Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-752/2025 21.08.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, Mirzəyeva Afina Şakir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cehiz əşyaları tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7615 manat dəyərində olan cehiz əşyalarının yaxud onların dəyəri olan 7615 manat məbləğində pulun və dövlət rüsumu olaraq ödədiyi 96.60 manatın alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddi tələbinin dəqiqləşdirilməsi barədə ərizə göndərərək bildirmişdir ki, aşağıda göstərdiyi miqdarda əşyaları tələb edir: əl üz dəsmalları 10 ədəd, bakal dəstləri 4 ədəd, qənd qabları 10 ədəd, meyvə qabları 9 ədəd. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, xx.xx.2018-ci ildə Balakən rayonu Hənifə kənd sakini Cavabdeh ilə evlənmişlər. Nikahı rəsmiləşdirilməyib. Birgə yaşadıqları dövrdə 1 uşağı olub. 1.X3 - xx.xx.2018-ci il tarixdə doğulmuşdur. Məhkəməyə bildirir ki, o, Vüsala ərə gedərkən el adəti ilə cehiz əşyaları aparmışdır. Həmin əşyalar Vüsal ilə birgə yaşadıqları Balakən rayonunun Hənifə kəndində yerləşən X2 məxsus evin bir otağına yerləşdirilmişdir. 28 avqust 2024-cü il tarixdən Cavabdeh ayrılaraq ata evində yaşayır. Ona məxsus cehiz əşyaları qeyd etdiyi evdə qalmışdır. O özünə məxsus cehiz əşyalarını qaynatası Butdayev Şamilə məxsus evdən götürmək istəyir. Keçmiş həyat yoldaşı Cavabdeh onun cehiz əşyalarını vermir və onları ona qaytarmayacağını bildirir. Cehiz əşyalarımın tələbi ilə bağlı Mediasiya təşkilatına müraciət etmişdir. Cavabdeh Mediasiya prosesində də iştirak etməmişdir. Bu barədə Mediasiya arayışını ərizəsinə əlavə etmişdir. Aşağıda tələb etdiyi əşyaların siyahısını göstərir. 1. Yataq dəsti – yerli istehsal - 1500 manat 2. Qonaq dəst-yerli istehsal- 1000 manat 3. 1 ədəd tək şkaf-yerli istehsal- 100 manat 4. Künc divanı və jurnal stolu- 700 manat 5. 1 ədəd stol 6 stul kiçik tumba- 700 manat 6. 1 ədəd xalça - 200 manat 7. 1 ədəd taxt döşəyi- 60 manat 8. 1 ədəd tək döşək- 40 manat 9. 4 ədəd yorğan - 100 manat 10.7 ədəd yastıq - 100 manat 11.1 ədəd tünd sarı pakrıval - 150 manat 12. 1 ədəd tək adeyal - 40 manat 13. 1 ədəd yaşıl rəngli adeyal- 30 manat 14. stol süfrəsi 3 ədəd - 100 manat 15. Pərdələr 3 pəncərə üçün - 600 manat 16. Divan üzlüyü - 80 manat 17. Sandıq - 100 manat 18. 3 ədəd yeni yataq dəstləri - 150 manat 19. əl üz dəsmallar - 50 manat 20. Elektrikli bişirmə peçi “Requlyar” – 150 manat
21. Miksel - 50 manat 22. Tava- 35 manat 23. 1 ədəd qazan- 30 manat 24. Ağ şirli qazan dəsti - 50 manat 25. 1 ədəd şirli çaydan - 20 manat 26. Mətbəxt dəsti qaşıq , vilka və sair- 70 manat 27. Yemək və çay servisi - 500 manat 28. Bakal dəstləri - 100 manat 29. Qənd qabları - 160 manat 30. Meyvə qabları - 80 manat 31. Tort qabı - 20 manat 32. 1 ədəd qədimi dəmir samovar - 200 manat 33. 1 ədəd padnos - 40 manat 34. Şirniyyat üçün qab 3 mərtəbə- 40 manat 35. 12 ədəd yemək, 12 ədəd çay Qşığı və 12 ədəd çəngəl - 50 manat 36. 12 ədəd çay nəlbəkisi, xırda və dərin boşqablar, 12 ədəd stəkan - 100 manat
37. 1 ədəd 8 lampalı lüstur- 120 manat cəmi: 7615 manat. Qeyd etdiyi əşyaları Cavabdeh ərə gedərkən cehiz olaraq apardığını təsdiq edə bilən şahidləri var. Cavabdeh etiraz ərizəsi göndərərək bildirmişdir ki, İddiaçı iddia ərizəsində onun tərəfindən cehiz əşyaların verilməməsi barədə qeyd etdiklərinə etiraz edir. O, yalnız azyaşlı uşağın olması, ailəsini qoruyub saxlamaq istəyindən irəli gələrək ailəsinin dağılmamasına cəhd göstərmişdir, barışacağına ümid edərək cehiz əyaları qəti qərar verilənədək aparmamağı tövsiyə etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, cehizlərini cavabdehdən ala bilmir, cavabdehin barışacaqlarına ümid edərək cehiz əşyaları aparmamağı tövsiyə etməsi doğru deyildir, onun barışmaq fikri yoxdur. İddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Şahid2 izahatında göstərmişdir ki, Pərvanənin əmisi arvadıdır. Yataq dəsti, qonaq dəsti, hər şeyi cehiz kimi aparmışdır və Pərvanənin yaşadığı evə gedənləri həmin cehizləri evdə görmüşdür. Məhkəmə iclasında Şahid3 izahatında göstərmişdir ki, Pərvanənin xalasıdır. Pərvanə evlənəndə mebellər, xalça, hər şey aparmışdır. Həmin əşyaları cavabdeh Vüsal geri qaytarmır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Balakən rayon İstehsal-İstehlak Kooperativi tərəfindən verilmiş rəydən görünür ki, İddiaçı müraciətinə əsasən cehiz əşyalarının indiki bazar qiyməti aşağıdakı kimidir: yataq dəsti-yerli istehsalı - 1500 manat qonaq dəsti-yerli istehsal - 1000 manat, 1 ədəd tək şkaf -yerli istehsal - 100 manat, künc divanı və jurnal stolu - 700 manat, 1 ədəd stol, 6 stul kiçik tumba - 700 manat, 1 ədəd xalça - 200 manat, 1 ədəd taxt döşəyi - 60 manat, 1 ədəd tək döşək - 40 manat 4 ədəd yorğan - 100 manat, 7 ədəd yastıq - 100 manat, 1 ədəd tünd sarı pakrıval - 150 manat, 1 ədəd tək adyal - 40 manat 1 ədəd yaşıl rəngli adyal - 30 manat, stol süfrəsi 3 ədəd- 100 manat, pərdə 3 pəncərə üçün - 600 manat, divan örtüyü - 80 manat, sandıq - 100 manat, yataq dəsti 3 ədəd - 150 manat, əlüz dəsmalları - 50 manat, elektrik sobası “redulyar” - 150 manat, mikser - 50 manat, tava - 35 manat, qazan 1 ədəd - 30 manat, ağ şirli qazan dəsti - 50 manat, 1 ədəd şirli çaydan - 20 manat, mətbəxt dəsti (qaşıq, çəngəl və.s) - 70 manat, yemək və çay servisi - 500 manat, bakal dəsti - 100 manat, qənd qabları - 160 manat, meyvə qabları - 80 manat, tort qabı - 20 manat, 1 ədəd qədimi dəmir samovar - 200 manat, 1 ədəd padnos - 40 manat, şirniyyat üçün qab 3 mərtəbə - 40 manat, qaşıq-bıçaq dəsti (12 nəfərlik) - 50 manat, çay nəlbəkisi, xırda və dərin boşqab, stəkan (12 nəfərlik) -100 manat, 8 lampalı lüstür - 120 manat qeyd edilmişdir. ********** nömrəli xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı 96.15 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iddiaçının izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarına hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli Qərarının 9.8-ci bəndinə əsasən birgə nikaha daxil olarkən arvada verilmiş cehiz əşyaları, habelə birgə nikaha daxil olanadək və ya nikah dövründə onlardan birinə üçüncü şəxslərin hədiyyə etdiyi əşyalar ər-arvadın ayrıca əmlakı (mülkiyyəti) olduğundan, Mülki Məcəllənin 384.0.4-cü maddəsinə əsasən həmin əşyaların başqasının, o cümlədən ərin (arvadın) qanunsuz sahibliyindən geri tələb olunması barədə iddialara iddia müddəti tətbiq oluna bilməz. Azərbaycan Respublikası MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 222.1-ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı Cavabdeh ilə 19 fevral 2018-ci il tarixdə rəsmi nikah olmadan evlənmişlər. İddiaçı evləndikləri zaman yataq dəsti-yerli istehsalı - 1500 manat, qonaq dəsti-yerli istehsal - 1000 manat, 1 ədəd tək şkaf - yerli istehsal - 100 manat, künc divanı və jurnal stolu - 700 manat, 1 ədəd stol, 6 stul kiçik tumba - 700 manat, 1 ədəd xalça - 200 manat, 1 ədəd taxt döşəyi - 60 manat, 1 ədəd tək döşək - 40 manat 4 ədəd yorğan - 100 manat, 7 ədəd yastıq - 100 manat, 1 ədəd tünd sarı pakrıval - 150 manat, 1 ədəd tək adyal - 40 manat 1 ədəd yaşıl rəngli adyal - 30 manat, stol süfrəsi 3 ədəd- 100 manat, pərdə 3 pəncərə üçün - 600 manat, divan örtüyü - 80 manat, sandıq - 100 manat, yataq dəsti 3 ədəd - 150 manat, əl-üz dəsmalları - 50 manat, elektrik sobası “redulyar” - 150 manat, mikser - 50 manat, tava - 35 manat, qazan 1 ədəd - 30 manat, ağ şirli qazan dəsti - 50 manat, 1 ədəd şirli çaydan - 20 manat, mətbəxt dəsti (qaşıq, çəngəl və.s) - 70 manat, yemək və çay servisi - 500 manat, bakal dəsti - 100 manat, qənd qabları - 160 manat, meyvə qabları - 80 manat, tort qabı - 20 manat, 1 ədəd qədimi dəmir samovar - 200 manat, 1 ədəd padnos - 40 manat, şirniyyat üçün qab 3 mərtəbə - 40 manat, qaşıq-bıçaq dəsti (12 nəfərlik) - 50 manat, çay nəlbəkisi, xırda və dərin boşqab, stəkan (12 nəfərlik) -100 manat, 8 lampalı lüstür - 120 manat olan cehizi özü ilə cavabdehin yaşadığı evə aparmışdır. 2024-cü ilin avqust ayından etibarən onlar ayrı yaşayırlar. Buna baxmayaraq o, cavabdehdən cehiz əşyaları geri ala bilməmişdir. Şahid ifadələri ilə iddiaçı tərəfindən evlənən zaman cehiz əşyaların aparılması, onların hazırda Cavabdeh yaşadığı evdə qalması öz təsdiqini tapmışdır. Həmçinin Cavabdeh da iddiaya etirazda barışacağına ümid edərək cehiz əyaların qəti qərar verilənədək aparmamağı tövsiyə etməsini bildirmiş, göründüyü kimi o, iddiaçının evlənən zaman cehiz əşyaları gətirməsini, həmin əşyaların onun yaşadığı evdə qalmasını inkar etməmişdir. Odur ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Bundan başqa iddiaçı cavabdehdən tutulmalı olan rüsumun məbləğini 96.60 manat olaraq qeyd etsə də, iş materiallarından görünür ki, həmin məbləğ 96.15 manatdır. Buna görə də iddia həmin hissədə qismən təmin edilməlidir. Beləliklə, məhkəmə mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh cehiz əşyaları - 1. 1500 manat dəyərində yataq dəsti – yerli istehsal, 2. 1000 manat dəyərində qonaq dəst - yerli istehsal, 3. 100 manat dəyərində 1 ədəd tək şkaf-yerli istehsal, 4. 700 manat dəyərində künc divanı və jurnal stolu, 5. 700 manat dəyərində 1 ədəd stol 6 stul kiçik tumba, 6. 200 manat dəyərində 1 ədəd xalça, 7. 60 manat 1 ədəd taxt döşəyi, 8. 40 manat dəyərində 1 ədəd tək döşək, 9. 100 manat dəyərində 4 ədəd yorğan, 10. 100 manat dəyərində 7 ədəd yastıq, 11. 150 manat dəyərində 1 ədəd tünd sarı yataq üstlüyü, 12. 40 manat dəyərində 1 ədəd tək adyal, 13. 30 manat dəyərində 1 ədəd yaşıl rəngli adyal, 14. 100 manat dəyərində stol süfrəsi 3 ədəd, 15. 600 manat dəyərində pərdələr 3 pəncərə üçün, 16. 80 manat dəyərində divan üzlüyü, 17. 100 manat dəyərində sandıq, 18. 150 manat dəyərində 3 ədəd yeni yataq dəstləri, 19. 50 manat dəyərində 10 ədəd əl-üz dəsmallar, 20. 150 manat dəyərində elektrikli bişirmə peçi “Requlyar”, 21. 50 manat dəyərində mikser, 22. 35 manat dəyərində tava, 23. 30 manat dəyərində 1 ədəd qazan, 24. 50 manat dəyərində ağ şirli qazan dəsti, 25. 20 manat dəyərində 1 ədəd şirli çaydan, 26. 70 manat dəyərində mətbəxt dəsti qaşıq, vilka və sair, 27. 500 manat dəyərində yemək və çay servisi, 28. 100 manat dəyərində 4 ədəd bakal dəsti, 29. 160 manat dəyərində 10 ədəd qəndqabı, 30. 80 manat dəyərində 9 ədəd meyvə qabı, 31. 20 manat dəyərində tort qabı, 32. 200 manat dəyərində 1 ədəd qədimi dəmir samovar, 33. 40 manat dəyərində 1 ədəd padnos, 34. 40 manat dəyərində şirniyyat üçün qab 3 mərtəbə, 35. 50 manat dəyərində 12 ədəd yemək, 12 ədəd çay qaşığı və 12 ədəd çəngəl, 36. 100 manat dəyərində 12 ədəd çay nəlbəkisi, xırda və dərin boşqablar, 12 ədəd stəkan, 37. 120 manat dəyərində 1 ədəd 8 lampalı lüstur və ya onların ümumi dəyəri 7615 manat alınıb iddiaçıya verilməlidir. Həmçinin ödənilmiş 96.15 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin olunsun. Cavabdeh cehiz əşyaları - 1. 1500 manat dəyərində yataq dəsti – yerli istehsal, 2. 1000 manat dəyərində qonaq dəst - yerli istehsal, 3. 100 manat dəyərində 1 ədəd tək şkafyerli istehsal, 4. 700 manat dəyərində künc divanı və jurnal stolu, 5. 700 manat dəyərində 1 ədəd stol 6 stul kiçik tumba, 6. 200 manat dəyərində 1 ədəd xalça, 7. 60 manat dəyərində 1 ədəd taxt döşəyi, 8. 40 manat dəyərində 1 ədəd tək döşək, 9. 100 manat dəyərində 4 ədəd yorğan, 10. 100 manat dəyərində 7 ədəd yastıq, 11. 150 manat dəyərində 1 ədəd tünd sarı yataq üstlüyü, 12. 40 manat dəyərində 1 ədəd tək adyal, 13. 30 manat dəyərində 1 ədəd yaşıl rəngli adyal, 14. 100 manat dəyərində stol süfrəsi - 3 ədəd, 15. 600 manat dəyərində pərdələr - 3 pəncərə üçün, 16. 80 manat dəyərində divan üzlüyü, 17. 100 manat dəyərində sandıq, 18. 150 manat dəyərində 3 ədəd yeni yataq dəstləri, 19. 50 manat dəyərində 10 ədəd əl-üz dəsmallar, 20. 150 manat dəyərində elektrikli bişirmə peçi “Requlyar”, 21. 50 manat dəyərində mikser, 22. 35 manat dəyərində tava, 23. 30 manat dəyərində 1 ədəd qazan, 24. 50 manat dəyərində ağ şirli qazan dəsti,
25. 20 manat dəyərində 1 ədəd şirli çaydan, 26. 70 manat dəyərində mətbəxt dəsti qaşıq, vilka və sair, 27. 500 manat dəyərində yemək və çay servisi, 28. 100 manat dəyərində 4 ədəd bakal dəsti, 29. 160 manat dəyərində 10 ədəd qəndqabı, 30. 80 manat dəyərində 9 ədəd meyvə qabı, 31. 20 manat dəyərində tort qabı, 32. 200 manat dəyərində 1 ədəd qədimi dəmir samovar, 33. 40 manat dəyərində 1 ədəd padnos, 34. 40 manat dəyərində şirniyyat üçün 3 mərtəbə qab, 35. 50 manat dəyərində 12 ədəd yemək, 12 ədəd çay qaşığı və 12 ədəd çəngəl, 36. 100 manat dəyərində 12 ədəd çay nəlbəkisi, xırda və dərin boşqablar, 12 ədəd stəkan, 37. 120 manat dəyərində 1 ədəd 8 lampalı lüstur və ya onların ümumi dəyəri 7615 manat pul alınıb İddiaçı verilsin. Ödənilmiş 96.15 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi digər hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Arifə Cəfərova