Məhkəmə qərarları › İş №e-2(019)-625/2022

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-625/2022

21.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-625/2022 21.07.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə ,Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh oğlu-xx.xx.2017-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi baxılıb saxlanılması üçün hər ay sabit pul məbləğində 250 ( iki yüz əlli ) manat aliment alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, nikahlarını xx.xx.2016-cı il tarixdə Balakən rayon Qeydiyyat Şöbəsində 15 sayla rəsmiləşdirməklə Balakən rayonu Qazma kənd sakini Cavabdeh ilə evlənmişdir.Arzumanla birgə yaşadıqları dövrdə-xx.xx.2017-ci il tarixdə X4 adlı uşaqları doğulmuşdur. 2020-ci ilin sentyabr ayında Arzumanla aralarında baş vermiş münaqişə səbəbindən ondan ayrılmışdır. Həmin vaxt boşanma və aliment tələbi ilə bağlı Balakən Rayon Məhkəməsinə müraciət etmişdir. Balakən Rayon Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli, 2(019)-928/2020 saylı qətnaməsi ilə Cavabdehla aralarında bağlanmış rəsmi nikah pozulmuş və oğlu X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 170 manat aliment tutularaq ona verilməsi qət edilmişdir. Lakin bir müddət sonra o, Arzumanla barışdığından alimentin ödənilməsini tələb etməyərək Arzumandan alimentin tutulmasına dair icra işinə xitam verilməsini Balakən rayon İcra Şöbəsindən xahiş etmişdir. Ərizəsi əsasında xx.xx.2021-ci il tarixli qərarla alimentin ödənilməsi barədə işin icraatına xitam verilmişdir. Lakin artıq 3 aydır ki, yenidən Arzumandan ayrılmışdır. Buna görə yenidən aliment tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Qeyd etmək istəyir ki, hal-hazırda oğlu ilə birlikdə atası evində yaşayır.Heç yerdə işləmir. Arzuman uşağın baxılmasında ona heç bir köməklik göstərmir. Uşağa təkbaşına baxmaq onun üçün çox çətindir. Buna görə də Arzumandan aliment tələb edir.Arzuman fərdi işlərlə məşğul olur. Onun müəyyən qazancı var. Arzumanın oğlunun baxılıb saxlanması üçün yüksək məbləğdə aliment ödəmək imkanı vardır. Cavabdeh rəsmi iş yeri olmadığından ondan sabit pul məbləğində aliment tələb edir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən etiraf edərək izahatında göstərdi ki, o, 2016-cı ildə rəsmi nikahla İddiaçı ilə evlənmişdir. Birgə nikahlarından xx.xx.2017-ci ildə X4 adında bir uşaqları olmuşdur. İddiaçı ilə birgə nikahlarından olan uşaq hazırda iddiaçının himayəsində yaşayır. O, İİİ qrup əlildir. Onun iddiaçının tələb etdiyi məbləğdə aliment ödəmək imkanı yoxdur.O,hər ay 150 manat aliment ödəyə bilər. Qeyd edilənləri nəzərə alıb iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İşdə olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 24 may 2022-ci il tarixdə verilmiş 05/69-392 nömrəli nikah haqqında akt qeydindən çıxarışdan görünür ki, Cavabdeh ilə X3 arasında 03 oktyabr 2016-cı ildə nikah bağlanmış, nikah bağlanandan sonra arvada Rəhimova soyadı verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 24 may 2022-ci il tarixdə verilmiş 05/69-393 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X4 14 sentyabr 2017-ci il tarixdə anadan olmuş, atası Cavabdeh, anası isə İddiaçı göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(019)-928/2020 nömrəli qətnamənin surətindən görünür ki, həmin qətnamə ilə iddianın təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 03 oktyabr 2016-cı il tarixdə Balakən rayon İcra Hakimiyyəti Qazma kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 15 nömrə ilə qeydə alınmış nikahın pozulması, onların birgə nikahından olan uşaqları- 14 sentyabr 2017-ci il tarixdə anadan olmuş X2 anası İddiaçı yanında saxlanması, 14 oktyabr 2020-ci il tarixdən başlayaraq 14 sentyabr 2017-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməsi qət edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli MŞİH-18455 nömrəli Mediasiya prosesinə xitam verilməsi barədə protokoldan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmişdir və 50 manat mediasiya xərcini ödəmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və vəkilinin və cavabdehin izahatlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, İddiaçı Cavabdeh ilə nikahlarını xx.xx.2016-cı il tarixdə Balakən rayon Qazma kənd inzibati ərazi dairəsində 15 nömrə ilə rəsmiləşdirməklə evlənmişlər. Birgə nikahlarından xx.xx.2017-ci ildə X4 adında bir uşaqları olmuşdur.Balakən Rayon Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli, 2(019)-928/2020 saylı qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş və tərəflərin birgə nikahından olan uşaq-X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 170 manat aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Tərəflər sonradan barışıb birlikdə yaşadıqlarından tələbkarın ərizəsi əsasında Balakən rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli qərarı ilə alimentin ödənilməsi barədə işin icraatına xitam verilmişdir.Lakin tərəflər hazırda yenidən ayrı yaşayırlar və onların birgə nikahlarından olan uşaq -xx.xx.2017-ci il tarixdə anadan olmuş X4 iddiaçının yanında yaşayır. Cavabdeh uşağın saxlanması üçün İddiaçı maddi köməklik göstərmir. Ona görə də İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcədə aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri- müntəzəm dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa , yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Uşaq hüquqları haqqında “Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci ildə yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda iddanın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, tərəflərin birgə nikahından olan uşağın anasının yanında yaşamasını, tərəflər arasında alimentin ödənməsi ilə bağlı saziş olmamasını,cavabdehin azyaşlı uşağının saxlanmasına maddi köməklik göstərməməsini, tərəflərin maddi və ailə vəziyyətlərini, iddiaçının alimenti sabit pul məbləği ilə tələb etməsini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, ərizənin verildiyi 07 iyun 2022-ci il tarixdən başlayaraq xx.xx.2017-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin olunduğu və iddiaçı hazırki iddia ilə bağlı dövlət rüsumunu ödəməkdən azad olunduğu üçün, iddianın təmin olunmuş hissəsinə münasib olaraq Cavabdeh 43,16 manat dövlət rüsumu tutulub, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “X6” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumü ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmuyu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220,234.2.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 07 iyun 2022-ci il tarixdən başlayaraq xx.xx.2017-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 193 (bir yüz doxsan üç ) manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 43.16 manat dövlət rüsumu xərci alınıb dövlət büdcəsinə ödənsin . Qətnamə alimentin tutulmasına aid hissədə dərhal icra edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar