Məhkəmə qərarları › İş №e-2(019)-537/2022

Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-537/2022

09.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-537/2022 09.08.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı Qurbanmahama oğlunun və Cavabdeh iştirakı ilə, İddiaçı Qurbanmahama oğlunun Cavabdeh qarşı alimentdən azad olunma və aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Qurbanmahama oğlu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 22 noyabr 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Balakən Rayon Məhkəməsinin 27 may 2019-cu il tarixli 2 (019)-570/2019 saylı qərarı ilə hər ay 130 (bir yüz otuz) manat miqdarında alimentin ondan Cavabdeh ödənilməsinə dair hissədə alimentdən azad olunması, bundan başqa azyaşlı-30 may 2008-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay cavabdehdən sabit pul məbləğində 193 (yüz doxsan üç) manat miqdarında alimentin cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Qurbanmahama oğlu ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsində cavabdehlə aralarında olan mübahisənin məhkəmədən kənar qaydada həll edəcəkləri barədə razılaşdıqlarını bildirərək, Cavabdeh qarşı alimentdən azad olunma və aliment tələbinə dair iddia ərizəsinin geri qaytarılmasını və bu əsasla iddia ərizəsinin baxılmamış saxlanmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh İddiaçı Qurbanmahama oğlunun ona qarşı alimentdən azad olunma və aliment tələbinə dair iddiası üzrə mülki işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyini və hazırki iddia ərizəsinin baxılmamış saxlanmasına razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, ərizə baxılmamış saxlanılır. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Məhkəmə iş üzrə sənədləri tədqiq edib, yuxarıda şərh edilənlərə əsasən hesab edir ki, iddiaçı iddia ərizəsinin geri qaytarılmaqla baxılmamış saxlanması barədə ərizə verdiyinə və cavabdeh hazırki iddia üzrə işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyinə görə İddiaçı Qurbanmahama oğlunun Cavabdeh qarşı alimentdən azad olunma və aliment tələbinə dair iddia ərizəsi baxılmamış saxlanmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalı və iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Qurbanmahama oğlunun Cavabdeh qarşı alimentdən azad olunma və aliment tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın; iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı Qurbanmahama oğluna qaytarılsın; iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilsin. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar