Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-619/2022 09.12.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, iddiaçı Göylərova (Pirməmmədova) Qərənfil Fərman qızının, Cavabdeh və Balakən Rayon İcra Hakimiyyəti Başçısının yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Göylərova (Pirməmmədova) Qərənfil Fərman qızının Cavabdeh qarşı nikahın pozulması, aliment və uşaqların onun yanında saxlanmalarının müəyyən olunması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi İddiaçı Göylərova (Pirməmmədova) Qərənfil Fərman qızı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə xx.xx.2020-ci il tarixdə Balakən rayon Qeydiyyat Şöbəsində 40 nömrə ilə bağlanmış nikahın pozulması, cavabdehlə birgə nikahdan xx.xx.2020-ci il tarixdə anadan olmuş qızları X1 və xx.xx.2021-ci il tarixdə anadan olmuş X5 onun yanında saxlanmalarını müəyyən etməklə, həmin uşaqların yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 200 (iki yüz) manat, cəmi 400 (dörd yüz) manat alimentin Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Göylərova (Pirməmmədova) Qərənfil Fərman qızı məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, Cavabdeh ilə xx.xx.2020-ci il tarixdə Balakən rayon Qeydiyyat Şöbəsində 40 nömrə ilə bağlanmış nikahın pozulması, cavabdehlə birgə nikahdan xx.xx.2020-ci il tarixdə anadan olmuş qızları X1 və xx.xx.2021-ci il tarixdə anadan olmuş X5 onun yanında saxlanmalarını müəyyən etməklə, həmin uşaqların yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 130 manat cəmi- 260 manat alimentin Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında iddiaçı Göylərova (Pirməmmədova) Qərənfil Fərman qızı iddiasını müdafiə edərək, onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 06 dekabr 2019-cu il tarixdə el adəti ilə evlənmişdir. Nikahlarını xx.xx.2020-ci il tarixdə Balakən rayon Qeydiyyat Şöbəsində 40 nömrə ilə rəsmiləşdirmişlər. Cavabdehlə birgə nikahdan xx.xx.2020-ci il tarixdə qızları X4 və xx.xx.2021-ci il tarixdə oğlu X9 dünyaya gəlmişdir. Evləndikləri ilk vaxtlarda Cavabdeh ilə ailə münasibətləri normal olmuş, mehriban ailə kimi yaşamışlar. Daha sonra aralarında ailə münasibətləri zəminində mübahislər baş vermiş, münasibətləri pisləşmişdir. Cavabdeh onu dəfələrlə döymüş, ona qarşı fiziki xəsarətlər yetirmişdir. Bu barədə polisə şikayət etmiş, cavabdeh barəsində cinayət işi başlanılmışdır, iş hal-hazırda Balakən Rayon Məhkəməsinin sədri Hümbət Səlimovun icraatındadır. Cavabdehlə halhazırda ailə münasibətləri formal xarakter daşıyır. Məhkəmə tərəfindən onlara barışıq üçün 3 ay vaxt verilmiş, lakin onlar barışmamışlar. O, cavabdehlə barışmaq fikrində deyildir. Nikahın pozulması barədə fikri qətidir. Cavabdehlə aralarında olan nikahın pozulması və birgə nikahdan olan uşaqların saxlanması üçün aliment təyin edilməsini xahiş edir. Bu onun qəti fikridir. 2 aydan artıq müddətdir ki, ayrı yaşamalarına baxmayaraq, cavabdeh uşaqların dolanışığı ilə maraqlanmamışdır. Uşağın gündəlik tələbatı kifayət qədər xərc tələb edir. Onun hər hansı rəsmi iş yeri və gəliri yoxdur. Uşaqlara baxılmasında anası və yaxın qohumları köməklik edir. Nikahın pozulması və aliment məbləğinin müəyyən olunması ilə bağlı mediatora müraciət etmişdir. Mediasiya prosesində Cavabdeh nikahın pozulması və alimentlə razılaşmamışdır. Bu barədə Mediasiyadan müvafiq protokol almışdır. Lakin cehiz tələbi ilə razılaşmış, bu barədə barışıq sazişi imzalamışlar. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh Balakən rayonu Qullar kənd məktəbində gözətçi işləməklə 300 manat əmək haqqı alır. Eyni zamanda cavabdehin ailə təsərrüfatında iribuynuzlu mal-qarası, 50 baş qoyun, əkin üçün torpaq sahəsi və fındıq bağı vardır. Cavabdeh uşaqların saxlanması üçün aylıq hər uşaq üçün 130 manat cəmi 260 manat aliment ödəmək iqtidarındadır. İddiasının təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, nikahın pozulmasına və alimentin təyin olunmasına razı olmadığını, məhkəmə tərəfindən onlara barışıq üçün 3 ay vaxt verilməsinə baxmayaraq, onların barışmadığını bildirərək, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Balakən Rayon İcra Hakimiyyəti başçısının yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi X7 təmsil etdiyi qəyyumluq və himayəçilik komissiyasının 08 dekabr 2022-ci il tarixli rəyini müdafiə edərək, uşaqların azyaşlı olmalarını və gələcək mənafeyini nəzərə alaraq xx.xx.2020-ci il tarixdə doğulmuş X1 və xx.xx.2021-ci il tarixdə doğulmuş X5 anaları Göylərova (Pirməmmədova) Qərənfil Fərman qızının himayəsində qalmasını məqsədəuyğun hesab etmişdir. İş materiallarında olan Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 388942 №-li nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X2 arasında nikah xx.xx.2020-ci il tarixdə, 40 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada Göylərova soyadı verilmişdir. İş materiallarında olan Balakən rayonu Qeydiyyat Şöbəsi tərəfindən 15 dekabr 2020ci il tarixdə verilmiş AZ-İV seriyalı 532950 №-li və 16 dekabr 2021-ci il tarixdə verilmiş AZ- İV 651268 №-li doğum haqqında şəhadətnamələrdən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2020-ci ildə X4 oğlu və xx.xx.2021-ci ildə X9 doğulmuşlar. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e- 2(019)-619/2022 saylı qərardadından görünür ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 101.1 və 101.2-ci maddələrinin tələbləri əsasında iddiaçı Göylərova (Pirməmmədova) Qərənfil Fərman qızının Cavabdeh qarşı nikahın pozulması, aliment və uşaqların onun yanında saxlanmalarının müəyyən olunması tələbinə dair mülki iş üzrə mübahisə məhkəmədə həll olunana kimi ərizənin verildiyi 03 iyun 2022-ci il tarixdən hesablanmaqla Cavabdeh tərəflərin birgə nikahından xx.xx.2020-ci il tarixdə doğulmuş X1 və xx.xx.2021-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər bir uşaq üçün 130 (bir yüz otuz) manat olmaqla, hər ay cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment müvəqqəti tutulub, iddiaçı Göylərova (Pirməmmədova) Qərənfil Fərman qızına verilməsi və qərardadın dərhal icra edilməsi qərara alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli MŞİH-18358 nömrəli mediasiya prosesinə xitam verilməsi barədə protokoldan görünür ki, Göylərova (Pirməmmədova) Qərənfil Fərman qızının və Cavabdeh iştirakı ilə nikahın pozulması və aliment tələbi ilə əlaqədar xx.xx.2022-ci il tarixdə mediasiya prosesi həyata keçirilmişdir. Tərəflər nikahın pozulması və aliment tələbi ilə əlaqədar razılaşmadıqları üçün Mediatorun təşəbbüsü ilə mediasiya prosesinə xitam verildi. İlkin Mediasiya sessiyasinin keçirilməsi üçün 50 (əlli) AZN məbləğində mediasiyaya dair xərcini iddiaçı Göylərova (Pirməmmədova) Qərənfil Fərman qızı təktərəfli qaydada ödədi. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər qismən barisiq sazisi bağlayaraq kikahlarıni davam etdirmək üçün 10 giinluk müddətlə razılaşdılar. Goylərov Ramazan nikahin pozulmasına razılaşmadı. Bir-birinə verdikləri müddətdə barışıq mumkun olmasa məhkəməyə müraciət edəcəklərini bildirdilər. Cehiz tələbinə razılaşdılar. Aliment tələbinə Cavabdeh razılaşmadı. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli məhkəmə iclas qərarından görünür ki, tərəflərə barışıq üçün 3 ay vaxt verilmişdir. İşə əlavə edilmiş Balakən Rayon İcra Hakimiyyəti Başçısının yanında Qəyyumluq və Himayə Komissiyasının xx.xx.2022-ci il tarixli aktından və 08 dekabr 2022-ci il tarixli, 06- 1918 №-li rəyindən görünür ki, həmin komissiya uşaqların azyaşlı olmalarını və gələcək mənafeyini nəzərə alaraq xx.xx.2020-ci il tarixdə doğulmuş X1 və xx.xx.2021-ci il tarixdə doğulmuş X5 anaları Göylərova (Pirməmmədova) Qərənfil Fərman qızının himayəsində qalmasını məqsədəuyğun hesab etmişdir. İş materiallarından həmçinin görünür ki, iddiaçı Göylərova (Pirməmmədova) Qərənfil Fərman qızı 50 manat mediasiya xərci və hazırki iddianın qaldırılması üçün 50 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, iddiaçı Göylərova (Pirməmmədova) Qərənfil Fərman qızı və Cavabdeh 06 dekabr 2019-cu il tarixdə ər-arvad münasibətlərinə girməklə ailə qurmuşlar. Tərəflərin nikahı xx.xx.2020-ci il tarixdə Balakən rayon Qeydiyyat Şöbəsində 40 nömrə ilə qeydə alınmışdır. Tərəflərin birgə nikahdan xx.xx.2020-ci il tarixdə X4 və xx.xx.2021-ci il tarixdə X9 adında iki uşaqları doğulmuşdur. İddiaçı ilə cavabdeh arasında xasiyyətlərinin uyğun gəlməməsi ilə əlaqədar ailə-məişət zəminində mübahisələr yaranmışdır. Tərəflər 2022-ci ilin aprel ayından faktiki ayrılmışlar və bir-birindən ayrı yaşayırlar. Məhkəmə tərəfindən tərəflərə barışıq üçün 3 ay vaxt verilməsinə baxmayaraq, onlar barışmamış və ailələrini bərpa etməmişlər. Tərəflər arasında hazırki tələblərlə əlaqədar xx.xx.2022-ci il tarixdə ilkin mediasiya sessiyası həyata keçilmiş, lakin tərəflər nikahın pozulması və aliment barədə barışıq əldə etməmişlər. Ona görə də tərəflər arasında mediasiya prosesinə mediatorun təşəbbüsü ilə xitam verilmişdir. Ər-arvadın birgə yaşaması və ailənin saxlanması qeyrimümkündür. Tərəflər arasında ailə münasibətlərinin əsasını təşkil edən maddi və mənəvi bağlılıq artıq mövcud deyildir. Onlar arasında bağlanmış nikah formal xarakter daşıyır. İddiaçı təkidlə nikahın pozulmasını tələb edir. Tərəflərin birgə nikahından xx.xx.2020-ci il tarixdə doğulmuş X4 və xx.xx.2021-ci il tarixdə doğulmuş X9 anaları Göylərova (Pirməmmədova) Qərənfil Fərman qızının yanında və himayəsində yaşayırlar. Cavabdeh uşaqların saxlanmasında iştirak etmir, iddiaçıya maddi kömək göstərmir. Balakən Rayon İcra Hakimiyyəti Başçısının yanında Qəyyumluq və Himayə Komissiyasının 29 noyabr 2022-ci il tarixli aktı və 08 dekabr 2022-ci il tarixli, 06-1918 №-li rəyi ilə uşaqların azyaşlı olmalarını və gələcək mənafeyini nəzərə alaraq xx.xx.2020-ci il tarixdə doğulmuş X1 və xx.xx.2021-ci il tarixdə doğulmuş X5 anaları Göylərova (Pirməmmədova) Qərənfil Fərman qızının himayəsində qalması məqsədəuyğun hesab edilmişdir. Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(019)-619/2022 saylı qərardadı ilə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 101.1 və 101.2-ci maddələrinin tələbləri əsasında iddiaçı Göylərova (Pirməmmədova) Qərənfil Fərman qızının Cavabdeh qarşı nikahın pozulması, aliment və uşaqların onun yanında saxlanmalarının müəyyən olunması tələbinə dair mülki iş üzrə mübahisə məhkəmədə həll olunana kimi ərizənin verildiyi 03 iyun 2022-ci il tarixdən hesablanmaqla Cavabdeh tərəflərin birgə nikahından xx.xx.2020-ci il tarixdə doğulmuş X1 və xx.xx.2021-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər bir uşaq üçün 130 (bir yüz otuz) manat olmaqla, hər ay cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment müvəqqəti tutulub, iddiaçı Göylərova (Pirməmmədova) Qərənfil Fərman qızına verilməsi və qərardadın dərhal icra edilməsi qərara alınmışdır. İddiaçı məhkəmədən iddiasının təmin olunmasını; nikahın pozulmasını və himayəsində olan azyaşlı uşaqların saxlanması üçün cavabdehdən hər ay hər bir uşaq üçün 130 manat sabit pul məbləğində alimentin tutulmasını xahiş edir. İddiaçı 50 manat mediasiya xərci və hazırki iddianın qaldırılması üçün 50 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 14.2-cü maddəsinə əsasən ərin (arvadın) və ya onların hər ikisinin ərizəsi əsasında, eləcə də məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) qəyyumunun ərizəsi əsasında nikaha xitam verilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.2-ci maddəsinə əsasən tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 21.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Məhkəmə ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyrimümkünlüyünun məhkəmə tərəfindən müəyyən edildiyini nəzərə alaraq, hesab edir ki, tərəflər arasında bağlanmış nikah pozulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.1 və 22.2.2-ci maddələrinə müvafiq olaraq bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqı və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. İşin faktiki hallarına, şərh olunan hüquq normalarına əsaslanaraq, azyaşlı uşaqların mənafeyini və qəyyumluq və himayə komissiyasalarının müvafiq rəyini əsas götürərək, məhkəmə həmçinin hesab edir ki, nikah pozularkən tərəflərin birgə nikahından xx.xx.2020ci il tarixdə doğulmuş X4 və xx.xx.2021-ci il tarixdə doğulmuş X9 anaları Göylərova (Pirməmmədova) Qərənfil Fərman qızının yanında saxlanılmalıdır. Məhkəmə qeyd edir ki, tərəflərin birgə nikahından doğulmuş azyaşlı uşaqların analarının yanında saxlanılması, uşaqların mənafeyi, onların ana qayğısı və nəvazişindən məhrum olunmaması, anası ilə emosional bağlılıq və harmonik vəhdətli münasibətlər zəminində əqli və fiziki inkişafına lazımi şəraitin yaradılması zərurəti ilə bağlıdır. Belə ki, ailənin vəhdətinin qorunması və uşaqların mənafeyinin müdafiə edilməsi hamılıqla qəbul olunmuş demokratik dəyərlərdən biridir və Azərbaycan Respublikasının da tərəfdar çıxdığı bir sıra beynəlxalq normativ-hüquqi aktlarda öz əksini tapmışdır. Belə ki, İnsan Hüquqları Haqqında Ümumi Bəyənnamənin 16-cı maddəsinin 3-cü bəndi, Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın 23-cü maddəsinin 1-ci bəndi ailəni cəmiyyətin özəyi kimi xarakterizə edərək, onun cəmiyyət tərəfindən müdafiə edilməsi zərurətini ortaya qoyur. İnsan Hüquqlarının və X8 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 8-ci maddəsinin 1-ci bəndi hər kəsin öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququnun olmasını təsbit edir. Avropa Kovensiyasının 8-ci maddəsində və həmin maddə üzrə Avropa Məhkəməsinin prsedentlərində dövlətin o cümlədən ailə həyatına hörmət hüququnun təmin edilməsində pozitiv öhdəliklər daşıdığı xüsusi vurğulanmışdır. Məsələn, Marks Belçikaya qarşı işdə Avropa Məhkəməsi ailə həyatının toxunulmazlığı hüququnun həyata keçirilməsi yolunda maneələrin aradan qıldırılması barədə dövlətin öhdəlik daşıdığını qeyd etmişdir. Həmin işdə Avropa Məhkəməsi 8-ci maddə baxımından «ailə həyatı»nı ən azı yaxın qohumlar arasında münasibətlər kimi ehtiva etmişdir. Olsson İsveçə qarşı işdə (24 mart 1988-ci il) Avropa Məhkəməsi bildirdi ki, valideynlər və uşaqların bir yerdə olması ailə həyatının özəyidir. Ailə üzvləri arasında azad və mütəmadi təmaslara maneələr yaradılırsa, onda bu maneələr ailə üzvləri arasında əlaqələrin qırılmasına şərait yaradaraq, ailənin sonradan birləşməsi perspektivinə zərbə vurur. Ailə üzvləri arasında harmonik münasibətlər ailənin mövcudluğunun əsas şərtlərindən biridir. Lakin məhkəmə onu da vurğulayır ki, nikah pozularkən yetkinlik yaşına çatmayan uşaqların iddiaçının yanında saxlanması, heç də cavabdehi onlarla ünsiyyətdə olmaq, uşaqların tərbiyəsi və təhsili ilə bağlı məsələlərdə iştirak etmək hüququndan məhrum etmir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən uşaqların valideynləri ilə ünsiyyətdə olmaq hüquqları vardır. Ailə Məcəlləsinin 61.1-ci maddəsinə əsasən uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Məhkəmə iclasında həmçinin müəyyən olunmuşdur ki, tərəflər arasında yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün aliment ödənilməsi barədə heç bir saziş bağlanmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən uşaqlara qayğı göstərmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 99-cu maddəsinə əsasən ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda aliment tutulması barədə tərəflər məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm dəyişən olarsa, ya qazancının (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissəsi kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2022-ci ildə uşaqlar üçün yaşayış minimumu 193 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Konvensiyanın 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «Uşaq hüquqları haqqında» Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. «Uşaq hüquqları haqqında» Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin ediliməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. BMT-nin «Uşaq Hüquqları Bəyannaməsi»nin 2 saylı prinsipinə əsasən uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. BMT-nin «Uşaq Hüquqları Bəyannaməsi» nin 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalarından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o, eləcə də anası, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Uşağın lazımi qidalanma, mənzil, əyləncə və tibbi xidmət hüququ olmalıdır. Avropa Konvensiyasının 7 sayıl Protokolunun 5-ci maddəsinə görə ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatını ödəmək vəzifəsindən azad etmir. Həmin qərarda Konstitusiya Məhkəməsi belə nəticəyə gəlmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu qərarın birinci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi”). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum olanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə, iş materialları ilə cavabdehin aylıq qazancının (gəlirinin) müəyyən olunmadığını nəzərə alaraq hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşaqların mənafeyi nəzərə alınmaqla, onların əvvəlki təminat səviyyəsinin maksimal saxlanması üçün aliment sabit pul məbləğində müəyyən olunmalıdır. Məhkəmə aliment məbləğini müəyyən edərkən həmçinin hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə uşaqları saxlamaq hər iki valideynin borcudur və valideynlərdən birinin üzərinə qoyulan aliment öhdəliyi onun üçün ağır maddi məhrumiyyətlər yaratmamalı, bu xüsusda tərəflərin mənafeləri arasında ədalətli tarazlıq prinsipi təmin olunmalıdır. Məhkəmə onu da qeyd edir ki, alimentin həlli məsələsində uşaqlara qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşaqların himayəsində olduğu iddiaçının üzərinə düşməsinin yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilməsi nəzərə alınmalıdır. Qanuna görə isə hər bir uşaq üçün ölkə üzrə yaşayış minimumu 2022-ci il üçün 193 manat məbləğində müəyyən olunmuşdur. Bu konteksdə məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından xx.xx.2020ci il tarixdə doğulmuş X1 və xx.xx.2021-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay hər bir uşaq üçün 130 manat sabit pul məbləğində alimentin tutularaq, iddiaçı Göylərova (Pirməmmədova) Qərənfil Fərman qızına verilməsi uşaqların saxlanmasının iddiaçı və cavabdehin vəzifəsi olması, cavabdehin işləməməsi və onun aylıq qazancının (gəlirinin) müəyyən olunmaması zəminində onların mənafeləri, həmçinin uşaqların mənafeyi ilə cavabdehin mənafeyi arasında ədalətli tarazlığa səbəb olacaqdır. İş materiallarından görünür ki, Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(019)-619/2022 saylı qərardadı ilə iddiaçı Göylərova (Pirməmmədova) Qərənfil Fərman qızının Cavabdeh qarşı nikahın pozulması, aliment və uşaqların onun yanında saxlanmalarının müəyyən olunması tələbinə dair mülki iş üzrə mübahisə məhkəmədə həll olunana kimi ərizənin verildiyi 03 iyun 2022-ci il tarixdən hesablanmaqla Cavabdeh tərəflərin birgə nikahından xx.xx.2020-ci il tarixdə doğulmuş X1 və xx.xx.2021-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər bir uşaq üçün 130 (bir yüz otuz) manat olmaqla, hər ay cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment müvəqqəti tutulub, iddiaçı Göylərova (Pirməmmədova) Qərənfil Fərman qızına verilməsi qərara alınmışdır. Yəni həmin qərardadla alimentin tərəflər arasında mübahisə məhkəmədə həll olunana kimi tutulması müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(019)-619/2022 saylı qərardadı ilə alimentin tutulması hazırki mülki iş üzrə mübahisə məhkəmədə həll olunana kimi olmaqla müvəqqəti xarakter daşıdığından, bu qətnamə ilə də mülki iş üzrə mübahisə həll olunduğundan, sözügedən qərardadın hüquqi nəticələri aradan qalxır. Ona görə də hazırki qətnamə üzrə müəyyən olunmuş cavabdehdən hər ay hər bir uşaq üçün 130 manat, hər ay cəmi 260 manat alimentin tutularaq, iddiaçıya ödənilməsi hazırki qətnamənin çıxarıldığı tarixdən, yəni 09 dekabr 2022-ci il tarixdən hesablanmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizələrinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına uyğun müvafiq qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, iddiaçı Göylərova (Pirməmmədova) Qərənfil Fərman qızı ilə Cavabdeh arasında 06 mart 2020-ci ildə Balakən rayon Qeydiyyat Şöbəsində 40 nömrə ilə qeydə alınmış nikah pozulmalı, nikah pozularkən tərəflərin birgə nikahından xx.xx.2020-ci il tarixdə doğulmuş X4 və xx.xx.2021-ci il tarixdə doğulmuş X9 anaları Göylərova (Pirməmmədova) Qərənfil Fərman qızının yanında saxlanılmalı, hazırki qətnamənin çıxarıldığı 09 dekabr 2022-ci il tarixdən başlayaraq xx.xx.2020-ci il tarixdə doğulmuş X1 və xx.xx.2021-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay hər bir uşaq üçün 130 (bir yüz otuz) manat olmaqla, hər ay cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment alınaraq, iddiaçı Göylərova (Pirməmmədova) Qərənfil Fərman qızına verilməlidir. Eyni zamanda hazırki qətnamə alimentin alınması hissəsində dərhal icra olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin edildiyi üçün iddiaçı Cavabdeh 100 manat məbləğində dövlət rüsumu tutularaq, iddiaçı Göylərova (Pirməmmədova) Qərənfil Fərman qızına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, tərəflərə nikah pozulduqdan sonra ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən 3 illik iddia müddətinin tətbiq olunması izah edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallada iddia tələblərindən kənara çıxa bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 234.2.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı Göylərova (Pirməmmədova) Qərənfil Fərman qızı ilə Cavabdeh arasında 06 mart 2020-ci ildə Balakən rayon Qeydiyyat Şöbəsində 40 nömrə ilə qeydə alınmış nikah pozulsun; nikah pozularkən tərəflərin birgə nikahından xx.xx.2020-ci il tarixdə doğulmuş X4 və xx.xx.2021-ci il tarixdə doğulmuş X9 anaları Göylərova (Pirməmmədova) Qərənfil Fərman qızının yanında saxlanılsın; hazırki qətnamənin çıxarıldığı 09 dekabr 2022-ci il tarixdən başlayaraq xx.xx.2020-ci il tarixdə doğulmuş X1 və xx.xx.2021-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay hər bir uşaq üçün 130 (bir yüz otuz) manat olmaqla, hər ay cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment alınaraq, iddiaçı Göylərova (Pirməmmədova) Qərənfil Fərman qızına verilsin; hazırki qətnamə alimentin alınması hissəsində dərhal icra olunsun; Cavabdeh 100 manat məbləğində dövlət rüsumu tutularaq, iddiaçı Göylərova (Pirməmmədova) Qərənfil Fərman qızına ödənilsin. Tərəflərə nikah pozulduqdan sonra ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən 3 illik iddia müddətinin tətbiq olunması izah edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №e-2(019)-619/2022
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-619/2022
09.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver