Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-58/2023 11.04.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı nümayəndəsi-vəkili Nümayəndə və Cavabdeh iştirakı ilə X2 Cavabdeh qarşı qızıl-ziynət əşyaları və ya onların dəyəri və pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus olan 1) 480 manat dəyərində 6 qramlıq 585 əyarlı Türkiyə istehsalı olan 1 ədəd qızıl klon, 2) 400 manat dəyərində 5 qramlıq 583 əyarlı Türkiyə istehsalı olan 1 ədəd qızıl qolbaq, 3) 400 manat dəyərində 5 qramlıq 585 əyarlı Türkiyə istehsalı olan 1 ədəd qızıl sırğa, 4) 160 manat dəyərində 2 qramlıq 585 əyarlı Türkiyə istehsalı olan 1 ədəd qızıl üzük, 5) 900 manat dəyərində 4 qramlıq 750 əyarlı İtaliya istehslı olan 1 ədəd nişan üzüyü, 6) 240 manat dəyərində 3 qramlıq 585 əyarlı Türkiyə istehsalı olan 1 ədəd qızıl üzüyün və ya onları naturada qaytarmaq mümkün olmadıqda onların dəyəri olan 2820 manat pulun, xx.xx.2019-cu il tarixli "xxxx" saylı kredit müqaviləsinə əsasən "xxxx" ASC-nin Balakən şöbəsindən götürdüyü 3000 manat kredit üzrə 4768 manat pulun yarısı olan 2384 manat pulun və 73 manat manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X3 iddiasını onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 12 iyun 2019-cu ildə qeyri-rəsmi nikahla evlənmişdir. Nikahlarını 20 iyun 2019-cu ildə Balakən rayon Hənifə kənd İnzibati Ərazi Dairəsində 04 sayla rəsmiləşdirmişlər. Cavabdehlə evliliklərindən xx.xx.2020-ci ildə X14 adında bir uşaqları olmuşdur. O, Cavabdeh ilə evləndiyi ilk vaxtlardan ailə münasibətləri heç də yaxşı olmamışdır. Xasiyyətlərinin uyğun gəlməməsi səbəbindən cavabdehlə dəfələrlə aralarında narazılıqlar yaranmış, lakin uşağın xatirinə bir yerdə yaşamışlar. Ailə münasibətləri zəminində aralarında mübahisə olduğuna görə 2021ci ilin iyul ayının sonunda ayrılmışlar və hal-hazırda uşaq da onun himayəsində yaşayır. Xasiyyətləri uyğun gəlmədiyinə görə ayrılmışlar. Balakən Rayon Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli, 2(019)-1028/2021 nömrəli qətnaməsi ilə 20 iyun 2019-cu ildə Balakən rayon Hənifə kənd İnzibati Ərazi Dairəsində 04 sayla rəsmiləşdirdikləri nikahın pozulması, 10 sentyabr 2021 -ci il tarixdən başlayaraq 01 iyun 2020-ci ildə anadan olmuş X9 yetkinlik yaşma çatana kimi saxlanması üçün Cavabdeh hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir. Qeyd etmək istəyir ki, 12 iyun 2019-cu ildə Balakən şadlıq sarayında toy mərasimi olmuşdur. Həmin vaxt Cavabdeh ona 480 manat dəyərində 6 qramlıq 585 əyarlı Türkiyə istehsalı olan 1 ədəd qızıl klon,400 manat dəyərində 5 qramlıq 583 əyarlı Türkiyə istehsalı olan 1 ədəd qızıl qolbaq, 400 manat dəyərində 5 qramlıq 585 əyarlı Türkiyə istehsalı olan 1 ədəd qızıl sırğa,160 manat dəyərində 2 qramlıq 585 əyarlı Türkiyə istehsalı olan 1 ədəd qızıl üzük, 900 manat dəyərində 4 qramlıq 750 əyarlı İtaliya istehsalı olan 1 ədəd qızıl nişan üzüyü və 240 manat dəyərində 3 qramlıq 585 əyarlı Türkiyə istehsalı olan 1 ədəd qızıl üzük hədiyyə etmişdir. 2021-ci ilin iyul ayının sonunda Cavabdeh ayrılarkən 480 manat dəyərində 6 qramlıq 585 əyarlı Türkiyə istehsalı olan 1 ədəd qızıl klon, 400 manat dəyərində 5 qramlıq 583 əyarlı Türkiyə istehsalı olan 1 ədəd qızıl qolbaq, 400 manat dəyərində 5 qramlıq 585 əyarlı Türkiyə istehsalı olan 1 ədəd qızıl sırğa, 160 manat dəyərində 2 qramlıq 585 əyarlı Türkiyə istehsalı olan 1 ədəd qızıl üzük, 900 manat dəyərində 4 qramlıq 750 əyarlı İtaliya istehsalı olan 1 ədəd qızıl nişan üzüyü və 240 manat dəyərində 3 qramlıq 585 əyarlı Türkiyə istehsalı olan 1 ədəd qızıl üzük Cavabdeh qalmışdır. Hazırda Cavabdeh ona məxsus 480 manat dəyərində 6 qramlıq 585 əyarlı Türkiyə istehsalı olan 1 ədəd qızıl klonu, 400 manat dəyərində 5 qramlıq 583 əyarlı Türkiyə istehsalı olan 1 ədəd qızıl qolbağı, 400 manat dəyərində 5 qramlıq 585 əyarlı Türkiyə istehsalı olan 1 ədəd qızıl sırğanı, 160 manat dəyərində 2 qramlıq 585 əyarlı Türkiyə istehsalı olan 1 ədəd qızıl üzüyü, 900 manat dəyərində 4 qramlıq 750 əyarlı İtaliya istehsalı olan 1 ədəd qızıl nişan üzüyünü və 240 manat dəyərində 3 qramlıq 585 əyarlı Türkiyə istehsalı olan 1 ədəd qızıl üzüyü ona qaytarmaqdan yayınır. Cavabdeh ilə birgə nikah dövründə cavabdehin toyundan qalan borcun ödənilməsi üçün onun xahişi ilə Azərbaycan Beynəlxalq Bankı ASC-nin Balakən şöbəsindən 3000 AZN məbləğində pul götürmüş və həmin pulu cavabdeh öz borcu üçün vermişdir. Krediti götürərkən pulu cavabdehin özü ödəyəcəyi ilə bağlı onunla razılaşmışdır. Lakin cavabdeh həmin puldan heç bir məbləğ də ödəniş etməmişdir. Kredit müqaviləsinə əsasən o, banka 4768 manat qaytarmalı idi. Azərbaycan Beynəlxalq Bankı ASC-nin Balakən şöbəsinin xx.xx.2022-ci il tarixli 23 saylı arayışından görünür ki, Azərbaycan Beynəlxalq Bankı ASC ilə İddiaçı Əliheydar qızı (ş/v: AZE********, Balakən RPŞ, xx-xx-2016-ci li) arasında bağlanmış xx-xx-2019-cu il tarixli "269PBLL191760002” saylı kredit müqaviləsinə əsasən (h/n: ********************) 3000 AZN (üç min manat 0 qəpik) məbləğində kredit verilmişdir. Müvafiq kredit müqaviləsi ‘269PBLL191760002” üzrə kredit borcu xx-xx-2022-ci il tarixində banka tam qaytarılmış və ona hesablanmış faizlər tam ödənilmişdir. Cavabdeh xx-xx-2019-cu il tarixli "269PBLL191760002” saylı kredit müqaviləsinə əsasən Azərbaycan Beynəlxalq Bankı ASC-nin Balakən şöbəsindən götürdüyü 3000 manat kredit üzrə 4768 manat pulun yarısını ona qaytarmaqdan yayınır. Cavabdeh ilə nikahın pozulması və aliment təyin olunması məqsədi ilə ilkin mediasiya sessiyasında iştirak etməsi üçün Mediatora müraciət etsə də, cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Ona görə də bu barədə əmlak tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Nümayəndə iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, verdiyi izahatında göstərmişdir ki, İddiaçı ilə 12 iyun 2019-cu ildə qeyri-rəsmi nikahla evlənmiş, nikahlarını 20 iyun 2019-cu ildə Balakən rayon Hənifə kənd İnzibati Ərazi Dairəsində 04 sayla rəsmiləşdirmişlər. İddia ərizəsində göstərilən 6 qramlıq 585 əyarlı Türkiyə istehsalı olan 1 ədəd qızıl klon, 5 qramlıq 583 əyarlı Türkiyə istehsalı olan 1 ədəd qızıl qolbaq, 5 qramlıq 585 əyarlı Türkiyə istehsalı olan 1 ədəd qızıl sırğa, 2 qramlıq 585 əyarlı Türkiyə istehsalı olan 1 ədəd qızıl üzük, 4 qramlıq 750 əyarlı İtaliya istehslı olan 1 ədəd nişan üzük və 3 qramlıq 585 əyarlı Türkiyə istehsalı olan 1 ədəd qızıl üzük 2019-cu ilin iyun ayında onun tərəfindən İddiaçı toy hədiyyəsi olaraq bağışlanılmış və həmin qızıllar İddiaçı tərəfindən gəlin köçərkən onların evinə gətirilmişdir. Lakin həmin qızılların qiyməti İddiaçı tərəfindən şişirdilmiş və çox göstərilmişdir. Qızıllar Rübabə göstərilən qiymətdə yox, aşağı qiymətdə olmuşdur. Ancaq o, həmin qızılların dəqiq qiymətini xatırlamır. İddiaçı ilə 2021-ci ilin iyun ayının 1-də onlarda uşağın ad gününü keçirmiş, sonra isə Rübabə uşağın ad gününü atası evində keçirmək məqsədilə 05 iyun 2021-ci il tarixdə atası evinə getmişdir. İddiaçı atası evinə gedəndə o, evdə olmamışdır. Ancaq eşitdiyinə görə Rübabə gedəndə ona bağışlanmış qızılları da özü ilə götürüb aparmışdır. Onda Rübabəyə məxsus heç bir qızılzinət əşyası qalmamışdır. Rübəbənin atası evinə aparılması üçün o, evə taksi göndərmişdir. İddiaçı evdən getdiyi gündən 2 gün keçdikdən sonra, yəni 2021-ci ilin iyun ayının 7-də atası Eldar rəhmətə getmişdir. O, Rübabəyə zəng edib, bu barədə məlumat vermiş və evə gəlməsini ondan xahiş etmişdir. Lakin Rübabə evə gəlməmişdir. Həmçinin Azərbaycan Beynəlxalq Bankı ASC-dən 3000 manat pul Rübabənin adına Rübabənin müalicəsi üçün kredit götürülmüşdür. Həmin kreditin guya onun toydan sonra qalan borclarına ödənilməsi yalandır. Belə bir hal olmamışdır. Kredit İddiaçı müalicəsi üçün, şəxsi istehlak məqsədi ilə götürülmüş və Rübabə ilə onun qarşılıqlı razılığı əsasında Rübabənin müalicəsinə, bununla da ailənin tələbatına yönəldilmişdir. Həmin krediti faizi və cəriməsi ilə birlikdə şəxsən özü ödəmişdir. Kreditin müəyyən hissəsini nikah vaxtı, müəyyən hissəsini isə nikahları pozulduqdan sonra ödəmişdir. Krediti bəzən özü, bəzən atası, bəzən də dost-tanışı vasitəsilə ödəmişdir. İddia tamamilə əsassızdır. İddianın rədd olunmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X22 ifadəsində göstərdi ki, o, Rübəbə Məmmədovanın əmisi oğludur. Cavabdeh tərəfindən 2019-cu ilin iyun ayında toy günü toy hədiyyəsi olaraq İddiaçı 480 manat dəyərində bir ədəd 6 qramlıq 585 əyarlı Türkiyə istehsalı olan qızıl klon, 400 manat dəyərində 5 qramlıq 583 əyarlı Türkiyə istehsalı olan 1 ədəd qızıl qolbaq, 400 manat dəyərində 5 qramlıq 585 əyarlı Türkiyə istehsalı olan 1 ədəd qızıl sırğa, 160 manat dəyərində 2 qramlıq 585 əyarlı Türkiyə istehsalı olan 1 ədəd qızıl üzük, 900 manat dəyərində 4 qramlıq 750 əyarlı İtaliya istehslı olan 1 ədəd nişan üzüyü və 240 manat dəyərində 3 qramlıq 585 əyarlı Türkiyə istehsalı olan 1 ədəd qızıl üzük hədiyyə edilmişdir. Həmin qızılları, onların adını, sayını və çəkisini bilir. İddiaçı həmin qızılları gəlin köçərkən ər evinə aparmışdır. Lakin 2021-ci ilin iyun ayının 5-də Rübəbə Məmmədova atası evinə gələndə həmin qızıllar onda olmamışdır. Rübabənin dediyinə görə qızıllar Cavabdeh qalmışdır. Cehiz əşyalarını götürmək üçün Elnurgilə bir yerdə getmişlər. Onlar gedəndə orada Elnurun anası və bacısı var idi. Elnur sonradan gəlmişdir. Həmin vaxt aralarında qızıl söhbəti olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, o, İddiaçı məxsus cehiz əşyalarını Cavabdeh evindən götürmək üçün fəhlə kimi iştirak etmişdir. Onlar cehiz əşyalarını götürəndə qızıl söhbətini eşitməmişdir. Həmin vaxt cehizlərin aparılması üçün onlar iki fəhlə, Rübabə və başqa bir oğlan orada olmuşlar. Orada Elnurun anası da var idi. Qızıllarla bağlı heç bir məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Cavabdeh onun qaynıdır. Toy günü Cavabdeh tərəfindən göstərilən qızıl-zinət əşyaları İddiaçı hədiyyə olunmuşdur. Rübabə gəlin köçəndə həmin qızılları ər evinə aparmışdır. İddiaçı atası evinə gedəndə həmin qızılları aparıb-aparmamasını görməmişdir və bu barədə məlumatı yoxdur. İddiaçı qaynatası Eldar ölməmişdən bir neçə gün əvvəl atası evinə getməsini bilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, iddiaçı Cavabdeh bacısıdır. Elnurla Rübabə 12 iyun 2019-cu ildə qeyri-rəsmi nikahla evlənmiş, nikahlarını 20 iyun 2019-cu ildə rəsmiləşdirmişlər. İddia ərizəsində göstərilən qızıləşyalarını Elnur toy hədiyyəsi olaraq İddiaçı bağışlamış, Rübabə də həmin qızıl-zinət əşyalarını ər evinə gətirmişdir. Rübabə 2021-ci ilin iyun 5-də atası evinə gedəndə o, valideynlərinin evində olmamışdır. Həmin gün Rübabənin qızılları aparıb-aparmamasını görməmişdir və bunu bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, iddiaçı Cavabdeh anasıdır. Elnurla Rübabə 12 iyun 2019-cu ildə qeyri-rəsmi nikahla evlənmiş, nikahlarını 20 iyun 2019-cu ildə rəsmiləşdirmişlər. İddia ərizəsində göstərilən qızıl-zinət əşyaları oğlu Cavabdeh tərəfindən toy hədiyyəsi olaraq İddiaçı bağışlanılmış və Rübabə həmin qızılları gəlin köçərkən onların evinə gətirmişdir. Rübabə ilə heç bir münaqişələri olmamışdır. 2021-ci ilin iyun ayının 1-də nəvəsinin ad günü olmuş, sonra 05 iyun 2021-ci il tarixdə Rübabə gəzmək üçün atası evinə getmiş və bir daha geri qayıtmamışdır. Rübabənin atası evinə getdikdən təqribən 2 gün sonra onun həyat yoldaşı-Cavabdeh atası Eldar rəhmətə getmişdir. Elnur Rübabəni geri çağırsa da, Rübabə gəlməmişdir. Rübabə atası evinə gedən vaxt qızılları üstünə taxmış və aparmışdır. Rübəbə gedən vaxt o, evdə olmuşdur. Gözləri ilə görmüşdür ki, Rübabə gedən vaxt qızıllar üstündə olmuşdur. Lakin Rübabənin üstünə taxdığı həmin qızılların sayını və adını dəqiq bilmir. Rübabə cehiz əşyalarını sonradan gəlib götürmüşdür. Cehiz əşyaları götürüləndə həmin vaxt orada Rübabə, xalası qızı, əmisi oğlu və iki fəhlə olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Balakən rayon Hənifə kənd İcra Nümayəndəliyi tərəfindən 20 oktyabr 2020-ci il tarixdə verilmiş AZ-T 025073 №-li nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında nikah 20 iyun 2019cu il tarixdə 04 nömrə ilə qeydə alınmış, nikah bağlandıqdan sonra arvada Qarayeva soyadı verilmişdir. İş materiallarında olan Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZ-İV seriyalı 493331 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X14 xx.xx.2020-ci ildə doğulmuş, atası Cavabdeh oglu, anası İddiaçı qeyd edilmişdir. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(019)- 1028/2021 nömrəli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında bağlanmış, 20 iyun 2019-cu il tarixdə Balakən rayonu İHB Hənifə kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində 04 nömrə ilə qeydə alınmış nikahın pozulması, onların birgə nikahından olan uşaq -01 iyun 2020-ci ildə anadan olmuş X9 anası İddiaçı yanında saxlanması,10 sentyabr 2021-ci il tarixdən başlayaraq 01 iyun 2020-ci ildə anadan olmuş X9 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli MŞİH-16088 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan və xx.xx.2022-ci il tarixli MŞİH-16088 nömrəli mediasiya prosesinə xitam verilməsi barədə protokoldan görünür ki, tərəflərlə bağlı qızıl-zinət əşyaları və ya onların dəyəri və kredit pulunun yarısının bölünməsi mübahisəsi üzrə ilkin mediasiya sessiyası həyata keçirilmiş, lakin Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədiyinə görə mediasiya prosesinə xitam verilmişdir. İş materiallarında olan Balakən rayon İstehsal-İstehlak Kooperativi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 14 nömrəli qızıl-ziynət əşyalarının indiki bazar qiyməti haqqında mütəxəssis rəyində göstərilir ki, 1.Türkiyə istehsalı olan, 585 əyarlı, 6 qramlıq boyunbağının qiyməti bir qramı 80 manat olmaqla 480 manat; 2. Türkiyə istehsalı olan, 585 əyarlı, 3 qramlıq klonun qiyməti bir qramı 80 manat olmaqla 240 manat; 3. Türkiyə istehsalı olan, 583 əyarlı, 5 qramlıq qolbağın qiyməti bir qramı 80 manat olmaqla 400 manat; 4. Türkiyə istehsalı olan, 585 əyarlı, 5 qramlıq sırğanın qiyməti bir qramı 80 manat olmaqla 400 manat; 5.Türkiyə istehsalı olan, 585 əyarlı, 2 qramlıq üzüyün qiyməti bir qramı 80 manat olmaqla 160 manat; 6.İtaliya istehsalı olan, 750 əyarlı, 4 qramlıq nişan üzüyünün qiyməti 900 manat və 7. Türkiyə istehsalı olan, 585 əyarlı, 3 qramlıq üzüyün qiyməti bir qramı 80 manat olmaqla 240 manat; qızıl-zinət əşyalarının cəmi məbləği 2820 manat təşkil edir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli BPM**********74 nömrəli kredit müqaviləsindən görünür ki, Azərbaycan Beynəlxalq Bankı ASC tərəfindən İddiaçı 60 ay müddətinə 20,48 faiz ödəmək şərtilə şəxsi istehlak məqsədləri üçün 3000 AZN məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli BPM**********74 nömrəli kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, Azərbaycan Beynəlxalq Bankı ASC tərəfindən İddiaçı verilən kredit üzrə əsas borc 3000 manat, faiz borcu 1768,2 manat olmaqla cəmi borc 4768,2 manat müəyyən edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilərək iş materiallarına əlavə olunan mədaxil qəbzlərindən görünür ki, X1 tərəfindən xx.xx.2020-ci il tarixli qəbzlə 150 manat, X11 tərəfindən xx.xx.2021-ci il tarixli qəbzlə 32 manat, Akif Əzizov tərəfindən xx.xx.2020-ci il tarixli qəbzlə 153 manat, Cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixli qəbzlə 153 manat, X6 tərəfindən xx.xx.2020-ci il tarixli qəbzlə 153 manat, X6 tərəfindən xx.xx.2020-ci il tarixli qəbzlə 153 manat, X6 tərəfindən xx.xx.2020-ci il tarixli qəbzlə 153 manat, X7 tərəfindən xx.xx.2020-ci il tarixli qəbzlə 153 manat, həmçinin xx.xx.2019-cu il tarixli qəbzlə 153 manat, xx.xx.2021-ci il tarixli qəbzlə 100 manat, xx.xx.2019-cu il tarixli qəbzlə 153 manat, xx.xx.2020-ci il tarixli qəbzlə 40 manat, xx.xx.2020-ci il tarixli qəbzlə 153 manat, xx.xx.2021-ci il tarixli qəbzlə 33 manat, xx.xx.2021-ci il tarixli qəbzlə 34 manat İddiaçı krediti ilə bağlı ödəniş edilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 23 nömrəli arayışda göstərilmişdir ki, Azərbaycan Beynəlxalq Bankı ASC ilə İddiaçı (ş/v;AZE********,Balakən RPŞ,xx-xx-2016-cı il) arasında bağlanmış xx-xx-2019-cu il tarixli “26PBLL191760002” saylı kredit müqaviləsinə əsasən (h/n:********************)3000 AZN (üç min manat 0 qəpik) məbləğində kredit verilmişdir. Müvafiq kredit müqaviləsi "xxxx" üzrə kredit borcu xx-xx-2022-ci il tarixində banka tam qaytarılmış və ona hesablanmış faizlər tam ödənilmişdir. İşə əlavə olunan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 05 dekabr 2022-ci il tarixli, 9/7672 nömrəli rəyindən görünür ki, 2019-cu il tarixə Türkiyə istehsalı olan 585 əyarlı 6 qram çəkidə boyunbağının qiyməti 360 manat, Türkiyə istehsalı olan 585 əyarlı 3 qram çəkidə klonun qiyməti 180 manat, Türkiyə istehsalı olan 583 əyarlı 5 qram çəkidə qolbağın qiyməti 300 manat, Türkiyə istehsalı olan 585 əyarlı 5 qram çəkidə sırğanın qiyməti 300 manat, Türkiyə istehsalı olan 585 əyarlı 2 qram çəkidə üzüyün qiyməti 120 manat, İtaliya istehsalı olan 750 əyarlı 4 qram çəkidə nişan üzüyünün qiyməti 320 manat və Türkiyə istehsalı olan 585 əyarlı 3 qram çəkidə üzüyün qiyməti 180 manat olmaqla iddia ərizəsində adları sadalanan qızıl-zinət əşyalarının nəzəri qaydada 2019-cu il tarixə orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1760.0 manat; 2022-ci il tarixə Türkiyə istehsalı olan 585 əyarlı 6 qram çəkidə boyunbağının qiyməti 480 manat, Türkiyə istehsalı olan 585 əyarlı 3 qram çəkidə klonun qiyməti 240 manat, Türkiyə istehsalı olan 583 əyarlı 5 qram çəkidə qolbağın qiyməti 400 manat, Türkiyə istehsalı olan 585 əyarlı 5 qram çəkidə sırğanın qiyməti 400 manat, Türkiyə istehsalı olan 585 əyarlı 2 qram çəkidə üzüyün qiyməti 160 manat, İtaliya istehsalı olan 750 əyarlı 4 qram çəkidə nişan üzüyünün qiyməti 400 manat və Türkiyə istehsalı olan 585 əyarlı 3 qram çəkidə üzüyün qiyməti 240 manat olmaqla hazırki orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 2320.0 manat müəyyən edilir. İşə əlavə olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 dekabr 2022-ci il tarixli 9/7672 nömrəli X12 Bildirişindən görünür ki, aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə iş materiallarına istinad edərək, müəyyən etmişdir ki, iddia ərizəsində Türkiyə istehsalı olan 585 əyarlı 3 qram çəkidə klon və ya onun dəyəri tələbi qoyulmamışdır. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 05 dekabr 2022-ci il tarixli, 9/7672 nömrəli rəyində Türkiyə istehsalı olan 585 əyarlı 3 qram çəkidə klonun 2019-cu il tarixə qiyməti 180 manat müəyyən olunmaqla həmin 180 manat qızıl-zinət əşyalarının 2019-cu il tarixə olan ümumi 1760 manat qiymətinə və 2022-ci il üçün 240 manat qiymət müəyyən olunmaqla qızıl-zinət əşyalarının 2022-ci il tarixə olan ümumi 2320 manat qiymətinə daxil edilmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsində Türkiyə istehsalı olan 585 əyarlı 3 qram çəkidə klon və ya onun dəyəri tələbi qoyulmadığı və həmin qızıl-zinət əşyası və ya onun dəyəri cavabdehdən tələb edilmədiyi üçün Türkiyə istehsalı olan 585 əyarlı 3 qram çəkidə klonun ekspertiza rəyində 2019-cu il tarixə müəyyən olunmuş 180 manat qiyməti qızılzinət əşyalarının 2019-cu il tarixə müəyyən olunmuş 1760 manat ümumi qiymətindən çıxılmaqla tələb olunan qızıl-zinət əşyalarının 2019-cu il tarixə olan cəmi ümumi qiyməti 1580 manat, həmin qızıl-zinət əşyasının 2022-ci il tarixə müəyyən olunmuş 240 manat qiyməti qızıl əşyalarının 2022-ci il tarixli ümumi 2320 manat qiymətindən çıxılmaqla həmin əşyaların 2022-ci il tarixə olan ümumi qiyməti 2080 manat müəyyən olunmalıdır. Məhkəmə tələb olunan qızıl-zinət əşyalarının qiyməti ilə iddiaçının və şahid X19 göstərdiyi və Balakən rayon İstehsal-İstehlak Kooperativinin xx.xx.2022-ci il tarixli, 14 nömrəi rəyi ilə məhkəmə-əmtəəşünaslıq ekspertizasının 05 dekabr 2022-ci il tarixli, 9/7672 nömrəli rəyi arasında ziddiyyətə hüquqi qiymət verərək, hesab edir ki, bu konteksdə tələb olunan qızıl-zinət əşyalarının 2019-cu il tarixə qiyməti barədə məhkəmə-əmtəəşünaslıq ekspertizasının 05 dekabr 2022-ci il tarixli, 9/7672 nömrəli rəyi işin hallarını daha obyektiv əks etdirdiyindən və müasir tədqiqat metodlarına əsaslandığından mötəbər sayılmalıdır. Belə ki, işdəki sübutlardan görünür ki, tələb olunan qızıl-zinət əşyaları 2019-cu ilin iyun ayında alınmışdır. Qızıl-zinət əşyalarının 2019-cu il tarixdə olan qiyməti ilə hazırki bazar qiyməti arasında artımla bağlı fərqlər vardır. Bu xüsusda hazırki mübahisənin həlli ilə bağlı tələb edilən qızıl-zinət əşyalarının 2019-cu il tarixə olan qiymətlərinin götürülməsi daha ədalətli, obyektiv və qanunun tələblərinə uyğundur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilən bilən işgüzar adətlər olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.5-ci maddəsinə əsasən mülki hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmaması və ya onun qeyri-müəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 597.1-ci maddəsinə əsasən alıcı əşyanı alqısatqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 398.3-cü maddəsinə əsasən əvəzli müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilə şərtlərinə əsasən müəyyənləşdirilə bilməzsə, müqavilənin icrası üçün pul müqayisəyə gələ bilən hallarda oxşar mallar, işlər və ya xidmətlər üçün adətən alınan qiymət üzrə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 597.2-ci maddəsinə əsasən qiymət əşyanın çəkisindən asılı olaraq müəyyənləşdirildikdə, əgər alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, xalis çəkiyə görə təyin edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 597.3-cü maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın qiymətini şərtləndirən göstəricilərdən (maya dəyəri, məsrəflər və i.a.) asılı olaraq onun qiymətinin dəyişdirilməli olduğu nəzərdə tutulduqda, lakin qiymətin dəyişdirilməsi üsulu müəyyənləşdirilmədikdə, qiymət müqavilənin bağlandığı an və əşyanın təhvil verildiyi an üçün həmin göstəricilərin nisbəti əsas götürülməklə müəyyənləşdirilir. Satıcı əşyanı vermək vəzifəsinin icrasını gecikdirdikdə qiymət müqavilənin bağlandığı an və əşyanın verilməsinin müqavilədə nəzərdə tutulan anı üçün, müqavilədə həmin an nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş an üçün həmin göstəricilərin nisbəti əsas götürülməklə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.3cü maddəsinə əsasən satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Qeyd olunanlara əsasən məhkəmə iddianın predmetini təşkil edən qızıl-zinət əşyalarının 2019-cu il tarixə məhkəmə-əmtəəşünaslıq ekspertizasının 05 dekabr 2022-ci il tarixli, 9/7672 nömrəli rəyində göstərilən qiymətlərini daha mötəbər hesab edir. Eyni zamanda məhkəmə həmin əşyaların adı, sayı, əyarı və çəkisi barədə iddiaçının məlumatını, Balakən rayon İstehsal-İstehlak Kooperativinin xx.xx.2022-ci il tarixli, 14 nömrəi rəyi ilə məhkəmə-əmtəəşünaslıq ekspertizasının 05 dekabr 2022-ci il tarixli, 9/7672 nömrəli rəyini əsaslı sayır. Göstərilənlərə əsasən məhkəmə məhkəmə-əmtəəşünaslıq ekspertizasının 05 dekabr 2022-ci il tarixli, 9/7672 nömrəli rəyinə istinad edərək, 2019-cu il tarixə iddianın predmetini təşkil edən Türkiyə istehsalı olan 585 əyarlı 6 qram çəkidə boyunbağının qiymətini 360 manat, Türkiyə istehsalı olan 583 əyarlı 5 qram çəkidə qolbağın qiymətini 300 manat, Türkiyə istehsalı olan 585 əyarlı 5 qram çəkidə sırğanın qiymətini 300 manat, Türkiyə istehsalı olan 585 əyarlı 2 qram çəkidə üzüyün qiymətini 120 manat, İtaliya istehsalı olan 750 əyarlı 4 qram çəkidə nişan üzüyünün qiymətini 320 manat və Türkiyə istehsalı olan 585 əyarlı 3 qram çəkidə üzüyün qiymətini 180 manat dəyərində, həmçinin adları sadalanan qızıl-zinət əşyalarının 2019-cu il tarixə orta bazar qiymətini cəmi 1580 manat məbləğində qəbul edir. Məhkəmə İddiaçı nümayəndəsi-vəkili Nümayəndə və Cavabdeh izahatlarını və şahidlərin ifadələrini dinləyib, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi zamanı müəyyən edildi ki, İddiaçı 12 iyun 2019-cu ildə Cavabdeh ilə evlənərək ər-arvad münasibətlərinə girmiş və onların nikahı 20 iyun 2019-cu ildə Balakən rayon Hənifə kənd İnzibati Ərazi Dairəsində 04 nömrə ilə qeydə alınmışdır. Tərəflərin birgə nikahından xx.xx.2020-ci ildə X15 adında bir uşaqları olmuşdur. Cavabdeh tərəfindən İddiaçı 2019-cu ilin iyun ayında toy hədiyyəsi olaraq 360 manat dəyərində Türkiyə istehsalı olan 585 əyarlı 6 qram çəkidə bir ədəd klon (boyunbağı), 180 manat dəyərində Türkiyə istehsalı olan 585 əyarlı 3 qram çəkidə bir ədəd klon, 300 manat dəyərində Türkiyə istehsalı olan 583 əyarlı 5 qram çəkidə bir ədəd qolbaq, 300 manat dəyərində Türkiyə istehsalı olan 585 əyarlı 5 qram çəkidə bir ədəd sırğa, 120 manat dəyərində Türkiyə istehsalı olan 585 əyarlı 2 qram çəkidə bir ədəd üzük, 320 manat dəyərində İtaliya istehsalı olan 750 əyarlı 4 qram çəkidə bir ədəd nişan üzüyü və 180 manat dəyərində Türkiyə istehsalı olan 585 əyarlı 3 qram çəkidə bir ədəd üzük bağışlanılmış, İddiaçı həmin qızıl-zinət əşyalarını qəbul etmiş və həmin əşyalar İddiaçı tərəfindən gəlin köçərkən Cavabdeh yaşadığı evə aparılmışdır. Aralarında baş vermiş ailə münaqişələri zəminində tərəflər 2021-ci ilin iyun ayının 5-də faktiki ayrılmış, İddiaçı həmin vaxtda valideynlərinin evinə getmiş və həmin 05 iyun 2021-ci il tarixdən sonra bir daha Cavabdeh yaşadığı evə qaytımamış, iddia predmetini təşkil edən qızıl-zinət əşyaları cavabdehin yaşadığı evdə-cavabdehdə qalmışdır. Balakən Rayon Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli, 2(019)-1028/2021 saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında bağlanmış, 20 iyun 2019-cu il tarixdə Balakən rayonu İHB Hənifə kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində 04 nömrə ilə qeydə alınmış nikah pozulmuş, həmçinin onların birgə nikahından olan uşaq -01 iyun 2020-ci ildə anadan olmuş X9 anası İddiaçı yanında saxlanması,10 sentyabr 2021-ci il tarixdən başlayaraq 01 iyun 2020-ci ildə anadan olmuş X9 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir. Eyni zamanda işdəki sübutlardan görünür ki, xx.xx.2019-cu il tarixli BPM**********74 nömrəli kredit müqaviləsinə əsasən Azərbaycan Beynəlxalq Bankı ASC tərəfindən İddiaçı 60 ay müddətinə 20,48 faiz ödəmək şərtilə şəxsi istehlak məqsədləri üçün 3000 AZN məbləğində kredit verilmiş, Azərbaycan Beynəlxalq Bankı ASC tərəfindən İddiaçı verilən kredit üzrə əsas borc 3000 manat, faiz borcu 1768,2 manat olmaqla cəmi borc 4768,2 manat müəyyən edilmiş, Cavabdeh tərəfindən həmin kredit və faiz məbləği həm nikah müddətində, həm də nikah pozulduqdan sonra ödənişlər edilməklə kredit borcu və faiz borcu tam olaraq ödənilmişdir. İşdə olan sübutların bilavasitə tədqiqi əsasında həmçinin müəyyən olunmuşdur ki, İddiaçı 2021-ci ilin iyun ayının 05-də ər evindən atası evinə gedərkən ona toy hədiyyəsi olaraq bağışlanılmış 360 manat dəyərində Türkiyə istehsalı olan 585 əyarlı 6 qram çəkidə klonu (boyunbağını), 180 manat dəyərində Türkiyə istehsalı olan 585 əyarlı 3 qram çəkidə klonu, 300 manat dəyərində Türkiyə istehsalı olan 583 əyarlı 5 qram çəkidə qolbağı, 300 manat dəyərində Türkiyə istehsalı olan 585 əyarlı 5 qram çəkidə sırğanı, 120 manat dəyərində Türkiyə istehsalı olan 585 əyarlı 2 qram çəkidə üzüyü, 320 manat dəyərində İtaliya istehsalı olan 750 əyarlı 4 qram çəkidə nişan üzüyünü və 180 manat dəyərində Türkiyə istehsalı olan 585 əyarlı 3 qram çəkidə üzüyü özü ilə aparmamış, həmin qızıl-zinət əşyaları iddiaçının iradə ifadəsinin əleyhinə olaraq cavabdehin qeyri-qanuni sahibliyində qalmışdır. Eyni zamanda tərəflər arasında hazırki tələblərlə bağlı ilkin mediasiya sessiyası həyata keçirilmiş, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədiyi üçün mediasiya prosesinə xitam verilmişdir. Məhkəmə iş üzrə müəyyən edilmiş faktiki hallara hüquqi qiymət verərək, hesab edir ki, iddiaçının özünü və ya dəyərini tələb etdiyi yuxarıda göstərilən qızıl-zinət əşyalarının İddiaçı Cavabdeh tərəfindən hədiyyə şəklində verilməsi və iddiaçı ilə cavabdeh arasında qeyd edilən qızıl-zinət əşyalarına dair bağışlama müqaviləsinin bağlanması sübuta yetir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə bir müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlma öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 668.1-ci maddəsinə əsasən daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə bağışlama etibarlı sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair» 19 dekabr 2012-ci tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsində nəzərdə tutulan bağışlama müqaviləsi əvəzsiz ikitərəfli müqavilə olmaqla hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 670.1-ci maddəsinə uyğun olaraq bağışlama hədiyyə verənin bəhrələnməsi ilə bağlı olmayan şərtlərin və öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 670.3cü maddəsinə müvafiq olaraq hədiyyə verənin və onun vərəsələrinin hədiyyə alanın bağışlama müqaviləsi üzrə götürdüyü öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə bağlı iddia vermələrinin, həmçinin hədiyyə verənin ölümündən sonra belə öhdəliyin icrası ilə ictimai mənafelərə riayət edildiyi halda, onun icrasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən tələb edilməsinin mümkünlüyü bağlanmış bağışlama müqaviləsindən irəli gəlir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673-cü maddəsi müqavilənin formasından aslı olmayaraq bağışlamaqdan imtinanın və ya bağışlama vədinin ləğvinin və onun icrasından imtinanın hallarını müəyyən edir və belə imtinanın hüquqi nəticələrini tənzimləyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.3-cü maddəsinə görə şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Məhkəmə iddia ərizəsində qeyd edilən qızıl-zinət əşyalarının iddiaçı tərəfindən qəbul edilməsini, işdəki sübutlara görə cavabdeh tərəfindən bağışlanmasını, onun bu əşyaları iddiaçıya bağışlaması barədə şifahi formada bağışlama müqaviləsinin bağlanmasına yönəlmiş iradə ifadəsi kimi qiymətləndirir. Məhkəmə yuxarıda qeyd olunan qanun normalarına əsasən hesab edir ki, cavabdeh tərəfindən həmin əşyalar iddiaçıya hədiyyə şəklində verildiyindən və həmin əşyalar iddiaçı tərəfindən qəbul edildiyindən həmin əşyalar onun, yəni İddiaçı xüsusi mülkiyyətində olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 181.1-ci maddəsinə əsasən daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 181.2-ci maddəsinə əsasən əşyanın əldə edənin birbaşa sahibliyinə verilməsi əşyanın verilmə üsullarından biri kimi təsbit olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 181.4-cü maddəsinin tələbinə görə mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alqı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. Qanun normalarının məzmunundan göründüyü kimi, hazırki iş üzrə qızıl-zinət əşyaları Cavabdeh tərəfindən həqiqi hüquq əsasında İddiaçı birbaşa sahibliyinə verilmiş və iddiaçı həmin əmlaka mülkiyyət hüququnu bağışlama müqaviləsi əsasında əldə etmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqlarının və X10 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna madlikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1094-cü maddəsinə əsasən əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Repsublikası Mülki Məcəlləsinin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun olaraq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2-ci maddəsinə əsasən öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1 maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitdən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 459.1-ci maddəsinə əsasən zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinirn 459.5-ci maddəsinə əsasən əgər ilkin vəziyyətin bərpası yolu ilə zərərin əvəzinin ödənilməsi mümkün deyildirsə və ya bunun üçün tənasübsüz surətdə böyük xərclər zəruridirsə, kreditora pul əvəzi verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə qeyd edir ki, iddiaçının əmlaklarının (qızıl-zinət əşyalarının) geri tələbi üzrə iddiası vindikasiya iddiasıdır. Bu xüsusda nəzərə çatdırılmalıdır ki, vindikasiya iddiasının hüquqi əsası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində təsbit edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahiblyindən öz əmlakını geri tələb edə bilər. Qanun normasının mənasına görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməsi üçün üç dispozitiv şərtin bir yerdə mövcudluğunu sübut etməlidir:1) onun həmin əmlaka mülkiyyət hüququ (o cümlədən sahiblik və istifadə hüququ) olmalıdır: 2) bu əmlak başqasının sahibliyində olmalıdır: 3) başqasının həmin əmlaka sahibliyi qeyri-qanuni olmalıdır. Qeyd edildiyi kimi, iddiaçının həmin əmlaklar olmadığı halında alternativ olaraq həmin əmlakların dəyərini tələb etməsi vurulmuş ziyanın ödənilməsi ilə bağlı tələbdir. Məhkəmə bildirir ki, vindikasiya termini vim dicere latın sözündən götürülmşdür. Vindikasiya iddiası birinci növbədə əmlaka sahiblik və mülkiyyət hüquqlarının müdafiəsinə yönəlmişdir. Vindikasiya iddiasının şərtləri aşağıdakılardır:1) tələbin predmeti fərdi əşya və ya fərdiləşdirilmiş əşya olmalı, həmin əşya başqa əşyalardan xüsusi əlamətləri ilə seçilməlidir; 2) tələb olunan əşya həqiqətdə, yəni naturada mövcud olmalıdır; 3) bu iddianı həmi əşyanın mülkiyyətçisi, həm də həmin əşyanın qanuni sahibi qaldıra bilər; 4) əşyanın mülkiyyətçisi və ya titul sahibi həmin əşyaya mülkiyyət və sahiblik hüququnu təsdiq etməli və bununla bağlı müvafiq sübut təqdim etməlidir; 5) bu iddia üzrə cavabdeh qismində əşyanın faktiki sahibliyində olduğu şəxs çıxış etməlidir; 6) cavabdehin həmin əşyaya sahibliyi qanunsuz və vicdansız olmalıdır; 7) iddiaçı əmlakını geri tələb etməklə bərabər, həmin əmlakdan istifadə nəticəsində alınmış gəlirləri, həmçinin vurulmuş ziyanı da tələb edə bilər; 8) cavabdeh tələb olunan əmlakın yaxşılaşdırılması üçün çəkdiyi xərcləri tələb edə bilər. Vindikasiya inddiasının mənası əmlakın naturada tələb edilməsi, yəni onun alınıb sahibinə qaytarılması mümkünlüyündən ibarətdir. Əgər bunu etmək mümkün deyildirsə, belə iddianın qaldırılması mənasızdır. Bu zaman vurulmuş ziyanın ödənilməsi ilə bağlı tələb irəli sürülməlidir. Vindikasiya iddiasında iddia tələbini sübut etmə yükü iddiaçının üzərinə düşür. Həmin əşyalar cavabdehdə olduğu təqdirdə isə cavabdeh həmin əşyalara olan sahibliyinin qanuni və vicdanlı olmasını sübut etmə vəzifəsi daşıyır. İddia tələbini sübut etmə yükünün iddiaçının üzərinə qoyulması Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 77.1-ci maddəsinin tələbindən doğur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcudluğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ-hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin başqa halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv,qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası MPM-nin 89.2-ci maddəsinə əsasən faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun. Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçı tərəfindən təqdim edilən və məhkəmə tərəfindən müvafiq hüquqi qiymət verilən sübutlarla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində göstərilən dispozitiv şərtlər-iddiaçının tələb etdiyi qızılzinət əşyalarının onun mülkiyyətində olması, həmin əşyaların cavabdehin sahibliyində olması və cavabdehin həmin əşyalara sahiblyinin qeyri-qanuni olması sübut olunmuşdur. İş üzrə Cavabdeh tərəfindən iddia predmetini təşkil edən qızıl-zinət əşyalarının 2021ci ilin iyun ayının 05-də atası evinə gedərkən İddiaçı tərəfindən özü ilə aparılması və onda həmin əşyaların qalmamasını təşdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim olunmamış, bununla da iddia tələbinə etirazın əsaslandırıldığı bu hal sübut olunmamışdır. Halbuki qanuna görə (MPM-nin 77.1-ci maddəsi) iddia tələbinə etirazın əsaslandırıldığı halları sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Məhkəmə qızıl-zinət əşyalarının iddiaçı tərəfindən aparılması və cavabdehdə həmin əşyaların qalmaması barədə Cavabdeh izahatı və iddiaçının şahidləri Şahid3, Şahid2 və Şahid1 ifadələrini mötəbər sübut kimi qəbul etmir. Belə ki, Cavabdeh 2021-ci ilin iyun ayının 05-də İddiaçı atası evinə gedərkən qızılları taxdığını və özü ilə apardığını bildirsə də, Cavabdeh öz izahatı, həmçinin iş materialları ilə müəyyən olunur ki, 2021-ci ilin iyun ayının 05-də, yəni iddiaçının ər evindən getdiyi vaxt Cavabdeh heç evdə olmamışdır. Belə olan halda Cavabdeh İddiaçı həmin vaxt, yəni 2021-ci ilin iyun ayının 05-də atası evinə gedərkən sözügedən qızılları üstünə taxıb-taxmamasını və aparıb-aparmamasını görə bilməzdi. Ona görə də cavabdehin iddiaçının qızılları özü ilə aparması barədə izahatı əsassızdır və qəbul olunmur. Digər tərəfdən şahidlər Şahid3 və Şahid2 da 2021-ci ilin iyun ayının 05-də Cavabdehlə İddiaçı yaşadığı evdə olmadıqlarını və həmin vaxt İddiaçı qızılları aparıbaparmadığını görmədiklərini və həmin qızılların harada olduğunu bilmədiklərini bildirmişlər. Ona görə də həmin şahid ifadələri tələb olunan qızıl-zinət əşyalarının iddiaçıda olmasını və cavabdehdə olmamasını sübut etmir. Eyni zamanda Şahid1 məhkəmədə verdiyi ifadəsi də qızılların iddiaçıda olması və cavabdehdə olmamasını təsdiq edən sübut kimi qəbul olunmur. Belə ki, Şahid1 2021-ci ilin iyun ayının 05-də İddiaçı atası evinə gedəndə qızılları üstünə taxmasını və aparmasını bildirsə də, hansı qızılları üstünə taxmasını və aparmasını göstərə bilməmişdir. Halbuki cavabdeh həmin şahidlərin qızılların iddiaçıda olmasını təsdiq edəcəklərini bildirmişdi ki, bu hal da həmin ifadələrdə təsdiq olunmamuşdur. Məhkəmə işdəki mötəbər sübutlara istinad edərək, hesab edir ki, tələb edilən qızılzinət əşyalarının iddiaçıda olması və cavabdehin qeyri-qanuni sahibliyində olmaması barədə iddia tələbinə etirazın əsaslandırıldığı halları təsdiq etmədiyi və işdəki mötəbər sübutlarla təsdiq olunmaduğu üçün bu xüsusda Cavabdeh izahatı və şahidlər Şahid3, Şahid2 və Şahid1 məhkəmədə verdiyi ifadələri mötəbər sübut kimi qəbul olunmamalıdır. Əksinə işdəki mötəbər sübutlarla, o cümlədən İddiaçı izahatı və şahid X19 ifadəsi ilə təsdiq olunur ki, Cavabdeh tərəfindən 2019-cu ilin iyun ayında toy hədiyyəsi olaraq İddiaçı bir ədəd 6 qramlıq 585 əyarlı Türkiyə istehsalı olan qızıl klon (boyunbağı), 5 qramlıq 583 əyarlı Türkiyə istehsalı olan 1 ədəd qızıl qolbaq, 5 qramlıq 585 əyarlı Türkiyə istehsalı olan 1 ədəd qızıl sırğa, 2 qramlıq 585 əyarlı Türkiyə istehsalı olan 1 ədəd qızıl üzük, 4 qramlıq 750 əyarlı İtaliya istehslı olan 1 ədəd nişan üzüyü və 3 qramlıq 585 əyarlı Türkiyə istehsalı olan 1 ədəd qızıl üzük hədiyyə edilmiş, X8 həmin qızılları gəlin köçərkən ər evinə aparmış, lakin 2021-ci ilin iyun ayının 5-də Rübəbə Məmmədova atası evinə gələndə həmin qızıllar onda olmamış və həmin qızıllar Cavabdeh qalmışdır. İşdəki mötəbər sübutlar əsasında iddia predmetini təşkil edən iddiaçıya məxsus qızıl-zinət əşyalarının Cavabdeh Eldlar oğlunun sahiblyində olması və bu sahibliyin qyri-qanuni olması məhkəmədə heç bir şübhə yaratmır. Lakin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsində qızıl-zinət əşyalarının adı, sayı, çəkisi və əyarı düzgün göstərilsə də, onların qiymətləri şişirdilməklə düzgün göstərilməmişdir. Bu xüsusda həmin qızıl-zinət əşyalarının məhkəmə-əmtəəşünaslıq ekspertizasının 05 dekabr 20232-ci il tarixli rəyində 2019-cu il tarixə olan qiymətləri düzgün göstərilmişdir ki, məhkəmə də həmin qiymətləri qəbul etmiş və yuxarıda bunu əsaslandırmışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia 360 manat dəyərində 6 qram çəkidə bir ədəd Türkiyə istehsalı olan 585 əyarlı klonun (boyunbağının), 300 manat dəyərində 5 qram çəkidə bir ədəd Türkiyə istehsalı olan 583 əyarlı qolbağın, 300 manat dəyərində 5 qram çəkidə bir ədəd Türkiyə istehsalı olan 585 əyarlı sırğanın, 120 manat dəyərində 2 qram çəkidə bir ədəd Türkiyə istehsalı olan 585 əyarlı üzüyün, 320 manat dəyərində 4 qram çəkidə bir ədəd İtaliya istehsalı olan 750 əyarlı üzüyün və 180 manat dəyərində 3 qram çəkidə bir ədəd Türkiyə isthsalı olan 585 əyarlı üzüyün və ya həmin qızıl-zinət əşyaları olmadıqda onların göstərilən bu dəyərlərinin iddiaçıdan alınaraq cavabdehə verilməsi hissəsində təmin edilməli, qızıl-zinət əşyalarının göstərilən bu məbləğlərindən artıq məbləğ tələbi hissəsində isə təmin edilməməlidir. Məhkəmə həmçinin işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia xx.xx.2019-cu il tarixli 269BLL191760002 saylı kredit müqaviləsinə əsasən Azərbaycan Beynəlxalq Bankı ASC-nin Balakən şöbəsindən götürdüyü 3000 manat kredit üzrə 4768 manat pulun yarısı olan 2384 manat pulun alınması tələbi hissəsində əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 33.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 33.2-ci maddəsinə əsasən ər-arvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlakı üzərində sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu halda güman edilir ki, o, digərinin razılığı ilə hərəkət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 33.3-cü maddəsinə əsasən ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.3-cü maddəsinə əsasən ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3cü maddəsinin şərh edilməsinə dair» 23 iyul 2021-ci il tarixli qərarına əsasən 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ərarvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. İş materiallarından görünür ki, Azərbaycan Beynəlxalq Bankı ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli BPM**********74 nömrəli kredit müqaviləsinə əsasən Azərbaycan Beynəlxalq Bankı ASC tərəfindən İddiaçı 60 ay müddətinə 20,48 faiz ödəmək şərtilə şəxsi istehlak məqsədləri üçün 3000 AZN məbləğində kredit verilmiş, Azərbaycan Beynəlxalq Bankı ASC tərəfindən İddiaçı verilən kredit üzrə əsas borc 3000 manat, faiz borcu 1768,2 manat olmaqla cəmi borc 4768,2 manat müəyyən edilmiş, Cavabdeh tərəfindən həmin kredit və faiz məbləği həm nikah müddətində, həm də nikah pozulduqdan sonra ödənişlər edilməklə kredit borcu və faiz borcu tam olaraq ödənilmişdir. İddiaçı 3000 manat kredit üzrə 4768 manat pulun yarısı olan 2384 manat pul tələbini həmin kredit hesabına cavabdehin toydan sonra yaranmış borcunun ödənilməsi və həmin krediti faizlərlə banka özünün ödəməsi ilə əsaslandırmışdır. Lakin İddiaçı həmin kredit məbləğinin cavabdehin toydan qalan borcunun ödənilməsinə yönəldilməsini və həmin kreditin faizlərlə birlikdə məhz yalnız onun tərəfindən ödənilməsini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, bu iddia tələbinin əsaslandırıldığı həmin halların mövcudluğunu sübut edə bilməmişdir. İddiaçı heç kreditin ümumi faiz məbləği ilə birlikdə cəmi məbləğini belə düzgün göstərməmişdir. Belə ki, əsas məbləğ 3000 manat, faiz məbləği 1768,2 manat olmaqla kreditin cəmi məbləğ 4768,2 manat təşkil etmişdir. Əksinə iş materiallarından görünür ki, həmin kredit şəxsi istehlak məqsədləri üçün götürülmüş və ailənin tələbatının ödənilməsinə yönəldilmiş, həmin kredit məbləği faizlərlə birikdə cəmi 4768,2 manat olmaqla Cavabdeh tərəfindən tam olaraq kreditor Azərbaycan Beynəlxalq Bankı ASC-yə ödənilmişdir. Bu zaman həmin kredit məbləğinin müəyyən hissəsi birgə nikah dövründə, müəyyən hissəsi isə tərəflər arasında nikah pozulduqdan sonra ödənilmişdir. Götürülən kredit məbləği şəxsi istehlak təyinatlı olmaqla tərəflərin qarşılıqlı razılığı əsasında cavadehin bildirdiyinə görə iddiaçının müalicəsinə, bir sözlə ailənin tələbatının ödənilməsinə sərf olunmuşdur. Yəni bu zaman həmin kredit məbləğ üzərində sahiblik, istifadə və sərəncam hüquqları tərəflərin qarşılıqlı razılığı əsasında həyata keçirilmişdir. Həmçinin həmin kredit məbləği faizlərlə birlikdə tam olaraq kreditora ödənildiyinə görə hazırda tərəflərin həmin kredit üzrə kreditor qarşısında ümumi borc öhdəlikləri yaranmamışdır və mövcud deyildir. İddiaçı da həmin kredit məbləğinin onun razılığı olmadan cavabdeh tərəfindən öz şəxsi məqsədlərinə, o cümlədən borcunun ödənilməsinə sərf olunması, həmin kredit məbləği üzərində sahiblik, istifadə və sərəncam verilməsinin tərəflərin qarşılıqlı razılığı əsasında həyata keçirilməməsi, kreditin ailənin tələbatına yönəldilməməsi, cavabdehin tələb olunan həmin 2384 manat məbləği ona ödəməli olması barədə qanuni öhdəlik daşıması, həmin kredit üzrə ümumi borc öhdəliklərinin yaranması və həmin borcun yarısına görə cavabdehin öhdəlik daşımasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, bu tələb hissəsində iddianın əsaslılığını sübut edə bilməmişdir. Ona görə də məhkəmə 3000 manat kredit üzrə 4768 manat pulun yarısı 2384 manat pul tələbini əsassız hesab edir və həmin tələb hissəsində iddianın təmin olunmaması nəticəsinə gəlir. Beləliklə, məhkəmə İddiaçı nümayəndəsi-vəkili Nümayəndə və Cavabdeh izahatlarını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, məhkəmə təhqiqatı zamanı toplanmış sübutların məcmusuna yuxarıda göstərilən qanun normaları əsasında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin olunmalı, İddiaçı məxsus 360 manat dəyərində 6 qramlıq 585 əyarlı Türkiyə istehsalı olan 1 ədəd qızıl klon (boyunbağı), 300 manat dəyərində 5 qramlıq 583 əyarlı Türkiyə istehsalı olan 1 ədəd qızıl qolbaq, 300 manat dəyərində 5 qramlıq 585 əyarlı Türkiyə istehsalı olan 1 ədəd qızıl sırğa, 120 manat dəyərində 2 qramlıq 585 əyarlı Türkiyə istehsalı olan 1 ədəd qızıl üzük, 320 manat dəyərində 4 qramlıq 750 əyarlı İtaliya istehslı olan 1 ədəd nişan üzüyü, 180 manat dəyərində 3 qramlıq 585 əyarlı Türkiyə istehsalı olan 1 ədəd qızıl üzük və ya həmin əşyaları naturada qaytarmaq mümkün olmadıqda onların qeyd olunan dəyəri, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 22,16 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilməli, iddia qalan hissədə təmin olunmamalıdır. Həmçinin iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq iş üzrə 100 manat ekspertiza xərcinin 30,36 manatı Cavabdeh və 69,64 manatı İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı X21 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 17.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Azərbaycan Respublikası MPM-nin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Azərbaycan Respublikası MPM-nin 119.1ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəisnə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin olunsun. İddiaçı məxsus 360 manat dəyərində 6 qramlıq 585 əyarlı Türkiyə istehsalı olan 1 ədəd qızıl klon (boyunbağı), 300 manat dəyərində 5 qramlıq 583 əyarlı Türkiyə istehsalı olan 1 ədəd qızıl qolbaq, 300 manat dəyərində 5 qramlıq 585 əyarlı Türkiyə istehsalı olan 1 ədəd qızıl sırğa, 120 manat dəyərində 2 qramlıq 585 əyarlı Türkiyə istehsalı olan 1 ədəd qızıl üzük, 320 manat dəyərində 4 qramlıq 750 əyarlı İtaliya istehslı olan 1 ədəd nişan üzüyü, 180 manat dəyərində 3 qramlıq 585 əyarlı Türkiyə istehsalı olan 1 ədəd qızıl üzük və ya həmin əşyaları naturada qaytarmaq mümkün olmadıqda onların qeyd olunan dəyəri və iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 22,16 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilsin; iddia qalan hissədə təmin olunmasın; iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq iş üzrə 100 manat ekspertiza xərcinin 30,36 manatı Cavabdeh və 69,64 manatı İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı X21 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №e-2(019)-58/2023
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-58/2023
11.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver