Məhkəmə qərarları › İş №e-2(019)-541/2023

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-541/2023

19.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-541/2023 19.10.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması və valideynin (atanın) əlavə xərclərdə iştiraka cəlb edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Balakən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(019)-812/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək (artırılaraq) xx.xx.2009cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsi,faktiki çəkilmiş əlavə xərclərə görə 11.276 (on bir min iki yüz yetmiş altı) manat, mediasiya xərcinə görə 50 (əlli) manat, hüquqi yardım üçün ödənilmiş 50 (əlli) manat və dövlət rüsumu kimi ödənilmiş 125 (bir yüz iyirmi beş) manat, cəmi 11.501 (on bir min beş yüz bir) manat pul vəsaitinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi-vəkili Vəkil məhkəməyə iddianın həcminin artırılması barədə ərizə ilə müraciət edərək, Balakən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(019)- 812/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək (artırılaraq) xx.xx.2009-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsi, faktiki çəkilmiş əlavə xərclərə görə 12.083 (on iki min səksən üç ) manat, mediasiya xərcinə görə 50 (əlli) manat, hüquqi yardım üçün ödənilmiş 50 (əlli) manat və dövlət rüsumu kimi ödənilmiş 125 (bir yüz iyirmi beş) manat, cəmi 12308 (on iki min üç yüz səkkiz) manat pul vəsaitinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin həcminin artırılması haqqında ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Balakən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(019)-812/2019 nömrəli qətnaməsi ilə Balakən Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(019)-269/2017 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilmiş (artırılmış) xx.xx.2009-cu il doğum tarixli X7 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh 130 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə tərəfindən xx.xx.2019- cu il tarixdə qəbul edilmiş qətnamədə qeyd olunmuş 130 manat aliment məbləği uşağın tələbatlarının yarısının belə ödənilməsinə yetərli deyildir. Cavabdeh qətnamə üzrə ödəniləcək alimenti də vaxtlı-vaxtında ödəmir. Cavabdehin bu günə ödənilməmiş 3.000 (üç min) manat aliment borcu yaranmışdır. X21 “serebral iflic” xəstəliyindən əziyyət çəkdiyindən normal uşaqlar kimi yeriməkdən, hərəkət etməkdən məhrumdur. Xəstəliyi ağır xəstəlik olduğundan övladının əqli inkişafı da öz həmyaşıdlarından xeyli geri qalmışdır. Eyni zamanda övladı İlfanın sağ gözü cərrahi əməliyyat olunaraq götürülmüşdür. İlfana “Anoftalm” (göz almasının olmaması), “Astiqmatizm”, “Əqli gerilik”, “Serebral iflic” diaqnozları təyin edilmişdir. İlfanın sol gözünə isə “görmə sinirinin atrofiyası” diaqnozu qoyulmuşdur.Görmə sinirin atrofiyası-göz dibindən baş beyinə məlumat ötürən görmə siniri liflərinin tam və ya qismən məhv olmasıdır. Məhv olan liflərin miqdarından asılı olaraq hissəvi və tam atrofiya ayırd edilir. Xəstəlik adətən tədricən irəlilədiyindən görmə sinirinin lifləri tamamilə məhv olur və görmə qabiliyyəti də yox dərəcəsinə çataraq geri dönməz korluğa səbəb olur. Qeyd olunan xəstəliklərin müalicəsi yoxdur. İlfanın hal-hazırda ağır xəstəliklərdən əziyyət çəkməsi və gələcəkdə də davamlı olaraq müayinə və müalicəyə ehtiyacının olması, iddia ərizəsinə əlavə edilmiş tibbi sənədlərlə sübuta yetirilir. Onu da qeyd edir ki, Tibbi Sosial Ekspert Komissiyası tərəfindən X21in əlil uşaq olması müəyyən edilmişdir. Cavabdeh uşağın saxlanmasında, müayinə və müalicə xərclərinin çəkilməsində bu günə qədər ona heç bir yardım göstərməmiş və ümumiyyətlə bir ata kimi ağır xəstəlikdən əziyyət çəkən övladının səhhəti ilə maraqlanmamışdır. Bu günə qədər övladının bütün maddi ehtiyaclarını, müayinə və müalicə xərclərini təkbaşına özü, yaxın qohumlarım və xeyir sevər insanlar qarşılamışdır. Qeyd etmək istəyir ki, cavabdeh fərdi əmək fəaliyyəti ilə məşğuldur və kifayət qədər gəlir əldə edir. Mülkiyyətində 1 (bir) hektardan çox torpaq sahəsi vardır. Həmin torpaq sahəsində təsərrüfatından xeyli miqdarda gəlir əldə edir. Yuxarıda qeyd olunan iş üçün mühüm əhəmiyyət kəsb edən faktiki hallar alimentin miqdarının artırılmasına və atanın uşağa görə əlavə xərclərdə iştirakına cəlb olunması üçün birbaşa əsasdır. Xüsusilə vurğulanmalıdır ki, alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq, öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması, ən əsası müayinə və müalicə xərclərinin ödənilməsi valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Hesab edir ki, Balakən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(019)- 812/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək (artırılaraq) xx.xx.2009-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 220 manat aliment tutulmalıdır. İş üzrə xx.xx.2023-cü il tarixdə, xx.xx.2023-cü il tarixdə, xx.xx.2023-cü il tarixdə, xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə hazırlıq və məhkəmə baxış iclaslarında iştirak edən İddiaçı iddiasını müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq özünün 2-ci qrup əlilliyə görə 220 manat pensiya aldığını, həmçinin uşağı X7 250 manat pensiya aldığını bildirərək, iddianın təmin olunmasını və Balakən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(019)-812/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək (artırılaraq) xx.xx.2009-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini, faktiki çəkilmiş əlavə xərclərə görə 12.083 (on iki min səksən üç ) manat, mediasiya xərcinə görə 50 (əlli) manat, hüquqi yardım üçün ödənilmiş 50 (əlli) manat və dövlət rüsumu kimi ödənilmiş 125 (bir yüz iyirmi beş) manat, cəmi 12.308 (on iki min üç yüz səkkiz manat pul vəsaitinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iş üzrə 19 oktyabr 2023-cü il tarixə saat 10.15-ə təyin olunmuş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydadad xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, onun nümayəndəsi-vəkili Vəkil məhkəməyə ərizə göndərərək məhkəmə baxışında üzürlü səbəbdən iştirak edə bilməyəcəklərini göstərərək xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim etdiyi tələbin həcminin artırılması barədə ərizəsini nəzərə alaraq tələbin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, iddiaçı tərəfin işə onların iştirakı olmadan baxılması barədə yazılı müraciətini və belə halda Azərbaycan Respublikası MPM-nin 259.0.6 və 259.0.7-ci maddələrinin tələblərinin tətbiq olunmamasını nəzərə alaraq hazırki işə İddiaçı və onun nümayəndəsi-vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına təkrarən gəlməmiş və məhkəməyə yazılı ərizə ilə müraciət edərək, xəstəliyi ilə bağlı yataqdan qalxa bilmədiyini, ona görə də məhkəmədə iştirak etməyinin mümkün olmadığını göstərərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5 maddəsinə uyğun olaraq işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək, hazırki iddia tələbinə qəti etiraz etdiyini, iddia tələbini qəbul etmədiyini və əsassız hesab etdiyini bildirmiş və bunu onunla əsaslandırmışdır ki, onun maddi vəziyyətində heç bir artım olmamış, əksinə maddi durumu daha da pisləşmişdir, özü xəstədir, İİ dərəcəli şəkərli diabet xəstəsidir, eyni zamanda yüksək təzyiqi vardır, ürəyi xəstədir, yataq xəstəsidir, işləmə qabiliyyəti yoxdur. Heç bir gəliri yoxdur, bu günə qədər alimentləri də yoldaşı ödəyib. O da eyni zamanda onkoloji xəstədir. Yuxarıda qeyd etdiklərini nəzərə alaraq iddianın rədd edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəməyə başqa bir ərizə ilə müraciət edərək, maddi vəziyyətində müsbət dəyişikliyin olmadığını, gəlirlərinin ümumiyyətlə olmadığını, belə ki, heç yerdə işləmədiyini, çox ağır ailə şəraitində yaşadığını, ağır şəkərli diabet xəstəsi olduğunu, arvadının onkoloji xəstə olduğunu, maddi vəziyyətlərinin günü gündən ağırlaşdığını və xeyirxah kənd sakinlərinin yardımı ilə dolandıqlarını, onun hansı maddi vəziyyətinin yaxşılaşdırılması əsasında İddiaçı alimentin artırılması qənaətinə gəldiyini, iddianı qəbul etmədiyini bildirərək, iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə yenidən ərizə ilə müraciət edərək, hazırki iddia tələbinə qəti etiraz etdiyini, iddianı qəbul etmədiyini və əsassız hesab etdiyini bildirmiş və bunu bir daha onunla əsaslandırmışdır ki, onun maddi vəziyyətində heç bir artım olmamış, əksinə maddi durumu daha da pisləşmişdir, özü xəstədir, İİ dərəcəli şəkərli diabet xəstəsidir, eyni zamanda yüksək təzyiqi vardır, ürəyi xəstədir, yataq xəstəsidir, işləmə qabiliyyəti yoxdur. Heç bir gəliri yoxdur, bu günə qədər alimentləri də yoldaşı ödəyib. O da eyni zamanda onkoloji xəstədir. Yuxarıda qeyd etdiklərini nəzərə alaraq iddianın rədd edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş edir. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin 07 oktyabr 2019-cu il tarixli, 2(019)-812/2019 nömrəli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Balakən Rayon Məhkəməsinin 22 fevral 2017-ci il tarixli, 2(019)-269/2017 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilmiş (artırılmış), 02 iyul 2009-cu il tarixdə anadan olmuş X7 yetkinlik yaşına çatanadək saxlanması üçün hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən Cavabdeh 130 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi, Cavabdeh 30 manat məbləğində dövlət rüsumunun tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Balakən rayornu Talalar kənd icra nümayəndəliyi tərəfindən 21 avqust 2009-cu il tarixdə verilmiş AZ-İİ seriyalı 319626 №-li doğum haqqında şəhadətnamədən görünür ki, X14 02 iyul 2009-cu ildə anadan olmuş, atası Cavabdeh, anası İddiaçı yazılmışdır. İş materiallarında olan X25 PHŞ-nin X15 tərəfindən verilmiş Epikrizdən görünür ki, X14 G80.0 Serebral İflic (tetraparntie forma) diaqnozu ilə xəstədir. İş materiallarında olan X22 adına Milli Oftalmologiya Mərkəzi tərəfinlən verilmiş a/k3001 nömrəli çıxarışdan görünür ki, X7 xəstəlik diaqnozu-OD-anoftalmdır. İş materiallarında olan Şəki 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2023cü il tarixli Mediasiya Sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı mediasiya sessiyasında iştirak etmişdir, o, 50 manat İMS xərcini təktərəfli şəkildə ödəmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 232327 nömrəli mədaxil qəbzində İlfan Mustafayevin müalicəsi üçün X6 Mərkəzinə 400 manat ödənilməsi göstərilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 232335 nömrəli mədaxil qəbzində İlfan Mustafayevin müalicəsi üçün X6 Mərkəzinə 600 manat ödənilməsi göstərilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 232347 nömrəli mədaxil qəbzində İlfan Mustafayievin müalicəsi üçün X6 Mərkəzinə 500 manat ödənilməsi göstərilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 232341 nömrəli mədaxil qəbzində İlfan Mustafayevin müalicəsi üçün X6 Mərkəzinə 400 manat ödənilməsi göstərilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 232349 nömrəli mədaxil qəbzində İlfan Mustafayevin müalicəsi üçün X6 Mərkəzinə 300 manat ödənilməsi göstərilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 232339 nömrəli mədaxil qəbzində İlfan Mustafayevin müalicəsi üçün X6 Mərkəzinə 530 manat ödənilməsi göstərilmişdir. İş materiallarında olan 2417 nömrəli satış çekində "xxxx" Cərrahlıq klinikası MMC-yə 40 manat ödəniş edilməsi göstərilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 20 nömrəli satış çekində «X10» MMC-nə 200 manat ödəniş edilməsi göstərilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 36134 nömrəli çekdə "xxxx" MMC-nə 66 manat ödəniş edilməsi göstərilmişdir. İş materiallarında olan 31 may 2021-ci il tarixli 232311 nömrəli mədaxil qəbzində İlfan Mustafayevin müalicəsi üçün X6 Mərkəzinə 300 manat ödənilməsi qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 232328 nömrəli mədaxil qəbzində İlfan Mustafayevin müaəlicəsi üçün X6 Mərkəzinə 400 manat ödənilməsi qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 296 nömrəli satış çekində «X16» MMC-nə 150 manat ödəniş edilməsi göstərilmişdir. İş materiallarında olan 2529 nömrəli mədaxil qəbzində ARS-yə 30 manat ödənilməsi göstərilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 232331 nömrəli mədaxil qəbzində İlfan Mustafayevin müalicəsi üçün X6 Mərkəzinə 400 manat ödənilməsi göstərilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 232337 nömrəli mədaxil qəbzində İlfan Mustafayevin müalicəsi üçün X6 Mərkəzinə 500 manat ödənilməsi göstərilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 232334 nömrəli mədaxil qəbzində İlfan Mustafayevin müalicəsi üçün X6 Mərkəzinə 600 manat ödənilməsi göstərilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 232325 nömrəli mədaxil qəbzində İlfan Mustafayevin müalicəsi üçün X6 Mərkəzinə 400 manat ödənilməsi göstərilmişdir. İş materiallarında olan tarixi, nömrəsi göstərilməyən mədaxil qəbzində İlfan Mustafayevin müalicəsi üçün X6 Mərkəzinə 140 manat ödənilməsi göstərilmişdir. İş materiallarında olan 25 iyun 2021-ci il tarixli 232310 nömrəli mədaxil qəbzində İlfan Mustafayevin müalicəsi üçün X6 Mərkəzinə 400 manat ödənilməsi göstərilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 232345 nömrəli mədaxil qəbzində İlfan Mustafayevin müalicəsi üçün X6 Mərkəzinə 720 manat ödənilməsi göstərilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 232312 nömrəli mədaxil qəbzində İlfan Mustafayevin müalicəsi üçün X6 Mərkəzinə 300 manat ödənilməsi göstərilmişdir. İş materiallarında olan 9.02.2023-cü il tarixli 232351 nömrəli mədaxil qəbzində İlfan Mustafayevin müalicəsi üçün X6 Mərkəzinə 500 manat ödənilməsi göstərilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 232307 nömrəli mədaxil qəbzində İlfan Mustafayevin müalicəsi üçün X6 Mərkəzinə 300 manat ödənilməsi göstərilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 232314 nömrəli mədaxil qəbzində İlfan Mustafayevin müalicəsi üçün X6 Mərkəzinə 500 manat ödənilməsi göstərilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli mədaxil qəbzində İlfan Mustafayevin müalicəsi üçün CİTY Hospitala 107 manat ödənilməsi göstərilmişdir. İş materiallarına əlavə olunmuş 2.04.2023-cü il tarixli mədaxil qəbzində İlfan Mustafayevin müalicəsi üçün X30 HOSPİTALA 120 manat ödənilməsi göstərilmişdir. İş materiallarına əlavə olunmuş VVellness Nitq və Reabilitasiya Mərkəzinin xx.xx.2023-cü il tarixli 002 saylı arayışında X14 üçün xx.xx.2023 və xx.xx.2023 tarixində Vellness Nitq və Reabilitasiya Mərkəzində nəğd qaydada müvafiq olaraq 100 və 480 manat, cəmi olaraq 580 manat ödəniş edilməsi göstərilmişdir. İş materiallarına əlavə olunmuş «Elektron məhkəmə» sorğu sistemindən alınan arayışdan görünür ki, İddiaçı ümumi xəstəlik 2-ci qrup əlilliyə görə 220 manat pensiya alır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Məşğulluq Agentliyinin X5 Filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-17-2/2-M-59159/2023 nömrəli arayışdan görünür ki, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” altsistemində hazırda qüvvədə olan aktiv əmək müqaviləsi aşkar olunmamışdır. İş materiallarına əlavə olunmuş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 07 fevral 2017-ci il tarixdə verilmiş AZ-İ 321167 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, Cavabdeh 10 yanvar 2017-ci ildə vətəndaş X11 doğulmuş X17 atası hesab edilmiş, bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 2017-ci ilin fevral ayının 07 günündə 20 № ilə qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş 07 fevral 2017-ci il tarixdə verilmiş AZ-İİİ 913509 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X18 10 yanvar 2017-ci il tarixdə doğulmuş, atası Cavabdeh, anası X19 qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Balakən rayonu İcra Hakimiyyətinin Talalar kənd İƏD üzrə nümayəndəsinin xx.xx.2023-cü il tarixli 563 nömrəli arayışından görünür ki, X18 həqiqətən Talalar kənd sakinidir, hal-hazırda işləmir, şəkərli diabet xəstəliyindən əziyyət çəkir, ailəlidir, ailənin sosial vəziyyəti aşağıdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli **********581600 nömrəli arayışdan görünür ki, “X8 Mərkəzi” MMC (VÖEN **********) tərəfindən 2021-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinə əsasən xalis gəliri 3083.34 manat və xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə təqdim edilən sadələşdirilmiş vergi bəyannamələrinə əsasən dövriyyəsi 2500 manat təşkil etmişdir. İş materiallarından həmçinin görünür ki, İddiaçı tərəfindən 50 manat vəkil-nümayəndə xərci, 50 manat mediasiya xərci və qanunda nəzərdə tutulmuş məbləğdə dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iddiaçının izahatını dinləyib, cavabdehin iddiaya yazılı etirazını araşdırıb, iş materiallarını nəzərdən keçirib, iş üzrə mövcud sübutlara hüquqi qiymət verməklə, hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə əsasən müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən uşaqlara qayğı göstərmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda,uşaqların saxlanması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də, aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm dəyişən olarsa, ya qazancının (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissəsi kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. BMT-nin «Uşaq Hüquqları Bəyannaməsi» nin 2 saylı prinsipinə əsasən uşaq qanunla və digər vasitələrlə sosail müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. BMT-nin «Uşaq Hüquqları Bəyannaməsi» nin 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalarından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o, eləcə də anası, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Uşağın lazımi qidalanma, mənzil, əyləncə və tibbi xidmət hüququ olmalıdır. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü ildə yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatını ödəmək vəzifəsindən azad etmir. Həmin qərarda Konstitusiya Məhkəməsi belə nəticəyə gəlmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu qərarın birinci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi”). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum olanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə qeyd edir ki, mahiyyət etibarı ilə valideynlərlə uşaqların münasibətlərində aliment institutunun mövcudluğunun qanunverici tərəfindən tanınması ilk növbədə və birmənalı olaraq uşaqların mənafelərinin qorunmasına yönəlmişdir. Ailə Məcəlləsinin yuxarıda istinad olunan 78.2-ci maddəsində də bu məqsəd öz əksini taparaq, qeyd olunmuşdur ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbinə görə alimentin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsin tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla, alimenti ödəməkdən azad edə bilər. Göstərilənlərin konteksində məhkəmə hesab edir ki, xeyrinə aliment ödənilən uşağın böyüdükcə maddi tələbatının yüksəlməsi, aliment təyin edilən 07 oktyabr 2019-cu il tarixdə uşaqlar üçün yaşayış minimumunun ölkə üzrə 160 manat olduğu təqdirdə, hazırda bu yaşayış minimumunun artması (2023-cü ildə uşaqlar üçün yaşayış minimumunun 220 manat təşkil etməsi) və bu xüsusda uşağın təminat səviyyəsinin maksimal saxlanması zərurəti alimentin miqdarının dəyişdirilməsi (artırılması) üçün qanunda göstərilən əsas kimi qəbul edilməlidir. Belə ki, xx.xx.2009-cu ildə doğulmuş X2 üçün Balakən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(019)-812/2019 saylı qətnaməsi ilə təyin edilmiş bir uşaq üçün 130 manat aliment həmin uşağın yaşının və bu xüsusda tələbatlarının artması xüsusunda onun təminat tələbinə cavab vermir. Ona görə də həmin alimentin miqdarı artırılmalıdır. Bu zaman uşağı saxlamağın hər iki valideynin vəzifəsi olması nəzərə alınmalıdır. Həmçinin nəzərə alınmalıdır ki, aliment ödənişi yeni ailə quran və himayəsində daha bir yetkinlik yaşına çatmayan uşağı olan, heç yerdə işləməyən, aylıq hər hansı qazancı (gəliri) müəyyən edilməyən cavabdeh üçün ağır maddi məhrumiyyətlər yaratmamalı, tərəflərin mənafeləri arasında ədalətli tarazlığa riayət olunmalıdır. Uşağa ən azından yaşayış minimumunun təmin edilməsi valideynin birbaşa vəzifəsidir və yuxarıda qeyd olunduğu kimi, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqlarla bölüşməyə borcludurlar. İş materiallarından həmçinin görünür ki, Balakən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə uşağın saxlanması hər ay 130 manat aliment təyin edildikdən sonra iddiaçı 3 ildən artıq müddət ərzində alimentin artırılması üçün məhkəməyə müraciət etməmiş, cavabdeh də bu müddət ərzində təyin edilmiş aliment ödənişindən əlavə uşağın maddi təminatında iştirak etməmişdir. Faktiki olaraq iddiaçı uşağın saxlanması üçün əsas yükü öz üzərinə götürmüşdür. Hazırki şəraitdə ayda 130 manat təyin olunmuş alimentlə uşağın artan tələbatını ödəmək və onun əvvəlki təminat səviyyəsini maksimal saxlamaq qeyri-mümkündür. Bu hallar da alimentin artırılmasını tələb edir. Ölkə üzrə uşaqlar üçün 2019-cu ildə yaşayış minimumu 160 manat, 2023-cü ildə isə 220 manat müəyyən olunmuşdur. Belə olan halda uşağın saxlanması üçün elə bir aliment məbləği təyin olunmalıdır ki, həmin məbləğ uşağın əvvvəkli təminat səviyyəsinin maksimal saxlanması üçün şəraiti təmin etsin və həmçinin tərəflərin mənafeləri arasında ədalətli tarazlıq yaratsın. Digər tərəfdən alimentin miqdarı müəyyən olunduqdan sonra tələbatın artması və həyat şəratinin bahalaşması ilə bağlı uşağın saxlanması konteksində iddiaçının maddi vəziyyətinin pisləşməsi halı da Ailə Məcəlləsinin 112.1-ci maddəsində qeyd olunmuş alimentin artırılması üçün əsas kimi nəzərə alınmalıdır. Belə ki, ümumməlum faktdır ki, Balakən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(019)-812/2019 nömrəli qətnaməsi ilə alimentin miqdarı müəyyən olunduqdan sonra hazırki vaxtadək gündəlik tələbat malları, sənaye malları və ərzaq məhsullarının qiyməti davamlı olaraq artmış, həyat şəraiti bahalaşmışdır. Məhz həm də bunun nəticəsi olaraq dövlət tərəfindən yaşayış minimumu, o cümlədən yaşayış minimumu məbləği artırılmışdır. Lakin qeyd edildiyi kimi, cavabdeh yalnız təyin olunmuş aylıq alimenti ödəməyə çalışmış, alimentin təyin olunduğu vaxtdan sənaye və ərzaq məhsullarının və digər malların qiymətlərinin artmasına, həyat şəraitinin bahalaşmasına baxmayaraq, alimentin miqdarını artırmamış, uşağın artan maddi tələbatının təmin edilməsində iştirak etməmişdir. Bu müddət ərzində uşağın məişət qayğılarının çəkilməsində və artan tələbatının təmin edilməsində əsas ağırlıq iddiaçının üzərinə düşmüşdür. Bu hallar birmənalı şəkildə aliment təyin olunduqdan sonra iddiaçının maddi vəziyyətinin pisləşməsini, bu xüsusda hazırki alimentin uşağın əvvəlki təminat səviyyəsinə maksimal saxlanması zərurətinə cavab vermədiyini göstərir. Bu konteksdə məhkəmə nəzərə çatdırır ki, uşaqlar üçün yaşayış minimumu məbləğinin artırılması şübhəsiz ki, uşaqların artan tələbatının təmin edilməsi üçün lazımi şəraitin yaradılması ilə birbaşa bağlıdır. Belə ki, bütün sahələr üzrə uşaqların üstün maraqlarının təmin edilməsi Azərbaycan dövlətinin prioritet siyasətidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair» 05 oktyabr 2012-ci il tarixli qərarında göstərildiyi kimi, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda uşaqların öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Lakin aliment təyinatında həmçinin nəzərə alınmalıdır ki, iddiaçı 220 manat pensiya alır, həmçinin xeyrinə alimentin artırılması tələb edilən uşaq X14 250 manat pensiya alır. Cavabdeh isə xəstədir, işləmir, onun aylıq hər hansı qazanca (gəlirə) malik olması və hər ay tələb edilən 220 manat məbləğində aliment ödəmək qabiliyyətində olması iş materialları ilə müəyyən olunmur. Əksinə iddiaçının iddia ərizəsindən və məhkəmədə verdiyi izahatından da görünür ki, Cavabdeh Balakən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə təyin olunmuş aylıq 130 manat alimenti də tam ödəmək iqtidarında deyildir və o, bununla bağlı onun aliment borcu vardır. Eyni zamanda iddiaya yazılı etirazında Cavabdeh yataq xəstəsi olduğunu, işləmədiyini, işləmək qabiliyyətinin və ödəniş qabiliyyətinin olmadığını və bu günə qədər alimentin onun arvadı tərəfindən ödənildiyini bildirmişdir. İddiaçı da cavabdehin göstərdiyi bu halları təkzib edən, cavabdehin hər ay 220 manat alimenti ödəmək qabliyyətində olmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda İddiaçı iddia tələbinin əsaslandırıldığı hallar kimi Cavabdeh fərdi əməklə məşğul olması və kifayət qədər gəlir əldə etməsi, həmçinin cavabdehin mülkiyyətində 1 hektardan çox torpaq sahəsinin olması və həmin torpaq sahəsində təsərrüfatından xeyli miqdarda gəlir əldə etməsini göstərsə də, bu halların mövcudluğunu, yəni həqiqətən də Cavabdeh fərdi əməklə məşğul olması və kifayət qədər gəlir əldə etməsi, cavabdehin mülkiyyətində 1 hektardan çox torpaq sahəsinin olması və həmin torpaq sahəsində təsərrüfatından xeyli miqdarda gəlir əldə etməsini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, alimentin miqdarının məhz hər ay 220 manat təyin olunması tələbinin əsaslılığını sübut edə bilməmişdir. Halbuki qanuna görə (MPM-nin 77.1-ci maddəsi) bu vəzifə iddiaçının üzərinə düşür. Lakin məhkəmə 2023-cü ildə ölkə üçün uşaqlar üçün yaşayış minimumunun 220 manat təşkil etməsi, iddiaçının və uşağın aylıq pensiya almaları, cavabdehin isə hər hansı qazancının (gəlirinin) müəyyən olunmaması, valideynlərin uşağı saxlamaq üçün bərabər vəzifələr daşıması və uşağı üçün yaşayış minimununu ödəmək vəzifəsi daşıması, bu konteksdə tərəflərin mənafeləri arasında ədalətli tarazlığın təmin edilməsi zərurətindən çıxış edərək, alimentin miqdarının hər ay 160 manat təyin olunmasının əsaslı olması nəticəsinə gəlir. Belə nəticə həm də Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsində təsbit olunmuş haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanır. Ona görə də məhkəmə hesab edir ki, təyin olunmuş alimentin miqdarı dəyişdirilərək (artırılaraq) hər ay 160 manat sabit pul məbləğində müəyyən olunmalı, iddia uşaq üçün hər ay 160 manatdan artıq alimentin artırılması tələbi hissəsində isə təmin edilməməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li qərarının 8.14-cü bəndində qeyd edilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, təyin olunmuş alimentin dəyişdirilməsi (artırılması) hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia alimentin artırılması tələbi hissəsində qismən təmin olunmalı, Balakən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(019)-812/2019 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilməli (artırılmalı), xx.xx.2009-cu ildə doğulmuş X7 yetkinlik yaşına çatanadək saxlanması üçün hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən Cavabdeh hər ay 160 (yüz altmış) manat olmaqla sabit pul məbləğində aliment alınaraq, İddiaçı verilməli, iddia uşaq üçün 160 manatdan artıq alimentin artılıması tələbi hissəsində isə təmin edilməməlidir. Məhkəmə, işin hallarına hüquqi qiymət verərək, həmçinin hesab edir ki, iddia iddiaçının faktiki çəkilmiş əlavə xərclərə görə 12083 manat pul vəsaitinin ödənilməsi tələbi hissəsində təmin edilməməli, iddia tələbi həmin hissədə əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 9.4-cü maddəsinə əsasən ərarvadın hüquq və vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Göstərilən qanun normalarına əsasən əlavə xərclərin əsasını Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş müstəsna hallar təşkil edir. Bu hallara uşağın ağır xəstə olması, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və sair təşkil edir. Bu xüsusda məhkəmə qeyd edir ki, Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsinin halları dəqiq müəyyən edilməsə də, məhkəmənin müəyyən etdiyi başqa hallar: uşağın təlim və təhsili, sanatoriya-kurort müalicəsi, protezləşmə və sair hallar əlavə xərclərin alınması üçün əsas ola bilər. Valideynlərin uşaqlara görə verməli olduğu əlavə xərclərin miqdarı hər bir konkret haldan asılıdır. Əlavə xərclər müəyyən edilərkən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan başqa maraqları nəzərə alınmalıdır. Valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı bir qayda olaraq pul məbləği ilə müəyyən olunur. Lakin tərəflər arasında bağlanmış sazişlə və ya məhkəmənin əsaslandırıldığı hallarda əlavə xərclər naturada da mümkündür. Nəzərə çatdırılmadır ki, məhkəmə valideynləri uşaqlara görə nəinki faktiki çəkilən xərclərdə iştiraka, habelə onları gələcəkdə zəruri olan xərclərə də cəlb edə bilər. Bu barədə məhkəməyə müraciət edən şəxs gələcəkdə çəkilməsi zəruri olan xərcləri mötəbər sübutlarla əsaslandırmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 27 yanvar 2015-ci il tarixli qərarında göstərilmişdir ki, uşaqların yetkinlik yaşına çatması ilə valideynlərin onlara münasibətdə aliment öhdəlikləri xitam olunur. Buna baxmayaraq, valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamaq vəzifəsi daşıyırlar. Valideynin bu vəzifəsinin yaranması üçün aşağıdakı hallar olmalıdır: yetkinlik yaşına çatmış övladın əmək qabiliyyətinin olmaması və onun maddi yardıma ehtiyacının olması. Bu iki hal ayrıayrılıqda deyil, birlikdə götürüldükdə valideyn üçün vəzifə yaradır. Başqa sözlə, yetkinlik yaşına çatmış övladın təkcə əmək qabiliyyətinin olmaması valideyndən aliment almaq hüququ üçün əsas deyil. Eyni zamanda, onun maddi yardıma ehtiyacı olması da tələb olunur. Yaxud əksinə, övlad əmək qabiliyyətlidirsə, onun maddi yardıma ehtiyacının olması valideynlərdən aliment tələb etməyə əsas vermir. Beləliklə, yetkinlik yaşına çatmış övladın əmək qabiliyyətinin olmaması və onun maddi yardıma ehtiyacının olması kimi hər iki halın birlikdə mövcud olması faktı məhkəmələr tərəfindən müəyyən edildikdə, valideynlərdən aliment tutula bilər. Ailə Məcəlləsinin 81-ci maddəsində valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı nəzərdə tutulur. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və s.) bağlı yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Qeyd olunan maddədə valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir. Göründüyü kimi, Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsinin halları dəqiq müəyyən edilməmişdir. Lakin məhkəmənin müstəsna hesab etdiyi digər hallarda da valideyndən əlavə xərclər alına bilər. Qanunvericilikdə qeyd olunmuş digər hallar o zaman əlavə xərclərin alınması üçün əsas ola bilər ki, onlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmətlər, müalicə, bu və ya digər şəkildə tibbi xidmət və müalicə ilə əlaqəli olmaqla göstərilən analoji xidmətlər (ağır bədən yarasının sağaldılması, protezləşdirmə, uşağın reabilitasiya təlimləri, sanatoriya-kurort müalicəsi və s.) olsun. Ailə Məcəlləsinin 81.1-ci maddəsində qeyd olunan “göstərilən kənar xidmət”, “və digər hallarda” müddəaları bir-birindən fərqlənir. Belə ki, “və digər hallarda” müddəası maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmət ilə bağlı olduğu halda, “göstərilən kənar xidmət” müddəası isə birbaşa tibbi xidməti deyil, həmin şəxslərə göstərilmiş və ya gələcəkdə göstərilməsi nəzərdə tutulan əlavə xidmətlərə görə (maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladın müalicə müəssisəsinə aparılıb-gətirilməsi üçün nəqliyyat xərcləri, kənar şəxslərin köməyinə ehtiyacı olan şəxslərə qulluq göstərilməsi ilə əlaqədar xidmətçiyə ödənilən xərclər və s.) çəkilən xərclərdir. Yetkinlik yaşına çatmamış uşaqlara görə əlavə xərclərin çəkilməsi valideynlər arasında bağlanan sazişlə, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladlara görə əlavə xərclərin çəkilməsi isə övladlarla valideynlər arasında bağlanan sazişlə həll edilə bilər. Belə saziş olmadıqda, məhkəmə valideynləri əlavə xərclərin ödənilməsinə cəlb edə bilər. Valideynlər övladlarına görə əlavə xərclərin çəkilməsində könüllü iştirak etmədikdə, onları saxlayan şəxslər-digər valideyn, qəyyum, himayəçi, tərbiyəçi, yetkinlik yaşına çatmış övlad isə özü (o, fəaliyyət qabiliyyətlidirsə) məhkəmədə iddia qaldıra bilər. Bu halda Ailə Məcəlləsinin 81.2-ci maddəsinə uyğun olaraq valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri nəinki faktiki çəkilmiş xərclərdə iştiraka, habelə gələcəkdə çəkilməsi zəruri olan xərclərə də cəlb edə bilər (Ailə Məcəlləsinin 81.3-cü maddəsi). Bu barədə məhkəməyə müraciət edən şəxs gələcəkdə çəkilməsi zəruri olan xərcləri mötəbər sübutlarla əsaslandırmalıdır. Valideynlərin verməli olduğu əlavə xərclərin miqdarı hər bir işin konkret halından asılıdır, əlavə xərclər dəyişməz deyildir. Belə ki, sonralar daha yüksək xərclərin çəkilməsi tələb edilərsə, bu məqsədlə təkrarən məhkəməyə müraciət etmək imkanı istisna edilmir. Müraciətdə göstərilənlərlə bağlı Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd edir ki, təhsil cəmiyyətin və dövlətin inkişafında mühüm rol oynayan, strateji əhəmiyyəti ilə fərqlənən fəaliyyət sahəsidir. Təhsil hüququ vətəndaşların əsas hüquqlarındandır. Belə ki, Konstitusiyanın 42-ci maddəsinin İ və İİ hissələrinə əsasən hər bir vətəndaşın təhsil almaq hüququ vardır və dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcudluğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Azərbaycan Respublikası MPM-nin 78.1-1-ci maddəsinə əsasən «Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslər yazılı sübutları yalnız “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təqdim edirlər. Bununla belə bu qaydada təqdim olunmuş yazılı sübutun həqiqiliyi şübhə doğurarsa, məhkəmə həmin yazılı sübutun əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ-hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin başqa halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv,qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası MPM (MPM-nin 77.1-ci maddəsi) sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır. Bu da qanunun tələbindən irəli gəlir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi bildirmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. İddiaçı xx.xx.2009-cu il tarixdə doğulmuş X1 problemlərlə bağlı 12083 (on iki min səksən üç) manat sərf edilməsi, bu pulun uşağın hansı müayinə və müalicə prosedurlarına xərclənməsi və bu 12083 (on iki min səksən üç) manat pulun Cavabdeh ödəməli olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, bu tələb hissəsində iddia tələbinin əsaslandırıldığı halları sübut edə bilməmişdir. Halbuki qanuna görə (MPM-nin 77.1-ci maddəsi) iddia tələbinin əsaslandırıldığı halları sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. İşdə X1 problemlərlə bağlı müayinə və müalicəsinə 12083 (on iki min səksən üç) manat sərf olunması və gələcəkdə sərf olunacağı barədə heç bir mötəbər sübüt yoxdur. İddiaçı tərəfin təqdim etdiyi qəbzlərdə həmin uşağın müayinə və müalicəsinə məhz 12083 (on iki min səksən üç) manat sərf olunması təsdiq olunmur. Belə ki, məhkəmə öz təşəbbüsü ilə iddiaçının məhkəməyə təqdim etdiyi qəbzlərə əsaslanaraq X8 Mərkəzinə işin baxılması zərurəti ilə əlaqədar X7 hansı tarixlərdə, hansı tibbi prosedurları keçməsi, həmin prosedurların qiyməti və həmin prosedurlara nə qədər xərcin ödənilməsi ilə bağlı sorğu göndərmiş, həmin sorğu X8 Mərkəzi tərəfindən cavablandırılmamışdır. Eyni zamanda məhkəmə tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinə 2021, 2022 və 2023-cü illərdəki aylar üzrə X8 Mərkəzinin mədaxil və məxaric olunan vəsaitinin və gəlirlərinin nə qədər olması barədə sorğu göndərilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli **********581600 nömrəli arayışla müəyyən olunmuşdur ki, “X8 Mərkəzi” MMC (VÖEN **********) tərəfindən 2021-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinə əsasən xalis gəliri 3083.34 manat və xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə təqdim edilən sadələşdirilmiş vergi bəyannamələrinə əsasən dövriyyəsi 2500 manat təşkil etmişdir. Göstərilənlər isə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş “X8 Mərkəzi” MMC-yə ödəniş edilməsi ehtimal edilən qəbzlərin mötəbər olmamasına və sübut kimi qəbul edilməsinə əsaslı şübhələr yaradır. Buna görə də məhkəmə həmin qəbzləri sübut kimi qəbul etməmişdir. Digər tərəfdən də iddiaçının məhkəməyə təqdim etdiyi «Anset» Cərrahi Klinikasına 40 manat ödənilməsi göstərilən 2417 nömrəli satış çekini, «X9» MMC-yə 200 manat ödənilməsi göstərilən 29 nömrəli satış çekini, "xxxx" MMC-yə 66 manat ödənilməsi göstrəilən 36134 nömrəli satış çekini, «X16» MMC-yə 150 manat ödənilməsi göstərilən 296 nömrəli satış çekini, ARS-yə 30 manat ödənişin həyata keçirildiyi göstrəilən qəbzi, 107 manat ödənişin həyata keçirildiyi göstərilən City Hospitalın qəbzini, 120 manat ödənişin həyata keçirildiyi göstərilən X30 Hospitalın qəbzini, VVelness Nitq və Reabilitasiya Mərkəzinin xx.xx.2023-cü il tarixli 002 saylı arayışını iddia tələbinin əsaslandırıldığı halları təsdiq edən mötəbər sübut kimi qəbul etmir. Belə ki, həmin sənədlər uşağın hansı müayinə və müalicəsinin həmin özəl tibb müəssisələrində həyata keçirilməsini, bu zaman hansı tibbi prosedurların aparılmasını və onların təsdiq olunmuş qiymətini və həmin müayinə və müalicənin məhz həmin özəl tibb müəssisələrində həyata keçirilməsi zərurətini və əsaslılığını təsdiq etmirlər. Bu xüsusda həmin qəbzlər və arayış mötəbər sübut deyildir. Bundan əlavə məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən xx.xx.2009-cu il tarixdə doğulmuş X3 ilə bağlı “X8 Mərkəzi” MMC-də və sözügedən digər özəl tibb obyektlərində müalicə və müayinə olunmasının zərurəti və qanunla cavabdehin həmin məbləği ödəməli olması öhdəliyi daşımasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, bu tələb hissəsində iddia tələbini əsaslandırdığı halları sübut edə bilməmişdir. Həmçinin o da qeyd edilməlidir ki, Azərbaycan Respublikasında Dövlət büdcəsinin vəsaiti hesabına təmin olunan dövlət tibb müəssisələri fəaliyyət göstərir və həmin tibb müəssisələri pulsuzdur. Eyni zamanda Azərbaycan Respublikasında tibbi sığorta hesabına pulsuz tibbi müayinə və müalicə mövcudur. İddiaçı tərəfindən uşağın pulsuz dövlət tibb müəssisələrinə deyil, hansısa zərurətdən yüksək ödənişli özəl tibb müəssisəsində müalicə və müayinə olunması və bu pulun cavabdehdən tələb edilməsi heç bir faktoloji və hüquqi əsasa söykənmir və ədalətsiz tələbdir. Cavabdeh qanunla 12083 (on iki min səksən üç) manat faktiki çəkilmiş əlavə xərclər adı altında tələb edilən uşağa görə çəkilmiş əlavə xərcinin iddiaçıya ödənilməsi öhdəliyini daşımır və ona görə də həmin tələb əsassızdır. Digər tərəfdən iddiaçının uşağının həmin uşağın müayinə və müalicəsinin nəyə görə özəl və bahalı klinikalarda və özəl psixoloji mərkəzdə aparılması və bu zaman iddia edilən xeyli vəsaitin sərf olunması başadüşülən deyildir. Belə ki, həmin uşaq dövlət poliklinikaları və xəstəxanalarında da müayinə və müalicə oluna bilərdi ki, dövlət xəstəxanalarında bu müayinə və müalicə tamamilə pulsuz həyata keçirilərdi. Həmçinin dövlət poliklinika və xəstəxanalarında yüksək peşəkarlığa malik mütəxəssislər fəaliyyət göstərirlər və ən yüksək standartlara cavab verən tibbi avadanlıqlar mövcuddur. Həmçinin Azərbaycan Respublikasında tibbi sığorta mövcuddur ki, həmin sığorta əsasında da ən yüksək tibbi standartlarla uşağın müayinə və müalicəsinin həyata keçirilməsi mümkündür. Bu xüsusda iddiaçının təqdim etdiyi qəbzlər, onların yaranma mənbələri və əsaslılığı təsdiq edilmədiyindən cavabdehin həmin xərci ödəməli olmasının faktoloji və hüquqi əsaslarını təsdiq etmir. Ona görə iddia 12083 (on iki min səksən üç) manat tələbi hissəsində əsassızdır və təmin olunmamalıdır. “X24” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumü ödəməkdən azad olunurlar. «X24» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddianın qiyməti 1000 manatdan 10000 manatadək olan iddialarda 30 manat+1000 manatdan yuxarı olan iddianın qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. «X24» Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmuyu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə, nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, İddiaçı ona hüquqi yardımın göstərilməsi üçün «Union» Vəkil Bürosunun vəkili Vəkil ilə müqavilə bağlamış və 50 manat vəkil-nümayəndə xərci ödəmişdir. «Union» Vəkil Bürosunun vəkili Vəkil tərəfindən hazırki iddia ərizəsi hazırlanmış və müvafiq sənədlər əldə edilməklə məhkəməyə təqdim edilmiş, bununla da iddiaçıya hüquqi yardım göstərilmişdir. Ona görə də iddiaçının nümayəndə-vəkilə göstərdiyi hüquqi yardıma görə çəkdiyi 50 manat xərc ağlabatan məbləğdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı tərəfindən göstərdiyi hüquqi yardıma görə nümayəndə-vəkilə ödənilmiş 50 manat Cavabdeh alınaraq İddiaçı verilməlidir. İş materiallarından həmçinin görünür ki, alimentin artırılması hissəsində iddia tələbi təmin edilməklə təyin edilən alimentin miqdarı artırılmaqla cavabdehdən iddiaçının xeyrinə bir uşağın saxlanması üçün hər ay 160 manat alimentin tutulması nəticəsinə gəlinmişdir ki, bu aliment məbləğinin də illik ödəmə məcmuyu 1920 manat təşkil edir. İddiaçı aliment tələbi də daxil olmaqla hazırki iddianın qaldırılması üçün qanunda nəzərdə tutulmuş məbləğdə dövlət rüsumu ödəmişdir. Həmçinin həmin dövlət rüsumuna iddiaçının ödədiyi 50 manat mediasiya xərci də daxildir. Baxmayaraq da qanunvericiliyə əsasən iddiaçı aliment tələbi ilə bağlı dövlət rüsumunu ödəməkdən azad olunur. Belə olan halda alimentin təmin olunmuş məbləği ilə bağlı dövlət rüsumu 39,20 manat təşkil edir ki, həmin 39,20 manat dövlət rüsumu da Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, Balakən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(019)-812/2019 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilməklə (artırılmaqla) Cavabdeh xx.xx.2009-cu ildə doğulmuş X7 yetkinlik yaşına çatanadək saxlanması üçün hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, Cavabdeh hüquqi yardım üçün vəkilə-nümayəndəyə ödənilmiş 50 manat və iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş 39,20 manat dövlət rüsumu alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin olunsun; Balakən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(019)-812/2019 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilsin (artırılsın); Cavabdeh xx.xx.2009-cu ildə doğulmuş X7 yetkinlik yaşına çatanadək saxlanması üçün hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin; iddia qalan hissədə təmin edilməsin; Cavabdeh hüquqi yardım üçün vəkilə-nümayəndəyə ödənilmiş 50 manat və iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş 39,20 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar