Məhkəmə qərarları › İş №e-2(019)-717/2022

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-717/2022

25.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-717/2022 25.08.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X9 katibliyi,İddiaçı, onun vəkili Vəkil2, Cavabdeh, onun vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment borcundan azad edilməsi və məhkəmə xərclərinin cavabdehdən tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək 2020-ci ilin avqust ayından 2021-ci ilin iyun ayının 27-dək qızı- X7 onunla birlikdə yaşadığı üçün onun saxlanma xərci olaraq aylıq 120 manat, 10 (on) ay müddətində isə 1200 manat olaraq hesablanmış aliment borcundan azad olunmağına və ödənilmiş 60 manat mediasiya xidmət haqqının və 32 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddiasını müdafiə edərək izahatında göstərdi ki, onunla X8 arasında Balakən rayonu VVADQ şöbəsində 30 avqust 2007-ci il tarixində, 177 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş nikahları Balakən Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(019)-766/2018 saylı qətnaməsi ilə pozulmuş və həmin qətnamə ilə 03 may 2018-ci il tarixindən başlayaraq 22 dekabr 2006-cı il tarixində anadan olmuş X1 və 27 sentyabr 2011-ci ildə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün cavabdeh İddiaçı hər ay hər uşaq üçün 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutulub iddiaçı X5 verilməsi qət edilmişdir. X6 qızı 2020-ci ilin avqust ayından 2021-ci ilin 27 iyun tarixinədək onunla birlikdə yaşamışdır. Bu fakt iddia ərizəsinə əlavə edilmiş Balakən rayon İcra Hakimiyyətinin Gərəkli kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 254 nömrəli arayışla və Balakən Rayon Məhkəməsinin 2(019)- 163/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təsdiq olunur. Göründüyü kimi qızı X7 yuxarıda qeyd olunan tarixlərdə onunla birlikdə yaşamış və zəruri olan bütün xərcləri onun tərəfindən qarşılanmışdır. Buna görə də göstərilən tələblə məhkəməyə müraciət etmişdir. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, o, 30 avqust 2007-ci il tarixdə İddiaçı ilə evlənmiş, onların birgə nikahlarından 2006-cı ildə Kamilə və 2011-ci ildə Kənan adında iki uşaqları olmuşdur. Aralarında baş vermiş narazılıqla əlaqədar iddiaçı ilə aralarında olan nikahı Balakən Rayon Məhkəməsinin 30 avqust 2018-ci il tarixli qətnaməsinə əsasən pozulmuş və uşaqların saxlanması üçün hər ay hər uşaq üçün 120 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi qət edlilmişdir. 2020-ci ilin avqust ayından 2021-ci ilin iyun ayına kimi cavabdeh İddiaçı,qızı- X2 aparıb yanında saxlamış,uşağın geri qaytrılmasını dəfələrlə tələb etsə də Cahangir uşağı qaytarmamışdır. 2021-ci ilin iyun ayında qızı yenidən onun yanına gəlmişdir. Uşaq bildirmişdir ki, atasının yanında qaldığı müddətdə atası çox vaxt onun yanında olmamış,ona diqqət etməmişdir. İddiaçı aliment borcu vardır.O aliment borcunu ödəməkdən yayınmaq üçün hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi əsassızdır. İddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İşdə olan Balakən Rayon Məhkəməsinin 30 avqust 2018-ci il tarixli 2(019)-766/2018 nömrəli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə iddiaçı X8 ilə cavabdeh İddiaçı arasında bağlanmış 30 avqust 2007-ci il tarixdə Balakən rayon VVADQ şöbəsində 177 nömrə ilə bağlanmış nikah qeydinin ləğv edilməsi, boşanmadan sonra tərəflərin uşaqları- 22 dekabr 2006-cı il tarixdə anadan olmuş X1 və 27 sentyabr 2011-ci ildə anadan olmuş X4 anası X3 yanında saxlanması, ərizənin verildiyi gündən-03 may 2018-ci il tarixdən başlayaraq 22 dekabr 2006-cı il tarixdə anadan olmuş X1 və 27 sentyabr 2011ci ildə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün cavabdeh İddiaçı hər ay hər uşaq üçün 120 (bir yüz iyirmi ) manat sabit pul məbləğində alimentin tutulub iddiaçı X5 verilməsi qət edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İHB-nın Gərəkli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 254 nömrəli arayışdan görünür ki, X7 2020-ci ilin avqust ayından 2021-ci ilin 27 iyununa qədər atası ilə bir yerdə yaşamışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(019)-163/2021 nömrəli qətnaməsindən görünür ki,həmin qətnamə ilə İddiaçı Cavabdeh qarşı Cavabdeh Vavleriy qızı ilə birgə nikahlarından xx.xx.2006-cı ildə doğulmuş qızı X1 yaşayış yerinin onun yanında müəyyən edilməsi tələbinə dair iddiası təmin olunmamışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 05 iyul 2022-ci il tarixli MŞİH-19044 nömrəli arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və 50 manat məbləğində mediasiya xərcini təktərəfli qaydada ödəmişdir. Məhkəmə iddiaçını və onun vəkilini, cavabdehi və onun vəkilini dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, İddiaçı cavabdeh X8 ilə 2004-cü ilin sentyabr ayında qeyri- rəsmi nikahla evlənmiş, nikahlarını 30 avqust 2007-ci il tarixdə Balakən rayon Qeydiyyat Şöbəsində 177 nömrə ilə rəsmiləşdirmişlər. Birgə nikahlarından 22 dekabr 2006-cı il tarixdə X7 və 27 sentyabr 2011ci ildə X10 adında iki uşaqları olmuşdur. Balakən Rayon Məhkəməsinin 30 avqust 2018-ci il tarixli 2(019)-766/2018 nömrəli qətnaməsi ilə iddiaçı X8 ilə cavabdeh İddiaçı İsmixan oğlu arasında 30 avqust 2007-ci il tarixdə Balakən rayon VVADQ şöbəsində 177 nömrə ilə bağlanmış nikah qeydinin ləğv edilməsi, boşanmadan sonra tərəflərin uşaqları- 22 dekabr 2006-cı il tarixdə anadan olmuş X1 və 27 sentyabr 2011-ci ildə anadan olmuş X4 anası X3 yanında saxlanması, ərizənin verildiyi gündən-03 may 2018-ci il tarixdən başlayaraq 22 dekabr 2006-cı il tarixdə anadan olmuş X1 və 27 sentyabr 2011-ci ildə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün cavabdeh İddiaçı hər ay hər uşaq üçün 120 (bir yüz iyirmi ) manat sabit pul məbləğində alimentin tutulub iddiaçı X5 verilməsi qət edilmişdir. İddiaçı qızı- X1 2020-ci ilin avqust ayından 2021-ci ilin iyun ayının 27-nə kimi özünün yanında yaşadığını göstərərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. İddiaçı aliment borcundan azad olunması üçün əsas olaraq qızı- X1 2020-ci ilin avqust ayından 2021-ci ilin iyun ayının 27-dək onunla birlikdə yaşamasını göstərmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Balakən Rayon Məhkəməsinin 30 avqust 2018ci il tarixli 2(019)-766/2018 nömrəli qətnaməsi ilə iddiaçı X8 ilə cavabdeh İddiaçı arasındakı nikah pozularkən onların uşaqları- 22 dekabr 2006-cı il tarixdə anadan olmuş X1 və 27 sentyabr 2011-ci ildə anadan olmuş X4 anası X3 yanında saxlanması qət edilmişdir. İddiaçı Azərbaycan Respublikasının adından çıxarılmış məhkəmə qətnaməsinin ziddinə olaraq X2 2020-ci ilin avqust ayından 2021-ci ilin iyun ayının 27-dək öz yanında saxlamışdır. O, bunu qarşı tərəfin,yəni X3 razılığı ilə deyil,onun iradəsi ziddinə həyata keçirtmiş, Zəminə Abdullayeva uşağı tələb etsə də uşağı anasına verməmişdir. Məhkəmənin qənaətinə görə İddiaçı məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimenti ödəməkdən yayınmaq üçün anası X3 himayəsinə verilmiş X2 öz yanında saxlamışdır. Belə olan halda isə X1 2020-ci ilin avqust ayından 2021-ci ilin iyun ayının 27-dək İddiaçı yanında qalması sonuncunun aliment borcundan azad edilməsi üçün üzürlü səbəb hesab oluna bilməz. Məhkəmə onu da vurğulamağı zəruri hesab edir ki, borclu İddiaçı tələbkarın iradəsi ziddinə uşağı öz yanında saxlamağa görə həmin dövr üçün aliment borcundan azad olunması, aliment ödəyən digər şəxslərin də bu üsuldan istifadə etməklə aliment ödəməkdən yayınmağa meyllənmələrinə səbəb ola bilər. Məhkəmə işin qeyd edilən hallarını,habelə uşaqlardan birinin iddiaçının yanında müvəqqəti olaraq qalmasına görə iddiaçının aliment öhdəliyindən azad edilməsinin uşaqların mənafeyinin pozulmasına səbəb olacağını, qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edilmədiyindən məhkəmə xərcləri də İddiaçı özünə aid edilməlidir. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı aliment borcundan azad edilməsi və məhkəmə xərclərinin cavabdehdən tutulması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar