Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-582/2023 16.06.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi ilə Məmmədova (Arkişiyeva) İradə Qəşəm qızının Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, m ü ə y y ə n e t d i: Məmmədova (Arkişiyeva) İradə Qəşəm qızı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından xx.xx.2013-cü ildə anadan olmuş X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məmmədova (Arkişiyeva) İradə Qəşəm qızı ərizə ilə məhkəməyə müraciət edib, ərizəsində iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından xx.xx.2013-cü ildə anadan olmuş X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin təyin olunmasını tələb etdiyini, lakin halhazırda mediasiyada cavabdehlə 180 manat alimentlə razılaşdıqlarını göstərərək, hazırki işin baxılmamış saxlanmasını xahiş etmişdir. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPMin 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Göründüyü kimi, qanunvericilikdə mülki işin məhkəmə hazırlıq iclasında iddiaçının ərizəsi üzrə iddia ərizəsinin baxılmamış saxlanması deyil, iddia ərizəsinin qaytarılması nəzərdə tutulmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Məmmədova (Arkişiyeva) İradə Qəşəm qızının hazırki ərizəsi onun iddia ərizəsinin qaytarılması xahişinə dair ərizə kimi qəbul olunmalı və qanunvericiliyin tələbinə əsasən bu ərizəyə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinin tələbləri şamil olunmalıdır. Cavabdeh məhkəmə hazırlıq iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə hazırlıq iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, həmçinin iddiaya hər hansı etirazını bildirməmiş və işə mahiyyəti üzrə baxılmasını tələb etdiyi barədə ərizə ilə məhkəməyə müraciət etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 167-ci maddəsinə əsasən hazırki işin məhkəmə hazırlıq iclasının Cavabdeh iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İş materiallarından görünür ki, hazırki tələb alimentlə bağlı olduğundan və «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən alimentin alınması ilə bağlı iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunduqlarından İddiaçı hazırki iddianın qaldırılması üçün dövlət rüsumu ödəməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, iddiaçı Məmmədova (Arkişiyeva) İradə Qəşəm qızı hazırki iddia ərizəsinin qaytarılması barədə vəsatət verdiyindən və bu, qanuna zidd olmadığına, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığına görə, iddiaçı Məmmədova (Arkişiyeva) İradə Qəşəm qızının Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı və ərizəçiyə iddia ərizəsinin geri qaytarılmasına əsas olan hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170, 152, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Məmmədova (Arkişiyeva) İradə Qəşəm qızının Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın; ərizəçi Məmmədova (Arkişiyeva) İradə Qəşəm qızına iddia ərizəsinin geri qaytarılmasına əsas olan hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Zamin Tahirov
Məhkəmə qərarları › İş №e-2(019)-582/2023
Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-582/2023
16.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver