Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-486/2023 04.04.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlu, İddiaçı X6 qarşı nikahın pozulması və sair tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, m ü ə y y ə n e t d i m: İddiaçı X6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə cavabdeh X7 arasında xx.xx.2014-cü il tarixdə 31 Azərbaycan Respublikası Balakən rayon Qeydiyyat Şöbəsi AZ-T № 033381 saylı akt qeydi ilə qeydə alınmış nikahın pozulması, cavabdeh X7 ilə birgə nikahlarından anadan olmuş xx.xx.2014-cü il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X3 onun yanında saxlanması və xx.xx.2014-cü il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X1 görə cavabdeh X4 hər ay sabit pul məbləğində hər bir uşaq üçün 200 manat alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəyə və ona əlavə olunmuş sənədlərə baxaraq, hesab edirəm ki, aşağıda göstərilən əsaslara görə bu ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda-iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.2-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. İş materiallarında olan tərəflər arasında mediasiyada bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər o cümlədən uşaqların İddiaçı yanında saxlanması, X5 hər ay hər uşaq üçün iddiaçıya 200 AZN aliment ödəməli olması barədə razılığa gəlmişlər. İşdə olan Balakən Rayon Məhkəməsində tərtib olunmuş 31 mart 2023-cü il tarixli aktdan görünür ki, İddiaçı elektron kabinet vasitəsi ilə gələn iddia ərizəsində qoşma hissəsində nikah haqqında şəhadətnamə, doğum haqqında şəhadətnamənin notarial təsdiq edilmiş surəti, MAPS-dan arayışlar, şəxsiyyət vəsiqəsinin surəti, dövlət rüsumunun ödənilməsi barədə qəbz olduğu qeyd olunub, lakin həmin sənədlər elektron kabinet vasitəsilə göndərilməyib. Hazırki iddia ərizəsindən görünür ki, ərizədə cavabdehin iş yerinin ünvanı, elektron poçt ünvanı, eyniləşdirmə məlumatları-şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN göstərilməmiş, həmçinin barışıq sazişində uşaqların hansı valideynin yanında qalması və hansı valideyndən hansı məbləğdə alimentin tutulması məsələsi barədə razılıq əldə olunduğu halda, nikah pozulduğu təqdirdə uşaqların iddiaçının yanında saxlanması və cavabdehdən iddiaçının xeyrinə alimentin tutulması barədə iddia tələbi irəli sürülmüşdür. Halbuki barışıq sazişində əks olunmuş məsələlərin könüllü qaydada icra edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası MPM-nin 355-23-355-26-cı maddələrinə əsasən «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etməlidir. Qanunvericiliyin tələbinə görə belə ərizələr xüsusi icraat qaydasında ərizə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır və barışıq sazişi təsdiq edildiyi təqdirdə o, məcburi icra olunmalıdır. Eyni zamanda iş materiallarından görünür ki, ərizəçi İddiaçı hazırki iddianın qaldırılması üçün dövlət rüsumunun ödənilməsi haqqında sənədi iddia ərizəsinə əlavə etməmiş, həmçinin nikah haqqında şəhadətnamə, doğum haqqında şəhadətnamənin notarial təsdiq edilmiş surətini, MAPS-dan arayışları və şəxsiyyət vəsiqəsinin surətini iddia ərizəsinə əlavə etməmişdir. Göstərilənlər də hazırki iddia ərizəsinin qanunvericiliyin tələblərinə uyğun olmadan verildiyini göstərməklə bu iddia ərizəsinin qaytarılması üçün əsasdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə qeyd olunanları, mülki prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, İddiaçı X6 qarşı nikahın pozulması və sair tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı, ərizəçi İddiaçı ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-152, 263-264 və 266-268-ci maddələrini rəhbər tutub, q ə r a r a a l d ı m: İddiaçı X6 qarşı nikahın pozulması və sair tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın; ərizəçi İddiaçı ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №e-2(019)-486/2023
Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-486/2023
04.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver