Məhkəmə qərarları › İş №e-2(019)-752/2022

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-752/2022

21.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-752/2022 21.09.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh ilə birgə nikahlarından xx.xx.2012-ci il tarixdə anadan olmuş X2 və xx.xx.2014cü il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 193 (bir yüz doxsan üç) manat, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin həcminin azaldılması barədə məhkəməyə ərizə verərək uşaqları Rahim Dibirov və Elif Dibirovanın yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa görə 100 (bir yüz) manat, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərdi ki, o, 2011-ci ildə Balakən rayonu Mahamalar kənd sakini Cavabdeh ilə evlənmiş, nikahlarını 02 iyun 2012-ci il tarixdə 13 sayla Balakən rayon İcra Hakimiyyəti Mahamalar kənd icra nümayəndəliyində rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2012-ci ildə X4 və xx.xx.2014-cü ildə X5 adında iki uşaqları olmuşdur. Rahiblə evləndikdən sonra bir müddət mehriban ər-arvad kimi yaşamışlar, sonralar aralarında ailə münaqişələri başlamışdır. Rahib ailənin dolanışığı ilə maraqlanmamışdır. Müntəzəm olaraq evdə münaqişə yaratmışdır. Aralarındakı münaqişələr kəskinləşdiyindən, nikahın pozulması və aliment tələbi ilə Balakən Rayon Məhkəməsinə müraciət etmişdir. Balakən Rayon Məhkəməsinin 2(019)-580/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən aralarında bağlanmış, 02 iyun 2012-ci il tarixdə Balakən Rayon İcra Hakimiyyəti Mahamalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə 13 nömrə ilə qeydə alınmış nikah pozulmuş, birgə nikahlarından olan uşaqları – xx.xx.2012-ci ildə doğulmuş X4 və xx.xx.2014-cü il tarixdə doğulmuş X5 onun yanında saxlanmışlar. 02 may 2019-cu il tarixdən başlayaraq xx.xx.2012-ci ildə doğulmuş X2 və xx.xx.2014-cü ildə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 100 (bir yüz) manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi qət edilmişdir. Daha sonra uşaqlarından biri xx.xx.2012-ci ildə doğulmuş X4 atası Cavabdeh yanında qalmış, ona görə də o,aliment tələbindən imtina ilə bağlı məhkəməyə müraciət etmişdir. Balakən Rayon Məhkəməsinin 8(019)-90/2019 nömrəli qərardadına əsasən alimentdən imtinası qəbul edilmişdir. 2021-ci ilin dekabr ayından birgə nikahlarından olan uşaqların hər ikisi onun yanındadırlar. Uşaqların hər ikisinin onun yanında olmasına baxmayaraq cavabdeh onların dolanışığı ilə maraqlanmır. O, uşaqların tələbatlarını çox çətinliklə ödəyir, rəsmi heç bir iş yeri yoxdur. Uşaqların gündəlik tələbatı kifayət qədər xərc tələb edir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh Bakı şəhərində karyerdə işləməklə kifayət qədər qazanc əldə edir, 200 manat alimenti ödəmək iqtidarındadır. Alimentin təyin edilməsi tələbi ilə mediatora müraciət etmiş, Mediasiya prosesində cavabdeh gəlməmiş, heç bir razılıq ifadə etməmişdir. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf edərək izahatında göstərdi ki, o, 2011-ci ildə İddiaçı ilə evlənmiş, nikahlarını 02 iyun 2012-ci il tarixdə Balakən rayon İcra Hakimiyyəti Mahamalar kənd icra nümayəndəliyində rəsmiləşdirmişlər. Onların birgə nikahlarından xx.xx.2012-ci ildə Rahim və xx.xx.2014-cü ildə Elif adında iki uşaqları olmuşdur. İddiaçı ilə aralarında olan nikah pozulmuşdur. Birgə nikahlarından olan uşaqlar hazırda iddiaçının himayəsində yaşayırlar. O, uşaqların saxlanması üçün aliment ödəməyə razıdır. İddianın təmin edilməsinə etirazı yoxdur. Qanuni qətnamə çıxarılmasını xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon İH Mahamalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 18 iyul 2012-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 895038 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X4 04 iyul 2012-ci il tarixdə anadan olmuş, atası Cavabdeh, anası isə İddiaçı göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Qeydiyyat Şöbəsi tərəfindən 27 may 2014-cü il tarixdə verilmiş AZ-İİİ seriyalı 329297 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X5 06 may 2014-cü il tarixdə anadan olmuş, atası Cavabdeh, anası isə İddiaçı göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Qeydiyyat Şöbəsi tərəfindən 21 iyul 2022-ci il il tarixdə verilmiş AZ-İ seriyalı 416724 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah Balakən Rayon Məhkəməsinin 2(019)-580/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən xx.xx.2019-cu il tarixdə pozulmuşdur.. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli MŞİH-18956 nömrəli Mediasiya prosesinə xitam verilməsi barədə protokoldan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmişdir . İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(019)-580/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə iddianın təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 02 iyun 2012-ci il tarixdə Balakən rayon Mahamalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə 13 nömrə ilə qeydə alınmış nikahın pozulması, onların birgə nikahından olan uşaqları – xx.xx.2012-ci ildə doğulmuş X2 və xx.xx.2014-cü il tarixdə doğulmuş X3 anası İddiaçı yanında saxlanmaları, 02 may 2019-cu il tarixdən başlayaraq xx.xx.2012-ci ildə doğulmuş X2 və xx.xx.2014-cü ildə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 100 (bir yüz) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməsi qət edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 8(019)-90/2019 nömrəli qərardadının surətindən görünür ki, tələbkar İddiaçı ərizəsinin təmin edilməsi, Balakən Rayon Məhkəməsinin 20 sentyabr 2019-cu il tarixli 2(019)-580/2019 saylı icra sənədi üzrə tələbkar İddiaçı borclu Cavabdeh qarşı aliment tələbindən imtinasının qəbul edilməsi qərara alınmışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, İddiaçı Cavabdeh ilə 2011-ci ildə qeyri-rəsmi nikahla evlənmiş, nikahlarını 02 iyun 2012-ci il tarixdə Balakən rayon Mahamalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 13 nömrə ilə rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2012-ci ildə X4 və xx.xx.2014-cü ildə X5 adında iki uşaqları olmuşdur . Uşaqlar hazırda iddiaçının himayəsindədirlər.Tərəflər arasında bağlanmış nikah pozulmuşdur. Cavabdeh uşaqların saxlanması üçün İddiaçı maddi köməklik göstərmir. Ona görə də İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcədə aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri- müntəzəm dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa , yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Uşaq hüquqları haqqında “Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda iddanın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, tərəflərin birgə nikahından olan uşaqların anasının yanında yaşamalarını, tərəflər arasında alimentin ödənməsi ilə bağlı saziş olmamasını,cavabdehin azyaşlı uşaqların saxlanmasına maddi köməklik göstərməməsini, tərəflərin maddi və ailə vəziyyətlərini, iddiaçının alimenti sabit pul məbləği ilə tələb etməsini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, ərizənin verildiyi 25 iyul 2022-ci il tarixdən başlayaraq xx.xx.2012-ci il tarixdə anadan olmuş X2 və xx.xx.2014-cü il tarixdə anadan olimuş X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 100 (bir yüz) manat,cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin olunduğu və iddiaçı hazırki iddia ilə bağlı dövlət rüsumunu ödəməkdən azad olunduğu üçün, iddianın təmin olunmuş hissəsinə münasib olaraq Cavabdeh 44 manat dövlət rüsumu tutulub, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “X6” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumü ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmuyu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220,234.2.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. 25 iyul 2022-ci il tarixdən başlayaraq xx.xx.2012-ci il tarixdə anadan olmuş X2 və xx.xx.2014-cü il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər bir uşaq üçün 100 (bir yüz) manat, cəmi 200(iki yüz) manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilsin. Cavabdeh 44 (qırx dörd) manat dövlət rüsumu xərci alınıb dövlət büdcəsinə ödənsin . Qətnamə alimentin tutulmasına aid hissədə dərhal icra edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar