Məhkəmə qərarları › İş №e-2(019)-446/2022

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-446/2022

08.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-446/2022 08.09.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X4 katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı nikahın pozulması və aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh ilə aralarında olan xx.xx.2005-ci il tarixdə Balakən Rayon Qeydiyyat Şöbəsində 199 sayla rəsmiləşdirdikləri nikahın pozulması, xx.xx.2006-cı ildə doğulmuş X2 və xx.xx.2011-ci ildə doğulmuş X3 baxılıb saxlanması üçün Cavabdeh hər ay, bir uşaq üçün 150 manat, cəmi 300 manat miqdarında aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək izahatında göstərdi ki, o,Cavabdeh ilə nikahlarını xx.xx.2005-ci il tarixdə Balakən Rayon Qeydiyyat Şöbəsində 199 sayla rəsmiləşdirməklə evlənmişdir. Cavabdehlə birgə nikahlarından xx.xx.2006-cı ildə X5 və xx.xx.2011-ci ildə X7 adında iki uşaqları olmuşdur. O, Cavabdeh ilə evləndikdən sonra, Balakən rayon Tülü kəndində qaynatasına məxsus evdə yaşamışdır. Cavabdehlə uzun müddət birgə təsərrüfat aparmış, bir yerdə yaşamış, lakin heç vaxt xasiyyətləri uyğun gəlməmişdir, yola getməmişlər. Uşaqların xatirinə dözüb onunla yaşamaq məcburiyyətində qalmışdır. Buna görə də ailədə həmişə münaqişə və gərginlik olmuşdur. 2 ay olar ki, cavabdehdən ayrılmış və uşaqları ilə birlikdə kirayədə yaşayır. Bütün bunlara görə ayrılmaq qərarına gəlmişdir. Gələcəkdə cavabdehlə ailə münasibətlərinin bərpa olunub yenidən barışmaları qeyri-mümkündür. Cavabdeh ilə ayrılmaq fikri qətidir. Buna görə də nikahın pozulması üçün Balakən Rayon Məhkəməsinə müraciət etməli olmuşdur. Cavabdeh ilə birgə nikahlarından olan uşaqlar onunla yaşayırlar. O, uşaqların tələbatını təkbaşına ödəməkdə çətinlik çəkir. Uşaqlara baxmaq, onların maddi və mənəvi tələbatları ilə məşğul olmaq cavabdehin də valideynlik borcudur. Cavabdeh Balakən rayon Qaz İstismar İdarəsində nəzarətçi vəzifəsində işləyir, 300 manat əmək haqqı alır. Onun başqa gəlirləri də vardır. Nikahın pozulması və alimentin təyin olunması ilə mediatora müraciət etmiş, mediasiya prosesində cavabdeh gəlməmiş və ya hər hansı razılıq bildirməmişdir. Bu barədə müvafiq arayış almışdır. Məhkəmə tərəfindən işə baxılaraq barışıq üçün onlara üç ay vaxt verilmiş, lakin həmin müddət ərzində onlar barışmamışlar.Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən etiraf edərək izahatında göstərdi ki, o, 2005-ci ildə nikahlarını rəsmiləşdirməklə İddiaçı ilə evlənmişdir. Birgə nikahlarından xx.xx.2006-cı ildə Asiman və xx.xx.2011-ci ildə isə Asim adında iki uşaqları olmuşdur. Uşaqlar hazırda iddiaçının himayəsindədirlər. Aralarında baş vermiş narazılıqla bağlı iddiaçı ondan ayrılmış və bir müddətdir ki, ayrı yaşayırlar. O,boşanmaq istəmir. Eyni zamanda uşaqların analarının yanında qalmalarına etirazı yoxdur. Lakin iddiaçının tələb etdiyi məbləğdə aliment ödəyə bilməz. O.xəstədir, Balakən rayon Qaz İstismar İdarəsində nəzarətçi vəzifəsində işləyir, əlavə qazancı yoxdur. İddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən Rayon Qeydiyyat Şöbəsi tərəfindən 27 sentyabr 2005-ci il tarixdə verilmiş AZ-İ seriyalı 169967 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X6 arasında xx.xx.2005-ci il tarixdə Balakən Rayon Qeydiyyat Şöbəsində 199 nömrə ilə nikah bağlanmış, nikah bağlanandan sonra arvada Süleymanova soyadı verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Tülü kənd icra nümayəndəliyi tərəfindən 17 oktyabr 2006-cı il tarixdə verilmiş AZ-İ seriyalı 846396 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 17 iyul 2006-cı il tarixdə anadan olmuş, atası Cavabdeh, anası İddiaçı göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Tülü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 15 iyul 2011-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 683090 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 25 aprel 2011-ci il tarixdə anadan olmuş, atası Cavabdeh, anası İddiaçı göstərilmişdir. İşdə olan 10 mart 2022-ci il tarixli, 4934 nömrəli ambulator xəstənin tibbi vərəqəsindən görünür ki, Cavabdeh qeyri müəyyən mənşəli nevrozabənzər sindromu diaqnozu ilə müalicə olunmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Mediasiya prosesinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli MŞİH-16249 nömrəli arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, 50 manat məbləğində mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş X8 iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli MŞİH-16249 nömrəli arayışdan görünür ki, İddiaçı ilkin Mediasiya Sessiyasında iştirak etmiş və 50 manat mediasiya xərcini təktərəfli qaydada ödəmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, İddiaçı xx.xx.2005-ci il tarixdə nikahlarını Balakən rayon Qeydiyyat Şöbəsində 199 nömrə ilə rəsmiləşdirməklə Cavabdeh ilə evlənmişlər. Tərəflərin birgə nikahlarından xx.xx.2006-cı ildə X5 və xx.xx.2011-ci ildə X7 adında iki uşaqları olmuşdur. Xasiyyətlərinin uyğun gəlməməsinə görə tərəflər bir müddətdir ki, ayrı yaşayırlar. Uşaqlar iddiaçının himayəsindədirlər. Tərəflərə barışıq üçün üç ay vaxt verilməsinə baxmayaraq onlar barışmamışlar. İddiaçı nikahın pozulmasını təkidlə tələb edir. Tərəflərin birgə nikahından olan azyaşlı uşaqlar iddiaçının yanında yaşayırlar. Cavabdeh uşaqların iddiaçının yanında qalmalarına razıdır. Məhkəmə iclasında həmçinin müəyyən edildi ki, tərəflər arasında uşaqların saxlanması ilə bağlı saziş yoxdur. Cavabdeh uşağın saxlanması üçün İddiaçı maddi yardım göstərmir. Cavabdeh iddiaçıdan sabit pul məbləğində aliment tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 19.1. Bu məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ərarvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. 19.2. Ər-arvadın razılığı olduqda, lakin onlardan biri müvafiq icra hakimiyyəti orqanında nikahın pozulmasından yayındıqda (ərizə verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s.) nikahın pozulması məhkəmə qaydasında həyata keçirilir. 20.1. Ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. 20.2. Tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ərarvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Məhkəmə tərəflərə barışıq üçün üç ay vaxt verilməsinə baxmayaraq onların barışmamalarını, iddiaçının nikahın pozulmasında təkid etməsini, ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyünü nəzərə alaraq hesab edir ki, tərəflər arasında bağlanmış nikah pozulmalıdır. Azərbaycan Respublikası Aliə Məcəlləsinin 22.2, 22.2.1-ci maddələrinə əsasən nikah məhkəmə qaydasında pozularkən ərlə-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya valideynlərdən birinin marağına toxunduqda məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını müəyyən etməlidir. Həmin Məcəllənin 60.4-cü maddəsinə görə valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Məhkəmə tərəflərin birgə nikahından olan nikah pozulduqdan sonra hansı valideynin yanında qalması məsələsinə münasibət bildirərək, uşaqların analarının yanında yaşamalarını, analarının yanında saxlanmalarının uşaqların mənafeyinə uyğun olmasını, cavabdehin buna etirazının olmamasını nəzərə alaraq hesab edir ki, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından olan xx.xx.2006-cı ildə anadan olmuş X5 və xx.xx.2011-ci ildə anadan olmuş X7 anaları İddiaçı yanında saxlanmalıdırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2 və 22.2.2-ci maddələrinə əsasən nikah məhkəmə qaydasında pozularkən ərlə-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya valideynlərdən birinin marağına toxunduqda məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. BMT-nin “Uşaq Hüquqları Bəyannaməsi”nin 2 saylı prinsipinə əsasən uşaq qanunla və digər vasitələrlə sosail müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. BMT-nin “Uşaq Hüquqları Bəyannaməsi” nin 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalarından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o, eləcə də anası, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Uşağın lazımi qidalanma, mənzil, əyləncə və tibbi xidmət hüququ olmalıdır. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1 və 76.1.1-ci maddələrinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcədə aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri- müntəzəm dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa , yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci ildə yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında “Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. Məhkəmə hər bir valideynin övladını saxlamağa, onun maddi və mənəvi tələbatının ödənilməsini təmin etməyə borclu olmasını, alimentin bir valideyndən digər valideynə uşağın tələbatının ödənilməsi üçün tutulmasını, cavabdehin uşaqların saxlanmalarında iddiaçıya maddi kömək etməməsini, alimentin ödənməsi ilə bağlı tərəflər arasında saziş olmamasını, iddiaçının alimentin sabit pul məbləği ilə müəyyən edilməsini xahiş etməsini, Azərbaycan Respublikasında 2022-ci ildə yaşayış minimumunun uşaqlar üçün 193 manat məbləğində müəyyən edilməsini nəzərə alaraq hesab edir ki, ərizənin verildiyi gündən -31 mart 2022-ci il tarixdən başlayaraq xx.xx.2006-cı ildə doğulmuş X2 və xx.xx.2011-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay hər bir uşaq üçün 150(bir yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2005-ci il tarixdə Balakən Rayon Qeydiyyat Şöbəsində 199 nömrə ilə qeydə alınmış nikah pozulmalı, onların birgə nikahından olan uşaqları -xx.xx.2006-cı ildə doğulmuş X10 və xx.xx.2011-ci ildə doğulmuş X7 anası X1 yanında saxlanmalıdırlar. Ərizənin verildiyi gündən -31 mart 2022-ci il tarixdən başlayaraq xx.xx.2006-cı ildə doğulmuş X2 və xx.xx.2011-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər bir uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. İddiaçı ödədiyi 50 manat dövlət rüsumu xərci Cavabdeh alınıb İddiaçı verilməlidir. Tərəflərə nikahın pozulması haqqında şəhadətnamə verilərkən İddiaçı 15 (on beş) manat dövlət rüsumu alınmalı, Cavabdeh həmin dövlət rüsumunu ödəməkdən azad edilməlidir. Tərəflərə izah olunmalıdır ki, nikah pozulduqdan sonra ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən 3 illik iddia müddəti tətbiq olunur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 234.2.1 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış , xx.xx.2005-ci il tarixdə Balakən Rayon Qeydiyyat Şöbəsində 199 nömrə ilə qeydə alınmış nikah pozulsun. Onların birgə nikahından olan uşaqları-xx.xx.2006-cı ildə doğulmuş X5 və xx.xx.2011-ci ildə doğulmuş X7 anası X1 yanında saxlansınlar. 31 mart 2022-ci il tarixdən başlayaraq xx.xx.2006-cı ildə doğulmuş X2 və xx.xx.2011-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər bir uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənsin. İddiaçı ödədiyi 50 manat dövlət rüsumu xərci Cavabdeh alınıb İddiaçı verilsin. Tərəflərə nikahın pozulması haqqında şəhadətnamə verilərkən İddiaçı 15 (on beş) manat dövlət rüsumu alınsın, Cavabdeh həmin dövlət rüsumunu ödəməkdən azad edilsin. Qətnamə alimentin tutulmasına aid hissədə dərhal icra edilsin. Tərəflərə izah olunur ki, nikah pozulduqdan sonra ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən 3 illik iddia müddəti tətbiq olunur. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar