin 3069.94 manat cərimə borcunun olduğu, Dubuxova Ruqiyyat Mansur qızının xx.xx.2019-cu ildə öldüyü və Cavabdeh Dubuxova Ruqiyyat Mansur qızının hüquqi varisi kimi işə cəlb edilməsi işin faktoloji halları olaraq müəyyən olunmaqla, iddia qismən təmin edilmiş, ölmüş cavabdeh Dubuxova Ruqiyyat Mansur qızının hüquqi varisi Cavabdeh, cavabdehlər X2, X1 və X3 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 019R********** saylı kredit razılaşması üzrə 10067.15 manat məbləğində kredit borcu, 399.89 manat məbləğində faiz borcu və 10 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 10477.04 manat məbləğində borcun və ödənilmiş 18.80 manat məbləğində dövlət rüsumunun tutulması, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə 100.00 manat ekspertiza xərcinin 62.67 manatının ölmüş cavabdeh Dubuxova Ruqiyyat Mansur qızının hüquqi varisi Cavabdeh, cavabdehlər X2, X1 və X3 və 37.33 manatının iddiaçı "xxxx" QSC-dən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı X15 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(019)- 11/2011 nömrəli icra vərəqəsindən görünür ki, iddia qismən təmin edilməklə ölmüş cavabdeh Dubuxova Ruqiyyat Mansur qızının hüquqi varisi Cavabdeh, cavabdehlər X2, X1 və X3 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 019R********** saylı kredit razılaşması üzrə 10067.15 manat məbləğində kredit borcu, 399.89 manat məbləğində faiz borcu və 10 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 10477.04 manat məbləğində borc və ödənilmiş 18.80 manat məbləğində dövlət rüsumu tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. İş materiallarında olan Balakən rayon İcra və Probasiya Şöbəsinin 5 saylı X11 ünvanladığı 27 yanvar 2023-cü il tarixli 188855/2021/46-1 saylı təklifdən görünür ki, Balakən Rayon Məhkəməsinin 2(019)-11/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu İddiaçı maaşından hər ayın 20 faizinin tutularaq "xxxx" QSC-nin xeyrinə ödənilməsinin təmin edilməsi və nəticəsi barədə icra şöbəsinə rəsmi məlumatın verilməsi xahiş olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Şəki Zaqatala Regional Təhsil İdarəsinin Balakən rayon Maliyyə sektorunun Qaravəlli kənd tam orta məktəbində müəllimə vəzifəsində işləyən İddiaçı əmək haqqından "xxxx" QSC-nin hesabına tutmalar barədə arayışından görünür ki, 2022-ci ilin aprel ayında 350 manat, may ayında 350 manat, iyun ayında 700 manat, iyul ayında 0 manat, avqust ayında 0 manat, sentyabr ayında 350 manat, oktyabr ayında 320 manat, noyabr ayında 200 manat və dekabr ayında 200 manat olmaqla İddiaçı əmək haqqından "xxxx" QSC-nin xeyrinə 2022-ci il üzrə cəmi 2470 manat tutulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Şəki Zaqatala Regional Təhsil İdarəsinin Balakən rayon Maliyyə sektorunun Qaravəlli kənd tam orta məktəbində müəllimə vəzifəsində işləyən İddiaçı əmək haqqından "xxxx" QSC-nin hesabına tutmalar barədə arayışından görünür ki, 2023-cü ilin yanvar ayında 250 manat, fevral ayında 133 manat, mart ayında 133 manat, aprel ayında 146 manat, may ayında 146 manat, iyun ayında 495.50 manat, iyul ayında 0 manat, avqust ayında 25 manat, sentyabr ayında 25 manat, oktyabr ayında 25 manat və noyabr ayında 170 manat olmaqla İddiaçı əmək haqqından "xxxx" QSC-nin xeyrinə 2023-cü il üzrə cəmi 1548.50 manat tutulmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün Azərbaycan Respublikasının Dövlət büdcəsinə 61 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddiaçının izahatını və 13 iyun 2024-cü il tarixdə və 19 avqust 2024-cü il tarixdə keçirilən məhkəmə iclaslarında iştirak edən cavabdehin izahatını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, "xxxx" QSC ilə İddiaçı arasında bağlanmış 14 noyabr 2017-ci il tarixli zaminlik müqaviləsi ilə İddiaçı "xxxx" QSC ilə Dubuxova Ruqiyyat Mansur qızı arasında bağlanmış 06 fevral 2014-cü il tarixli 19L000001693 saylı Kredit Xətti Müqaviləsi və Bu Kredit Xətti Müqaviləsinin ayrılmaz hissəsi olan o cümlədən Kredit Razılaşması üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə birgə məsuliyyəti öz üzərinə götürmüş, Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(019)-11/2021 nömrəli qətnaməsi ilə məhkəmə təhqiqatı zamanı Dubuxova Ruqiyyat Mansur qızına "xxxx" QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli, 19L000001693 saylı kredit xətti müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 30000 (otuz min) ABŞ dolları məbləğində kredit xəttinin açılması, tərəflərin imzaladıqları xx.xx.2017-ci il tarixli 19L000001693S saylı sazişlə kredit xətti müqaviləsinə dəyişiklik edilərək, kredit xəttinin məbləğinin 80000 (səksən min) ABŞ dolları məbləğində müəyyən edilməsi, bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddətin ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunması, kredit xətti müqaviləsi üzrə Dubuxova Ruqiyyat Mansur qızının "xxxx" QSC ilə bağladığı xx.xx.2015-ci il tarixli 019R********** saylı kredit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 15500 (on beş min beş yüz) manat məbləğində kredit götürməsi, tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli 019R**********S saylı, xx.xx.2016-cı il tarixli 019R**********SA saylı, xx.xx.2016-cı il tarixli 019R**********SB saylı, xx.xx.2016- cı il tarixli 019R**********SC saylı, xx.xx.2017-ci il tarixli 019R**********SD saylı, xx.xx.2017-ci il tarixli 019R**********SE saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilməsi, kreditin son ödəmə müddətinin 14 yanvar 2019-cu il müəyyən edilməsi, Dubuxova Ruqiyyat Mansur qızının kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq, kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatması, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2018-ci il tarixdən banka qaytarmaması, Dubuxova Ruqiyyat Mansur qızının götürdüyü kredit borcundan 5054.37 manat ödəməsi, kredit xətti müqaviləsi üzrə Dubuxova Ruqiyyat Mansur qızının öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər X7, X5 və İddiaçı zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə birgə məsuliyyət götürməsi, məhkəmə tərəfindən mötəbər sübut sayılan məhkəmə-mühasibatlıq ekspertizasının 04 noyabr 2021-ci il tarixli, 9/6574 rəyi ilə cavabdeh tərəfin “AccessBank» QSC-yə olan borcunun 019R********** nömrəli xx.xx.2015-ci il tarixli kredit razılışması üzrə xx.xx.2019cu il tarixə əsas borc üzrə 10067.15 manat, faiz borcu üzrə 399.89 manat, xx.xx.2019-cu il tarixə əsas borc üzrə 10067.15 manat, faiz borcu üzrə 762.03 manat təşkil etdiyi, iş üzrə aparılmış məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyərinin 100,0 manat təşkil etdiyi, həmçinin iddiaçının maliyyə arayışı ilə cavabdeh tərəfin 3069.94 manat cərimə borcunun olduğu, Dubuxova Ruqiyyat Mansur qızının xx.xx.2019-cu ildə öldüyü və Cavabdeh Dubuxova Ruqiyyat Mansur qızının hüquqi varisi kimi işə cəlb edilməsi işin faktoloji halları olaraq müəyyən olunmaqla, iddia qismən təmin edilmiş, ölmüş cavabdeh Dubuxova Ruqiyyat Mansur qızının hüquqi varisi Cavabdeh, cavabdehlər X2, X1 və X3 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 019R********** saylı kredit razılaşması üzrə 10067.15 manat məbləğində kredit borcu, 399.89 manat məbləğində faiz borcu və 10 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 10477.04 manat məbləğində borcun və ödənilmiş 18.80 manat məbləğində dövlət rüsumunun tutulması, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə 100.00 manat ekspertiza xərcinin 62.67 manatının ölmüş cavabdeh Dubuxova Ruqiyyat Mansur qızının hüquqi varisi Cavabdeh, cavabdehlər X2, X1 və X3 və 37.33 manatının iddiaçı "xxxx" QSC-dən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı X15 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməsi qət edilmişdir. Ölmüş cavabdeh Dubuxova Ruqiyyat Mansur qızının hüquqi varisi Cavabdeh, cavabdehlər X2, X1 və X3 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 019R********** saylı kredit razılaşması üzrə 10067.15 manat məbləğində kredit borcu, 399.89 manat məbləğində faiz borcu və 10 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 10477.04 manat məbləğində borcun və ödənilmiş 18.80 manat məbləğində dövlət rüsumunun tutulması barədə Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(019)- 11/2011 nömrəli icra vərəqəsi icraya yönəldilmişdir. Balakən rayon İcra və Probasiya Şöbəsi 5 saylı X11 27 yanvar 2023-cü il tarixli 188855/2021/46-1 saylı təklif ünvanlayaraq Balakən Rayon Məhkəməsinin 2(019)-11/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu İddiaçı maaşından hər ayın 20 faizinin tutularaq "xxxx" QSC-nin xeyrinə ödənilməsinin təmin edilməsini xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli 2(019)-11/2011 nömrəli icra vərəqəsinin icrası ilə bağlı borclu Balakən rayonu Qaravəlli kənd tam orta məktəbində müəllimə vəzifəsində işləyən İddiaçı əmək haqqından tələbkar "xxxx" QSC-nin xeyrinə 2022-ci il üzrə cəmi 2470 manat və 2023-cü il üzrə cəmi 1548.50 manat olmaqla ümumilikdə 4018.50 manat məbləğində pul vəsaiti tutulmuşdur. Bununla da tələbkar "xxxx" QSC-nin ölmüş borclu Dubuxova Ruqiyyat Mansur qızının hüquqi varisi Cavabdeh qarşı 4018.50 manat məbləğində tələb hüququ İddiaçı keçmişdir. İddiaçı ölmüş borclu X4 hüquqi varisi Cavabdeh 4018.59 manat pul tələb edir. Həmçinin İddiaçı hazırki iddianın qaldırılması üçün 61 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası qanunvericiliyinin tərkib hissəsi olan İnsan Hüquqlarının və X9 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə müqavilə iştirakçılarından bir tərəfi (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyi, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlana bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 742.1-ci maddəsinə əsasən əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o, borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475.2-ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475.3-cü maddəsinə əsasən bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2-ci maddəsinə əsasən öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1 maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitdən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 459.1-ci maddəsinə əsasən zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 459.5-ci maddəsinə əsasən əgər ilkin vəziyyətin bərpası yolu ilə zərərin əvəzinin ödənilməsi mümkün deyildirsə və ya bunun üçün tənasübsüz surətdə böyük xərclər zəruridirsə, kreditora pul əvəzi verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına uyğun hüquqi qiymət verərək, hesab edir ki, İddiaçı ölmüş borclu Dubuxova Ruqiyyat Mansur qızının hüquqi varisi olan Cavabdeh qarşı zamin kimi əsas borcun ödənilməsinə yönəldilmiş pul məbləğinə tələb hüququ əldə etdiyindən, Dubuxova Ruqiyyat Mansur qızının hüquqi varisi olan Cavabdeh İddiaçı 4018.50 manat pulu ödəməməklə və ödəməkdən boyun qaçırmaqla, İddiaçı həmin məbləğdə maddi ziyan vurmuşdur. Ona görə də həmin 4018.50 manat pul cavabdehdən alınaraq, iddiaçıya ödənilməli və bununla da iddiaçının pozulmuş hüquqları bərpa edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia 4018.50 manat məbləğdən artıq tələb hissəsində təmin edilməməlidir. Belə ki, işdəki sübutlardan görünür ki, İddiaçı ölmüş borclu Dubuxova Ruqiyyat Mansur qızının zamini olaraq kredit müqaviləsi üzrə 2022-ci ilin apreldekabr aylarında 2470 manat və 2023-cü ilin yanvar-noyabr aylarında 1548.50 manat olmaqla cəmi 4018.50 manat pulu "xxxx" QSC-yə ödəmiş və bununla da Dubuxova Ruqiyyat Mansur qızının hüquqi varisi olan Cavabdeh qarşı zamin kimi əsas borcun ödənilməsinə yönəldilmiş 4018.50 manat pul məbləğinə tələb hüququ əldə etmişdir. Lakin iddiaçı cavabdehdən 4018.59 manat pul tələb edir ki, bu tələbin 4018.50 manat hissəsi əsaslı olmaqla təmin edilməli, 4018.50 manatdan artıq tələb hissəsində, yəni 0.09 manat hissəsində isə iddia təmin edilməməlidir. Məhkəmə hesab edir ki, cavabdehə qarşı yönəlmiş iddia tələbi 4018.59 manat olduğu və bu tələb 4018.50 manat hissəsində təmin edildiyi üçün Cavabdeh ödənilmiş tələbin məbləğinə mütənasib olaraq 60.18 manat dövlət rüsumu alınıb İddiaçı verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia çəkilmiş xərclər tələbi hissəsində əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 115-ci maddəsində işə baxılması ilə əlaqədar məsrəflər sadalanmışdır ki, bunlara da 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər;115.0.2. yerində müayinə keçirilməsi ilə əlaqədar olan xərclər; 115.0.3. tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər; 115.0.4. tərəflərin və üçüncü şəxslərin məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarə xərcləri; 115.0.5. nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər;115.0.6. vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; 115.0.7. cavabdehin axtarılması ilə əlaqədar xərclər; 115.0.8. qətnamənin icrası ilə əlaqədar xərclər; 115.0.9. məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər aiddir. İş materiallarından görünür ki, məhkəmə tərəfindən ödənilmiş tələbin məbləğinə mütənasib olaraq cavabdehdən dövlət rüsumunun alınıb iddiaçıya verilməsi nəticəsinə gəlinmişdir. İddiaçı cavabdehə qarşı çəkilmiş xərclər adı ilə tələb irəli sürsə də, bu çəkilmiş xərclərnin hansı xərclər olduğunu və onların hansı məbləğdə olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, bu tələb hissəsində iddia tələbinin əsaslandırıldığı halları sübut edə bilməmişdir. Halbuki qanuna görə (MPM-nin 77.1-ci maddəsi) bu vəzifə iddiaçının üzərinə düşür. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, çəkilmiş xərclər tələbi hissəsində iddia tələbi olunmamalıdır. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına əsasən müvafiq qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, Dubuxova Ruqiyyat Mansur qızının hüquqi varisi-Cavabdeh kredit müqaviləsi üzrə zaminliklə əlaqədar ödənilmiş 4018.50 manat pul və ödənilmiş 60.18 manat dövlət rüsumu alınıb İddiaçı verilməli, iddia qalan hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddəsini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin; Dubuxova Ruqiyyat Mansur qızının hüquqi varisi- Cavabdeh kredit müqaviləsi üzrə zaminliklə əlaqədar ödənilmiş 4018.50 manat pul və ödənilmiş 60.18 manat dövlət rüsumu alınıb İddiaçı verilsin; iddia qalan hissədə təmin olunmasın. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar