Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-704/2024 15.11.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, İddiaçı, onun nümayəndəsi-vəkili Nümayəndə1, Cavabdeh nümayəndəsi- vəkili Nümayəndə2, nümayəndəsi Nümayəndə3, cavabdeh tərəfdən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs - X6 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı istifadə hüququnun tanınması və evə köçürülmə tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh ünvan 1 ünvanı Mahamalar kəndi) yerləşən fərdi yaşayış evinin yaşayış sahəsindən İddiaçı istifadə hüququnun tanınması, İddiaçı ünvan 2 ünvanı Mahamalar kəndi) yerləşən fərdi yaşayış evinə köçürülməsi və iddianın irəli sürülməsi üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddiasını müdafiə edərək izahatında göstərdi ki,o,16 yanvar 2000-ci ildə Cavabdeh ilə rəsmi nikah bağlamadan evlənmiş, onun ailəsinə məxsus , ünvan 3 ünvanı Mahamalar kəndi) yerləşən iki otaqlı evə gəlin köçmüşdür. O, həmin evdə , əri Habil, ərinin valideynləri, ərinin əvvəlki nikahdan 23 avqust 1999-cu il tarixdə doğulmuş qızı Bika ilə birlikdə yaşamağa başlamışdır. Həmin həyətdə yaşadıqları evdən əlavə bir otaq və mətbəxdən ibarət başqa bir ev də olmuş, həmin evdə kirayəşinlər yaşamışlar. 28 noyabr 2001-ci il tarixdə onların Ramazan adlı övladları anadan olmuşdur. Onlar nikahlarını 02 fevral 2002-ci il tarixdə rəsmiləşdirmişlər. 2001-ci ildə qaynanası, 2004-cü ildə isə qaynatası vəfat etmişdir. Onlar yaşadıqları ev 2012-ci ildə zəlzələdən yararsız hala düşmüş, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən həmin ünvanda yeni yaşayış evi inşa edilmiş, bundan sonra o,oğlu Ramazan və Habilin əvvəlki nikahından olan qızı Bika ilə birlikdə həmin evdə yaşamağa başlamışlar. Habil çox vaxt Rusiyada olmuşdur. Balakən Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli,e- 2(019)-930/2022 saylı qətnaməsinə əsasən, onunla Cavabdeh arasında bağlanmış nikah pozulmuş, lakin o, yenə də həmin fərdi yaşayış evində yaşamağa davam etmişdir. 2024cü ilin mart ayında cavabdeh evin qıfılını dəyişərək onu evə buraxmamışdır. Həmin vaxtdan da cavabdeh onun həmin evdə yaşamasına imkan vermir.Mübahisənin məhkəmədən kənar həll edilməsi üçün mediatora müraciət etmiş, cavabdeh mediasiya prosesinə gəlməmişdir. Mübahisənin məhkəmədən kənar həll edilməsi mümkün olmadığından iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Onun daimi yaşayış yeri həmin evdir, həmin evdə qeydiyyatdadır. İddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Nümayəndə1 iddianı müdafiə edərək İddiaçı izahatına uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi-vəkili Nümayəndə2 oğlu iddianı etiraf etməyərək göstərdi ki, iddiaçı iddia ərizəsində bir çox faktları təhrif etməklə qeyd etmişdir.Belə ki, iddia ərizəsində iddiaçının 1998-ci ildə qeyri-rəsmi nikahla cavabdehlə evlənməsi qeyd olunur. Halbuki, iddiaçı 2001-ci ildə qeyri-rəsmi nikahla ona ərə gəlmişdir. Bika iddiaçının qızı deyil, Habilin əvvəlki nikahından olan qızıdır. Həmçinin, iddia ərizəsində qeyd olunur ki, gəlin köçdüyü vaxtdan Balakən şəhəri Z.Əliyeva küçəsində yerləşən evdə yaşamış, həmin ev 2013-cü ildə zəlzələdən dağılmışdır . İddiaçının qeyd etdiyi kimi onun gəlin köçdüyü ev dağılmamış və cavabdehin tam mülkiyyət hüququ əsasında ona məxsus həyətyanı torpaq sahəsində yerləşir. Həmin ev cavabdehə və bacısı Muradova Firəngizə mərhum ataları İbrahimov Budeydən miras qalmışdır. Həmin iddiaçının gəlin köçdüyü ev 1972-ci ildə tikilmiş və 2013-cü ilə qədər cavabdeh və Nəfısət İbrahimova həmin evdə yaşamışlar. Həmin vaxtı hökumət zəlzələdən dağılmış evi sökməmiş təzə ev tikmirdi. Təzə tikilən ev isə mərhum atasının dağılmış evinin yerində tikilib. Nəfisətin gəlin gəldiyi ev hələdə durur. Digər həyətdə olan 2013-cü ildə dövlət tərəfindən tikilən ev isə Cavabdeh və bacısı X11 məxsus ev olmuşdur. Həyətdə 2 təsərrüfat olub və həmin təsərrüfatda köhnə 1917-ci ildə tikilən ev var idi. Zəlzələdən həmin ev dağılıb, dağılan ev mərhum atası X4 adına olmuşdur. İddiaçının isə təzə tikilən evdə heç bir hüququ yoxdur. 2014-cü ildən cavabdeh, iddiaçı və oğlu Ramazan, digər həyat yoldaşından olan qızı Bikə həmin evdə yaşamağa başlamışlar. Son dövrlərdə isə onlar 2022-ci ildə boşandıqdan sonra o, həmin evi tərk edib, atası Bodurov Asadullahın evinə getmişdir. Boşandıqdan sonra iki ildir ki, həmin evdə yaşamır. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi . Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə3 iddianı etiraf etməyərək göstərdi ki, Habil onun doğma oğludur və onlar tərəfindən qaynatası İbrahimov Budeyə övladlığa verilmişdir.Habil İddiaçı əvvəl başqa qadınla evli olmuş və həmin nikahından Bika adlı bir qızları olmuşdur. Habil həmin qadınla ünvan 3 ünvanı Mahamalar kəndi) yerləşən iki otaqlı evdə valideynləri ilə birlikdə yaşamışdır.Habil sonra həmin qadından boşanmış, qızı Bika isə onun yanında qalmışdır. Habil 2000-ci ildə İddiaçılə evlənmiş, onlar həyətdə olan bir otaqlı evdə yaşamışlar. 2004-cü ildə Budey İbrahimov ölmüşdür. Ondan sonra iki otaqlı ev boş qalmış, 2012-ci ildə olan zəlzələ zamanı isə həmin ev uçmuşdur. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən həmin ünvanda yeni yaşayış evi inşa edilmiş,lakin evdə heç kim yaşamamışdır.2022-ci il tarixdə Habillə Nəfisət boşanmışlar. 2024-cü ilin fevral ayında Habil Rusiyadan gəlmiş və ondan sonra Nəfisəti həmin evə buraxmamışdır. Fövqəladə Hallar Nazirliyi tərəfindən tikilmiş ev Habilə məxsusdur. İddiaçının isə təzə tikilən evdə heç bir hüququ yoxdur. O, həmin evə köçüb yaşaya bilməz. İddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh tərəfdən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs- X12 iddianı etiraf etməyərək göstərdi ki, Habil onun doğma oğludur və onlar tərəfindən atası İbrahimov Budeyə övladlığa verilmişdir. Habil İddiaçı əvvəl başqa qadınla evli olmuş və həmin nikahından Bika adlı bir qızları olmuşdur. Habil həmin qadınla Balakən şəhəri, Zərifə Əliyeva (əvvəlki ünvanı Mahamalar kəndi) küçəsində yerləşən iki otaqlı evdə valideynləri ilə birlikdə yaşamışdır. Habil sonra həmin qadından boşanmış, qızı Bika isə onun yanında qalmışdır. Habil 2000-ci ildə İddiaçılə evlənmiş, onlar həyətdə olan bir otaqlı evdə yaşamışlar. Bikanı da iki yaşından Nəfisət saxlamışdır. 2001-ci ildə anası, 2004-cü ildə isə atası Budey ölmüşlər. 2004-cü ildə Budey İbrahimov ölmüşdür. Ondan sonra iki otaqlı ev boş qalmış, 2012-ci ildə olan zəlzələ zamanı isə həmin ev uçmuşdur. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən həmin ünvanda yeni yaşayış evi inşa edilmiş,2022-ci il tarixdə Habillə Nəfisət boşanmışlar. 2024cü ilin fevral ayında Habil Rusiyadan gəlmiş və ondan sonra Nəfisəti həmin evə buraxmamışdır. Fövqəladə Hallar Nazirliyi tərəfindən tikilmiş ev Habilə məxsusdur. İddiaçı həmin evə köçüb yaşaya bilməz. Onun təzə tikilən evdə heç bir hüququ yoxdur. İddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 02 fevral 2002-ci il tarixdə verilmiş Vİİ-JQ seriyalı 404241 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X7 arasında 02 fevral 2002-ci ildə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2002-ci ilin fevral ayının 2 günündə 23 nömrə ilə qeyd edilmişdir.Nikah bağlanandan sonra arvada İbrahimova soyadı verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(019)-930/20222 nömrəli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə iddianın təmin edilməsi, iddiaçı Cavabdeh ilə cavabdeh İbrahimova (Bodurova) Nəfisət Asadullah qızı arasında Balakən rayon Qeydiyyat Şöbəsində xx.xx.2002-ci ildə 23 nömrə ilə qeydə alınmış nikahın pozulması qət edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən Balakən Rayon vəkil bürosuna ünvanlanmış 03 aprel 2024-cü il tarixli 789 nömrəli məktubda göstərilmişdir ki, Vəkillilik fəaliyyəti ilə əlaqədar ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi barədə və Cavabdeh adına qeydiyyata alınmış daşınmaz əmlaklar haqqında ətraflı məlumatın verilməsi ilə baglı sorğunuza "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik huquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsində baxılmışdır. Sorgunuzun icrası olaraq məlumat veririk ki, ünvan 7 ünvanında 0,0640 ha həyətyanı torpaq sahəsi uzərində yerləşən fərdi yaşayış evi JN-1611A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" sənədinə, keçmiş DTİ və MHQİ-nin 1133 nömrəli qeydiyyat vəsiqəsinə,Balakən rayon DNK-nun xx.xx.2005-ci il tarixli,3M-152 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən xx.xx.2009-cu il tarixində ********** qeydiyyat nömrəsi ilə X14 adına daşınmaz əmlakın dövlət reyesrində qeydiyyata alınmışdır. ünvan 8 ünvanında 0,1054 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi JN-540 A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” sənədinə, Balakən RİHB-nın zəlzələdən zərərçəkmiş vətəndaşların 01-1633 nömrəli siyahısına, Balakən şəhər inzibati ərazi dairəsinin xx.xx.2023-cü il tarixli, 1115 nömrəli arayışına əsasən xx.xx.2023-cü il tarixində ********** qeydiyyat nömrəsi ilə Cavabdeh adına ərazi idarəsində qeydiyyata alınmışdır.Balakən rayonu Mahamalar kəndi ərazisində yerləşən 0,0513 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Balakən rayon DNK-nun xx.xx.2023-cü il tarixli, 2V-1363 və 2V-1361 nömrəli «Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə» sənədlərinə əsasən xx.xx.2023-cü il tarixində ********** qeydiyyat nömrəsi ilə paylı mülkiyyət üzrə (1/2 hissə) Cavabdeh adına qeydiyyata alınmışdır.Ləğv edilmiş DTXK-nın Balakən rayon Şöbəsi tərəfindən idarəmizə təhvil verilmiş arxiv fondundan miqrasiya edilmiş məlumatlarında Cavabdeh adına Balakən rayonu, Mahamalar kəndi ərazisində JN-933 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı sənədində qeyd olunan 0.17 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin olması qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən xx.xx.2023cü il tarixdə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 9 ünvanında yerləşən 0.1051 ha həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi tam daşınmaz əmlakın dövlət reyestrində 39 nömrəli reyestr kitabının 952 nömrəli vərəqində Cavabdeh adına qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Püblik Hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən 12 oktyabr 2023-cü il tarixdə verilmiş inventar nömrəsi 4721 olan Fərdi yaşayış evinin Texniki Pasportundan görünür ki, həmin pasport Cavabdeh (ünvan 10 ünvanı:Mahamalar kəndi) adına verilmişdir İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 06 noyabr 2024-cü il tarixli 1924 nömrəli arayışdan görünür ki,İddiaçı Balakən şəhəri Z.Əliyeva küçəsi 4 saylı ünvanda qeydiyyatdadır. İbrahimova X5 şəhəri Z.Əliyeva küçəsi 4 saylı ünvanda qeydiyyatda olan həmin ünvanda təsərrüfat başçısı olan Cavabdeh ilə birgə nikahdan olmuşdur. Evli olduqları müddətdə yaxın qonşuları, ünvan 12 ünvanda yaşayan X8, ünvan 13da yaşayan X1,X9 və ünvan 14 ünvanda yaşayan X2 yazılı 06 noyabr 2024-cü il tarixli ərizələrinə görə 2001-ci il tarixdə İddiaçı yuxarıda göstərilən ünvanda doğulub və yaşayan Cavabdeh ilə rəsmi nikahla evləndikdən sonra təsərrüfatda olan köhnə evdə yaşamışdırlar. Təsərrüfatda olan ikinci ev isə zəlzələ zamanı yararsız hala düşmüş və dağılmışdır. Dağılmış fərdi yaşayış evinin yerində yenidən FHN-yi tərəfindən yeni fərdi yaşayış evi inşa edilmiş və yuxarıda adları qeyd edilmiş qonşuların yazılı ərizələrində qeyd edirlər ki,İddiaçı həmin evdə yaşamamışdır.İddiaçı yaşadığı həmin köhnə ev hal-hazırda da yuxarıda göstərilən ünvanda mövcuddur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Tikintidə X13 Agentliyi tərəfindən Nümayəndə1 ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-18-2/2-5744/2024 nömrəli məktubda göstərilmişdir ki,“Sizin,İddiaçı məxsus Balakən rayonu, Mahamalar kəndində yerləşən fərdi yaşayış evi ilə bağlı Fövqaladə Hallar Nazirliyinə ünvanladığınız 22 aprel 2024-cü il tarixli,104/2024-03 nömrəli sorğu Nazirliyin Tikinti X13 Agentliyində araşdırılmışdır. Bildiririk ki, Zaqatala, Balakən və Qax rayonlarında baş verən zəlzələlərin nəticələrini aradan qaldırmaq üçün fəaliyyət göstərən Nazirliyin komissiyaları tərəfindən Balakən rayonu ərazisində yerli icra orqanların təqdim etdiyi siyahılar əsasında zərərçəkmiş fərdi yaşayış evlərinə baxış keçirilmiş və müvafiq aktlar tərtib edilmişdir. Həmin aktlara əsasən X3 həyat yoldaşı Cavabdeh məxsus fərdi yaşayış evi qəzalı evlər siyahısına daxil edilmişdir. Bununla əlaqədar ona qəzalı evin sahəsinə uyğun olaraq , icra orqanları ilə razılaşdırılmış torpaq sahəsində yeni 2 (iki) otaqlı fərdi yaşayış evi tikilmiş və istismara qəbul edilərək,Rayon İcra Hakimiyyətinin balansına təhvil verilmişdlir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən keçmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş MA seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki,Balakən rayonu Mahamalar kəndində 0,0699 hektar həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 66,2 kv/m fərdi yaşayış evi Cavabdeh və X6 adına daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ ilə qeydə alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Şəki 1 saylı Mediasya Təşkilatı tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş MŞŞ/MT001/2024-00753 nömrəli ilkin Mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və 50 manat İMS xərcini və 10 manat poçt və kargüzarlıq xərcini ödəmişdir. Məhkəmə iddiaçının, onun nümayəndəsi-vəkilinin, cavabdehin nümayəndəsivəkilinin, nümayəndəsinin və cavabdeh tərəfdən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin izahatını dinləyib, təqdim edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları araşdırılarkən müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh ilə 16 yanvar 2000ci ildə rəsmi nikah bağlamadan evlənmiş, Cavabdeh valideynləri ilə birlikdə yaşadığı, ünvan 3 ünvanı Mahamalar kəndi) yerləşən iki otaqlı evə gəlin gəlmiş və həmin evdə , əri Habil, ərinin valideynləri, ərinin əvvəlki nikahdan 23 avqust 1999-cu il tarixdə doğulmuş qızı Bika ilə birlikdə yaşamağa başlamışdır. Həmin həyətdə yaşadıqları evdən əlavə bir otaq və mətbəxdən ibarət başqa bir ev də olmuş, həmin evdə kirayəşinlər yaşamışlar. 28 noyabr 2001-ci il tarixdə onların Ramazan adlı övladları anadan olmuşdur. Onlar nikahlarını 02 fevral 2002-ci il tarixdə rəsmiləşdirmişlər. 2001-ci ildə qaynanası, 2004-cü ildə qaynatası ölmüşdür. Bundan sonra onların yaşadıqları, 0,1054 hektar həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 66,2 kv/m fərdi yaşayış evi Cavabdeh və X6 adına daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ ilə qeydə alınmışdır. Həmin ev 2012-ci il tarixdə zəlzələdən yararsız hala düşmüş, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən həmin ünvanda yeni,sahəsi 86,8 kv/m olan yaşayış evi inşa edilmiş, bundan sonra İddiaçı oğlu Ramazan və Cavabdeh əvvəlki nikahından olan qızı Bika ilə birlikdə həmin evdə yaşamağa başlamışlar. Balakən Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, e-2(019)-930/2022 saylı qətnaməsinə əsasən,İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuş, lakin o, yenə də həmin fərdi yaşayış evində yaşamağa davam etmişdir. xx.xx.2023-cü il tarixdə verilmiş sözügedən ev daşınmaz əmlakın dövlət reyestrində tam mülkiyyət hüququ ilə Cavabdeh adına qeydə alınmışdır.2024-cü ilin mart ayında Cavabdeh evin qıfılını dəyişərək İddiaçı evə buraxmamışdır.Həmin vaxtdan da Cavabdeh İddiaçı həmin evdə yaşamasına imkan vermir. Onun daimi yaşayış yeri həmin evdir,həmin evdə qeydiyyatdadır. İddiaçı mübahisənin məhkəmədən kənar həll edilməsi üçün mediatora müraciət etmiş, lakin cavabdeh mediasiya prosesinə gəlməmişdir. Mübahisənin məhkəmədən kənar həll edilməsi mümkün olmadığından və cavabdeh iddiaçını evə buraxmadığından o, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2001-ci il tarixli Qərarına əsasən 2001-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Tərəflər arasındakı münasibətlər xx.xx.2000-ci ilədək yarandığından hazırkı mübahisəyə Azərbaycan Respublikasının 08 iyul 1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Mənzil Məcəlləsinin normaları tətbiq olunmalıdır. Həmin Məcəllənin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərlməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər.Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Məcəllənin 53-cü maddəsinə görə icarədarın ailə üzvüləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvüləri hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsinə görə icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını, uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa,bu maddəyə uyğun olaraq yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək qeyd edir ki, İddiaçı 16 yanvar 2000-ci ildə Cavabdeh ilə evləndiyindən,cavabdeh tərəfindən heç bir qeyd şərt olmadan yaşadığı ünvan 1 ünvanı Mahamalar kəndi) yerləşən iki otaqlı fərdi yaşayış evinə köçürüldüyündən, onunla birgə yaşamaqla birgə təsərrüfat apardığından onun həmin evdən istifadə hüququ yaranmışdır. İddiaçının yaşadığı iki otaqlı ev 2012-ci ildə zəlzələ nəticəsində yararsız hala düşdüyünə görə sökülərək onun yerində Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi tərəfindən həmin evin yerində yeni ev inşa olunmuş evdə yaşamağını davam etdirdiyindən və 2024-cü ilin mart ayına kimi həmin evdə yaşadığından onun bu evdən də istifadə hüququ vardır.Onun həmin evdən istifadə hüququ olduğundan sözügedən evə köçürülmək tələbi də əsaslı hesab edilməlidir. İddiaçı Balakən şəhəri Zərifə Əliyeva küçəsi 4 ünvanında yerləşən iki otaqlı evdə deyil, bir otaqlı evdə yaşaması, iki otaqlı evdə yaşamaması, həmçinin yeni tikilmiş evdə yaşamaması barədə cavabdeh tərəfin etirazları məhkəmə tərəfindən qəbul edilməmişdir. Belə ki, cavabdehin nümayəndəsinin və cavabdeh tərəfdən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin özlərinin izahatlarından aydın oldu ki, Cavabdeh valideynləri ilə birlikdə Balakən şəhəri Zərifə Əliyeva küçəsi 4 ünvanında yerləşən iki otaqlı evdə yaşamışdır.O, İddiaçı əvvəl evləndiyi qadınla da həmin evdə yaşamışdır. Belə olan halda Cavabdeh İddiaçı ilə evləndikdə onun həmin evdən çıxarılıb bir otaqlı evə köçürülməsi inandırıcı deyildir. Bundan başqa yenə də cavabdeh tərəf izahatlarında göstərdilər ki, Habilin anası 2001-ci ildə, atası isə 2004-cü ildə ölmüşdür. Onların ölümündən sonra da həmin həyətdə iddiaçıdan,onun oğlu Ramazan və Bikadan başqa heç kim yaşamamışdır. Yaşayış üçün daha əlverişli olan iki otaqlı ev boş qaldığı halda iddiaçının iki uşaqla birlikdə yararsız vəziyyətdə olan bir otaqlı evdə yaşaması,həmçinin dövlət tətəfindən yeni ev tikilib ailə başçısı Cavabdeh təhvil verildiyi halda iddiaçının iki uşaqla birlikdə həmin evə köçməməsi həqiqətə uyğun hesab oluna bilməz. Odur ki, məhkəmə cavabdeh tərəfin etirazlarını işin faktiki hallarına uyğun olmadığından qəbul etməmişdir. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən bu nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, İddiaçı Cavabdeh mülkiyyətində olan, ünvan 15 ünvanında yerləşən, ümumi sahəsi 86,8 kv/m olan, iki otaqlı fərdi yaşayış evindən istifadə hüququ tanınmalı və o, ünvan 15 ünvanında yerləşən ümumi sahəsi 86,8 kv/m olan, iki otaqlı fərdi yaşayış evinə köçürülməli və iddianın irəli sürülməsi üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i : İddia təmin edilsin. İddiaçı Cavabdeh mülkiyyətində olan, ünvan 15 ünvanında yerləşən, ümumi sahəsi 86,8 kv/m olan, iki otaqlı fərdi yaşayış evindən istifadə hüququ tanınsın və İddiaçı həmin fərdi yaşayış evinə köçürülsün; iddianın irəli sürülməsi üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-704/2024
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-704/2024
15.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver