Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-782/2022 28.09.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh ilə birgə nikahlarından xx.xx.2018-ci il tarixdə anadan olmuş X2 və xx.xx.2021ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 193 (bir yüz doxsan üç) manat, xx.xx.2021-ci il tarixdə anadan olmuş X3 3 yaşınadək baxılması üçün əlavə olaraq 50 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərdi ki, o, 13 iyun 2017-ci ildə Cavabdeh ilə qeyri-rəsmi nikahla evlənmiş, nikahırını 03 dekabr 2019-cu ildə Balakən rayon Qeydiyyat Şöbəsində 275 nömrə ilə rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2018-ci ildə X6 və xx.xx.2021-ci il tarixdə X7 adında iki uşaqları doğulmuşdur. Evləndikdən sonra cavabdehlə bir müddət mehriban yaşamış, sonra isə aralarında ailə münasibətləri zəminində mübahisələr baş vermişdir. Cavabdehlə xasiyyətləri uyğun gəlməmişdir. Belə ki, cavabdeh mütəmadi olaraq spirtli içki içmiş, ona fiziki xəsarətlər yetirmiş, onu döymüşdür.Bu hal onların ailə münasibətlərinə təsir etmişdir. Bu səbəbdən cavabdehdən ayrılmış və iki uşaqla birlikdə atasının evində yaşayır. Cavabdehlə birlikdə yaşamaları qeyri mümkündür. Alimentin təyin edilməsi tələbi ilə mediatora müraciət etmiş, mediasiya prosesində cavabdeh gəlməmiş, heç bir razılıq ifadə etməmişdir. Bu barədə MŞŞ\Ş1/00089 arayış və protokol verilmişdir. Ayrı yaşamalarına baxmayaraq cavabdeh uşaqların dolanışığı ilə maraqlanmamışdır. Uşaqların gündəlik tələbatı kifayət qədər xərc tələb edir. Uşaqların baxılmasında valideynləri köməklik edir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh musiqiçidir,həmçinin taxta yeşiklər hazırlayıb satır. O, hər ay ən azı 1000 manat pul qazanır.Eyni zamanda cavabdehin ailə təsərrüfatında fındıq bağı və əkin sahələri vardır. Uşaqların baxılması üçün hər ay hər uşaq üçün 193 manat, xx.xx.2021-ci il tarixdə anadan olmuş X3 3 yaşınadək baxılması üçün əlavə olaraq 50 manat aliment ödəmək iqtidarındadır. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən etiraf edərək izahatında göstərdi ki, o, 2017-ci ildə qeyri-rəsmi nikahla İddiaçı ilə evlənmiş, nikahlarını 03 dekabr 2019-cu ildə Balakən rayon Qeydiyyat şöbəsində rəsmiləşdirmişlər.Onların birgə nikahlarından xx.xx.2018-ci ildə Ecrin və xx.xx.2021-ci ildə Narin adında iki uşaqları olmuşdur. İddiaçı ilə xasiyyətləri uyğun gəlməmiş, iddiaçı uşaqları da özü ilə aparıb valideynlərinin evinə getmişdir. Birgə nikahlarından olan uşaqlar hazırda iddiaçının himayəsində yaşayırlar. O, iddiaçının tələb etdiyi məbləğdə aliment ödəmək iqtidarında deyildir. O,hər ay hər uşağa görə 120 manat aliment ödəyə bilər.Qeyd etdikləri nəzərə alınmaqla iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Qeydiyyat Şöbəsi tərəfindən 03 dekabr 2019-cu-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 379707 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X5 arasında xx.xx.2019-cu il tarixdə 275 nömrə ilə nikah bağlanmış, nikah bağlanandan sonra arvada Məmmədova soyadı verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Qeydiyyat Şöbəsi tərəfindən 08 avqust 2018-ci il tarixdə verilmiş AZ-İV seriyalı 161356 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X6 xx.xx.2018-ci il tarixdə anadan olmuş, atası Cavabdeh, anası isə İddiaçı göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Qeydiyyat Şöbəsi tərəfindən 10 yanvar 2022-ci il tarixdə verilmiş AZ-İV seriyalı 677136 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X7 xx.xx.2021-ci il tarixdə anadan olmuş, atası Cavabdeh, anası isə İddiaçı göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli MŞŞ/Şİ-00089 nömrəli Mediasiya prosesinə xitam verilməsi barədə protokoldan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmişdir . Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, İddiaçı Cavabdeh ilə 13 iyun 2017-ci ildə qeyri-rəsmi nikahla evlənmiş, nikahlarını 03 dekabr 2019-cu il tarixdə Balakən rayon Qeydiyyat Şöbəsində 275 nömrə ilə rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2018-ci ildə X6 və xx.xx.2021-ci ildə X7 adında iki uşaqları olmuşdur . Uşaqlar hazırda iddiaçının himayəsindədirlər. Cavabdeh uşaqların saxlanması üçün İddiaçı maddi köməklik göstərmir. Ona görə də İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcədə aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri- müntəzəm dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa , yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Uşaq hüquqları haqqında “Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda iddanın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. Məhkəmə hər bir valideynin övladını saxlamağa, onun maddi və mənəvi tələbatının ödənilməsini təmin etməyə borclu olmasını, alimentin bir valideyndən digər valideynə uşağın tələbatının ödənilməsi üçün tutulmasını, cavabdehin uşaqların saxlanmalarında iddiaçıya maddi kömək etməməsini, alimentin ödənməsi ilə bağlı tərəflər arasında saziş olmamasını, iddiaçının alimentin sabit pul məbləği ilə müəyyən edilməsini xahiş etməsini, eyni zamanda Cavabdeh qazancı barədə iddiaçının heç bir sübut təqdim etməməsini nəzərə alaraq ərizənin verildiyi gündən- 08 avqust 2022-ci il tarixdən başlayaraq xx.xx.2018-ci il tarixdə anadan olmuş X2 və xx.xx.2021-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 160 (bir yüz altmış ) manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə iddia tələbinin xx.xx.2021-ci il tarixdə anadan olmuş X3 3 yaşınadək baxılması üçün əlavə olaraq 50 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq ona verilməsinə aid hissəsi ilə bağlı qeyd edir ki, Аilə Məcəlləsinin 85.1-ci maddəsinə əsasən hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdir. Məhkəmə Cavabdeh zəruri vəsaitə malik olması barədə iddiaçının heç bir sübut təqdim etməməsini, Cavabdeh uşaqların saxlanması üçün 320 manat aliment tutulacağını nəzərə alaraq hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək bu nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, ərizənin verildiyi 08 avqust 2022-ci il tarixdən başlayaraq İddiaçı ilə Cavabdeh birgə nikahından olan, xx.xx.2018-ci il tarixdə doğulmuş X2 və xx.xx.2021-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 160 (bir yüz altmış ) manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilməli,iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin olunduğu və iddiaçı hazırki iddia ilə bağlı dövlət rüsumunu ödəməkdən azad olunduğu üçün, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq Cavabdeh 58,40 manat dövlət rüsumu tutulub, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “X9” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumü ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmuyu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220,234.2.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 08 avqust 2022-ci il tarixdən başlayaraq, İddiaçı ilə Cavabdeh birgə nikahından olan, xx.xx.2018-ci il tarixdə doğulmuş X2 və xx.xx.2021-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 160 (bir yüz altmış ) manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 58,40 manat dövlət rüsumu xərci alınıb dövlət büdcəsinə ödənsin . Qətnamə alimentin tutulmasına aid hissədə dərhal icra edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-782/2022
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-782/2022
28.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver