Məhkəmə qərarları › İş №e-2(019)-721/2024

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-721/2024

19.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-721/2024 19.08.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 katibliyi, İddiaçı, onun nümayəndəsi-vəkili Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2020-ci ildə doğulmuş X5 baxılıb saxlanması üçün Cavabdeh hər ay 235 (iki yüz otuz beş) manat miqdarında aliment tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə qeyri-rəsmi nikahla evlənmişdir. Cavabdehlə evliliklərindən xx.xx.2020-ci ildə Rəfiqə adında bir uşaqları olmuşdur. Xasiyyətlərinin uyğun gəlməməsi səbəbindən cavabdehlə dəfələrlə aralarında narazılıqlar yaranmış, lakin uşağın və ailəsinin dağılmaması xatirinə bir yerdə yaşamışlar. 2024-cü ilin yanvar ayının sonunda ayrılmışlar. Hal-hazırda xx.xx.2020-ci ildə doğulmuş X8 onun yanında yaşayır. Artıq cavabdehlə ailə münasibətləri tamamilə pozulmuşdur. Bu səbəbdən də cavabdehdən uşağının saxlanması üçün aliment tələb etmək qərarına gəlmişdir. Cavabdeh ilə aliment təyin olunması məqsədi ilə ilkin mediasiya sessiyasında iştirak etməsi üçün Mediatora müraciət etmiş, lakin aralarında razılaşma olmadığından mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Cavabdeh birgə nikahlarından olan uşağın baxılıb saxlanmasına borcludur, bu onun bir ata kimi uşaq üzərində vəzifəsidir. Cavabdehin aliment ödəmək üçün kifayət qədər imkanı vardır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun eyni məzmunlu izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı Osmanova Nübaşə Omar qızının nümayəndəsi-vəkili Nümayəndə iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi . Məhkəmə iclasında Cavabdeh iddianı qismən etiraf edərək izahatında göstərdi ki, o, qeyri rəsmi nikahla İddiaçı Omər qızı ilə evlənmişdir. Faktiki nikahlarından xx.xx.2020-ci ildə Rəfiqə adında bir uşaqları olmuşdur. Aralarında baş vermiş narazılıqla əlaqədar iddiaçıdan ayrılmışdır.Uşaq hazırda iddiaçının himayəsindədir.Onun iddiaçının tələb etdiyi miqdarda aliment ödəmək imkanı yoxdur. Belə ki, hazırda heç yerdə işləmir. Onun birinci nikahından 05 iyun 2009-cu il doğulmuş X10 və xx.xx.2011-ci il ildə doğulmuş X12 adında iki uşağı vardır. O, həmçinin xx.xx.2016-cı il tarixdə doğulmuş qızı X6 baxılıb saxlanması üçün hər ay 120 manat sabit pul məbləğində aliment ödəyir. O,uşağın saxlanması üçün hər ay 100 manat aliment ödəyə bilər.Qeyd edilənləri nəzərə alıb iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Regional “Asan Xidmət Mərkəzi” Qeydiyyat Şöbəsi tərəfindən 21 sentyabr 2020-ci il tarixdə verilmiş AZ-İ seriyalı 493011 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2020-ci il tarixdə anadan olmuş, atası Cavabdeh, anası isə İddiaçı göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Regional “Asan Xidmət Mərkəzi” Qeydiyyat Şöbəsi tərəfindən 16 avqust 2024-cü il tarixdə verilmiş AZ-İ seriyalı 467169 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh 22 sentyabr 2020-ci ildə vətəndaş İddiaçı doğulmuş X4 atası hesab edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Şəki 1 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü tarixli MŞŞ/MT018-2024-00080 nömrəli İlkin Mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki,İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmişdir və 50 manat mediasiya xərcini təktərfli qaydada ödəmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Balakən Rayon İcra Hakimiyyəti Başçısının Tülü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 29 iyul 2024-cü il tarixdə verilmiş 577 nömrəli arayışdan görünür ki, İbadov X7 sakinidir. X1 və X12 özünün himayəsindədirlər. İşdə olan və məhkəmə iclasında tədqtiq edilmiş Balakən rayon Tülü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 04 aprel 2011-ci ildə verilmiş AZ-İİ seriyalı 590279 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 05 mart 2011-ci ildə anadan olmuş, atası Cavabdeh, anası X9 qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Ryazan vilayəti, Ryazan şəhər VVAQ şöbəsi tərəfindən 28 iyul 2009-cu ildə verilmiş İ-OB seriyalı 082671 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 05 iyun 2009-cu ildə anadan olmuş, atası Cavabdeh, anası X9 qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2019-cu il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, ərizənin verildiyi 21 oktyabr 2019-cu il tarixdən başlayaraq tərəflərin ər-arvad münasibətindən xx.xx.2016-cı il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulub iddiaçı X3 verilməlidir. Məhkəmə iddiaçının, onun nümayəndəsi-vəkilinin,cavabdehin izahatlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh qeyri-rəsmi nikahla evlənmişlər, nikahlarını rəsmiləşdirməmişlər. Tərəflərin faktiki nikahlarından 22 sentyabr 2020-ci il tarixdə Rəfiqə adında bir uşaqları olmuşdur. Onlar 2024-cü ilin yanvar ayının sonunda ayrılmışlar və həmin vaxtdan ayrı yaşayırlar. Uşaq anasının himayəsindədir. Cavabdeh uşağın saxlanması üçün İddiaçı maddi köməklik göstərmir. Ona görə də İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcədə aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri- müntəzəm dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa , yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Uşaq hüquqları haqqında “Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda iddanın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, tərəflərin birgə yaşayışından olan uşağın anasının yanında yaşamasını, tərəflər arasında alimentin ödənməsi ilə bağlı saziş olmamasını,cavabdehin azyaşlı uşağının saxlanmasına maddi köməklik göstərməməsini, tərəflərin maddi və ailə vəziyyətlərini, cavabdehin himayəsində Elgün və Aqşin adlı iki azyaşlı uşağının olmasını, Fatimə adlı uşağının saxlanması üçün 120 manat aliment ödəməsini, İddiaçı cavabdehin qazancı barədə heç bir sübut təqdim etməməsini, iddiaçının alimenti sabit pul məbləği ilə tələb etməsini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, ərizənin verildiyi 27 iyun 2024-cü il tarixdən başlayaraq 22 sentyabr 2020-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 120 (bir yüz iyirmi ) manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin olunduğu və iddiaçı hazırki iddia ilə bağlı dövlət rüsumunu ödəməkdən azad olunduğu üçün, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq Cavabdeh 25.50 manat mediasiya xərci alınıb İddiaçı, 34.40 manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “X15” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumü ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmuyu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220,234.2.1 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 27 iyun 2024-cü il tarixdən başlayaraq 22 sentyabr 2020-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 25.50 manat mediasiya xərci alınıb İddiaçı ödənsin. Cavabdeh 34.40 manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənsin . Qətnamə alimentin tutulmasına aid hissədə dərhal icra edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar