Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-459/2022 13.09.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı nümayəndəsi-vəkili Nümayəndə1, Cavabdeh və Balakən RİHB yanında Qəyyumluq və Himayə komissiyasının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı uşağın yaşayış yerinin onun yanında olmasının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Balakən Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(019)- 107/2015 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentə görə 1890 (bir min səkkiz yüz doxsan) manat aliment borcunu ödəməkdən onun azad edilməsi və oğlu xx.xx.2013-cü il tarixdə doğulmuş X4 yaşayış yerinin onun yanında olmasının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, Balakən Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(019)- 107/2015 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentə görə 1890 (bir min səkkiz yüz doxsan) manat aliment borcunu ödəməkdən onun azad edilməsi tələbi hissəsində iddianın həcmini azaldaraq, yalnız oğlu xx.xx.2013-cü il tarixdə doğulmuş X4 yaşayış yerinin onun yanında olmasının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin ərizə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, xx.xx.2012-ci il tarixdə Balakən rayonu Qaysa kənd İcra Nümayəndəliyində nikahlarını 18 sayla qeydə aldırmaqla cavabdeh Balakən rayonu Şambul kənd sakini Cavabdeh ilə evlənmişlər. Birgə yaşadıqları dövrdə 1 uşaqları olmuşdur: X5- xx.xx.2013-cü il tarixdə doğulmuşdur. 2014-cü ildən Mətanətdən ayrılmışdır və Balakən Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(019)- 434/2015 saylı qətnaməsinə əsasən Cavabdeh ilə aralarında bağlanmış rəsmi nikah pozulmuşdur. Balakən Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(019)-107/2015 saylı qətnaməsi ilə ondan azyaşlı oğlu X4 yetkinlik yaşına çatana kimi baxılıb saxlanılması üçün hər ay 70 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. O, Mətanətdən ayrılarkən oğlu Həmzət anası Mətanətin yanında qalmışdır. Lakin 09 oktyabr 2019-cu il tarixdən oğlu Həmzət onun himayəsində yaşayır. Oğlu Həmzəti yüksək səviyyədə baxıb böyüdür, onun təlim-tərbiyəsi, fiziki sağlamlığı və asudə vaxtlarının mənalı keçməsi ilə məşğul olur. Oğlu Həmzətin onunla birgə yaşadığı evdə ayrıca hər bir şəraiti olan öz otağı vardır. Dərsləri ilə həmin otaqda məşğul olur. Qeyd etmək istəyir ki, oğlu anası Mətanətin yanında yaşadığı müddətdə o, uşağın baxılması üçün müntəzəm olaraq aliment ödəmişdir. Oğlu Həmzət 09 oktyabr 2019-cu il tarixdən onun himayəsində yaşadığından Mətanətə aliment verməyi dayandırmışdır. Mətanət oğlu Həmzətin onun himayəsində yaşadığı müddətdə ondan alimentin ödənilməsini tələb etməmişdir. 14 mart 2022- ci il tarixə qədər Balakən rayon İcra və Probasiya Şöbəsi tərəfindən də onun aliment borcunun olması barədə ona heç bir xəbərdarlıq edilməmişdir. xx.xx.2022-ci il tarixdə o, “aliment borcunun ödənilməsindən azad edilmə, oğlu X4 onun yanında saxlanılmasının müəyyən edilməsi haqqında” mediasiya prosesinin tətbiqi barədə təkliflə Cavabdeh müraciət edərək, həmin təklifi poçt vasitəsi ilə onun ünvanına göndərmişdir. Cavabdeh həmin təklifi aldıqdan sonra Balakən rayon İcra və Probasiya Şöbəsinə müraciət edərək, ondan 1890 manat məbləğində aliment borcunun verilməsini tələb etmişdir. Bundan sonra Balakən rayon İcra və Probasiya şöbəsinin icra məmuru Vidadi Musayev tərəfindən şöbəyə dəvət olunmuş və ondan aliment borcunu hansı səbəbdən ödəməməsi barədə izahat alınmışdır. Həmin izahatda o, aliment borcunun ödənilməsindən azad edilmə və uşağın yaşayış yerinin onun yanında olması tələbi ilə bağlı mediatora müraciət etdiyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə o və Cavabdeh mediasiya sessiyasında iştirak edilməsi üçün mediatora dəvət olunmuşlar. Lakin Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Buna görə də qeyd etdiyi tələblə məhkəməyə müraciət etməli olmuşdur. Əlavə olaraq bildirir ki, oğlu Həmzətin 09 oktyabr 2019-cu il tarixdən onun himayəsində onun və valideynlərinin yaşadığı Balakən rayonu Qaysa kəndində yerləşən evlərində yaşamasını bütün yaxın qohumları, oğlunun təhsil aldığı məktəbin direktoru və müəllimləri də bilir. Bundan başqa qeyd etmək istəyir ki, oğlunun anası Cavabdeh Balakən rayonu Şambul kənd sakini olan X10 ilə rəsmi nikah bağlayaraq, onunla evlənmişdir. Hal-hazırda onun evində yaşayır, onların birgə nikahdan olan uşaqları da vardır. Mətanət oğlu Həmzətin təhsili, tərbiyəsi, fiziki sağlamlığı ilə məşğul olmur. Onun maddi təminatında iştirak etmir. Uşağın baxılması üçün maddi vəsait sərf etmir. Oğluna lazımi qulluq və qayğını o, göstərir. Bundan başqa onunla birlikdə anası və bacısı yaşayırlar. Onlar da oğluna qulluq göstərirlər. Oğlu Həmzət daha çox onu istəyir və ona bağlıdır. Məhkəməyə oğlu Həmzətin xx.xx.2019-cu il tarixdən onun himayəsində yaşamasını təsdiq edə bilən şahidlərini dəvət edəcəkdir. Qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Nümayəndə1 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul və etiraf edərək, İddiaçı ona qarşı xx.xx.2013-cü il tarixdə doğulmuş X4 yaşayış yerinin iddiaçının yanında olmasının müəyyən edilməsi tələbinə dair iddiasını qəbul və etiraf etdiyini, onun Balakən rayonu Şambul kənd sakini X10 ilə rəsmi nikah bağladığını, bu nikahdan uşaqlarının olduğunu, X4 09 oktyabr 2019-cu il tarixdən atası İddiaçı evində və yanında yaşadığını, oradan məktəbə getdiyini, vaxtaşırı onunla da görüşdüyünü, İddiaçı Həmzəti saxlamaq və böyütmək üçün daha yaxşı şəraitlə malik olduğunu, oğlu Həmzətin də Eldənizin və onun valideynlərinə bağlandığını, onların yanında özünü xoşbəxt hiss etdiyini, onun da Həmzətlə vaxtaşırı ünsiyyətdə olacağını göstərərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsinə və xx.xx.2013-cü il tarixdə doğulmuş X4 İddiaçı himayəsinə verilməsinə etirazının olmadığını bildirmişdir. Məhkəmə iclasında Balakən RİHB yanında Qəyyumluq və Himayə komissiyasının nümayəndəsi Nümayəndə2 izahatında göstərdi ki, təmsil etdiyi komissiya uşağın valideynlərinə məxsus evlərin maddi-məişət şəraitlərinin normal olduğunu, uşağın faktiki olaraq öz valideynləri ilə deyil, onların yaxın qohumları ilə yaşadığını bildirir, xx.xx.2013-cü ildə anadan olmuş X4 anasının (anasının valideynlərinin) yanında qalmaq istəməsini nəzərə alaraq onun yaşayış yerinin anasının (anasının valideynlərinin) yanında müəyyən olunmasını məqsədəuyğun hesab edir. Eyni zamanda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 58.3-cü maddəsinə əsasən valideynlər digər şəxslərlə müqayisədə öz uşaqlarının tərbiyəsində üstün hüquqlara malikdirlər. Komissiya məhkəmə tərəfindən İddiaçı Həmzətin təlim-tərbiyəsi və təhsili ilə faktiki məşğul olacağının müəyyən edildiyi təqdirdə uşağın öz fikri də nəzərə alınaraq atasının himayəsinə verilməsinə etiraz etmir. Uşaq hüquqları haqqında Konvensiyanın 12-ci maddəsinə görə iştirakçı dövlətlər öz baxışlarını formalaşdırmağa qadir olan uşağı özünə aid bütün məsələlər barəsində həmin baxışları sərbəst ifadə etmək hüququ ilə təmin edirlər, həm də uşağın baxışlarına onun yaşına və yetkinliyinə uyğun lazımi diqqət yetirilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Məhkəmə iclasında qanuni nümayəndəsi olan anası və Balakən Rayon İcra Hakimiyyəti Başçısının yanında Qəyyumluq və Himayə komissiyasının nümayəndəsinin iştirakı ilə tərəflərin birgə nikahından xx.xx.2013-cü il tarixdə doğulmuş X5 09 oktyabr 2019-cu il tarixdən atası İddiaçı yanında yaşadığını, atasının evindən məktəbə getdiyini, yaşayış yerinin atası Eldənizin evi olduğunu, burada çoxlu dostlarının olduğunu, atasını çox istədiyini, atasının ona daha yaxşı baxdığını, təhsil verdiyini, qayğıkeş olduğunu, onun atası Eldənizlə qalmasının müəyyən edilməsini, anası Mətanətin başqa şəxslə ailə qurduğunu və anasının yanında qalmaq istəmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, X5 onun qardaşıdır. X3 xx.xx.2012-ci il tarixdə Balakən rayonu Qaysa kənd İcra Nümayəndəliyində nikahlarını 18 sayla qeydə aldırmaqla Cavabdeh ilə evlənmişdir. Tərəflərin birgə nikahından xx.xx.2013-cü il tarixdə X5 adında bir uşaqları doğulmuşdur. 2014-cü ildən İddiaçı Cavabdeh ayrılmış və Balakən Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(019)- 434/2015 saylı qətnaməsinə əsasən tərəflər aralarında bağlanmış nikah pozulmuşdur. Balakən Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(019)-107/2015 saylı qətnaməsi ilə Eldəniz X1 yetkinlik yaşına çatana kimi baxılıb saxlanılması üçün hər ay 70 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Eldəniz də bu alimenti vaxtlı-vaxtında ödəmişdir. Lakin 09 oktyabr 2019-cu il tarixdən Həmzət atası İddiaçı himayəsində və evində yaşayır, bu evdən məktəbə gedir. İddiaçı Həmzətin saxlanması, təlim-tərbiyəsi və təhsili ilə yaxşı məşğul olur. Həmzətin sağlam böyüməsi və inkişafı üçün bütün şəraiti yaratmışdır. Belə ki, Eldənizin evində Həmzətin hər cür şəraiti olan ayrıca otağı vardır, burada Həmzət dərsləri ilə məşğul olur. Hətta Həmzətin istirahəti üçün həyətdə su hovuzu da tikilmişdir. Həmzətin burada çoxlu dostları vardır. Həmzətin anası Cavabdeh isə yenidən ərə getmişdir və bu evlilikdən uşaqları vardır. Ona görə də Mətanət Həmzətə yaxşı baxa bilmir. Bu səbəbdən Həmzət 3 il bundan əvvəl atası Eldənizin yanına gəlmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Qaysa kənd inzibati ərazi dairəsi tərəfindən 14 yanvar 2014-cü il tarixdə verilmiş AZ-İİİ seriyalı 221932 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2013-ci il tarixdə X5 doğulmuş, atası İddiaçı, anası isə Cavabdeh göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən Rayon Məhkəməsinin 05 fevral 2015-ci il tarixli 2(019)-107/2015 nömrəli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı 07 yanvar 2015-ci il tarixdən başlayaraq 02 oktyabr 2013-cü ildə anadan olmuş İddiaçı Həmzət oğlunun yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 70 manat sabit pul məbləğində aliment tutulub iddiaçı X6 verilməlidir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən Rayon Məhkəməsinin 14 may 2015-ci il tarixli 2(019)-434/2015 nömrəli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh X11 ilə aralarında bağlanmış 12 dekabr 2012-ci il tarixdə Balakən rayonu Qaysa kənd inzibati ərazi dairəsində 18 sayla qeydə alınmış nikah pozulmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş AZ-İ seriyalı 391818 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X5 ilə X13 arasında nikah Balakən Rayon Məhkəməsinin 2(019)-434/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2015-ci ildə 88 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra arvada Xalayeva soyadı verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Qaysa kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 41 saylı arayışdan görünür ki, İddiaçı aşağıda qeyd edilmiş ailəsi vardır:1. atası X7, anası X12, bacısı X8 və oğlu X5. İşdə olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2022-ci il tarixli MŞİH-16089 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, bu arayış Cavabdeh İddiaçı tərəfindən təsvir edildiyi kimi aliment borcunun ödənilməsindən azad edilmə və birgə nikahdan olan uşağın onun himayəsinə verilməsi mübahisəsi ilə xx.xx.2022-ci il tarixində saat 11:30 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmədiyini/iştirak etməkdən yazılı şəkildə imtina etdiyini təsdiq etmək üçün verilir. Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə 5 (beş) gün əvvəlcədən poçt məktubu vasitəsi ilə məlumatlandırılmışdır. İddiaçı iştirak etdi, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərci təktərəfli qaydada ödədi. İşdə olan və məhkəmə iclasında tədqiq edilən mediasiya prosesinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli MŞİH-16089 nömrəli protokoldan görünür ki, İddiaçı aliment borcunun ödənilməsindən azad edilmə və birgə nikahdan olan uşağın onun himayəsinə verilməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixdə mediasiya prosesi keçirilmişdir, Cavabdeh iştirak etmədiyi üçün ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim edildi. Mediatorun təşəbbüsü ilə mediasiya prosesinə xitam verilmiş, İddiaçı 50 manat mediasiya xərcini təktərəfli qaydada ödədi. İşdə olan xx.xx.2022-ci il tarixli mədaxil qəbzlərindən görünür ki, İddiaçı 50 manat mediasiya xərci və hazırki iddianın qaldırılması üçün 50 manat dövlət rüsumu, cəmi 100 manat dövlət rüsumu ödəmişdir. İşə əlavə olunan və məhkəmə iclasında tədqiq edilən Balakən Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının xx.xx.2022-ci il tarixli aktından və 01 iyul 2022-ci il tarixli 06-1074 nömrəli rəyindən görünür ki, komissiya uşağın valideynlərinə məxsus evlərin maddi-məişət şəraitlərinin normal olduğunu, uşağın faktiki olaraq öz valideynləri ilə deyil, onların yaxın qohumları ilə yaşadığını bildirir, xx.xx.2013-cü ildə anadan olmuş X4 anasının (anasının valideynlərinin) yanında qalmaq istəməsini nəzərə alaraq onun yaşayış yerinin anasının (anasının valideynlərinin) yanında müəyyən olunmasını məqsədəuyğun hesab edir. Eyni zamanda AR Ailə Məcəlləsinin 58.3. maddəsinə əsasən valideynlər digər şəxslərlə müqayisədə öz uşaqlarının tərbiyəsində üstün hüquqlara malikdirlər. Komissiya məhkəmə tərəfindən İddiaçı Həmzətin təlimtərbiyəsi və təhsili ilə faktiki məşğul olacağının müəyyən edildiyi təqdirdə uşağın öz fikri də nəzərə alınaraq atasının himayəsinə verilməsinə etiraz etmir. Həmçinin məhkəmə iclasında Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək, İddiaçı ona qarşı xx.xx.2013-cü il tarixdə doğulmuş X4 yaşayış yerinin iddiaçının yanında olmasının müəyyən edilməsi tələbinə dair iddiasını qəbul və etiraf etdiyini, bu barədə qətnamə qəbul edilməsinə etirazının olmadığını bildirmişdir. İş materiallarına əlavə olunmuş fotoşəkillər və bir ədəd DVD diskində olan videogörüntülər də xx.xx.2013-cü il tarixdə doğulmuş X4 atası İddiaçı yanında yaşadığını və onun sağlam böyüməsi, təlim-tərbiyəsi və inkişafı üçün atası tərəfindən hər cür şəraitin yaradıldığını göstərir. Məhkəmə, iddiaçının nümayəndəsi-vəkilinin və cavabdehin izahatlarını dinləyib, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakı əsaslara görə iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki,məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2012-ci il tarixdə Balakən rayonu Qaysa kənd İcra Nümayəndəliyində nikahlarını 18 sayla qeydə aldırmaqla Cavabdeh ilə evlənmişdir. Tərəflərin birgə nikahından xx.xx.2013-cü il tarixdə X5 adında bir uşaqları doğulmuşdur. Balakən Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(019)-107/2015 saylı qətnaməsi ilə İddiaçı azyaşlı oğlu X4 yetkinlik yaşına çatana kimi baxılıb saxlanılması üçün hər ay 70 manat sabit pul məbləğində alimentin tutularaq Mustafayeva (Xalayeva) Mətanət Əli qızına verilməsi qət edilmişdir. Balakən Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(019)- 434/2015 saylı qətnaməsinə əsasən İddiaçı ilə Mustafayeva (Xalayeva) Mətanət Əli qızı arasında bağlanmış nikah pozulmuşdur. İddiaçı ilə cavabdeh ayrılarkən yetkinlik yaşına çatmayan uşaq-Həmzət Mustafayev anası Cavabdehnin yanında qalmışdır. Lakin 09 oktyabr 2019cu il tarixdən Həmzət Mustafayev İddiaçı himayəsində yaşayır. Tərəflər arasında o cümldən uşağın iddiaçının himayəsinə verilməsi tələbi ilə bağlı ilkin mediasiya sessiyası keçirilmiş, lakin Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədiyinə görə bu barədə razılıq əldə edilməmiş və mediasiya prosesinə xitam verilmişdir. Məhkəmə iclasında fikri soruşulan tərəflərin birgə nikahından xx.xx.2013-cü il tarixdə doğulmuş X5 atası İddiaçı yanında qalmaq istədiyini bildirmişdir. Cavabdeh iddiaçı ilə birgə nikahdan xx.xx.2013-cü il tarixdə doğulmuş X4 yaşayış yerinin İddiaçı yanında müəyyən edilməsinə razıdır və iddianın etiraf edilməsi barədə yazılı ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Həmzət Mustafayevin saxlanması üçün Cavabdeh aliment tələb etmir. Həmçinin iddiaçı hazırki iddianın qaldırılması üçün cəmi 100 manat dövlət rüsumu ödəmişdir. Bu xüsusda məhkəmə uşağın yaşayış yerinin cavabdehin yanında müəyyən olunmasının məqsədəuyğunluğu hissəsində Balakən Rayon İcra Hakimiyyəti Başçısının Qəyyumluq və Himayə Komissiyasının 01 iyul 2022-ci il tarixli 06-1074 nömrəli rəyini işin həlli nöqteyi-nəzərindən mötəbər sübut kimi qəbul etmir. Belə ki, həmin rəy verilərkən xx.xx.2013-cü il təvəllüdlü X4 09 oktyabr 2019-cu il tarixdən atası İddiaçı yanında yaşaması, atasının yaşayış yeri üzrə məktəbə getməsi, orada dostlarının olması və atasının yaşayış yerini öz yaşayış yeri sayması, atasına çox bağlılığı, anasının yeni ailə qurması, uşağın anası ilə qalmaq istəməməsi halı nəzərə alınmamış, heç X5 ilə söhbət belə aparılmamış, onun fikri soruşulmamış, hansı elmi-tədqiqat metodlarına və müşahidələrə əsaslanmaqla belə nəticəyə gəlinməsi əsaslandırılmamışdır. Ona görə həmin rəyin bu hissəsi iddianın rədd edilməsi üçün əsas kimi qəbul oluna bilməz. Məhkəmə həmçinin Balakən Rayon İcra Hakimiyyəti Başçısının Qəyyumluq və Himayə Komissiyasının 01 iyul 2022-ci il tarixli 06-1074 nömrəli rəyinin məhkəmə tərəfindən İddiaçı Həmzətin təlim-tərbiyəsi və təhsili ilə faktiki məşğul olacağını müəyyən edildiyi təqdirdə uşağın öz fikri də nəzərə alınaraq atasının himayəsinə verilməsinə etiraz etməməsi barədə nəticə hissəsini nəzərə alır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqı və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Uşaq Hüquqları haqqında Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 60.1-ci maddəsinə əsasən valideynlik hüquqları uşaqların mənafeyi ziddinə həyata keçirilə bilməz. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 60.2-ci maddəsinə əsasən valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. BMT Baş Assambleyasının 20 noyabr 1959-cu il tarixli 1386 (XİY) saylı qətnaməsi ilə elan edilmiş Uşaq Hüquqları Bəyannaməsinin 6-cı prinsipinə görə, uşaq şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün məhəbbətə və başa düşülməyə möhtacdır. O, mümkün olduqda, valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. Azyaşlı uşaq, müstəsna şərait mövcud olduğu hallardan başqa, anasından ayrılmamalıdır. “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının 9-cu maddəsində deyilir ki, iştirakçı dövlətlər təmin edirlər ki, uşaq öz valideynlərinin arzusuna zidd olaraq onlardan ayrılmasın, bu şərtlə ki, məhkəmənin qərarına uyğun olaraq səlahiyyətli orqanlar tətbiq edilən qanuna və qaydalara müvafiq surətdə müəyyən etsinlər ki, bu ayrılıq uşağın ən yaxşı mənafeləri naminə labüddür. Belə ayrılıq o halda labüd ola bilər ki, valideynlər birbirindən ayrı yaşasınlar və uşağın yaşayış yeri barədə qərar qəbul etmək lazım gəlsin. “Uşaq hüquqları haqqında” 1989-cu il Konvensiyasının 18-ci maddəsinə əsasən, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birlikdə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın ən yaxşı maraqları valideynlərin əsas qayğı obyektidir. Sadalanan normalar əsasında məhkəmə işin həllinə ilk növbədə uşağın münasibətini araşdırmaqdan başlamağı zəruri sayır. Çünki qanunvericilikdə məhkəmələrin üzərinə qoyulan vəzifələrdən biri də, uşaq maraqlarının daha yaxşı təmin edilməsinə diqqət yetirilməsidir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Hər bir halda başlanğıc prinsipin uşağın üstün mənafeyi olduğu unudulmamalıdır. Uşaqların “üstün maraqları” konsepsiyası Uşaq hüquqları haqqında Bəyannamənin 2-ci maddəsindən, Uşaq hüquqları haqqında Korvensiyanın 3-cü maddəsinin birincə bəndindən irəli gəlir. 2008-ci ildə BMT-nin Qaçqınlar və Ailə Komissarlığı tərəfindən qəbul edilmiş “Uşaq mənafelərinin daha yaxşı təmin edilməsi Qaydaları”nda göstərilir ki, “üstün maraqlar” termini uşağın rifahını izah edir. Belə rifah yaşı, yetkinlik səviyyəsi, valideynin olubolmaması, uşağın ətraf mühiti və təcrübəsi kimi fərdi hallarla müəyyən edilir . BMT-nin Uşaq Hüquqları Komitəsinin 29 may 2013-cü ildə dərc olunmuş uşağın maraqlarının üstün tutulması haqqında 14 saylı Ümumi Şərhinin 44-cü bəndində göstərilmişdir ki, uşağın üstün maraqlarının qiymətləndirilməsinə uşağın öz fikirlərini azad ifadə etmək hüquqlarına hörmət və uşaqla bağlı bütün məsələlərdə söylənilən fikirlərə verilən qiymət daxil olmalıdır. 12-ci maddənin tələblərinə düzgün riayət edilməmişdirsə, 3cü maddənin 1-ci bəndi düzgün tətbiq edilə bilməz. Uşaq Hüquqları Komitəsinin 20 iyul 2009-cu il tarixdə dərc olunmuş uşağın dinlənilmək hüququ ilə bağlı Ümumi Qeydinin giriş hissəsində göstərilir ki, bütün uşaqların dinlənilməsi və ciddiyə alınması Konvensiyanın fundamental dəyərlərindən biridir, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə izah etmişdir ki, uşağın mənafeyinin tələb etdiyi bütün hallarda onun məhkəmə iclasında dinlənilmək hüququ təmin olunmalıdır. Uşaq hüquqları haqqında Konvensiyanın 12-ci və Ailə Məcəlləsinin 52-ci maddələrinin tələbinə müvafiq olaraq maraqlarına toxunulan istənilən məsələnin həlli zamanı uşaq öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Uşağın fikrinin obyektiv qiymətləndirilməsini təmin etmək üçün onun pedaqoqun, təhsil müəssisəsinin nümayəndəsinin (tərbiyəçinin), yaxud uşaq psixoloqunun və ya qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin iştirakı ilə dinlənilməsi məqsədəmüvafiqdir. İş materiallarına hüquqi qiymət verən məhkəmə hesab edir ki, xx.xx.2013-cü il tarixdə doğulmuş Həmzət Mustafayevin atasının yanında qalmaq istəyi onun kənar psixoloji təsirdən uzaq öz iradə ifadəsinin nəticəsidir və uşağın məhkəmədə söylədiyi fikirlər bunu sübut edir. X4 atasının yanında qalmaq istəyi 09 oktyabr 2019-cu il tarixdən yaşadığı ata evinin onun üçün rahat olması, burada dostlarının olması, burada onun qayğı və nəvazişlə əhatə olunması, anasının yeni ailə qurması və anasının yanında qalmaq istəməməsi, atasına daha çox bağlı olması xüsusatları ilə əlaqədardır. İşin faktoloji hallarından görünür ki, tərəflərin birgə nikahından doğulmuş uşaq Həmzət Mustafayev atası və ata tərəfdən baba və nənələri ilə vahid ailə təşkil edirlər və onlar arasında yaxın insanların mənəvi və emosional bağlılığını ehtiva edən ailə münasibətləri mövcuddur. Ata evindəki bu ailə mühiti uşağın fiziki və əqli cəhətdən inkişafına, sabit və təhlükəsiz şəraitdə yaşamasına və təhsil almasına şərait yaradır, onu xoşbət edir. Uşağın şəxsiyyəti, onun ata evinə, atasına və ata valideynlərinə, bir sözlə onun üçün bu sabit və təhlükəsiz ailə mühitinə bağlılığında ifadə olunan həssas vəziyyəti onun atasının yanında qalmasını zəruri edir. Uşağın öz fikirlərini sərbəst ifadə etməklə atasının yanında yaşamaq istəyi, kənar təsirdən uzaq bu istəkdə ifadə olunan həssas vəziyyəti, onun sabit və təhlükəsiz mühitdə yaşamaq zərurətinin əsasını təşkil edən bu ailə mühiti onun sağlam və təhlükəsiz böyüməsinə zəmanət verir. Həmzət Mustafayevin isinişdiyi bu sabit və təhlükəsiz ailə mühitindən ayrılması şübhəsiz ki, uşağın əqli və fiziki inkişafına böyük zərbə vuracaq, onun həyatını qeyri-müəyyən hallardan asılı edəcəkdir. Bu da uşağın sabit və təhlükəsiz mühitdə yaşamasında ifadə olunan üstün maraq və mənafeyinə zidd olacaqdır. E.Xorvatiyaya qarşı işdə İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi uşaqların yaşayış yerinin müəyyənləşdirilməsi zamanı onların fikrinin və şəxsiyyətlərinin, həssas vəziyyətinin nəzərə alınması, onların yaxın ailə mühitində, sabit və təhlükəsiz mühitdə yaşaması zərurətinin təmin edilməsini İnsan Hüquqlarının və X14 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 8-ci maddəsi üzrə öhdəliklərin yerinə yetirilməsi üçün əsas saymışdır. İş materialları ilə həmçinin müəyyən olunur ki, İddiaçı ağır xəstə deyildir, narkomaniyadan və alkoqolizmdən əziyyət çəkmir, uşağa qarşı amansız rəftar etməmiş, ona qarşı psixi və fiziki zor tətbiq etməmişdir. Həmçinin o, valideynlik hüquqlarından suiistifadə etməmiş, valideynlik hüquqlarından məhrum edilməmiş və onun valideynlik hüquqları məhdudlaşdırılmamışdır. İşin qeyd olunan faktoloji halları və hüquqi əsasları nöqteyi-nəzərindən uşağın üstün mənafeyi tələb edir ki, o, atası İddiaçı himayəsinə verilsin. Həmçinin cavabdeh də uşağın atasının himayəsinə verilməsinə razıdır. Məhkəmə qeyd edir ki, tərəflərin birgə nikahından doğulmuş X4 atası İddiaçı himayəsinə verilməsi uşağın mənafeyi, əqli və fiziki inkişafına şəraitin yaradılması zərurəti ilə bağlıdır.Ailənin vəhdətinin qorunması və uşaqların mənafeyinin müdafiə edilməsi isə hamılıqla qəbul olunmuş demokratik dəyərlərdən biridir və Azərbaycan Respublikasınında tərəfdar çıxdığı bir sıra beynəlxalq normativ hüquqi aktlarda öz əksini tapmışdır. İnsan Hüquqları Haqqında Ümumi Bəyənnamənin 16- cı maddəsinin 3-cü bəndi, Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın 23- cü maddəsinin 1-ci bəndi ailəni cəmiyyətin özəyi kimi xarakterizə edərək, onun cəmiyyət tərəfindən müdafiə edilməsi zərurətini ortaya qoyur. Avropa Konvensiyasının 8- ci maddəsinin 1-ci bəndi hər kəsin öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququnun olmasını təsbit edir. Avropa Kovensiyasının 8-ci maddəsində və həmin maddə üzrə Avropa Məhkəməsinin prsedentlərində dövlətin o cümlədən ailə həyatına hörmət hüququnun təmin edilməsində pozitiv öhdəliklər daşıdığı xüsusi vurğulanmışdır. Məsələn, Marks Belçikaya qarşı işdə Avropa Məhkəməsi ailə həyatının toxunulmazlığı hüququnun həyata keçirilməsi yolunda maneələrin aradan qaldırılması barədə dövlətin öhdəlik daşıdığını qeyd etmişdir. Həmin işdə Avropa Məhkəməsi 8-ci maddə baxımından «ailə həyatı»nı ən azı yaxın qohumlar arasında münasibətlər kimi ehtiva etmişdir. Olsson İsveçə qarşı işdə (24 mart 1988-ci il) Avropa Məhkəməsi bildirmişdir ki, valideynlər və uşaqların bir yerdə olması ailə həyatının özəyidir. Ailə üzvləri arasında azad və mütəmadi təmaslara maneələr yaradılırsa, onda bu maneələr ailə üzvləri arasında əlaqələrin qırılmasına şərait yaradaraq, ailənin sonradan birləşməsi perspektivinə zərbə vurur. Ailə üzvləri arasında harmonik münasibətlər ailənin mövcudluğunun əsas şərtlərindən biridir. Ancaq məhkəmə onu da bildirir ki, İddiaçının himayəsinə verilməsi Cavabdeh həmin uşaqla ünsiyyət hüququndan məhrum etmir. Uşağın cavabdehlə ünsiyyət hüququnun təmin edilməsi məhz uşağın əqli və fiziki inkişafına, tam şəxsiyyət kimi formalaşmasına şərait yaradacaqdır. İşin faktiki hallarına, şərh olunan hüquq normalarına əsaslanaraq, tərəflərin razılığını və uşağın üstün mənafeyini və xx.xx.2013-cü il tarixdə doğulmuş X4 fikrini əsas götürərək, məhkəmə hesab edir ki, X4 yaşayış yeri atası İddiaçı yanında müəyyən olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, İddiaçı xx.xx.2013-cü il tarixdə doğulmuş X2 üçün Cavabdeh aliment tələb etmədiyi üçün həmin uşağın saxlanması üçün hansı valideyndən hansı miqdarda aliment tutulması məsələsi hazırda həll olunmur və bu barədə qərar verilmir. Ancaq məhkəmə onu da nəzərə çatdırır ki, maraqlı şəxs həmin uşağın saxlanması üçün aliment tələbi ilə bağlı ayrıca iddia ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Məhkəmə iş üzrə Cavabdeh yazılı şəkildə ərizə verməklə, İddiaçı ona qarşı xx.xx.2013-cü il tarixdə doğulmuş X4 yaşayış yerinin iddiaçının yanında olmasının müəyyən edilməsi tələbinə dair iddiasını etiraf etməsinə hüquqi qiymət verərək, hesab edir ki, yazılı şəkildə edildiyindən, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından və qanuna zidd olmadığından, iddianın bu etirafı qəbul olunmalı və iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 52.5-ci maddəsinə əsasən o cümlədən iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-nin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə, qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına uyğun müvafiq qiymət verərək, belə nəticəyə gəlir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh birgə nikahından xx.xx.2013-cü il tarixdə doğulmuş X4 yaşayış yerinin atası İddiaçı yanında olması müəyyən edilməlidir. Həmçinin iddia təmin edildiyi üçün Cavabdeh ödənilmiş 100 manat məbləğində dövlət rüsumu tutularaq, İddiaçı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallada iddia tələblərindən kənara çıxa bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh birgə nikahından xx.xx.2013-cü il tarixdə doğulmuş X4 yaşayış yerinin atası İddiaçı yanında olması müəyyən edilsin; Cavabdeh ödənilmiş 100 manat məbləğində dövlət rüsumu tutularaq, İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №e-2(019)-459/2022
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-459/2022
13.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver