Məhkəmə qərarları › İş №e-2(019)-709/2025

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-709/2025

06.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-709/2025 06.08.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, Mirzəyeva Afina Şakir qızının katibliyi, İddiaçı nümayəndəsi Zaqatala rayon Vəkil Bürosunun vəkili Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin (dəyişdirilməsi) azaldılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Balakən Rayon Məhkəməsinin, 02 avqust 2021-ci il tarixli, 2(019)-759/2021 iş nömrəli qətnaməsinə əsasən təyin edilmiş və Balakən Rayon Məhkəməsinin 08 aprel 2025-ci il tarixli, 8(019)-21/2025 iş nömrəli qərardadına əsasən indeksasiya olunmuş, xx.xx.2010-cu il tarixdə doğulmuş X1 və xx.xx.2011-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün 19 mart 2025-ci il tarixdən başlayaraq sonrakı illər üzrə artımlar nəzərə alınmaqla hər uşaq üçün hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,7 misli həddində alimentin dəyişdirilərək (azaldılaraq), xx.xx.2010-cu il tarixdə doğulmuş X1 və xx.xx.2011-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün sonrakı illər üzrə artımlar nəzərə alınmaqla hər uşaq üçün hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,4 misli həddində alimentin İddiaçı tutularaq Cavabdeh ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh 14 avqust 2009-cu nikahları bağlanmışdır. Onların birgə nikahından 13 iyun 2010-cu ildə X7 və 27 noyabr 2011-ci ildə isə X9 adında iki uşaqları doğulmuşdur. Azərbaycan Respublikası Balakən Rayon Məhkəməsinin 21 noyabr 2013-cü il tarixli qətnaməsinə əsasən, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuşdur. Azərbaycan Respublikası Balakən Rayon Məhkəməsinin 23 iyun 2016-cı il tarixli, 2(019)- 976/2016 nömrəli qətnaməsi ilə, məhkəmənin 21 iyun 2013-cü il tarixli qətnaməsi ilə təyin edilmiş aliment artırılaraq, 13 iyun 2010-cu il tarixdə anadan olmuş X5 və 27 noyabr 2011-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər bir uşaq üçün 117 manat olmaqla cəmi 234 (manat) sabit pul məbləğində alimentin alınıb ona verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Balakən Rayon Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli, 2(019)-611/2020 saylı qətnaməsinə əsasən iddia qismən təmin edilməklə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 07 fevral 2017-ci il tarixli, 2(102)-894/2017 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilmiş, qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq 13 iyun 2010-ci il tarixdə anadan olmuş X1 və 27 noyabr 2011-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün cavabdeh İddiaçı hər ay hər uşağa görə 160 manat, cəmi 320 manat sabit pul məbləğində aliment tutulub ona verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Balakən Rayon Məhkəməsinin 02 avqust 2021-ci il tarixli, 02 avqust 2021-ci il tarixli, 2(019)- 759/2021 iş nömrəli qətnaməsi ilə, Balakən Rayon Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli, 2(019)-611/2020 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilməsi (artırılması); 13 iyun 2010-ci il tarixdə anadan olmuş X1 və 27 noyabr 2011-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hər ay hər uşağa görə 175 manat, hər ay cəmi 350 manat sabit pul məbləğində aliment tutularaq, Cavabdeh verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Balakən Rayon Məhkəməsinin 08 aprel 2025-ci il tarixli, 8(019)-21/2025 iş nömrəli qərardadına əsasən, Balakən Rayon Məhkəməsinin 2(019)-759/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2010-cu il tarixdə anadan olmuş X1 və xx.xx.2011-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün borclu İddiaçı tələbkar Cavabdeh xeyrinə tutulan alimentin miqdarı 19 mart 2025-ci il tarixdən başlayaraq sonrakı illər üzrə artımlar nəzərə alınmaqla hər uşaq üçün hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,7 misli həddində indeksasiya olunması qərara alınmışdır. Hazırki vəziyyətdə, “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən, 2025-ci il üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının məbləği 400 manat müəyyən edildiyindən, bu halda həmin məbləğin 0,7 misli 280 manat olacaqdır. Yəni, İddiaçı xx.xx.2010-cu il tarixdə doğulmuş X1 və xx.xx.2011-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün ödəyəcəyi məbləğ ümumilikdə 560 manat təşkil edir. İddiaçı hazırki tələblə məhkəməyə müraciət etməsinin səbəbi, Azərbaycan Respublikası Balakən Rayon Məhkəməsinin 02 avqust 2021-ci il tarixli, 02 avqust 2021-ci il tarixli, 2(019)-759/2021 iş nömrəli qətnaməsinə əsasən təyin edilmiş və Balakən Rayon Məhkəməsinin 08 aprel 2025-ci il tarixli, 8(019)-21/2025 iş nömrəli qərardadına əsasən indeksasiya olunmuş, xx.xx.2010-cu il tarixdə doğulmuş X1 və xx.xx.2011-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün 19 mart 2025-ci il tarixdən başlayaraq sonrakı illər üzrə artımlar nəzərə alınmaqla hər uşaq üçün hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,7 misli həddində alimentin dəyişdirilərək (azaldılaraq), xx.xx.2010-cu il tarixdə doğulmuş X1 və xx.xx.2011-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün sonrakı illər üzrə artımlar nəzərə alınmaqla hər uşaq üçün hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,4 misli həddində alimentin İddiaçı tutularaq, Cavabdeh ödənilməsini xahiş etməkdir. Hazırda İddiaçı maddi vəziyyəti olduqca acınacaqlıdır və hər uşaq üçün hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,7 misli həddində aliment (hazırki vəziyyətdə 560 manat (400 manat minimim əmək haqqı x 0,7 = 280 manatx 2 = 560 manat)) onu olduqca çıxılmaz vəziyyətə salmışdır. Belə ki, İddiaçı hazırda heç bir yerdə işləmir(arayış iddia ərizəsinə əlavə olunur), sonuncu iş yerindən 01 mart 2018-ci il tarixdə işdən azad edilmişdir (arayış iddia ərizəsinə əlavə olunur). 23 iyul 2014-cü il tarixdə X6 ilə rəsmi nikaha daxil olmuş (nikah şəhadətnaməsi iddia ərizəsinə əlavə olunur) və həmin nikahdan da 11 mart 2016-cı il tarixdə X10 adlı övladı doğulmuşdur (doğum şəhadətnaməsi iddia ərizəsinə əlavə olunur). Göründüyü kimi, İddiaçı özü ilə yanaşı, maddi ehtiyaclarını təmin etməli olduğu ailə üzvləri var. Lakin, təyin edilmiş və öhdəsindən gəlməsi qeyri-mümkün həddə olan aliment miqdarı onun özü və ailə üzvlərinin maddi ehtiyaclarını qarşılamasını mümkünsüz edir. Göstərilənlərin əksinə isə, iş üzrə Cavabdeh Azərbaycan Respublikası "xxxx" Açıq Səhimdar Cəmiyyətinin Şimal-Qərb RETSİ X4 işləyir və sabit gəlirə malikdir. İddiaçı, mübahisə ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl Mediasiya Şurasına müraciət etmiş, lakin, prosesin davam etdirilməsi mümkün olmamışdır. Bu səbəbdən də, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmək zərurətdində qalmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddia tələbi ilə razı olmadığını bildirərək qeyd etmişdir ki, "xxxx" ASC-də komputer operatoru vəzifəsində işləyir, maaşı 386 manatdır. Uşaqları məktəbə gedir, müəllim yanına hazırlığa göndərir, gündəlik tələbat, geyim və sair təmin etməkdə çətinlik çəkir, iddiaçının yüksək məbləğdə aliment ödəməyə imkanı var, buna görə də iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan AZ-lll seriyalı 716994 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2016-cı il tarixdə anadan olmuş, atası İddiaçı, anası X3r. Balakən rayonu Qeydiyyat Şöbəsi tərəfindən 23 iyul 2014-cü il tarixdə verilmiş AZ-İ seriyalı 931311 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X6 arasında nikah 23 iyul 2014-cü il tarixdə 150 nömrə ilə qeyd edilmişdir. Balakən Rayon Məhkəməsinin 2(019)-759/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Balakən Rayon Məhkəməsinin 2(019)-611/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılmış, 13 iyun 2010-cu il tarixdə anadan olmuş X1 və 27 noyabr 2011-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər bir uşaq üçün 175 manat olmaqla cəmi 350 manat sabit pul məbləğində alimentin alınıb iddiaçıya verilməsi qət edilmişdir. Balakən Rayon Məhkəməsinin 8(019)-21/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, ərizə təmin edilmiş, Balakən Rayon Məhkəməsinin 2(019)- 759/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2010-cu il tarixdə anadan olmuş X1 və xx.xx.2011-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün borclu İddiaçı tələbkar Cavabdeh xeyrinə tutulan alimentin miqdarı 19 mart 2025-ci il tarixdən başlayaraq sonrakı illər üzrə artımlar nəzərə alınmaqla hər uşaq üçün hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,7 misli həddində indeksasiya olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mərkəzləşdirilmiş elektron informasiya sistemindən əldə olunmuş xx.xx.2025-ci il tarixli Məşğulluq haqqında arayışdan görünür ki, İddiaçı işsiz kimi qeydiyyata alınmışdır. Meşələrin İnkişafi Xidmətinin 8 saylı X8 Mərkəzi tərəfindən verilən xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən xx.xx.2018-ci il tarixli 11-№ li əmr ilə Balakən MMBM-də fəhlə işindən azad edilib. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 55.1-ci maddəsinə əsasən uşaq öz valideynlərindən və ailənin digər üzvlərindən bu Məcəllənin beşinci bölməsində müəyyən olunmuş qaydada və miqdarda vəsait almaq hüququna malikdir; 55.2-ci maddəsinə əsasən aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. "Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyəcisi kimi ödənilən verginin məbləği və sair), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və sair), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və sair qanunverciliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqlarının olubolmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və sair məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsinə digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və sair) olub-olmamasını və sair məsələləri nəzərə almalıdırlar. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 saylı Qərarı: 8.13. Alimentin miqdarının dəyişdirilməsi barədə qətnamə qəbul edilərkən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydaya əməl edilməli olduğu nəzərə alınmalıdır. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 8.14. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı azaldılarkən və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı azaldılmış alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 112.1.6-cı maddəsinə əsasən iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda—ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materialları əsasında müəyyən edilmişdir ki, Balakən Rayon Məhkəməsinin 8(019)- 21/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2010-cu il tarixdə anadan olmuş X1 və xx.xx.2011-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün İddiaçı Cavabdeh xeyrinə tutulan alimentin miqdarı 19 mart 2025-ci il tarixdən başlayaraq sonrakı illər üzrə artımlar nəzərə alınmaqla hər uşaq üçün hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,7 misli həddində indeksasiya olunmuşdur. Bundan sonra alimentin miqdarı bir uşaq üçün 280 manat, ümumilikdə 560 manat olmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, maddi vəziyyəti olduqca acınacaqlıdır və hər ay hazırki vəziyyətdə 560 manat aliment ödəməsi onu olduqca çıxılmaz vəziyyətə salmışdır. Belə ki, heç bir yerdə işləmir, sonuncu iş yerindən 01 mart 2018-ci il tarixdə işdən azad edilmişdir. 23 iyul 2014-cü il tarixdə X6 ilə rəsmi nikaha daxil olmuş və həmin nikahdan da 11 mart 2016-cı il tarixdə X10 adlı övladı doğulmuşdur, özü ilə yanaşı maddi ehtiyaclarını təmin etməli olduğu ailə üzvləri var. Lakin təyin edilmiş və öhdəsindən gəlməsi qeyri-mümkün həddə olan aliment miqdarı onun özü və ailə üzvlərinin maddi ehtiyaclarını qarşılamasını mümkünsüz edir. İddiaçı qeyd olunanlara əsaslanaraq hazırda indeksasiya edilmiş aliment məbləğinin azaldılması tələb edir. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, uşaqların mənafeyini, işin faktiki hallarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, tərəflərin birgə nikahından doğulmuş uşaqların saxlanılması üçün iddiaçıdan cavabdehin xeyrinə tutulan alimentin miqdarı azaldılmalıdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı iş yeri yoxdur, hər hansı əlavə gəliri və ya qazancı yoxdur. Onun aliment ödədiyi uşaqlarından başqa daha bir yetkinlik yaşına çatmayan uşağı var. Cavabdeh "xxxx" ASC-də komputer operatoru vəzifəsində işləyir. Məhkəmə hesab edir ki, iddiaçıdan hər ay cəmi 560 manat məbləğində alimentin tutulması onun maddi vəziyyətini həddən artıq ağırlaşdıra bilər, belə ki, onun maddi və sosial vəziyyəti onun göstərilən həcmdə aliment ödəməsinə imkan vermir. Məhkəmə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Balakən Rayon Məhkəməsinin 02 avqust 2021-ci il tarixli, 2(019)-759/2021 nömrəli qətnaməsinə əsasən təyin edilmiş və Balakən Rayon Məhkəməsinin 08 aprel 2025-ci il tarixli, 8(019)- 21/2025 nömrəli qərardadına əsasən indeksasiya olunmuş xx.xx.2010-cu il tarixdə doğulmuş X1 və xx.xx.2011-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün sonrakı illər üzrə artımlar nəzərə alınmaqla hər uşaq üçün hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,7 misli həddində alimentin məbləği azaldılmalı, qətnamə qanuni qüvvəsini aldığı tarixdən başlayaraq sonrakı illər üzrə artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 234.2.1 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Balakən Rayon Məhkəməsinin 02 avqust 2021-ci il tarixli, 2(019)-759/2021 nömrəli qətnaməsinə əsasən təyin edilmiş və 08 aprel 2025-ci il tarixli, 8(019)-21/2025 nömrəli qərardadına əsasən indeksasiya olunmuş xx.xx.2010-cu il tarixdə doğulmuş X1 və xx.xx.2011-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər uşaq üçün hər ay sonrakı illər üzrə artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,7 misli həddində alimentin məbləği azaldılsın. Qətnamə qanuni qüvvəsini aldığı tarixdən başlayaraq xx.xx.2010-cu il tarixdə doğulmuş X1 və xx.xx.2011-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə hər ay hər uşaq üçün sonrakı illər üzrə artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Arifə Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar