Məhkəmə qərarları › İş №e-2(019)-662/2024

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-662/2024

17.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-662/2024 17.10.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, iddiaçı Seriyeva (Borayeva) Könül İsmayıl qızının iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh uşaqları-xx.xx.2011-ci il tarixdə doğulmuş X1 və xx.xx.2016-cı il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi baxılıb saxlanılmaları ücün hər ay hər bir uşaq üçün sabit pul məbləğində 250( iki yüz əlli ) manat aliment alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 2008-ci ilin sentyabr ayında Balakən rayonu Xalatala kənd sakini Cavabdeh ilə evlənmişdir. Nikahlarını xx.xx.2012-ci il tarixdə 301 sayla Balakən rayon Qeydiyyat Şöbəsində rəsmiləşdirmişlər. Birgə yaşadıqları dövrdə, xx.xx.2011-ci ildə X3, xx.xx.2016-cı il tarixdə X4 adlı uşaqları doğulmuşdurlar. Ceyhun ilə evləndikdən sonra bir müddət mehriban ər-arvad kimi yaşamışlar, son illərdə Ceyhun işləmək məqsədi ilə Rusiyaya getmişdir. 2023-cü ilin sentyabr ayından sonra Ceyhun onunla əlaqə saxlamır, ailəsinin dolanışığı ilə maraqlanmır, uşaqların baxılıb saxlanılması üçün ona maddi köməklik göstərmir. Uşaqları ilə birlikdə atası evində yaşayır. Artıq 9 aydır ki, uşaqlara təkbaşına baxır. Uşaqlara tək başına baxmaq onun üçün çox çətindir. Uşaqların baxılmasında ona valideynləri köməklik göstərirlər. Ceyhun uşaqların baxılmasında ona heç bir köməklik göstərmir. Buna görə uşaqların baxılıb saxlanılması üçün Ceyhundan aliment tələb edir. Ceyhun Rusiyada fərdi işlərlə məşğul olur. Onun müəyyən qazancı var. Hesab edir ki, cavabdeh uşaqlarının baxılması üçün lazımi məbləğdə aliment ödəyə bilər. Ceyhunun rəsmi iş yeri olmadığından ondan sabit pul məbləğində aliment tələb edir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 26 dekabr 2012-ci il tarixdə verilmiş AZ-İ seriyalı 811094 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki,Cavabdeh ilə X5 arasında 26 dekabr 2012-ci il tarixdə 301 nömrə ilə nikah bağlanmış, nikah bağlanandan sonra arvada Seriyeva soyadı verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Xalatala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 25 oktyabr 2016-cı il tarixdə verilmiş AZ-İİİ seriyalı 826304 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2011-ci il tarixdə anadan olmuş, atası Cavabdeh Ramazan oğlu, anası isə İddiaçı göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Xalatala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 26 dekabr 2012-ci il tarixdə verilmiş AZ-İİİ seriyalı 004680 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2016-cı il tarixdə anadan olmuş, atası Cavabdeh Ramazan oğlu, anası isə İddiaçı göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Şəki 1 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü tarixli MŞŞ/MT001-2024-00767 nömrəli Mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və 60 manat mediasiya xərcini ödəmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh 2008-ci ilin sentyabr ayında qeyri-rəsmi nikahla evlənmişlər.Nikahlarını xx.xx.2012-ci ildə 301 nömrə ilə Balakən rayon Qeydiyyat Şöbəsində rəsmiləşdirmişlər. Tərəflərin birgə nikahlarından xx.xx.2011-ci ildə X3 və xx.xx.2016-cı ildə X4 adında iki uşaqları olmuşdur. Onlar 2023-cü ilin sentyabr ayından ayrı yaşayırlar. Uşaqlar anasının himayəsindədirlər.Cavabdeh uşaqların saxlanması üçün İddiaçı maddi köməklik göstərmir. Ona görə də İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcədə aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri- müntəzəm dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa , yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Uşaq hüquqları haqqında “Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda iddanın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, tərəflərin birgə yaşayışından olan uşağın anasının yanında yaşamasını, tərəflər arasında alimentin ödənməsi ilə bağlı saziş olmamasını,cavabdehin azyaşlı uşağının saxlanmasına maddi köməklik göstərməməsini, tərəflərin maddi və ailə vəziyyətlərini, iddiaçının cavabdehin qazancı barədə heç bir sübut təqdim etməməsini, iddiaçının alimenti sabit pul məbləği ilə tələb etməsini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, ərizənin verildiyi 04 iyun 2024-cü il tarixdən başlayaraq xx.xx.2011-ci ildə anadan olmuş X1 və xx.xx.2016-cı ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 180 (bir yüz səksən) manat, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin olunduğu və iddiaçı hazırki iddia ilə bağlı dövlət rüsumunu ödəməkdən azad olunduğu üçün, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq Cavabdeh 43.20 mediasiya xərci alınıb İddiaçı, 63.20 manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “X9” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumü ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmuyu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220,234.2.1 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 04 iyun 2024-cü il tarixdən başlayaraq xx.xx.2011-ci ildə anadan olmuş X1 və xx.xx.2016-cı ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 180 (bir yüz səksən) manat,cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 43.20 mediasiya xərci alınıb İddiaçı, 63.20 manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənsin . Qətnamə alimentin tutulmasına aid hissədə dərhal icra edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar