Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-467/2022 01.06.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, iddiaçı X2 iştirakı ilə, İddiaçı X2 Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı X7 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə nikahlarından olan 28.06.2014-cü ildə doğulmuş X5 və 06.09.2017-ci ildə doğulmuş X9 baxılıb saxlanılması üçün Cavabdeh sabit pul məbləğində, hər ay hər uşaq üçün 176 (bir yüz yetmiş altı) manat miqdarında alimentin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X7 iddianın həcminin azaldılması barədə məhkəməyə ərizə verərək, cavabdeh Cavabdeh ilə birgə nikahlarından 28.06.2014-cü ildə doğulmuş X5 və 06.09.2017-ci ildə doğulmuş Orucov Seymur Elşad oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 100 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçı X7 məhkəmə iclasında iddiasını müdafiə edərək onunla əsaslandırmışdır ki,o,Cavabdeh ilə 01.07.2013-cü il tarixdə nikahlarını Balakən rayonunun Qullar kənd İcra nümayəndəliyində 16 sayla rəsmiləşdirməklə evlənmişdir. Cavabdeh ilə birgə nikahlarından, 28.06.2014-cü ildə X10 və 06.09.2017-ci ildə X12 adında iki uşaqları olmuşdur. Onlar evləndikdən sonra aralarında tez-tez ailə münasibətləri zəminində mübahisələri olmuşdur. Cavabdeh ailəsinə laqeyd münasibət göstərmişdir. Bu səbəbdən də münaqişələri olmuş və Balakən Rayon Məhkəməsinin 2(019)-528/2021 saylı 19.05.2021-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Hazırda bir ildir ki, onlar ayrılmışlar. Birgə nikahlarından olan uşaqlar özünün himayəsində yaşayır. Uşaqların maddi tələbatını təkbaşına ödəməkdə çətinlik çəkir, heç bir yerdə işləmir. Cavabdeh fərdi işlərlə məşğul olur gündəlik yaxşı qazancı vardır, lakin uşağın maddi tələbatı ilə maraqlanmır. Uşaqlara baxmaq, onların maddi və mənəvi tələbatları ilə məşğul olmaq cavabdehin də valideyinlik borcudur. Ona görə də Cavabdeh birgə nikahlarından olan iki uşağın yetkinlik yaşına çatanadək baxılıb saxlanması üçün aliment tutulması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh rəsmi iş yeri olmadığından ondan sabit pul məbləğində aliment tələb edir. “X6 iştirak edilməməsi barədə” arayışı və X11 verilməsi barədə protokolu da ərizəyə əlavə edir.İddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan həmin məhkəmə iclasına təkrarən gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Qullar kənd İƏD üzrə nümayəndəliyi tərəfindən 18 iyul 2014-cü il tarixdə verilmiş AZ-İİİ seriyalı 364353 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Orucov Ziyaddin Elşad oğlu 28 iyun 2014-cü il tarixdə anadan olmuş, atası Cavabdeh, anası isə X7 göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Qullar kənd İƏD üzrə nümayəndəliyi tərəfindən 02 oktyabr 2017-ci il tarixdə verilmiş AZ-İV seriyalı 015567 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X12 06 sentyabr 2017-ci il tarixdə anadan olmuş, atası Cavabdeh, anası isə X7 göstərilmişdir. İşdə olan Balakən Rayon Məhkəməsinin 19.05.2021-ci il tarixli 2(019)-528/2021 nömrəli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddianın təmin edilməsi, iddiaçı X7 ilə Cavabdeh arasında bağlanmış 01.07.2013-cü il tarixdə Balakən rayon İcra Hakimiyyəti Qullar kənd icra nümayəndəliyində 16 nömrə ilə qeydə alınmış nikahın pozulması, onların birgə nikahından olan uşaqları-28.06.2014-cü il tarixdə doğulmuş X5 və 06.09.2017-ci ildə doğulmuş X9 iddiaçı X2 yanında saxlanmaları qət edilmiş, lakin həmin qətnamə ilə həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hansı valideyndən alimentin tutulması müəyyən edilməmişdir. İşdə olan Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 24 fevral 2022-ci il tarixdə verilmiş AZ-İ seriyalı 391807 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh və Orucova Nərminə Ramazan qızı arasında olan nikah Balakən Rayon Məhkəməsinin 2(019)-528/2021 nömrəli, 19.05.2021-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur, nikaha 21.06.2021-ci il tarixdə xitam verilmişdir. İşdə olan 28.03.2022-ci il tarixli X6 iştirak edilməməsi barədə MŞİH-16166 arayışdan görünür ki, bu arayış Cavabdeh X7 tərəfindən təsvir edildiyi kimi aliment məbləğinin müəyyən olunması mübahisəsi üzrə 28.03.2022 tarixində 10:30 saatlarında keçirilməsi nəzərdə tutulan X6 iştirak etmədiyini/iştirak etməkdən yazılı şəkildə imtina etdiyini təsdiq etmək üçün verilir. Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə 5 (beş) gün əvvəlcədən məktub vasitəsilə məlumatlandırılmışdır. X7 X6 iştirak etdi və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci ödədi. İşdə olan 28.03.2022-ci il tarixli MŞİH-16166 nömrəli X11 verilməsi barədə protokoldan görünür ki, X2 işitirakı ilə alimentin müəyyən edilməsi tələbi ilə əlaqədar 28.03.2022-ci il tarixlərdə mediasiya sessiyası keçirildi. Cavabdeh ilkin mediasiya sesiyasında iştirak etmədiyi üçün X6 iştirak ediməməsi haqqında arayış verildi. «Mediasyia haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 32.1.9 və 29.2 maddəsinə uyğun olaravq mediatorun təşəbbüsü ilə X11 verildi. X1 keçirilməsində iştirak etdi və 50 manat məbləğində mediasiya xərcini ödədi. İşdə olan 18.03.2022-ci il tarixli qəbzdən görünür ki, X7 hazırki iddia ilə bağlı 50 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki,iddiaçı X7 Cavabdeh ilə nikahlarını 01.07.2013-cü il tarixdə Balakən rayonu Qullar kənd icra nümayəndəliyində 16 nömrə ilə rəsmiləşdirməklə evlənmişlər. Tərəflərin birgə nikahlarından 28.06.2014-cü ildə X10 və 06.09.2017-ci ildə X12 adında iki uşaqları olmuşdur. Balakən Rayon Məhkəməsinin 19.05.2021-ci il tarixli 2(019)-528/2021 nömrəli qətnaməsilə iddiaçı X7 ilə Cavabdeh arasında bağlanmış 01.07.2013-cü il tarixdə Balakən rayon İcra Hakimiyyəti Qullar kənd icra nümayəndəliyində 16 nömrə ilə qeydə alınmış nikahın pozulması, onların birgə nikahından olan uşaqlar-28.06.2014-cü il tarixdə doğulmuş X5 və 06.09.2017-ci ildə doğulmuş X9 iddiaçı X2 yanında saxlanmaları qət edilmiş, lakin həmin qətnamə ilə həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hansı valideyndən alimentin tutulması müəyyən edilməmişdir. Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 24 fevral 2022-ci il tarixdə verilmiş AZ-İ seriyalı 391807 nömrəli nikahın pozulması haqqında şəhadətnamə verilməklə Cavabdeh və Orucova Nərminə Ramazan qızı arasında olan nikah Balakən Rayon Məhkəməsinin 2(019)- 528/2021 nömrəli, 19.05.2021-ci il tarixli qətnaməsinə əsasən pozulmuş, nikaha 21.06.2021-ci il tarixdə xitam verilmişdir. Hazırki mübahisə ilə bağlı «Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada X6 iştirak edilmiş və bu barədə müvafiq arayış və protokol iddia ərizəsinə əlavə olunmuşdur. Məhkəmə iclasında həmçinin müəyyən olunmuşdur ki, tərəflər arasında yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün aliment ödənilməsi barədə heç bir saziş bağlanmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcədə aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri- müntəzəm dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2022-ci ildə uşaqlar üçün yaşayış minimumu 193 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Konvensiyanın 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «Uşaq hüquqları haqqında» Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. «Uşaq hüquqları haqqında» Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin ediliməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. BMT-nin «Uşaq Hüquqları Bəyannaməsi» nin 2 saylı prinsipinə əsasən uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. BMT-nin «Uşaq Hüquqları Bəyannaməsi» nin 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalarından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o, eləcə də anası, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Uşağın lazımi qidalanma, mənzil, əyləncə və tibbi xidmət hüququ olmalıdır. İnsan Hüquqlarının və X8 Haqqında Konvensiyanın 7 sayıl Protokolunun 5-ci maddəsinə görə ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Məhkəmə qeyd edir ki, mahiyyət etibarı ilə valideynlərlə uşaqların münasibətlərində aliment institutunun mövcudluğunun qanunverici tərəfindən tanınması ilk növbədə və birmənalı olaraq uşaqların mənafelərinin qorunmasına yönəlmişdir. Qanun normasının mənasına görə heç bir yerdə işləməmək, az gəlir əldə etmək, yaxud digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Göstərilən hallar ancaq alimentin miqdarının müəyyən edilməsində nəzərə alına bilər. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə,valideynlər mənbəyindən asılı olmayaraq, öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında göstərilir ki,nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatını ödəmək vəzifəsindən azad etmir. Həmin qərarda Konstitusiya Məhkəməsi belə nəticəyə gəlmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu qərarın birinci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi”). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum olanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə, iş materialları ilə cavabdehin aylıq qazancının (gəlirinin) müəyyən olunmadığını nəzərə alaraq hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşaqların mənafeyi nəzərə alınmaqla, onların əvvəlki təminat səviyyəsinin maksimal saxlanması üçün aliment sabit pul məbləğində müəyyən olunmalıdır. Məhkəmə aliment məbləğini müəyyən edərkən həmçinin hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə uşaqları saxlamaq hər iki valideynin borcudur və valideynlərdən birinin üzərinə qoyulan aliment öhdəliyi onun üçün ağır maddi məhrumiyyətlər yaratmamalıdır. Uşaqların və onların himayəsində yaşadığı valideynin mənafeyi ilə aliment tutulan valideynin maddi imkanları və mənafeyi arasında ədalətli tarazlığa riayət olunmalıdır. Məhkəmə onu da qeyd edir ki, alimentin həlli məsələsində uşaqlara qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşaqların himayəsində olduğu iddiaçı X2 üzərinə daha çox ağırlığın düşməsi, həmçinin tərəflərin mənafeləri arasında ədalətli tarazlığın təmin edilməsi zərurəti nəzərə alınmalıdır. Ona görə də məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından 28.06.2014-cü ildə anadan olmuş Orucov Ziyavddin Elşad oğlunun və 06.09.2017-ci ildə anadan olmuş X9 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər bir uşaq üçün 100 (bir yüz) manat sabit pul məbləğində alimentin tutularaq, iddiaçı X4 verilməsi uşaqların saxlanmasının iddiaçı və cavabdehin vəzifəsi olması zəminində onların mənafeləri arasında ədalətli tarazlığa səbəb olacaqdır. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizələrinin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. İş materiallarından görünür ki, iddiaçı X7 qanuna əsasən dövlət rüsumu kimi hesablanmalı olan 50 manat mediasiya xərci ödəmiş, həmçinin əlavə olaraq ödənilməli olmayan 50 manat dövlət rüsumu ödəmişdir. X2 aliment tələbi üzrə iddiasının qiyməti ödəmənin illik məcmusu kimi 2400 manatdır. Qanuna görə həmin iddia üzrə cavabdehdən alınmalı olan dövlət rüsumu məbləği 44 manat təşkil edir. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh 44 manat dövlət rusumu tutularaq iddiaçı X4 ödənilməli, həmçinin dövlət rüsumu adı ilə səhv olaraq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödədiyi 50 manat Azərbaycan Respublikasının Dövlət büdcəsindən iddiaçı X4 ödənilməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normaları əsasında müvafiq qiymət verərək, uşaqların anasının yanında yaşamalarını, tərəflər arasında alimentin ödənilməsi ilə bağlı saziş olmamasını, cavabdehin uşaqların saxlanmasına maddi köməklik göstərməməsini, tərəflərin maddi və ailə vəziyyətlərini nəzərə alaraq, hesab edir ki, iddia təmin edilməli, ərizənin verildiyi 05 aprel 2022-ci il tarixdən başlayaraq tərəflərin birgə nikahından 28.06.2014-cü ildə anadan olmuş X3 və 06.09.2017-ci ildə anadan olmuş X9 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər bir uşaq üçün 100 (bir yüz ) manat olmaqla hər ay cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq, iddiaçı X4 verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Cavabdeh ödənilmiş 44 manat dövlət rusumu tutularaq iddiaçı X4 ödənilməli, həmçinin iddiaçı X7 tərəfindən dövlət rüsumu adı ilə səhv olaraq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilmiş 50 manat Azərbaycan Respublikasının Dövlət büdcəsindən iddiaçı X4 qaytarılmalıdır. Eyni zamanda hazırki qətnamə dərhal icra olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 234.2.1 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Ərizənin verildiyi 05 aprel 2022-ci il tarixdən başlayaraq tərəflərin birgə nikahından 28.06.2014-cü ildə anadan olmuş X3 və 06.09.2017-ci ildə anadan olmuş X9 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər bir uşaq üçün 100 (bir yüz ) manat olmaqla hər ay cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq, iddiaçı X4 verilsin; Cavabdeh ödənilmiş 44 manat dövlət rusumu tutularaq iddiaçı X4 ödənilsin; iddiaçı X7 tərəfindən dövlət rüsumu adı ilə səhv olaraq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilmiş 50 manat Azərbaycan Respublikasının Dövlət büdcəsindən iddiaçı X4 qaytarılsın. Qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №e-2(019)-467/2022
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-467/2022
01.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver